Gələcəyin Durumu



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/15
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15040
1   2   3   4   5   6   7   8   9   ...   15

Gələcəyin Durumu İndeksi
İnsanlar   həmişə   gələcəyin   yaxşı   və   ya   pis   olacağını,   harada   udduğumuzu   və   harada 
uduzduğumuzu,   perspektivlərimizi   inkişaf   etdirmək   üçün   resursları   hansı   istiqamətdə 
birləşdirmək   lazım   olduğunu   bilmək   istəyiblər.   Bütün   bunları   qlobal   miqyasda   həyata 
keçirmək   qeyri-mümkün   görünürdü.   Dünya   Bankı   bu   işləri   iqtisadiyyatda,   Beynəlxalq 
Səhiyyə Təşkilatı səhiyyə üçün, Beynəlxalq Atom Enerjisi Agentliyi enerji üçün görür. Bəs 
bütün   bunları   ümumilikdə   bəşəriyyətin   gələcəyi   üçün   necə   birləşdirmək   lazımdır? 
Yanaşmalardan biri Gələcəyin Durumu İndeksidir. Bu, ümumilikdə gələcəyə baxışın onillik 
ölçüsüdür. O, yəqin ki, tarixdə gələcəklə bağlı ən böyük ümumi prosesdən meydana çıxan 
qlobal çağırışlarla əlaqəli əsas dəyişkənliklər və proqnozlarla qurulur. Gələcəyin Durumu 
İndeksi ilk dəfə Minilliyin Layihəsinin 2001-ci il üçün Gələcəyin Durumu hesabatında şərh 
edilib.   O   vaxtdan   bəri   Gələcəyin   Durumu   hesabatlarının   GDİ   fəsli   bütün   səylərini 
məlumatların mənbəyində və metodun özündə təkmilləşdirmə aparmağa cəmləşdirib. Bu 
il 2-ci Fəsil 2006-07-ci illərdə həyata keçirilmiş GDİ araşdırmasının xülasəsini təqdim edir. 
Minilliyin   Layihəsinin   29   əlaqə   mərkəzi   tərəfindən   dünyadan   seçilmiş   iştirakçılar 
dəyişkənlikləri qiymətləndirmək, ən pis və ən yaxşı ssenariləri qiymətləndirmək, GDİ-yə 
daxil edilmək üçün yeni dəyişkənliklər təklif etmək, ən azı 20 il tarixi məlumatlara malik 
mənbələri   təklif   etmələri   üçün   Real   Time   Delphi   qaynar   xətt   vasitəsilə   ilə   sorğu-sual 
ediliblər. Nəticələr 29 dəyişkənliklə yeni qlobal GDİ qurmaq üçün istifadə olunmuşdur. 
Məlum olmuşdur ki, dünya inkişaf edir, lakin keçən 20 il ərzindəki kimi sürətlə yox. GDİ-lər 
həmçinin ölkələr üçün qurulublar - ən son Cənubi Koreya və Türkiyədə - enerji və ya fərdi 

təşkilatlar kimi sektorlar üçün birləşdirilə bilərlər. 2-ci Fəsil, həmçinin GDİ konsepsiyasının 
təkamülünü təhlil edir və onun gələcəkdə inkişafı üçün araşdırma aparmağı təklif edir. 
GDİ-lərin   və   bu   ilki   GDİ-nin   təhlili   və   köməkçi   məlumatlarının   6   illik   təfərrüatları   CD 
versiyasının 2-ci Fəslinə daxil edilib.
Dünyanın son 20 il ərzindəki başlıca göstəricilərini qiymətləndirmək və onları növbəti 10 il 
üçün layihələşdirmək bəşəriyyətin gələcəyinin hesabatı üçün əsas verərək  bizə harada 
udduğumuzu və harada uduzduğumuzu göstərə bilər.  
Cədvəl  1. Bəşəriyyət harada qazanır və itirir 
Harada qazanırıq:
• Həyat davamlılığı
• Körpə ölümü
• Savadlılıq
• ÜDM/adambaşı
• Münaqişə
• İnternet istifadəçiləri 
Harada itiritik:
• CO
2
 emissiyaları
• Terrorçuluq
• Korrupsiya
• Qlobal istiləşmə
• Seçkilərdə səs verən əhali
• İşsizlik
Qrafik 1. GDİ 2007
2030-cu ilədək Gələcək Təhsil və Tədris İmkanları 
Təhsil   üzrə   Prezident   Komissiyasının   müraciəti   və   Koreya   Respublikasının   Təhsil 
Nazirliyinin   dəstəyilə   Minilliyin   Layihəsi   2030-cu   ilədək   təhsil   və   tədris   üçün   gələcək 
imkanları   araşdırıb.   Məlumat   axtarışı   19   imkanın   müəyyənləşdirilməsi   ilə   nəticələnib. 
İmkanlardan hər biri Minilliyin Layihəsi üzrə əlaqə mərkəzlərinin dünyadan seçdiyi 200-
dən çox iştirakçı tərəfindən 2030-cu ilədək meydana gəlmə ehtimalına, onun baş verməsi 
və baş verməsinin qarşısını ala biləcək səbəblərə və bu, baş verərsə, onun bəzi müsbət 
və mənfi nəticələrinə əsasən qiymətləndirilib. İmkanlar aşağıdakılar olub:

Kollektiv düşünmə tərzini inkişaf etdirmək üçün milli proqramlar 

Vaxtında təhsil və tədris

Fərdiləşdirilmiş təhsil

Simulyasiyalardan istifadə 


İnsanların   qeyri-stabil   yetişməsinin   və   ya   ruhi   xəstəyə   çevrilməsinin   qarşısını 
almaq üçün nəzərdə tutulmuş fərdi tədris proseslərinin davamlı qiymətləndirilməsi

Təkmilləşdirilmiş fərdi qidalanma

Genetik inkişaf edən düşünmə tərzi 

İbtidai sosial elmi tədqiqat aləti kimi qlobal qaynar-xətt simulyasiyalarından istifadə

Bilik əldə etmək səylərini gücləndirmək üçün ictimai əlaqələrdən yararlanma

Portativ süni düşünmə cihazları

Öyrənmənin   necə   baş   verdiyini   aşkar   etmək   və   bunun   vasitəsilə   öyrənməni 
təkmilləşdirmək   üçün   strategiyalar   işləyib   hazırlamaq   məqsədilə   insanın   sinir 
hüceyrələrinin əlaqələrinin tam şəkildə xəritələşdirilməsi 

Yeniyetmələrin   beyinlərini   uzun   müddət   üçün   daha   sağlam   saxlamaq   üçün 
vasitələr

Beynin genişləndirilməsi üçün kimya

Veb 17.0

Vahid ömürlük öyrənmə sistemləri

Xürafatı və nifrəti aradan qaldırmağa yönəldilmiş proqramlar

E-Tədris 

İnsanlardan ağıllı kompüterlər

Düşüncəni artıran süni mikroblar 
Bu   imkanlar   arasındakı   qarşılıqlı   əlaqə   bu   gün   üstünlük   təşkil   edən   təhsildən   kəskin 
şəkildə fərqlənən bir təhsil sistemi təqdim edir. Əvvəlcə dediyimiz kimi, 2030-cu ilədək 
portativ düşünmə cihazları insan beyninin emal etmə gücünə yiyələnəcək. Fərdlər Veb 
17.0 tərəfindən “vaxtında bilik və öyrənmə” məqsədilə birləşdirilmiş dünya biliklərinə çıxış 
əldə edəcək və onların həyatları boyu mövcud olan nadir tələblərinə uyğunlaşmış virtual 
reallıq   əlaqələrinə   malik   simulyasiyalardan   istifadə   edəcəklər.   İnsanların   qeyri-stabil 
yetişməsinin və ya ruhi xəstəyə çevrilməsinin qarşısını almaq üçün nəzərdə tutulmuş fərdi 
öyrənmə proseslərinin davamlı təkamülü ilə birgə xürafatı və nifrəti aradan qaldırmağa 
yönəldilmiş proqramlar daha gözəl, sevgi dolu dünyaya gətirib çıxara bilər.
Paralel   olaraq,   beynin   funksiyası   təkmilləşdirilmiş   fərdi   qidalanma   və   beynin 
genişləndirilməsi üçün nəzərdə tutulmuş dərman preparatlarının köməyilə əsaslı  şəkildə 
artmalıdır. Insan beyninin qismən xəritələşdirilməsi və digər metodlar 2030-cu ilədək şəxsi 
intellektin əsaslı şəkildə artmasına və uzunömürlülüyünə səbəb ola bilər. Yaxın gələcəkdə 
beyinlər genetik olaraq genişlənə bilər və qurucu mikro-orqanimzlər beyin hüceyrələrini 
daha effektiv işləməyə vadar edə bilərlər. Bilik əldə etmək səylərini gücləndirən ictimai 
əlaqələr   sistemindən   və   tədrislə   bağlı   bu   yeniliklərdən   və   təhsil   konsepsiyalarından 
istifadə etməklə fərdi və kollektiv düşünmə tərzləri inkişaf etdirilə bilər. Tam təffərrüatları, 
iştirakçıların mövzuları və əlavə təkliflərini CD versiyasının 5-ci Fəslində tapmaq olar.

Ekoloji Təhlükəsizlik
Ekoloji Təhlükəsizlik dünyanın siyasət gündəliyində yuxarı mövqelərə qalxmağa davam 
edərək hətta ilk dəfə olaraq BMT-nin Təhlükəsizlik Şurasına çatır. Milinillik Layihəsi ekoloji 
təhlükəsizliyi, 3  yardımçı elementə malik olmaqla, həyat fəaliyyəti üçün ekoloji davamlılıq 
kimi   müəyyən   edir:   ətraf   mühitə   vurulmuş   hərbi   zərərin   qarşısını   almaq   və   ya   bərpa 
etmək, ekoloji səbəblərdən meydana çıxmış münaqişələrin qarşısını almaq və ya onlara 
cavab vermək, ona xas mənəvi dəyərlər sayəsində ətraf mühiti qorumaq. 
4-cü Fəsil bu anlayış ətrafında   200-dən çox beynəlxalq ekoloji təhlükəsizliklə əlaqədar 
məsələlərin   xülasəsidir.   Məsələlərin   tam   mətni   və   onların   mənbələri   kompakt   disk 
versiyasının “Ekoloji Təhlükəsizliyin Aktual Məsələləri” adlı 9.1.-ci Fəslində və Minilliyin 
Layihəsinin   İnternet   saytında   (
www.acunu.org
,  “Yeniliklər”   bölməsindən   “Beynəlxalq 
Ekoloji Təhlükəsizlik Məsələləri”-ni seçin) aylıq hesabatlarda tapmaq olar. Təfərrüatlar və 
ekoloji təhlükəsizliklə bağlı Minilliyin Layihəsi tərəfndən aparılan digər tədqiqatlar kompakt 
disk versiyasının 9-cu Fəslinə daxil edilib və onları www.acunu.org saytında, “Kitablar və 
Hesabatlar” bölməsində tapmaq olar (“Xüsusi Tədqiqatlar”-ı seçin).
Baxmayaraq ki, müxtəlif institutlar arasındakı əməkdaşlıq getdikcə yaxşıya doğru artır, bir 
çox müştərək ekoloji siyasət və fəaliyyətlər, bir çox ekoloji şərtlər getdikcə pisləşir. Bir çox 
münaqişələr ekoloji  cəhətdən ən  qeyri-sabit regionlarda meydana çıxır  və bununla da 
belə   fikir   meydana   çıxır   ki,   ətraf   mühit   və   münaqişələrə   eyni   vaxtda   cavab   vermək 
lazımdır və onlardan biri digərinin pisləşməsinə səbəb olur. Hal-hazırda, sayları 2010-cu 
ilədək 50 milyonu, 2050-ci ilədək isə 200 milyonu keçəcəyi gözlənilən ekoloji qaçqınların 
öhdəsindən gələcək adekvat beynəlxalq sistem və ya struktur mövcud deyil. 
 
Çoxtərəfli   ekoloji   müqavilələrin   ratifikasiyasının   getdikcə   artması   və   İSO   14001 
standartlarının qəbul olunması ekoloji idarəetməni qlobal şəkildə inkişaf etdirir. ÇEM-in 
hazırlanması   və   onun   qüvvəyə   minməsi   arasındakı   vaxt   və   həmçinin   onun   yüksək 
səviyyədə   ratifkasiya   olunmasına   qədər   keçən   vaxt   əhəmiyyətli   dərəcədə   qısalır. 
Beynəlxalq   diqqət   mövcud   olan   müqavilələrin   effektivliyini   artıran   yeni   ÇEM-lərin 
hazırlanmasına yönəlib. 
ÇEM-lər   çox   vaxt   milli   iqtisadi   və   ya   siyasi   maraqlarla   ziddiyyət   təşkil   edir,   bu   da 
beynəlxalq   müqavilələrə   uyğun   gəlməmə,   beynəlxalq   orqanlarla   əməkdaşlığın   kifayət 
qədər   olmamasına   və   bir   çox   beynəlxalq   müqavilələrlə   əlaqədar   danışıqların   durğun 
vəziyyətə   gəlib   çıxmasına   səbəb   olur.   Ziddiyyətlər   əsasən   istixana   qazlarının 
emissiyasının dayandırılması strategiyaları, nüvə silahlarının yayılması, ekoloji dəyişikliyin 
təhlükəsizlik aspektləri və kosmik təhlükəsizlik məsələləri ilə əlaqədar olur.
Peyk vasitəsilə qlobal informasiya sistemlərinə qoşula bilən və ətraf mühitə zərər vuran 
fəaliyyətlərin dərhal və beynəlxalq səviyyədə bilinməsinə imkan verən natotexnoloji ekoloji 
sensorların qiyməti düşür. Ekoloji təhlükəsizliyin təhlilində yeni növ silahların; assimetrik 
münaqişələrin; təbii resurslara qarşı artan tələbin; urbanizasiyanın (daha çox insanları zəif 
kommunal xidmətlərdən asılı edən); ekoloji tənəzzülün və iqlim dəyişikliyinin təsirlərinə; 
kəskinləşən   ekoloji   çəkişmələrlə   ekoloji   qanunvericilikdəki   irəliləyişlərə;   və   qarşılıqlı 
asılılığı artıran qloballaşmaya da diqqət yetirilməlidir.  

Bütün   insanlar  üçün  sağlamlığa  və   təhlükəsizliyə   nail  olunmasına   cəhd   etmək  gülünc 
hesab olunur. Həmçinin, bir gün təkbaşına fəaliyyət göstərən bir fərdin kütləvi qırğın silahı 
düzəltməyəcəyini   və   ondan   istifadə   etməyəcəyini   və   ya   sərhədlərsiz   asan   səyahətin 
mövcud olduğu və bioloji müxtəlifliyin azaldığı bir dövrdə insanları və heyvanları şəhərdə 
cəmləşdirdiyimiz   bir   şəraitdə   pandemiyanın   ciddi   şəkildə   artmayacağını   düşünmək   də 
gülməlidir.   Bir  nəfərin  rifahının  hamının  rifahı   olması  idealizmi  terrorizmlə mübarizəyə, 
hava limanlarının açıq saxlanılmasına və kütləvi qırğın silahlarının dövriyyəsinin qarşısını 
alınmasına və insan təhlükəsizliyinə qarşı yönələn digər potensial təhlükələrə praqmatik 
uzunmüddətli   yanaşma   kimi   çıxış   edə   bilərdi.   Gülünc   idealizmin   ömrü   qısadı,   lakin 
pessimizmin ciddiliyinə malik olmayan idealizm azdırıcıdır. Bizə bəşəriyyətin həm yaxşı, 
həm   də  pis  tərəflərini   tədqiq   etməyi  və   uğurlu  strategiyalar   işləyib  hazırlayaraq  onları 
həyata keçirməyi bacaran məharətli idealistlər lazımdı.  
Bir  çox  problemlərin  bir çox  da cavabları  var,  lakin  ortada  o  qədər əlaqəsiz  məlumat 
mövcuddur ki, nəyin həqiqətən işə aid olduğunu müəyyən etmək və fikri ona cəmləmək 
çətindir. Sağlam demokratiyalar müvafiq informasiyaya ehtiyac duyduqları və demokratiya 
günü-gündən daha da qloballaşdığı üçün ictimaiyyətə bu tendensiyanı saxlamaq üçün 
qlobal olaraq müvafiq informasiya lazım olacaq. Biz ümid edirik ki, illik Gələcəyin Durumu 
hesabatları bu cür informasiyanın təmin olunmasına yardım edəcək.
Bu   ilki   Gələcəyin   Durumu   hesabatında   göstərildiyi   kimi,   Minilliyin   Layihəsinin   11-ci 
fəaliyyət   ilindəki   araşdırmalar   ümidsizlik,   kortəbii   inam   və   cahilcəsinə   etinasızlıq   kimi 
bəşəriyyətin perspektivlərini inkişaf etdirmək cəhdlərinin qarşısını almış hallarla mübarizə 
aparan qərar qəbul edənlərə və müəllimlərə yardım göstərə bilər. 

15 Qlobal Çağırış
15 Qlobal Çağırış bəşəriyyətin qlobal və yerli perspektivlərini qiymətləndirməyə əsas verir. 
Çağırışlar bir-birindən qarşılıqlı şəkildə asılıdırlar: birindəki inkişaf digərlərinin də həllini 
asanlaşdırır;   birinin   pisləşməsi   digərlərinin   də   həllini   çətinləşdirir;   onlardan   birinin 
digərindən   vacib   olduğu   haqda   mübahisə   etmək   insanın   sinir   sisteminin   tənəffüs 
sistemindən vacib olduğu haqda mübahisə etməyə bənzəyir. 
Oxucular   bu   15   Qlobal   Çağırışın   növbəti   ilki   buraxılışdakı   xülasəsini   təkmilləşdirmək 
məqsədilə   öz   rəylərini   göndərməyə   dəvət   olunurlar.   Xahiş   olunur 
www.StateoftheFuture.org  saytındakı   qaynar-xətt   forumlara   qoşulasınız   (15   Qlobal 
Çağırışı seçin).
Hər kəs üçün kifayət qədər təmiz suyu 
münaqişəsiz necə əldə etməli
Əhali artımı və resursları necə 
tarazlaşdırmalı 
Avtoritar rejimlərdən həqiqi 
demokratiyaya necə keçməli
Siyasi qərarların qəbul edilməsini 
qlobal
 uzunmüddətli perspektivlərə qarşı 
həssaslığını necə artırmalı
İnformasiya və kommunikasiya 
texnologiyalarının məcmusu hər kəs 
üçün necə işləməlidir 
Etik bazar iqtisadiyyatını varlı və kasıb 
arasında fərqin aradan qaldırılmasına 
yardım etməyə necə vadar etməli
Yeni və yenidən baş qaldıran xəstəlik və immun 
mikroorqanizmlərin təhlükəsi necə azaldılmalıdır
Qərar qəbuletmə bacarığı işin təbiəti və müəssisələr 
dəyişdikcə necə təkmilləşdirilməlidir
Ortaq dəyərlər və yeni təhlükəsizlik strategiyaları 
etnik münaqişə, terrorizm və kütləvi qırğın 
silahlarının istifadəsini necə azaltmalı
Qadınların dəyişən statusunun insanların şəraitinin 
yaxşılaşdırılmasına kömək etməsinə necə nail 
olmalı
Transmilli mütəşəkkil cinayətkar şəbəkələrini daha 
güclü və mürəkkəb qlobal təsisata çevrilmədən 
necə dayandırmalı
Enerjiyə artan  tələbat necə təhlükəsiz və səmərəli 
şəkildə təmin olunmalıdır
Elmi və texnoloji nailiyyətlər insanların vəziyyətinin 
yaxşılaşdırılması üçün necə sürətləndirilməlidir
Etik düşüncələri qlobal qərarlarla daha mütəmadii 
surətdə necə birləşdirməli
Hamı üçün dayanıqlı 
inkişafa necə nail olmalı

1. Qlobal Çağırışlar
1-ci Fəsildə 1996-cı ildən bəri davam edən Delphi prosesi və ekoloji araşdırma vasitəsilə 
müəyyən   olunmuş   15   Qlobal   çağırışın   2   səhifəlik   şərhi   təqdim   edilir.   Bu   Çağırışlar 
xarakterinə görə transmilli və həllinə görə transinstitusionaldır. Onların heç birinə təkcə 
fəaliyyət   göstərən   hər   hansı   bir   hökumət   və   ya   institut   cavab   verə   bilməz.   Onlar 
hökumətlər,   beynəlxalq   təşkilatlar,   korporasiyalar,   universitetlər,   QHT-lər   və   yaradıcı 
fərdlər   arasında   müştərək   fəaliyyət   tələb   edir.   Ardıcıllıqla   düzülməsinə   baxmayaraq, 
davamlı inkişafla bağlı 1-ci Çağırış qlobal əxlaqa dair 15-ci Çağırışdan nə çox, nə də az 
vacib deyil. Bu çağırışlarda ifadə olunduğu kimi qlobal vəziyyətə və çağırışlara cavab 
vermək   üçün   həyata   keçirilən   fəaliyyətlərə   münasibətdə   yekdillik   kütləvi   informasiya 
vasitələrində göründüyündən daha çoxdur. 15 Qlobal Çağırış haqqında 1 100 səhifədən 
ibarət təffərrüatları CD versiyasının 1-ci Fəslində tapmaq olar. Hər bir Çağırış üzrə daha 
müfəssəl   xülasə,   alternativ   fikirlər   və   ya   iştirakçılar   tərəfindən   xülasələrə,   regional 
perspektivlərə dair əlavə şərhlər və ən son ədəbiyyatdan götürülmüş müvafiq informasiya, 
çağırışa cavab vermək üçün qərar qəbul edənlərlə aparılan müsahibələrdən əldə olunmuş 
müxtəlif fikirlərə əsaslanan fəaliyyətlər məcmusu, əlavə fəaliyyətlər və o fəaliyyətlərə dair 
fikirlər   və   hər   Çağırış   üzrə   inkişafı   və   çatışmamazlıqları   ölçmək   üçün   təklif   olunmuş 
göstəricilər mövcuddur.
Həm çap, həm də kompakt disk versiyası təqribən 2400 iştirakçının irəli sürdüyü müştərək 
və   saflaşdırılmış   mühakimələrdən   ibarətdir.   İştirakçıların   demoqrafik   göstəriciləri   üçün 
Əlavəyə,   iştirakçıların   tam   siyahısı   üçün   isə   kompakt   disk   versiyasının   “A”   Əlavəsinə 
baxın.  Bu çağırışların  həm qısa, həm də  daha dolğun  təfərrüatlarını aşkara çıxarmaq 
üçün 1996-cı ildən 2007-ci ilədək istifadə olunmuş anketlərin və müsahibə protokollarının 
tam detallarını 
www.acunu.org/millennium/lookout.html
 saytında tapmaq olar.   
Çağırışların inkişafını və gələcək perspektivlərini göstərmək üçün Cədvəllərin bəzilərində 
2-ci Fəsildə izah edilmiş və əlavə edilən kompakt diskdə 2-ci Fəsildə təfərruatı verilmiş 
Gələcəyin Durumu İndeksi hesablamalarından istifadə edilir.

1.
Hamı üçün dayanıqlı inkişafa necə nail olmalı?
İqlim   Dəyişiklikləri   üzrə   Hökumətlərarası   Panelinin   verdiyi   məlumata   əsasən,   CO

emissiyaları  2000-04-cü illər ərzində özünün ən pis dövründən daha sürətlə artmışdır və 
hökumət tərəfindən yeni əməliyyatlar həyata keçirilməsə, istixana qazları 2030-cu ilədək 
2000-ci ildəkindən 25-90% artacaqdır. Karbonun okeanlar və meşələr tərəfindən sorulma 
qabiliyyəti ildə 3-3.5 milyard tona bərabərdir; insanlar tərəfindən həyata keçirilən fəaliyyət 
buna hər il 7 milyard ton əlavə edir. İnsan tərəfindən istehlak təbiətin bizim “ekolologiyada  
qoyduğumuz izləri” regenerasiya və bərpa etmək qabiliyyətindən 25% çoxdur. 2.54°C-dən 
çox   artım   bitki   və   heyvan   növlərinin   20-30%-ni   nəsli   kəsilmə   təhlükəsi   altında   qoyur; 
ekoloji sistemlərin 60%-i artıq tükənib, ya da qeyri-sabit şəkildə istifadə olunur; Atlantik 
okeanın termohalin dövriyyəsində baş verən narahatedici dəyişiklilər ölçülüb; Arktika və 
Qrenlandiya gözlənildiyindən daha sürətlə əriyir; son 12 ilin 11-ində rekord istilər qeyd 
alınıb.   Bu   da   bizi   iqlim   dəyişikliyinin   geriyə   yolu   olmadığı   haqda   xəbərdar   edir.   İşlər 
pisləşdikcə ekoloji hərəkat mədən yanacağı sənayelərini hərəkətə gətirə bilər. İstixana 
qazlarının səbəb olduğu zərərlərin əvəzinin ödənilməsi üçün qanuni təməllər qoyulur. Bəzi 
alimlər   iqlim   dəyişikliyi   ilə   mübarizə   aparmaq   üçün   geo-mühəndisliyin   tədqiqinə 
başlayıblar.   Məsələn,   dəmir   tozunu   okeanlara   tökməklə   CO
2
-nin   planetar   miqyasda 
sorulmasını əsaslı şəkildə artırmaq və CO
2
-ni havadan sormaq üçün qurğulardan istifadə 
etmək.
Sahil   səhralarının   24   000   kilometri   boyu   dəniz   suyu   ilə   işləyən   kənd-təsərrüfatı 
proqramlarının həyata keçirilməsi karbonun  süzülməsinə  səbəb olar və bioyanacaqlar, 
kağız məhsulları və qida üçün mənbə olardı. Günəş enerjisi üzrə laboratoriyalarda  əldə 
edilən irəliləyişlər xərcləri əhəmiyyətli dərəcədə azaltmağı vəd edir, lakin inşa edilmiş 800 
-   1000   kömür   zavodunun   40   il   fəaliyyət   göstərmələri   gözlənilir.   Havaya   buraxılan 
karbonun müqabilində oksigen hasil edən, yeni salınmış meşə ərazilərinin satın alınması 
da   daxil   olmaqla  karbon   ticarətinə  diqqət  çoxalır.   Karbonun  tutulması   və   saxlanılması 
emissiyaları azaltmağa kömək edə bilər, lakin hətta emissiyalar sabitləşdirilsə də, enerji 
istehlakından törəyən istilik istiləşməni gücləndirə bilər. 
Təkcə iqlim dəyişikliyi deyil, həm də ekoloji təhlükəsizlik BMT-nin Təhlükəsizlik Şurasının 
diqqətində olmalıdır. Kütləvi urbanizasiya və mal-qara yetişdirilməsinin artımı yeni qlobal 
pandemiyalara səbəb ola bilər. İqlim dəyişikliyi həşərat və xəstəlik nümunələrini dəyişir. 
Ətraf   mühitə   ziyan   vurmayan   məhsullarla   yanaşı,   ümumi   qaydada   tətbiq   edilən   vergi 
imtiyazları üçün yeni anlayışlar və ölçü vahidləri gərəkdir.
İnkişaf edən ölkələr qeyri-davamlı təcrübələrini daha davamlı təcrübələrə dəyişməlidirlər; 
Dünya Bankının dəyərləndirmələrinə görə iqlim dəyişikliyinə uyğunlaşmaq inkişaf edən 
ölkələrə   ildə   10-40   milyard   dollara   başa   gələcək.   İri   təkrar   sığorta   şirkətlərinin 
dəyərləndirmələrinə   görə,   iqlim   dəyişikliyi   səbəbindən   baş   verəcək   iqtisadi   itki   onillik 
ərzində ildə 150-300 milyard dollara çata bilər. Korlanmamış ekoloji sistemlərin dəyəri 
onların mühafizə dəyərini üstələyir.
 
Hökumət   subsidiyaları   mədən   yanacaqlarından   bərpa   olunan   enerji   mənbələrinə 
istiqamətləndirməlidir (dəyərləndirmələrə görə sənaye ölkələri ildə mədən yanacaqlarına 
200   milyard   dollar   pul   buraxırlar).   Digər   təkliflərə   daxildir:   yanacağın   effektivliyi 
standartlarını   ildə   ÜDM-yə  nisbətdə  5%  artırmaq;   adambaşı   1.8  qlobal  hektardan  çox 
ərazidən   istifadəyə   görə   ekoloji   iz   vergisi;   gün   ərzində   beynəlxalq   maliyyə 
sövdələşmələrinin 1.5-2 trilyon dollarına düşən 1% vergi; nəqliyyat vasitəsinin yanacaq 
sərfiyyatını azaltmaqla bir ilə bir mil məsafənin qənaət edilməsini tələb şəklinə salmaq. 
Beynəlxalq səyahət, karbon və şəhərdə cəmləşməyə görə vergi də nəzərə alınmalıdır. Bu 

cür   vergi   gəlirləri   beynəlxalq   ictimai/şəxsi   yüksək   zərbəyə   davamlı   texnologiyaları 
maliyyələşdirmə mexanizmlərinə yardım göstərə bilər. Kino, televiziya, musiqi, oyun, və 
müsabiqələr   yolu   ilə   kütləvi   ictimai   təhsil   səyləri   fərdlərin   və   qrupların   bacardıqlarını 
vurğulamalıdır. İqtisadi inkişaf və texnoloji yeniliklər arasındakı müştərək fəaliyyət son 200 
il   ərzində   baş   vermiş   dəyişikliklərin   ən   mühüm   hərəkətverici   qüvvəsi   olub,   lakin   biz 
iqtisadiyyatımızı, ekologiyamızı və sosial davranışımızı inkişaf etdirməyənədək, varlılar və 
kasıblar arasındakı uçurumu aradan qaldırmayanadək növbəti 200 il çox çətin olacaq. 
Kütləvi   qırğın   silahlarının   yayılmasıyla   bərabər,   qeyri-davamlı   inkişaf   bəşəriyyətin 
gələcəyinə üz verəcək təhlükələrdən ən böyüyü ola bilər, lakin davamlı və bərabər inkişaf 
olmadan milyardlarla insan yoxsulluğa məruz qalacaq və sivilizasiyanın çox hissəsi məhv 
olacaq. Biz İSO ekoloji standartlarını və “Neyçrl Step” və “Ekvator Prinsiplz” kimi soraq 
kitabçalarını   təşviq  etməli   və   şirkətlərin   təcrübələri  əsasında   “davamlılıq  hesabatları”nı 
nəşr etməli, insan inkişafı üçün qadağan olunmuş əsas yaşayış mühitlərini elan etməli, 
ÜTT kimi təşkilatların köməyilə Beynəlxalq Ekoloji Təşkilat təsis etməli, beynəlxalq ekoloji 
cinayətlər haqqında məlumat toplusu və polis qurumu yaratmalı və daha təmiz hava, su 
əldə etmək və insan haqlarına nail olmaq üçün ekoloji hərəkatlar və insan haqları qrupları 
arasında müştərək fəaliyyəti təşviq etməliyik. 
1-ci Çağırışa o vaxt ciddi cavab veriləcək ki, gündəlik adambaşı kalori 2 000-dən çox 
olacaq, ac insanların sayı yarıbayarı azalacaq, meşə sahələri 5 il ərzində çoxalacaq və 
istixana qazlarının emissiyası 5 il dalbadal azaldığı vaxtda ÜDM artacaq.
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin