İlahiyyat faküLTӘSİNİn elmi MӘcmuәSİ


İSTİFADӘ OLUNMUŞ ӘDӘBİYYAT



Yüklə 3,47 Mb.
Pdf görüntüsü
səhifə7/36
tarix21.04.2017
ölçüsü3,47 Mb.
#15086
1   2   3   4   5   6   7   8   9   10   ...   36

 

İSTİFADӘ OLUNMUŞ ӘDӘBİYYAT 

 

Muhammed Abduh b.  Hasan  Hayrullah Abduh.  Tevhid risalesi /  tərc.  Sabri 

Hizmetli, Ankara: Fecr Yayınevi, 1986. 

Әbdüh, Risalətut-tövhid, Qahirə 1353. 

Baqillani. ət-Təmhid. Qahirə 1947. 

əl-Matüridi. Kitabut-Tövhid. Ankara: İSAM Yayınları, 2005. 

Gölcük Ş. Topraq S., Kelam (Tarih Ekoller Problemler). Konya: Tekin kitabevi, 

2001. 


İzmirli İsmail Hakkı. Yeni İlmi-Kelam. İstanbul: 1341. 

İzmirli. Muhassalül-kelam vel-hikme. İstanbul, 1336. 

Kılavuz  A.  S.  Anahatlarıyla  İslam  akaidi  ve  kelama  giriş.  İstanbul:  Ensar 

neşriyyatı, 1987. 

Osmanlıdan  Cumhuriyete  İslam  düşüncesinde  arayışlar  /  Sadeleştirenler: 

Abdurrahman  Dodurgalı,  Adil  Bebek,  Ahmet  Yücel,  Ferhat  Koca,  İlyas  Çelebi, 

Mehmet Erdoğan, İstanbul: Rağbet yayınları, 1999. 

Özervarlı M.S. Kelamda Yenilik Arayışları (XIX. yüzyıl sonu-XX. yüzyıl başı). 

İstanbul, 1998.  

Rüştü Erkul T. Yeni Kelam Dersleri. Ankara, 1967. 

Şibli. əl-Kəlam. Karaçi 1929. 

Şibli. Siratun-Nəbi. Lahor 1979. 

Topaloğlu B. Kelam ilmi (Giriş). İstanbul: 1996. 

Abdüllatif  Harputi.  Tenkihül-kelam  fi  akaidi  ehlil-İslâm/  Dersaâdet:  Necm-i 

İstikbal Matbaası, 1330. 

Filibeli  Şehbenderzade  Ahmed  Hilmi,  Allah'ı  inkar  mümkün  müdür  / 

sadələşdirən: Necip Taylan, Eyüp Onart, İstanbul: Çığır Yayınları, 1977. 

 


Kəlamda məzmun və metod baxımından yenilənmə hərəkatı (yeni elmi-kəlam dövrü) 

73 


 

XÜLASӘ 

 

Məqalə  kəlam  elmində  yeni  elmi-kəlam  dövü  kimi  tanınan  yenilənmə 

hərəkatından bəhs edir. XIX-XX əsrlərdə qərbdəki materializm, freydizm, darvinizm 

kimi  axımların  və  elmi  nailiyyətlərin  İslam  dünyasında  əks-səda  oyandırması 

nəticəsində klassik dövrdə yazılmış əsərlərin yetərsiz olduğunu, günümüz problem-

lərini əhatə etmədiyini irəli sürən bu axım İslam elmlərinin bir çoxunda yenilənməyə 

olan ehtiyac dilə gətirilmişdir. Yeni metod və məsələlərin tədqiqinə önəm verən, hər 

dövrdə aktual məsələlərin vurğulanmasının zəruriliyini müdafiə edən bu axımın bir 

çox ölkədə nümayəndələri olmuşdur. Məqalədə bu dövrdə kəlam sahəsində yazılmış 

əsərlərin  məzmun  xüsusiyyətlərinə  və  önəmli  nümayəndələrinin  fikirlərinə  yer 

verilir.  Çünki  kəlam  elminin  iki  önəmli  vəzifəsi  vardır:  birincisi  İslam  əqidə 

əsaslarını  düzgün  formada  insanlara  izah  etmək,  ikincisi  İslam  əqidəsini  şübhə  və 

etirazlardan qorumaq. 

 

 

RESUME 

 

The  article  is  dedicated  to  the  renovation  process  in  Muslim  theology  that 

known as a new  ilmi kalam. In the second half of  the 19th and at the beginning of 

the 20th centuries the intellectual trends that appeared in the West began to spread in 

Muslim  world.  With  the  influences  of  these  trends,  the  expectations  of  renovation 

emerged  in  the  field  of Kalam (Islamic  Theology).  The  representatives  of  new 

Islamic theology argued that traditional kalam could not respond to the challenges of 

scientific  materialism,  and  therefore  there  was  a  need  to  a  new  ilmi  kalam  whose 

methods  and  presuppositions  must  conform  to  contemporary  needs.  In  this  period, 

the  intellectual  trends  that  arose  in  the  West  such  as  Materialism,  Positivism, 

Darwinism  and  Atheism  included  thoughts  incongruous  with  Islamic  basic  beliefs. 

For Islamic theology has two functions: firstly, explaining Islamic belief correctly to 

the people; and secondly, protecting Islamic belief from the assault of doubts.  

 

 

 


 

Adilə Tahirova 

74 


 

РЕЗЮМЕ 

 

В связи с процессами застоя, стагнации мусульманские общества все чаще 

задавались  вопросом  о  том,  каким  образом  это  произошло,  в  чем  причины 

кризиса  мусульманского  мира?  С  этого  момента  (XIX-XX  вв.)  в  различных 

регионах мусульманского мира появилось модернистское или реформаторское 

направление  мысли.  Как  известно,  модернизм  это  способ  и  форма 

приспособления  религии  и  теологии  к  новым  условиям  их  существования  с 

целью  преодоления  кризиса  ввиду  возникших  вопросов  и  новых  течений  с 

атеистическим мировоззрением таких как материализм, дарвинизм, фрейдизм 

и  т.п.  Новые  мыслители  пытались  найти  ответы  актуальным  проблемам  и 

новые  методы  адаптации  к  новым  условиям.  Как  известно  мусульманская 

теология  имеет  две  функции:  первое  объяснить  исламскую  веру  правильным 

образом, второе беречь исламскую веру от сомнений. 

 

 



Çapa tövsiyə etdi: i.f.d. A.M.Şirinov 

 


Azərbaycanda dini etiqad azadlığı: qanunvericiliyin sosial-fəlsəfi mahiyyəti 

75 


 

 

AZӘRBAYCANDA DİNİ ETİQAD AZADLIĞI:  



QANUNVERİCİLİYİN SOSİAL-FӘLSӘFİ MAHİYYӘTİ 

 

Sakit Yəhya oğlu Hüseynov 



AMEA Fəlsəfə və Hüquq İnstitutunun 

“Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri” 

şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru 

 

 

 

Açar  sözlər:  dini  etiqad,  vicdan  azadlığı,  insan  hüquqları,  qanunvericilik, 

hüquqi aspektlər. 

Ключевые  слова:  вероисповедание,  свобода  совести,  права  человека, 

законодательство, правовые аспекты. 

Keywords: religion, freedom of conscience, human rights, law, legal aspects.  

 

Dini etiqad azadlığının əsas sosial-hüquqi mahiyyəti “Dini etiqad azadlığı haq-

qında” Azərbaycan Respublikası Qanununda təsbit olunmuşdur. Bu qanunun birinci 

maddəsində göstərilir ki, “Hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, 

hər hansı dinə təkbaşına və ya başqaları ilə etiqad etmək, dinə münasibəti ilə əlaqə-

dar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Hər bir şəxsin dinə müna-

sibətinin müəyyənləşdirməsində, dinə etiqadında, ibadətlərdə, dini ayin və mərasim-

lərin  icrasında  iştirak  etməsində,  dini  öyrənməsi  yolunda  hər  hansı  maneçiliyə  yol 

verilmir. Dini etiqadların, dini həyat tərzinin və zor işlədilməklə və ya insanlar ara-

sında  nifaq  salmaq  məqsədi  ilə  təbliği,  dini  etiqada  məcbur  etmək  qadağandır” 

(1. 571). 

Buradan göründüyü kimi mövcud qanuna görə respublikamızda hər bir kəs dinə 

münasibətini  müəyyənləşdirməkdə,  istədiyi  dinə  etiqad  etməkdə  sərbəstdir.  Eyni 

zamanda  dini  etiqadların,  dini  ibadətlərin  zor  işlətməklə  və  ya  insanlar  arasında 

nifaq salmaqla təbliğ edilməsi qanunla qadağandır. Qeyd edək ki, mövcud qanunun 

1-ci  maddəsində  dini  təhlükəsizliyin  təmin  edilməsi  baxımından  əcnəbilər  və 

vətəndaşlığı  olmayan  şəxslər  tərəfindən  dini  təbliğatın  qadağan  edilməsi  təsbit 

olunmuşdur.  



 Sakit Yəhya oğlu Hüseynov 

76 


“Dini  etiqad  azadlığı  haqqında”  Azərbaycan  Respublikasının  Qanununun  əsas 

vəzifələri 3-cü maddədə aydın şəkildə göstərilmişdir. Belə ki, bu qanun: cəmiyyətdə 

sosial ədaləti, bərabərliyi, vətəndaşların dinə münasibətindən asılı olmayaraq onların 

hüquqlarının  və  qanuni  mənafelərinin  müdafiəsini  təmin  edir,  dini  qurumlarla 

münasibətdə  dövlətin  vəzifələrini  müəyyənləşdirir,  adamların  dünyagörüşündən  və 

dini  əqidəsindən  asılı  olmayaraq  milli  əxlaqın  və  humanizmin  təzahürü,  vətən-

daşların  əmin-amanlığı  və  əməkdaşlığı  üçün  əlverişli  şəraiti  himayə  edir,  dini 

qurumların fəaliyyəti ilə əlaqədar münasibətləri nizama salır.  

Qanunun  növbəti  (4-cü  maddə)  maddəsində  göstərilir  ki,  ölkə  vətəndaşlarının 

dinə  münasibətlərindən  asılı  olmayaraq  siyasi,  iqtisadi,  sosial  və  mədəni  həyatın 

bütün sahələrində bütün vətəndaşlar qanun qarşısında  bərabərdirlər. Dövlət və  dini 

qurumların  hüquqi  münasibətlərindən  bəhs  edən  qanunun  5-ci  maddəsində  aydın 

şəkildə  göstərilir  ki,  Azərbaycan  Respublikasında  din  və  dini  qurumlar  dövlətdən 

ayrıdır. Bunu nəzərə alaraq “dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini 

dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır”. Lakin buna baxmayaraq 

dini  qurumlar  Azərbaycan  Respublikasının  mövcud  qanunlarına  əməl  edir  və 

məsuliyyət  daşıyırlar.  Qanuna  görə  dini  qurumlar  siyasi  partiyaların  fəaliyyətində 

iştirak  etmir  və  onlara  maliyyə  yardımı  göstərmir.  Digər  tərəfdən  din  xadimləri 

dövlət orqanlarının tərkibinə seçildikdə və ya vəzifəyə keçdikdə onların din xadimi 

kimi fəaliyyəti həmin müddətdə dayandırılır.  

Qanunda  göstərilir  ki,  bütün  dinlər  və  dini  qurumlar  qanun  qarşısında 

bərabərdir.  Bir  din  və  dini  qurum  üçün  digərinə nisbətən  hər  hansı  üstünlük və  ya 

məhdudlaşdırmalar müəyyən edilməsinə yol verilmir. Mövcud qanunda irəli sürülən 

hüquqi müddəalar bir daha Azərbaycan Respublikasının sivil, dünyəvi, demokratik, 

milli və dini cəhətdən tolerant bir ölkə olduğunu göstərir. 

Dinin  təhsil  qurumları  ilə  hüquqi  münasibətlərinə  gəldikdə,  qeyd  etmək 

lazımdır ki, qanunvericilikdə bu məsələlər də öz hüquqi ifadəsini tapmışdır. Burada 

(maddə  6)  dövlət  təhsil  sisteminin  dindən  ayrı  olduğu  göstərilir,  eyni  zamanda 

dinşünaslıq,  dini-idraki,  dini-fəlsəfi  fənlər,  müqəddəs  dini  kitabların  əsasları  ilə 

tanışlıq  dövlət  təhsil  müəssisələrinin  tədris  proqramına  daxil  edilə  bilər,  həmçinin 

vətəndaşlar  istədikləri  dildə  fərdi  qaydada  və  ya  başqaları  ilə  birlikdə  ilahiyyatı 

öyrənə və dini təhsil ala bilərlər.  

Dini  etiqad  azadlığı  haqqında  mövcud  qanunvericiliyin  II  fəsli  dini  qurumlar, 

dini  icmalar,  dini  mərkəzlər  və  idarələr,  dini  tədris  müəssisələrinin  hüquqi  təsni-

fatının  şərh  edilməsi  və  dini  qurumların  əsas  funksiyalarının  izah  edilməsini  əhatə 


Azərbaycanda dini etiqad azadlığı: qanunvericiliyin sosial-fəlsəfi mahiyyəti 

77 


edir.  Qeyd  etmək  lazımdır  ki,  rəsmi  şəkildə  Әdliyyə  Nazirliyində  qeydiyyatdan 

keçmiş müxtəlif dini qurumlar, dini icmalar, dini birliklər, dini tədris müəssisələri və 

s. bu qanunla və özlərinin təsdiq edilmiş nizamnamələrinə (əsasnamələrinə) müvafiq 

olaraq fəaliyyət göstərirlər. Hər bir dini qurumun nizamnaməsi (əsasnaməsi) dindar 

şəxslərin  ümumi  yığıncağında  və  ya  dini  qurultay  və  konfranslarda  qəbul  olunur. 

Hüquqi  prinsiplərə  görə  yaradılması  nəzərdə  tutulan  dini  qurumların  nizamna-

məsində (əsasnaməsində) aşağıdakıların göstərilməsi tələb olunur:  

– dini qurumun növü, dini məsuliyyəti və yeri; 

– dini qurumun əsas fəaliyyət istiqamətləri

– dini qurumun əmlak vəziyyəti; 

–  yaradılmış  yeni  dini  qurumun  müəssisələr,  kütləvi  informasiya  vasitələri, 

digər dini qurumlar, tədris müəssisələri təsis etmək hüquqları (maddə 11). 

Qanunvericiliyin  “Dini  qurumların  dövlət  qeydiyyatına  alınması”  adlanan 

maddəsində (maddə 12) dini icma və s. dini ictimai birliklərin dövlət qeydiyyatına 

alınması  şərh  edilmişdir.  Burada  göstərilir  ki,  dini  birliklərin  dövlət  qeydiyyatına 

alınması üçün dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına (yəni – Dini Qurum-

larla  İş  üzrə  Dövlət  Komitəsinə)  təsis  sənədi  və  nizamnamə  (əsasnamə)  təqdim 

edilir. Bundan sonra dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanı 15 gün ərzində 

həmin  sənədləri  öz  rəyi  ilə  birlikdə  hüquqi  şəxslərin  dövlət  qeydiyyatı  orqanına 

göndərir. Ümumiyyətlə, dini qurumların dövlət qeydiyyatına alınması, yaxud dövlət 

qeydiyyatından  imtina  edilməsi,  eyni  zamanda  mübahisəli  məsələlərin  həlli  və 

məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikasının müvafiq qanunve-

riciliyinə uyğun həyata keçirilir.  

Qanunun  III  fəslinə  əsasən  dini  qurumların  əmlak  vəziyyəti  ilə  bağlı  hüquqi 

məsələlər  təsbit  olunmuşdur.  Bu  fəsildə  dövlətin,  ictimai  təşkilatların  və  ya 

vətəndaşların  mülkiyyəti  olan  əmlakdan  istifadə  (maddə  16),  tarix  və  mədəniyyət 

abidələri olan əmlakın istifadəyə verilməsi (maddə 17), dini qurumların istehsal və 

təsərrüfat fəaliyyəti (maddə 19), fəaliyyətinə xitam verilmiş dini qurumların əmlakı 

barəsində hüquqi vəziyyət və s. məsələlər öz hüquqi şərhini tapmışdır.  

Mövcud qanunun 4-cü fəslində dini etiqad azadlığı ilə əlaqədar vətəndaşların və 

dini  qurumların  hüquqları,  dini  ayinlərin  və  mərasimlərin  keçirilməsinin  hüquqi 

tərəfləri  (maddə  21),  dini  ədəbiyyat  və  dini  təyinatlı  əşyaların  istifadəsi,  istehsalı, 

idxalı  və  yayılmasının  hüquqi  əsasları  (maddə  22),  dini  qurumların  xeyriyyə  və 

mədəni-maarif  fəaliyyəti  (maddə  23),  dindarların  və  dini  qurumların  beynəlxalq 

əlaqələri (maddə 24) və s. məsələlər təsbit olunmuşdur.  


 Sakit Yəhya oğlu Hüseynov 

78 


Qanunun  4-cü  fəslində sovet rejimindən  yenicə qurtulmuş  və öz  müstəqilliyini 

elan etmiş Azərbaycan Respublikasının dindar vətəndaşları üçün dini etiqad azadlığı 

ilə  bağlı  bir  çox  əməli  məsələlər  öz  hüquqi  ifadəsini  tapmışdır.  Məsələn,  sovet 

dövründə  dini  ibadət  və  ayinləri  qeyri-leqal  şəkildə  həyata  keçirən  bəzi  hərbi 

qulluqçular,  dövlət  məmurları  və  s.  sosial  qruplar  mövcud  qanunun  qəbul  edilmə-

sindən  sonra  bu  sahədə  müəyyən  hüquqi  azadlıqlar  əldə  etdilər.  Bununla  bağlı 

qanunun  21-ci  maddəsində  hərbiçilərin  ibadət  etmələri  ilə  əlaqədar  göstərilirdi  ki: 

“Qoşun  hissələrinin  komandanlığı  (müstəsna  hallardan  başqa)  hərbi  qulluqçuların 

boş  vaxtlarında  ibadət  etmələrinə  və  dini  ayinləri  yerinə  yetirmələrinə  mane  ola 

bilməz. Әsgəri  bölmələrdə hərbi rəhbərliyin razılığı ilə ruhanilərin fəaliyyətinə yol 

verilir”(1. 578). 

Ordudan  başqa  digər  dövlət  idarələrində  də  leqal  şəkildə  dini  ibadətin  həyata 

keçirilməsinə  icazə  verilməsi  bu  qanunda  təsbit  olunmuşdur.  Belə  ki,  qanunda 

göstərilmişdir  ki:  “Xəstəxanalarda,  qospitallarda,  qocalar  və  əlillər  evlərində, 

yataqxanalarda, ibtidai həbs yerlərində ibadətlər və dini ayinlər orada olan şəxslərin 

xahişi  ilə  keçirilir.  Həmin  idarələrin  müdiriyyəti  ruhanilərin  dəvət  olunmasına 

yardım  göstərir,  ibadətin,  ayinin  və  ya  mərasimin  keçirilməsi  vaxtının  və  başqa 

şərtlərin  müəyyənləşdirilməsində  iştirak  edir.  Digər  hallarda  açıq  ibadətlər,  dini 

ayinlər  və  mərasimlər,  yığıncaq,  mitinq,  nümayiş  və  yürüşlərin  keçirilməsi  üçün 

müəyyən edilmiş qaydada icra olunur”(1. 578). 

Yuxarıda göstərildiyi kimi qanunda mühüm əhəmiyyət kəsb edən məsələlərdən 

biri  də  dini  ədəbiyyat  və  dini  təyinatlı  əşyaların  istifadəsi,  istehsalı,  idxalı  və 

yayılması  məsələsidir.  Bu  məsələ  ilə  bağlı  qanunun  22-ci  maddəsində  qeyd 

olunmuşdur  ki:  “Dini  qurumlar  dini  işlər  üzrə  müvafiq  icra  hakimiyyəti  orqanının 

razılığı  ilə  dini  təyinatlı  ədəbiyyatı,  əşyaları  və  dini  məzmunlu  başqa  məlumat 

materiallarını istehsal, idxal edə və sərbəst yaya bilər” (1. 578). 

Qanunun 5-ci fəslində dini icma və dini qurumlarda əmək fəaliyyətinin hüquqi 

və  sosial  aspektləri  əhatə  olunmuşdur.  Hər  şeydən  əvvəl  qanunun  bu  fəslində  dini 

qurumlarda  əmək-hüquq  münasibətləri  (maddə  25),  dini  qurumlarda  işləyən 

vətəndaşların  əmək  hüququ,  onların  sosial  təminatı  və  sosial  sığortası  (maddə  26, 

27)  təsbit  olunmuşdur.  Mövcud  qanunun  6-cı  fəslində  isə  dövlət  orqanları  ilə  dini 

qurumlar  arasında  sosial-hüquqi  münasibətlər  təsbit  olunmuşdur.  Bu  bölmədə  dini 

işlər  üzrə  müvafiq  icra  hakimiyyəti  orqanının  (qeyd  edək  ki,  mövcud  qanun  qəbul 

ediləndə  Dini  Qurumlarla  İş  üzrə  Dövlət  Komitəsi  yaradılmamışdı  və  bu  qurumu 

digər  müvafiq  icra  orqanları  əvəz  edirdi)  əsas  funksiyası,  fəaliyyət  istiqamətləri 


Azərbaycanda dini etiqad azadlığı: qanunvericiliyin sosial-fəlsəfi mahiyyəti 

79 


müəyyən qədər şərh edilmiş, dini etiqad  azadlığı haqqında qanunvericilik  üzərində 

nəzarətin həyata keçirilməsinin hüquqi aspektləri öz ifadəsini tapmışdır. 

Mövcud  qanunun  şərhi  və  sosioloji  müşahidələr  göstərir  ki,  qanun  qəbul  olu-

nandan (1992) indiyə kimi Azərbaycan cəmiyyətində bütün sahələrdə irəliyə doğru 

böyük inkişaf baş verməsinə baxmayaraq dini məsələlər, dini etiqad azadlığının bəzi 

hüquqi  tərəfləri,  xüsusən  dini  etiqad  azadlığı  və  dini  təhlükəsizliyin  qarşılıqlı 

münasibətləri ilə bağlı əvvəlki qanunda bəzi hüquqi boşluqlar vardır. Məhz qanunda 

olan bu boşluqların doldurulması üçün vaxtaşırı olaraq dini etiqad azadlığı ilə bağlı 

qanunvericiliyə  əlavə  və  dəyişikliklər  edilmişdir.  Mövcud  qanunvericilikdə  və  ona 

edilən  əlavə  və  dəyişikliklərdə  irəli  sürülən  hüquqi  və  sosioloji  aspektlərin  sosial-

fəlsəfi cəhətdən araşdırılması mövcud yarımbölmənin əsas mahiyyətini təşkil edir. 

Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanda siyasi, sosial-iqtisadi, mədəni sa-

hədə  inkişaf  və  yüksəlişə  doğru  ciddi  dəyişiklik  baş  verdikcə  ölkəmizin  qanun-

vericilik  sistemində  də  hüquqi  cəhətdən  bu  inkişafla  uzlaşan  dəyişikliklər  də  baş 

vermişdir.  

Qeyd  edək  ki,  “Dini  etiqad  azadlığı  haqqında”  Azərbaycan  Respublikasının 

Qanununa  vaxtaşırı  olaraq  müxtəlif  illərdə  bir  çox  yeni  əlavə  və  dəyişikliklər 

edilmişdir.  Bu  qanuna  edilən  əlavə  və  dəyişikliklər,  həm  hüquqi,  həm  də  müxtəlif 

sosioloji aspektləri əhatə etmişdir. Məsələn, Milli Məclisin 8 may 2009-cu il tarixli 

qərarına  görə  qanunun  8-ci  maddəsinə  aşağıdakı  məzmunda  üçüncü  hissə  əlavə 

olunmuşdur: “İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq 

icra  hakimiyyəti  orqanına  məlumat  verməklə  Qafqaz  Müsəlmanları  İdarəsi  tərə-

findən təyin edilir” (2. 1571). 

Azərbaycan Respublikası Milli Məclisinin həmin qərarına əsasən qanunun 21-ci 

maddəsinə  “İslam  dininə  aid  ayin  və  mərasimlərin  aparılması  yalnız  Azərbaycan 

Respublikasında  təhsil  almış  Azərbaycan  Respublikasının  vətəndaşları  tərəfindən 

həyata  keçirilə  bilər”  məzmununda  üçüncü  hissənin  əlavə  edilməsi  nəzərdə  tutul-

muşdur.  

Sosioloji  müşahidələrə  görə  burada  göstərilən  əlavələrin  edilməsi  ondan  irəli 

gəlmişdir  ki,  90-cı  illərin  əvvəllərində  ölkədə  yaranmış  xaos  və  hərc-mərclik 

nəticəsində  istər  dini  ibadət  yerlərinə  rəhbərlik  edilməsi,  istərsə  də  dini  ayin  və 

mərasimlərin  həyata  keçirilməsində  müəyyən  çatışmazlıqlar  yaranmışdır.  Məhz 

mövcud  qanuna  vaxtaşırı  edilən  əlavələr  qanunda  olan  bəzi  hüquqi  boşluqların 

aradan qaldırılmasına xidmət edirdi. 



 Sakit Yəhya oğlu Hüseynov 

80 


Bundan başqa 6-cı  maddənin dördüncü hissəsinin  aşağıdakı  redaksiyada veril-

məsi  nəzərdə  tutulmuşdur:  “Dini  qurumlar  öz  nizamnamələrinə  (əsasnamələrinə) 

uyğun olaraq qanunvericilikdə müəyyən edilmiş qaydada gənclərin və yaşlıların dini 

təhsili üçün tədris müəssisələri yaratmaqla müəyyən olunmuş formada təlim-tərbiyə 

prosesini həyata keçirə bilərlər” (3. 1080). 

Qanunda  olan  bu  boşluqlardan  biri  də  burada  dini  qurumların  dövlət  qeydiy-

yatına  alınması  (maddə  12)  təsbit  olunduğu  halda,  “Dini  qurumların  ləğv  edil-

məsi”nin bu qanunda öz əksini tapmaması idi. Bunu nəzərə alaraq “Dini qurumların 

ləğv  edilməsi”  adlanan  12-ci  maddədən  sonra  12-1-ci  maddə  ilə  qanuna  əlavə 

olunmuşdur.  Bu  maddəyə  görə  dini  qurumların  ləğv  edilməsi  aşağıdakı  halda  ləğv 

edilə bilər: 

1) təsisçilərin və ya nizamnamə (əsasnamə) ilə buna vəkil edilmiş orqanın qərarı ilə; 

2) müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə. 

Bu  qanunun  1-ci  maddəsinin  üçüncü  hissəsi  nəzərə  alınmaqla,  dini  qurum 

məhkəmə qaydasında aşağıdakı əsaslarla ləğv edilə bilər: 

1) dini qurum tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının, bu qanu-

nun  və  digər  qanunların  pozulması,  yaxud  həmin  qurumun  yaranma  məqsədlərinə 

zidd olan fəaliyyətin həyata keçirilməsi

2)  dini  etiqadın  və  dini  həyat  tərzinin  zor  tətbiq  ediləcəyi  ilə  hədələməklə, 

habelə  irqi,  milli,  dini,  sosial  ədavət  və  ya  düşmənçilik  yaratmaq  məqsədilə  təbliğ 

edilməsi,  dini  etiqadı  ifadə  etməyə  (nümayiş  etdirməyə),  dini  mərasimləri  yerinə 

yetirməyə  və  ya  dini  mərasimlərdə  iştirak  etməyə  məcbur  etmə,  insan  ləyaqətini 

alçaldan və ya insanpərvərlik prinsiplərinə zidd olan dinin (dini cərəyanın) yayılması 

və təbliğ edilməsi; 

3) ictimai təhlükəsizliyin və ictimai qaydanın pozulması; 

4)  terrorçuluğa,  terrorçuluğun  maliyyələşdirilməsinə,  təxribata  və  ya  zorakı 

cinayət əməllərinə yönəlmiş hərəkətlərin edilməsi

5) dünyəvi təhsil alınmasına mane olma; 

6)  dini  qurumun  üzvlərinin  və  digər  şəxslərin  dini  qurumun  xeyrinə  öz 

əmlaklarından imtina edilməsinə təhrik və məcbur etmə

7)  zor  tətbiq  etməklə  və  ya  digər  qanunsuz  əməllərlə  şəxsin  dini  qurumdan 

çıxmasına mane olma; 

8) şəxsləri qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edilməsinə və 

digər qanunsuz hərəkətlərin edilməsinə təhrik etmə; 



Azərbaycanda dini etiqad azadlığı: qanunvericiliyin sosial-fəlsəfi mahiyyəti 

81 


9)  dövlət  qeydiyyatına  alınması  üçün  tələb  olunan  məlumatlarda  və  ya 

sənədlərdə  edilmiş  dəyişikliklər  barədə  məlumatın  müvafiq  icra  hakimiyyəti 

orqanına təqdim edilməsi tələbinə təkrarən əməl olunmaması(3.1081-1082). 

Yuxarıda  qeyd  olunan  əlavə  və  dəyişikliklər  dini  qurum,  dini  icma  və  dini 

birliklərin ləğv edilməsi hallarının sosial-hüquqi şərtlərini göstərir. Dini qurumların 

ləğv  edilməsi  hallarının  mövcud  qanuna  əlavə  edilməsi  son  illərdə  dini 

təhlükəsizliyə  olan  təhdidlər,  dini  radikalizm  meyllərinin  artması,  beynəlxalq 

terrorçuluğun  dindən  istifadə  etməsi,  bəzi  qüvvələrin  dini  etiqad  azadlığından  sui-

istifadə edərək qanunçuluğu pozmaq zərurətindən irəli gəlmişdir. 

Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  Respublikasının  sosial-iqtisadi,  mədəni 

inkişafı,  ölkəmizin  Avropaya  inteqrasiyası,  Azərbaycanın  beynəlxalq  aləmdə 

nüfuzunun  artması,  dövlətimizin  yeni-yeni  beynəlxalq  konvensiyalara  qoşulması 

başqa sahələrdə olduğu kimi dini etiqad azadlığı, milli-mənəvi dəyərlər sahəsində də 

qanunvericiliyin müasir tələblərə uyğun şəkildə dəyişdirilməsini zəruri etmişdir.  

Qeyd  edək  ki,  dini  etiqad  azadlığı  ilə  bağlı  milli  qanunvericilik  bu  sahədə 

fəaliyyət göstərən Beynəlxalq  Konvensiyalara tamamilə uyğun  gəlir.  Bu  baxımdan 

respublikamızın mütəxəssis alimlərinin fikirləri də diqqəti cəlb edir: “Din və etiqad 

azadlığı  hüququ  Avropada  Təhlükəsizlik  və  Әməkdaşlıq  təşkilatının  müvafiq 

sənədlərində də bənzər şəkildə öz əksini tapmış və üzv dövlətlər bu hüquqa hörmətlə 

yanaşacaqlarına  dair  öhdəliklər  götürülmüşdür.  Avropa  Konvensiyasının  9-cu 

maddəsi, Mülki və  Siyasi hüquqlar haqqında  Beynəlxalq Paktın 18-ci  maddəsi din 

və  etiqad  azadlığını  fundamental  insan  hüququ  olaraq  açıq  şəkildə  təminat  altına 

almışdır” (4. 12). 

 Qeyd  etmək  lazımdır  ki,  Azərbaycan  respublikasının  Konstitusiyasının  18-ci 

maddəsində  din  və  dövlətin  hüquqi  münasibətləri  və  dini  etiqadların  qanun 

qarşısında  bərabər  olması  təsbit  olunmuşdur.  Bununla  bağlı  Konstitusiyasının 

yuxarıda göstərilən maddəsində qeyd olunmuşdur ki: “Azərbaycan Respublikasında 

din dövlətdən ayrıdır. Bütün dini etiqadlar qanun qarşısında bərabərdir” (5. 9). 

“Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu 20 avqust 

1992-ci  il  tarixində  qəbul  edilmişdir.  Qanun  qəbul  edildikdən  sonra  indiyə  kimi 

ölkəmizin sosial-iqtisadi və mədəni inkişaf istiqamətlərinə uyğun olaraq bu qanuna 

müxtəlif illərdə bir çox əlavələr və dəyişikliklər edilmişdir. Müxtəlif illərdə mövcud 

qanuna  əlavə  və  dəyişikliklərin  edilməsi  onun  həm  hüquqi,  həm  də  sosial-fəlsəfi 

aspektlərinin  araşdırılmasını  zəruri  etmişdir.  “Dini  etiqad  azadlığı  haqqında” 

Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişikliklər əsasən, 7 iyun 1996-cı 


 Sakit Yəhya oğlu Hüseynov 

82 


il  tarixli  (117-IQD  saylı),  5  noyabr  1996-cı  il  tarixli  (188-IQD  sayli),  27  dekabr 

1996-cı  il  tarixli,  10  oktyabr  1997-ci  il  tarixli  (380-IQD  saylı),  8  may  2009-cu  il 

tarixli (812-IIIQD saylı), 30 iyun 2009-cu il tarixli (841-IIIQD saylı), 10 iyun 2011-

ci il tarixli və s. vaxtlarda prezident sərəncamları ilə təsdiq edilmişdir. 

Göstərilən  zərurətdən  irəli  gələn  səbəblərə  görə  AR  Milli  Məclisinin  10  iyun 

2011-ci il tarixli iclasında “Dini etiqad azadlığı haqqında” qanuna bəzi dəyişikliklər 

edilmişdir. Bu dəyişikliklərdən ən  mühümü “Peşəkar dini fəaliyyət və din xadimi” 

adlı  yeni  maddənin  mövcud  qanuna  əlavə  edilməsidir.  Qanuna  əlavə  edilən  bu 

maddə iki hissədən ibarətdir. Bu maddənin birinci hissəsi – “peşəkar dini fəaliyyət”, 

ikinci  hissəsi  isə  “din  xadimi”  –  anlayışlarını  ifadə  edir.  Burada  “peşəkar  dini 

fəaliyyət”  dedikdə  –  dini  mərasimlərin  tələb  olunan  səviyyədə  keçirilməsi,  dini 

tərbiyə,  dini  təhsil,  dinlərin  yayılması,  dini  ayinlərin  icrası,  moizə  və  xütbələrin 

oxunması,  “Quran”ın  düzgün  təfsir  olunması  və  s.  başa  düşülür.  “Din  xadimi” 

dedikdə  isə  ali  və  orta  səviyyəli  dini  təhsilə  malik  olan,  peşəkar  dini  fəaliyyətlə 

məşğul  olan,  xalq  arasında  öz  dini  savadı  ilə  fərqlənən  din  xadimi  başa  düşülür. 

Qeyd  edək  ki,  qanun  qəbul  olunan  vaxtlarda  (1992)  Azərbaycan  cəmiyyətində 

peşəkar din  xadimi anlayışı yox  idi.  Fikrimizcə, görünür bu səbəbdən 1992-ci ildə 

mövcud qanun qəbul edilən zaman bu qanuna “dini fəaliyyət və peşəkar din xadimi” 

ilə  bağlı  ayrıca  maddə  daxil  edilməmişdir.  Lakin  müstəqil  respublikamızın  indiki 

dövründə  ümumi  dünyagörüşünə  görə  müasir  tələblərə  cavab  verən,  hərtərəfli  dini 

savada malik olan, dinşünaslıq və ilahiyyat ixtisası sahəsində yaxşı mütəxəssislərin 

fəaliyyətinə  mühüm  sosial  ehtiyac  vardır.  Məhz  bu  sosial  ehtiyac  “peşəkar  din 

xadimi”  anlayışının  mövcud  qanunvericilikdə  hüquqi  cəhətdən  təsbit  olunmasını 

zəruri etmişdir.  

Göstərmək  lazımdır  ki,  məlum  (ideoloji)  səbəblərə  görə  sovet  dönəmində 

Azərbaycanda  ali  dini  təhsil  almaq  mümkün  deyildi.  Çünki  keçmiş  SSRİ-də  islam 

dini üzrə ali dini təhsil təkcə Özbəkistanın paytaxtı Daşkənd şəhərində mövcud idi. 

Qeyd  edək  ki,  Qafqaz  Müsəlmanları  İdarəsinin  indiki  başçısı  şeyxülislam  Hacı 

Allahşükür Paşazadə, vaxtilə həmin Daşkənd universitetində ali dini təhsil almışdır. 

Yuxarıda göstərilən səbəblərə görə, o vaxtlar peşəkar din xadimlərinin hazırlanması 

qeyri-mümkün  olsa  da,  o  dövrdə  leqal  və  ya  qeyri-leqal  şəkildə  Azərbaycanda 

mollalıqla  məşğul  olanlar  var  idi.  Həmin  mollalıqla  məşğul  olanların  bəziləri  öz 

dindar valideynlərindən, bəziləri də yaşlı molla yanında qeyri-leqal şəkildə müəyyən 

dini  dərs  alaraq  Quran  oxumaq,  yas  mərasimlərini  idarə  etmək,  kəbin  kəsmək, 

məhərrəmlik mərasimi dövründə məscidlərdə fəaliyyət göstərmək və s. şəriət işlərini 


Azərbaycanda dini etiqad azadlığı: qanunvericiliyin sosial-fəlsəfi mahiyyəti 

83 


yerinə  yetirməklə  məşğul  idilər.  Әlbəttə,  bu  mollaların  əksəriyyəti  dini  savadı  az 

olan, dini ayin və mərasimləri öz bildikləri kimi şərh edən, təbiət hadisələrini elmi 

cəhətdən  izah  edə  bilməyən,  mövhumat  və  xurafata  çox  meylli  insanlar  idi.  Məhz 

buna  görə  də  dini  mərasimlərdə  iştirak  edən  və  islam  dininin  əsl  mahiyyətini 

anlamağa  çalışan  bir  çox  insanlar,  xüsusən  gənclər  həyatda  baş  verən  bəzi  sosial-

təbii hadisələrin elmi səbəblərini dərk etmək üçün dinlə bağlı kifayət qədər müəyyən 

suallara qaneedici cavablar ala bilmirdilər.  

Gənclərimizin  dini  mərasimlərdə,  o  vaxtkı  mollalardan  kifayət  qədər  dini 

bilgilər  ala  bilməməsinin  əsas  səbəblərindən  biri  əvvəla,  həmin  mollaların 

əksəriyyətinin  savad  dərəcəsinin  aşağı  olması  idi.  İkincisi  isə,  həmin  dövrdə  bəzi 

mollaların  peşə  yönümü  və  sosial  vəziyyəti  də  insanları  qıcıqlandırırdı.  Məsələn, 

vaxtilə sürücü, satıcı işləmiş, hətta həbsxanalarda yatıb-çıxmış adamların, sonradan 

molla  kimi  dini  mərasimləri  idarə  etməsi  və  dini  əxlaqdan  danışmasını  insanlar 

həzm edə bilmirdilər. Məhz bu kimi hallar o vaxtkı mollalara qarşı insanlarda mənfi 

münasibətin  formalaşmasına  səbəb  olurdu  və  həmin  mollalar  cəmiyyətdə  peşəkar 

din xadimi statusuna yiyələnə bilmirdilər.  

Lakin  bununla  yanaşı  sovet  dönəmində  də,  tək-tək  də  olsa,  dinşünaslıq  və 

ilahiyyatı yaxşı bilən, öz savadı, davranışı və əxlaqı ilə xalq arasında xüsusi hörmətə 

malik  olan  din  xadimləri  olmuşdur.  Məsələn,  o  vaxtlar  cənub  bölgəsində  xalq 

arasında  böyük  nüfuza  malik  olan  Mir  Məhəmməd  ağa,  Mir  Sultan  ağa,  Şeyx 

Məhəmməd,  Mir  Səfər  ağa  və  s.  kimi  din  xadimləri  nəinki,  Cəlilabad  və 

Biləsuvarda, hətta bütün bölgədə tanınırdı. Bu cür din xadimlərini tanıyan insanlar 

indi  də  onları  hörmət  və  ehtiramla  xatırlayırlar.  Fikrimizcə,  vaxtilə  xalq  arasında 

hörmət  və  nüfuz  sahibi  olmuş  bu  cür  din  xadimlərinin  həyat  və  fəaliyyətlərinin 

işıqlandırılması,  indiki  gənclərimizdə  milli-mənəvi  və  dini  dəyərlərimizin 

formalaşdırılmasına müəyyən fayda verə bilər.  

Ümumiyyətlə,  dini  etiqad  azadlığı  cəmiyyətdə  təkcə,  hüquqi  məsələ  deyil,  bu 

həm  də  insanların  ictimai  şüuru  ilə  bağlıdır.  Buna  görə  də  cəmiyyətimiz  inkişaf 

etdikcə dini etiqad azadlığı ilə bağlı olan mövcud qanunvericilik sahəsində yeni-yeni 

əlavə və dəyişikliklərin baş verməsini zəruri hesab edirik.  

Hazırki  şəraitdə  dini  etiqad  və  vicdan  azadlığının  ölkəmizdəki  durumunu  şərh 

edən prezident İ.Әliyev bu azadlıqların ölkə qanunvericiliyinə və beynəlxalq hüquqi 

sənədlərin tələblərinə uyğun olaraq təmin edilməsindən bəhs edərək demişdir:  “Bu 

gün  ölkəmizdə  dini  etiqad  və  vicdan  azadlığının  Azərbaycan  Respublikasının 

Konstitusiyasına,  eyni  zamanda,  beynəlxalq  hüquqi  sənədlərin  tələblərinə  uyğun 


 Sakit Yəhya oğlu Hüseynov 

84 


olaraq təmin edilməsi üçün zəruri hüquqi-siyasi şərait yaradılmışdır. Azərbaycanda 

dünya  dinləri  ənənəvi  olaraq  qarşılıqlı  etimad  və  əməkdaşlıq  şəraitində  fəaliyyət 

göstərir, yüzlərlə islam və qeyri-islam dini icmaları və təriqətlər dini inanclarını azad 

və  sərbəst  şəkildə  icra  edirlər.  Son  illər  tarixi  mədəniyyət  abidələrinin,  məsçid  və 

ziyarətgahların,  yəhudi  və  xristian  məbədlərinin  bərpası  və  təmiri,  o  cümlədən 

regionda  ən  böyük  sinaqoqun  inşası,  vaxtilə  bolşeviklər  tərəfindən  dağıdılmış  rus 

provoslav  kilsə  kompleksinin  əsaslı  surətdə  yenidən  qurularaq,  dindarların 

istifadəsinə verilməsi-bütün bunlar Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-

mənəvi durumun göstəriciləridir.” (8. 5) 

 


Yüklə 3,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin