42.Ə mə yin mühafizə sinə ayrılan xə rclə r.
Müasir texnologiyaların ən yüksək tələbi, əməyin keyfiyyətinin artırılmasına
yönəldilən tələblərdir. Texnoloji proseslərin mürəkkəbliyi, iş prosesi dövründə
səhvlərin artmasına səbəb olur. Bəzən insan səhhətində baş verən kiçik nasazlıqlar iş
prosessində müxtəlif səhvlərə gətirir ki, bu da iqtisadi və sosiyal itkilərlə nəticələnir.
Dəzgahların qiymətlərinin artması, peşəkarlığın yüksəlməsi, iş vaxtının qiymətlən-
dirilməsi ümumi itkilərin həcmcə artmasına səbəb olur. Bu halda, xəstəliklərin
artması, ətraf mühitin çirklənməsi nəticəsində iş fəaliyyətinin qısalması, birbaşa və
ya dolayı yolla itkilərin yüksəlməsinə səbəb olur. qtisadi itkilərin əsas səbəbi,
insanların xəstəlikləri, işdə və məişətdə aldıqları xəsarətlər, müvəqqəti iş
qabiliyyətinin itirilməsi və əlillikdir.
qtisadi itkilər bir sıra amillər cəmindən yarana bilər ki, bu isə iş gününün
itirilməsi, təbii ki, istehsal edilməyən məhsulun qiymətinə təsiri;
-əlilliyə, təqaüdə, müvəqqəti iş qabiliyyətinin itirilməsinə yönəldilmiş ödənişlər;
-ambulator, müalicə-profilaktik yardım və xəstəxana şəraitində müalicə xərcləridir.
43.Fövqəladə halların nəticələrinə çəkilən xərclər.
Ekoloji şəraitin pozulması, qəza nəticəsində insanların tələfatı, sənaye obyektlə-
rinin dağılması, gözlənilməz hadisələr, ölkəyə böyük miqdarda maddi və iqtisadi
ziyan verir. Hər il respublikamızın ərazisidə müxtəlif texnogen, məişət və təbii
xarakterli fövgəladə hadisələr baş verir.Hər bir FH-in dəqiq statistik göstəricisi,
ümumi və ya tibbi-taktiki xassəyə görə araşdırılır. Fövqəladə hadisələrin əmələ
gətirdiyi vəziyyətin qiymətləndirilməsi qəzaların nəticələrinin aradan qaldırılmasına,
dağılmış yaşayış binalarının bərpasına, sənaye və kənd təsərüfatı obyektlərinin
yenilən quraşdırılmasına və sosiyal-iqtisadi tələbata ayrılan vəsaitlə qiymətləndirilir.
Yuxarıda deyilənləri analiz edərkən bu nəticəyə qəlmək olur ki, iqtisadi ziyanın
həcmi, fövqəladə hadisələrin yaratdığı dağıntılar, tələf olanların və xəsarət alanların
sayı, dağıntıların bərpasına ayrılan vəsaitlərin cəmi ilə təyin edilir.
nsanların məişət və əmək şəraitinin təhlükəsizliyini təmin etmək, xəstəliklərin
profilaktikası, onların əmək aktivliyi müddətinin uzadılmasına, həmçinin əmək
ehtiyyatlarının sabit saxlanılmasına və sosial sığorta xərclərinin azaldılmasına zamin
yaradır. Əməyin mühafizəsinin maliyyələşməsi, respublika büdcəsində öz əksini
taparaq, müəsisənin gəliri, həmçinin əməyin mühafizəsinə ayrılmış fond hesabına
icra olunur.
44.Ekoloji tə hlükə sizliyin tə min edilmə sinə çə kilə n xə rclə r.
Atmosferin çirklənməsindən yaranan ekoloji ziyan: normativin tələblərinə uyğun,
qarşısı alınmaz hadisələrə çəkilən xərclər; normativdən kənar itqilərə, yəni əməyin
səmərəliliyinə və başqa milli sərvətimizə dəyən ziyanların qiymətləndirilməsinə,
onlara ayrılan xərclərin kompensasiyası, ekoloji tarazlığın bərpasına çəkilən
xərclər; iqtisadi, sosial və istehsal sisteminin tarazlığına ayrılan xərclərin cəmi ilə
qiymətləndirilir.
Neqativ hadisələrin təsirindən çirkənməyə məruz qalmış sistemin elementləri
aşağıdakılardır:
-əhali, kommunal təsərrüfat obyektləri, kənd təsərrüfatı sahələri, meşə təsərrüfatı,
ə
sas sənaye-istehsal fondları, əmək resursları, xüsusi təyinatlı-rejimli ərazilər,
qoruqlar, yasaqlıqlar, sanatoriyalar və digərləri;
Dövlət tərəfindən iki növ normativ baza ödənişləri təyin edilmişdir:
a)
ərazini çirkləndirən tullantıların və atılmaların yerləşdirilməsi zamanı zəhərli
təsiri normalara uyğun çərçivə daxilində olduqda;
b)
ərazini çirkləndirən tullantıların və atılmaların yerləşdirilməsi zamanı zəhərli
təsiri təyin edilmiş limitlər əsasında (müvəqqəti razılaşma yolu ilə) olan
ödənişlər.
45.Toksikoloji və qeyri toksikoloji tullantıların yerləşdirilməsinə çəkilən
xərclər.
Limitdən artıq miqdarda toksik və qeyri toksik tullantıların yerləşdirilməsinə çəkilən
xərclər normada çəkilən xərclərin( tullantıların növündən,yerləşdirilmə növündən və
çəkisindən asılı olaraq) hasil əmsalını beş dəfə artıraraq, cəminin hasilinə
bərabərdir.Tullantılar bir neçə cür təsnif olurlar:
-istehsalat növü,
-məişət növü,
-kənd təsərrüfatı tullantıları.
-toksiki və qeyri toksiki tullantılar.
Tullantıların toksikiliyinə görə qruplaşdırılması müvafiq dövlət strukturunun
göstərişi ilə və ya dövlət qərarı əsasında təyin edilir.
stehsalat tullantılarının istifadəsi və yerləşdirilməsi icra olunur:
-bərk məişət tullantılarının basdırılması üçün təyin edilmiş ərazidə (sanitar-
epidemioloji nəzarət altında);
-sənaye tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi ərazisində;
-ayrı-ayrı müəssələrin daxilində olan xüsusi ərazilərdə;
-açıq tullantı sahəsində, tələbata uyğun olaraq, yerləşdirilmiş tullantıların ətraf
mühitin riskdən qorunmasının sığortalanması ilə.
46. ldırım ötürən nədir və onun mühafizədə rolu?
ldırım boşalmalarının təsiri iki formada olur: bir başa və elektrostatik,
elektromaqnit induksiyaları təsiri. ldırım, bina və qurğulara bir başa təsiri böyük
dağıntılara, yanğınlara, partlayışa və bəzən də insan tələfatına səbəb olur. ldırımla
bulud arasında və buludla yer arasında gedən təbii elektrik boşalmasından ibarətdir,
bu zaman elektromaqnit şüaları yaranaraq, bir başa elektrik cihazlarına neqativ təsir
göstərir. Belə hallardan mühafizə olunmaq üçün ildırım ötürən sistemlər quraşdırılır.
ldırımdan mühafizə qurğusunun tipi və yerləşdirilməsi yeni obyektin layihə-
ləndirilmə mərhələsində seçilərək, onun elektrik keçirici elementlərindən
maksimum istifadə etmək mümkün olsun. ldırım ötürənlər çubuq, antenna və tor
formasında olurlar. Bunlar içərisində ən çox çubuq formalı ildırım ötürənlərdən
istifadə edilir.
Belə tədbirlər təhlükəsizliyi tam təmin edə bilər.
Təminatına görə yerləbirləşdirmə və sıfırlama ildırımötürmə eyni funksiyanı yerinə
yetirirlər. nsanları ildırım cərəyanından qoruyurlar. Lakin bu prosesslərin hər biri
müxtəlif üsullarla icra olunurlar.
47.Torpaqlama və ildırım ötürənlərin konturlarının quraşdırılması.
Torpaqlama və ildırım ötürənlərin konturlarının obyektlərdə quraşdırılması,
təhlükəsizliyin təmin edilməsində böyük rol oynayır. Onlar ildırımın fəsadlarından
işçiləri müdafiə və elektrik cihazlarının istifadəsini təhlükəsizləşdirirlər.
Torpaqlama, gərginlik altında olmayan təchizat hissələrinin uyğun ötürücülərlə
torpağa basdırılmış elektroda bağlanmasıdır, ona görə də bu işi yalniz peşəkarlar
yerinə yetirməlidirlər.Torpaqlamadan sonra cihazlarda, şəbəkələrdə olan elektrik
sızmaları və statik elektrik bu vasitə ilə torpağa axacaqdır. Beləliklə canlılar və
cihazlar üçün təhlükəsiz bir mühit yaradılmış olacaqdır. Demək olar ki, hər bir
elektrik cihazlarında torpaqlama üçün müəyyən yerləri vardır, bu proses cihazların
iş müddətini artıraraq, uzun müddət təmir işlərinə ehtiyac duyulmur. Torpaqlamanın
konturlarının yerləşdirilməsi üçün bir neçə ölçü parametrləri hesablanılmalıdır.
Tikintidə istifadə edilən materialların xassələri, torpağın müqaviməti və diqər
ölçülər nəzərə alınmalıdır. Torpaqlanmanın konturu, obyektin binövrəsinə 1(bir)
metr məsafədən az olmamaq şərti ilə yerləşdirilir.Onun müxtəlif yerləşdirilmə
sahəsi və basdırılma dərinliyi ola bilər, bundan başqa müxtəlif materiallardan
hazırlanması mümkün olaraq, onun qiymətinə təsir göstərir.
48. ldırım və şimşək ötürənlərin əsas vəzifələri hansılardır?
ldırımdan mühafizə sistemi binaların üzərinə düşən dalğaların təsirini
söndürmək üçün təyin edilmişdir. Beləliklə düşən mexaniki, elektrik yaxud istilik
yardımçı effektlərin qarşısı alınır.
ldırım və şimşək ötürücülərinin əsas vəzifələri binaların daxilində yerləşmiş
mühafizə dəzgahlarında əmələ gələn təhlükəli qığılcımların qarşısını almaqdır.
Qığılcım əmələ gəlmə halları, dəzgahların hissələrinin metal yaxud elektrik cərəyan
keçirməsi, potensiallarının arasında yüksək fərq yaranarkən baş verir.
Xüsusi mühafizə dəzgahların elektrik qidalanma mənbəyindən radio və naqillərlə
rabitə sisteminə ehtiyacı vardır, bu hal onunla əlaqədar ki, yerbirləşməsi və
nizamlayıcı potensialları ildırım ötürənlə, həmçinin mənzildaxilielektrik ötürü-
cülərlə birgə münasibətdədirlər.
Binaların ildırımdan mühafizəsi bir sıra amillərdən asılıdırlar. lkin dövrdə,
ildırım yüksəklikdə yerləşmiş obyektlərə, həmçinin həssas elektrik keçirmə
qabiliyyətinə malik su hövzələrinə yaxın yerləşmiş və yüksək səviyyəli torpaq suları
məhv etmə ehtimalına malikdir.
ldırım mühafizə sistemi şərti olaraq daxili və xarici olurlar. ldırım mühafizəsini
üç əsas elementə bölmək olar: ldırım qəbul edən, cərəyan keçirən və torpaqla
birləşdirən. Daxili ildırım mühafizə sistemi isə elektrik avadanlıqlarının, naqillərin,
elektron hissəsinin binaların daxilində mühafizəsinə yönəldilmişdir. Hər iki ildırım
mühafizə sistemi yerləbirləşmə qurğuları və elektrik naqilləri vasitəsilə
ə
laqələndirilir.
49.Yanğ ın xə bardaretmə sistemlə ri.
Yanğ ın xə bardaretmə sistemlə ri – və ya, yanğınin xəbardaretmək vasitələri,
yanğının ilkin mərhələdə aşkar edilməsi, yanğının yaranma vaxtı və məkanı
haqqında həyəcan siqnalını ötürmək, və lazım olarsa avtomatik söndürmə və
tüstüsovurma sistemlərinin işə salınmasıdır. Yanğın siqnalizasıyası yanğının ilkin
ə
lamətlərinə əsasən (tüstü, istilik, alov) reaksiya verir.Yanğın siqnalizasiya
sistemləri elektrik cihazlardır. Signalizasiya – aşkar etmə vasitələrindən, həyəcan
siqnalının verilməsindən, məlumatın əks edilməsi və təhlilinindən ibarət mühafizə-
yanğına qarşı avadanlıqların kompleksidir. Yanğına qarşı mühafizənin texniki
vasitələri insanları və yanğın xidmətini hisləndirmənin başlanması barədə xəbərdar
etməyə və yanğının yayılmasının qarşısını almağa, insanları vaxtında evakuasiya
(təhliyyə) edilməsi üçün imkan yaradır. Bu sistemlər, insan həyatına
təhlükə(yanğın) yarada biləcək amillər olan obyektlərdə quraşdırılaraq, tələfatın
qarşısı vaxtında almaq üçün istifadə olunurlar.
50.Yanğ ın zamanı xə bə rdarlığ ın təş kili.
Yanğın xəbərdarlıq etmə sistemləri və ya yanğının xəbardaretmə vasitələri, yanğının
ilkin mərhələdə aşkar edilməsi, yanğının başlaması haqqında həyacan siqnalını
ötürmək və lazım olduqda avtomatik söndürmə, tüstü sovurma sistemlərinin isə
salınmasıdır. Yanğın siqnalizasiyası yanğının ilkin əlamətlərinə əsasən reaksiya
verir.
Yanğının baş verməsi haqqında xəbardarlıq aşağıdakı sistemdə icra edilir:
-Lokal xəbərdarlıq - muxtar siqnalizasiya sistemi işıq və səs siqnalları ilə mühafizə
xidmətinə məlumatların ötürülməsi imkanı olmadan, həyəcan vəziyyətinin
yaranmasına reaksiya verən sirenanın icraçı qurğularını işə salır;
Distansion və ya GSM-siqnalizasiya stasionar və mobil telefon (SMS göndərilməsi
və səs mesajları istifadə olunur), internet və lokal sistemlər vasitəsilə həyəcan siq-
nalını ötürməyə imkan verir;
Qurğu mühafizəsi- (müasir sistem) simli və ya simsiz radio kanal üzrə işləyən
öz qəbul edici- ötürüci cihazları olan siqnalizasiya sistemidir. Bəzi yerlərdə yanğın
xəbərdarlıq sistemləri tamami ilə avtonom olur, yəni birbaşa yanğınsöndürən sistemi
ilə bağlı olur.
cra olunan funksiyalar üzrə :
Mənzillər üçün yanğından mühafizə siqnalizasiyası.
Yanğına qarşı mühafizənin texniki vasitələri insanları və yanğın xidmətini
hislənmənin başlanması barədə xəbərdar etməyə, və yanğının yayılmasının qarşısını
almağa, insanları vaxtında təhliyyə edilməsi üçün imkan yaradır.
Dostları ilə paylaş: |