Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


IV. 7. 4. Diqqətin xarakterik xüsusiyyətləri



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə18/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

IV. 7. 4. Diqqətin xarakterik xüsusiyyətləri   

Psixoloji ədəbiyyatda diqqətin 5 əsas xüsusiyyətini ayırd

edirlər.  Bunlar diqqətin həcmi,  paylanması,  mərkəzləşməsi

davamlılığı və keçirilməsidir. Göstərilən xassələr bütün adam-

larda eyni səviyyədə inkişaf etmir.  Məsələn, bəzi adamlarda

diqqət daha çox mərkəzləşməyə,  digərində isə paylanmaya

meyl edir.



Diqqətin həçmi onun eyni vaxtda əhatə etdiyi çisimlərin

miqdarı ilə müəyyən edilir.  Diqqətin həçmi fərdi şəkildə

dəyişən bir kəmiyyət olub və əsasən bir-biri ilə əlaqəsi ol-

mayan 5


2 obyekti əhatə edir. Əksər hallarda diqqətin həcmini

ölçmək üçün taxistoskop adlanan cihazdan istifadə olunur. Bu

cihaz vasitəsilə qıcıqlandırıcılar (sözlər,  fiqurlar,  rəqəmlər və

s.)  elə nümayiş etdirilir ki,  yoxlanılan şəxs nəzərini bir

obyektdən diqərinə keçirə bilməsin.

Diqqətin həçmi qavranılan cisim və hadisələrin bir-biri

ilə nə qədər sıx əlaqədar olmasından aslıdır. Cisim və hadisələr

bir birləri ilə nə qədər sıx əlaqədə olarsa diqqətin həçmi də bir

o qədər böyük olar.  Bunu aydın görmək üçün aşağıdakı iki

şəkilə nəzər salaq.

A

B

Əgər birinçi şəkli (A)  yoxlanana ani olaraq    göstərib



götürsək və orada neçə xətt çəkildiyini soruşsaq dəqiq rəqəmi

çətin eşidəçəyik.  İkinçi şəkli (B)  göstərdikdə isə dər hal 12 

çavabını alacağıq.  Burada yoxlanan 3  xəttdən ibarət olan 4 


246

qrupu birləşdirərək cavab verir.

Başqa bir misal.  Əgər yoxlanana «ü ə n g n a a x b» 

hərfləri yazılmış lövhəni göstərib orada neçə hərf olduğunu

soruşsaq düzgün cavab çətin alınaçaqdır. Lakin həmin hərfləri

bir söz kimi birləşdirib «günəbaxan» şəklində təqdim etsək bu-

rada 9 hərf olduğunu asanlıqla deyə biləcəkdir.

Diqqətin davamlılığı onun eyni bir obyekt üzərində uzun

müddət saxlanılmasında ifadə olunur.  Tədqiqatlar göstərir ki, 

insan diqqətini yönəltdiyi obyektdə yeni tərəflər, yeni əlaqələri

aşkar etməyi bacarırsa onun diqqəti davamlı olur. Başqa sözlə

qavranılan obyekt daima yeni məzmun kəsb edərsə bu diqqətin

davamlı olmasına gətirib çıxarır. Bundan başqa diqqətin

davamlılığı bir sıra şərtlərdən, məsələn, materialın çətinlik

dərəcəsindən,

onun

anlaşıqlılığından, 



subyektin

ona


münasibətindən,  insanın yaşından və şəxsiyyətin bir çox fərdi

keyfiyyətlərindən asılıdır.  Diqqətin bu xüsusiyyətini nəzərə

alaraq dərs zamanı hər 10-15  dəqiqədən sonra fəaliyyət

növlərinin dəyişilməsi məqsədəuyğun hesab olunur.



Diqqətin paylanması eyni zamanda 2  və ya daha çox

fəaliyyət növünü (və ya müxtəlif işləri)  həyata keçirmək

qabiliyyəti ilə müəyyən olunur. Diqqətin paylanmasının zəruri

şərtlərindən biri odur ki, bu zaman icra olunan fəaliyyətlərdən

biri avtomatlaşmalı,  yəni şüurun xüsusi nəzarəti olmadan

həyata keçirilməlidir.

Diqqətin paylanması insanın psixoloji və fizioloji

vəziyyətindən çox asılıdır.  Yorğunluq halında,  diqqətin daha

çox mərkəzləşməsini tələb edən fəaliyyət növlərinin həyata

kecirilməsi zamanı diqqəti paylamaq çətin olur.

Bununla belə,  diqqətin paylanması səviyyəsi eyni za-

manda icra edilən fəaliyyət növlərinin xarakterindən,  onların

mürəkkəblik dərəçəsindən, həmin fəaliyyət növləri sahəsində

insanın bacarıq və vərdişlərinin avtomatlaşma səviyyəsindən də  

asılı olur.

Diqqətin keçirilməsi    şüurlu surətdə diqqəti bir


247

obyektdən digər obyektə,  bir fəaliyyət növundən digərinə

keçirməkdə təzahür edir.  Məsələn,  müəllim dərs zamanı

diqqətini müxtəlif şagirdlərə,  öz fəaliyyətinə,  gözlənilmədən

baş verən hadisələrə kecirir və eyni zamanda da o dərsin əsas

məzmunundan,  planından yayınmır.  Keçirilmə hər hansı bir

dəyişən, mürəkkəb situasiyaya daha tez bələdləşmə qabiliyyəti

ilə bağlıdır. Əlbəttə, diqqətin keçirilməsi bütün insanlarda asan

baş vermir və çox şərtlərdən asılıdır.  Bunlara əvvəlki və

sonrakı fəaliyyətin qarşılıqlı əlaqəsini və subyektin onlara

münasivətini aid etmək olar.  İnsan asan işdən çətin isə

keçdikdə keçirilmənin göstəriçiləri aşağı düşür.

Diqqətin keçirilməsi bir fəaliyyətdən digər fəaliyyətə

keçmə tezliyində ifadə olunur və o həm də sinir sisteminin bəzi

xassələrindən - dinamiklik və rigidlikdən asılıdır.

Diqqətin mərkəzləşməsi zamanı şüurumiz yalnız bir ob-

yekt və ya fəaliyyətə yönəlir. Fizioloji baxımdan mərkəzləşmə

beyində olan dominant oyanma ocağının fəaliyyətilə bağlıdır. 

Mərkəzləşmənin masksimal intensivliyi yalnız bir obyektin

qavranılması zamanı baş verir.  Diqqətin həcmi artıqça,  o

mərkəzləşmənin səviyyəsinin aşağı düşməsinə səbəb olur. 

Mərkəzləşmə dərk etdiyimiz cism və hadisələrin daha dərindən

öyrənilməsinin, 

mürəkkəb

əşyavi


fəalliyyətin

yerinə


yetirilməsinin psixoloji şərti kimi çıxış edir.

Diqqətin qeyd olunan xassələri ilə yanaşı bir sıra pozul-

ma hallarına da rast gəlmək mümkündür.  Bunlara diqqətin

tərəddüdünü, yayınmasını, dalğınlığı aid etmək olar.

Diqqətin

tərəddüdümüəyyən

fəaliyyət

zamanı

diqqətmizin gah bu, gah da başqa obyektə yönəlməsi, az və çox



müddət onun üzərində mərkəzləşməsidir.

Hətta çox davamlı və mərkəzləşmiş diqqət zamanı biz

onun intensivlik dərəcəsinin qısa müddətli qeyri-ixtiyarı

dəyişmələri ilə rastlaşırıq. Bu diqqətin tərəddüdüdür. Diqqətin

tərəddüdü

N.N.Lanqe

tərəfindən

öyrənilmişdir.

Onun

eksperimentlərində yoxlanılanlar saatın tiqqiltisini eşidirdilər.



248

Müəyyən zaman intervalı keçəndən sonra saatın səsi fluktia-

siyaya uğqayırdı. N.N.Lanqe qöstərdi ki,  tərəddüd dövrü

təqribən 2-3  saniyə təşkil edir. Diqqətin tərəddüdünün

səbəblərinə yorğunluğu və hiss üzvlərinin adaptasiyasını aid

etmək olar. Diqqətin tərəddüdü onun davamlılığına əks olan bir

xüsusiyyətdir. 

Diqqətin yayınmasına gəldikdə bu, hər hansı bir

fəaliyyət zamanı diqqətin qeyri-ixtiyari olaraq əsas işlə əlaqəsi

olmayan kənar cisim və ya hadisəyə yönəlməsindən ibarətdir. 

Diqqətin yayınması ilə mübarizə tədbirlərindən biri işlədiyimiz

yerdə kənar qıcıqların mümkün qədər olmamasına çalışmaqdır. 

Lakin buna həmişə nail olmaq mümkün olmur.  Bəzən istər-

istəməz bir sıra yayındırıcı qıcıqlandırıcıların təsir göstərdiyi

şəraitdə işləməli oluruq.  Ona görə də diqqətimiz yayınır.  Bu

cəhəti nəzərə alaraq insan özündə həm sakit şəraitdə,  həm də

kənar qıcıqlandırıcıların təsir göstərdiyi şəraitdə işləmək

bacarığı aşılamağa çalışmalıdır.

Diqqətin yayınması hallarından birini də dalğınlıq təşkil

edir. 

Dalğınlıq



insanın

öz

diqqətini



mərkəzləşdirə

bilməməsində ifadə olunur.  Dalğınlıq halının iki şəklini ayırd

edirlər.  Birincisi, ixtiyari diqqətin zəifliyində ifadə olunan

dalğınlıqdır. Bu zaman insan öz diqqətini müəyyən bir obyekt

üzərində mərkəzləşdirə bilmir,  onun diqqəti davamsız olur və

tez-tez yayınır. Uşaqlarda və yaşlı adamlarda bu cür dalğınlığa

tez-tez rast gəlmək olur.  Bunun səbəbi çox yorulmaq,  insana

təsir edən güclü emosional amillər,  xəstəlik,  uşaqda ixtiyari

diqqətin tərbiyəsinin düzgün təşkil edilməməsi ola bilər.

İkinci halda dalğınlıq diqqətin hər hansı bir obyekt

üzərində çox güclü,  gərgin şəkildə mərkəzləşməsində ifadə

olunur.  Bunun sayəsində kənar qıcıqlandırıcılar onu yayındıra

bilmir,  insan sanki ətraf aləmi «unudur».  Bu nöqsan diqqəti

paylamağı və bir obyektdən digərinə vaxtında keçirməyi ba-

carmamaqda ifadə olunur.


249

IV.7.5. Diqqətin inkişafı və dərsdə şagirdin diqqətinin

səmərəli təşkili haqqında

          

Diqqət də digər psixi proseslər kimi öz inkişaf

mərhələlərinə malikdir. L.S.Viqotski diqqətin inkişafı haqqında

yazırdı ki,  uşağın diqqətinin inkişaf tarixi onun davranışının

təşkili ilə çulğalaşır.  Genetik    planda uşağın diqqətinin

köklərini onun daxilində yox, uşaq şəxsiyyətindən kənarda ax-

tarmaq lazımdır.

Əlbəttə biz uşaqların həyatının ilk aylarında yalnız qeyri-

ixtiyari diqqətlə rastlaşırıq.  İxtiyari diqqət rüşeymləri 1  yaşın

axırında,  2-ci yaşın əvvəllərində təzahür etməyə başlayır. 

İxtiyari diqqətin inkişafında biz xüsusilə oyun fəaliyyətinin ro-

lunu qeyd etməliyik. Oyun situasiyasında uşaq öz hərəkətlərini

oyunun qaydalarına uyğunlaşdırmağı öyrənir.  Məktəbəqədər

yaşlı uşağın ixtiyari diqqəti öz davamsızlığı,  emosionallığı ilə

fərqlənir. Lakin tədricən iradi cəhd və təlim sayəsində uşaq öz

diqqətini idarə etməyi öyrənir. Qeyd etmək lazımdır ki, məktəb

təlimi ixtiyari diqqətin inkişafında xüsusilə böyük əhəmiyyətə

malikdir.  Əgər kiçik məktəblilər öz davranışlarını idarə edə

bilmirlərsə və onlarda qeyri-ixtiyari diqqət üstünlük təşkil

edirsə, artıq yuxarı siniflərdə məktəbli uzun müddət hər hansı

fəaliyyət növü ilə məşğul ola, öz davranışına nəzarət edə bilir. 

Lakin 13-14  yaşlarında müşahidə olunan və yorğunluğa, 

əsəbiliyə səbəb olan bəzi fizioloji dəyişikliklər yenidən

diqqətin bəzi xüsusiyyətlərinin aşağı enməsinə gətirib çıxarır. 

Lakin bu hadisə nəinki uşağın orqanizmində baş verən fizioloji

dəyişikliklərlə, həm də təəsürat bolluğunun təsiri ilə baş verir.

Qeyd etmək lazımdır ki,  məktəbdə təlim-tərbiyə işinin

təşkili zamanı hər bir şagirdin diqqətinin yaş və fərdi

xüsusiyyətləri nəzərə alınmalıdır.  Təlim və tərbiyə prosesində

müəllim bir ali funksiya kimi diqqəti inkişaf etdirmək,  dərs

prosesində onu idarə etmək üçün aşağıdakı üsullara əməl

etməlidir:


250

1) təlim materiallarının təşkili (onların anlaşıqlılığı, 

strukturu, daha parlaq misalların seçilməsi və s.);

2) dərs zamanı şagirdlərin fəaliyyətinin düzgün təşkili ( 

şagirdlərin fəal,  müstəqil və yaradıcı fəaliyyətinə şərait

yaradılması, fəaliyyət növlərinin bir-birini əvəz etməsi və s.);

3) müəllimin

fəaliyyətinin

təşkili

(onun


nitqinin

xüsusiyyətləri,  şərhin anlaşıqlı,  obrazlı,  məntiqi və emosional

olması və s.);

4) əyani və texniki vasitələrdən istifadə;

5) şagirdlərdə təlim vərdişlərinin yaranması;

6) şagirdlərdə təlim motivasiyasının,  dərsə davamlı

marağın formalaşdırılması. 

Özünü yoxlamaq üçün sual və tapşırıqlar

                 

1) Bir psixi hadisə kimi diqqəti səciyyələndirin.

2) Diqqətin funksiyaları hansılardır? Onları səciyyə-  

ləndirin.

3) Diqqətin insanın həyat və fəaliyyətində oynadığı rolu

şərh edin.

4) İ.P.Pavlovun diqqətin fiziolji mexanizimləri haqqında

təlimini şərh edin.

5) A.A.Uxtomskinin

dominantlıq

prinsipi


nədən

ibarətdir?

6) Diqqətin fizioloji mexanizimləri ilə bağlı müasir ney-

rofizioloji baxışlar nədən ibarətdir?

7) Qeyri- ixtiyari diqqəti səciyyələndirin.

8) İxtiyari və ixtiyaridən sonrakı diqqət haqqında nə bi-

lirsiniz?

9) Diqqətin xarakterik xüsusiyyətlərini şərh edin.

10) Diqqətin tərəddüdü,  yayınması

və dalğınlığı

haqqında danışın.

11) Diqqətin inkişafı və dərsdə şagirdlərin diqqətini



251

səmərəli təşkili haqqında nə bilirsiniz?



252

Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular:

     


        1)  Diqqət və onun fizioloji mexanizmləri.

        2)  Diqqətin inkişaf mərhələləri.

        3) Dərsdə şagirdlərin diqqətin səmərəli təşkili yolları.

        4) Diqqətdə pozğunluqlar, onların aradan qaldırılması    

              yolları.

        5) Diqqətin öyrənilməsi yolları. 

  

                   Ədəbiyyat

Bayramov Ə.Ə.,  Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəşri.-

Bakı, 2002.



Qədirov Ə.Ə. Yaş psixologiyası. – Bakı, 2003.

Həmzəyev M.  Ə. Pedaqoji psixologiya.- Bakı,  1991, 

səh.110-111; 113-117.



Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın

əsasları. – Bakı,2003.



Əlizadə Ə.Ə. Uşaqlarda diqqətin tərbiyə edilməsi.- Bakı, 

1962


Luriə A.R. Vnimanie i pamətğ, – M, 1975, s.-4-41

Xrestomatiə po vnimaniö – M, 1976



Vıqotskiy L.S. Sobranie soçineniy t.3. 1983, s. 205-239 

Qalğperin P.Ə., Kabılğniükaə S.L. Gksperimentalğnoe

formirovanie vnimanii. M-.1974. 



8 - c i F Ə S İ L          

DUYĞULAR

Q ı s a x ü l a s ə

253

   Duyğular haqqında anlayış. Duyğular haqqında  məlumat. 

Duyğular hissi idrak prosesi kimi.  Duyğuların insan həyatında rolu. 

Duyğular və analizatorlar. Duyğular haqqında nəzəriyyələr.

   Duyğuların təsnifatı. Duyğuların təsnifatı prinsipləri. Xarici

duyğular. Görmə, eşitmə, dadbilmə, iybilmə və dəri duyğuları xarici

duyğular kimi; kontakt və distant duyğular.  Daxili duyğuların

növləri:  üzvi duyğular,  müvazinət duyğuları. Əzələ hərəkət

duyğuları. Duyğuların əvəz olunma imkanları.

   Duyğuların ümumi qanunauyğunluqları. Duyğuların

ümumi cəhətləri.  Həssaslıq və hədlər.  Mütləq və fərqləndirmə

həssaslığı və hədlər. Adaptasiya. Duyğuların qarşılıqlı təsiri.

Sensibilizasiya və sinesteziya. Ardıcıl surətlər.



          

IV.8.1. Duyğular haqqında anlayış

Duyğu bir psixi proses olmaq etibarilə cisimlərin, 

hadisələrin bilavasitə duyğu üzvlərimizə təsiri zamanı yaranır. 

Duyğu üzvlərimizə təsir edən nə varsa bunların hamısı

qıcıqlandırıcı adlanır. Qıcıqlandırıcıların yaratdığı oyanma his-

si sinirlər    vasitəsi ilə beynə nəql olunur və nəticədə biz

cisimlərin rəngini,  dadını,  ətrini,  səsini,  temperaturunu və s. 

keyfiyyətini hiss edirik.



Beləliklə də duyğular obyektiv reallığın hissi inikası

olub,  hal - hazırda hiss üzvlərimizə təsir edən cisim və

hadisələrin ayrı-ayrı xassələrinin,  əlamətlərinin beynində

inikasından ibarət olan sadə psixi prosesə deyilir.  Duyğuları

xarakterizə edən əsas cəhət onun predmet və hadisələrin ayrı-

ayrı əlamətlərinin inikasından ibarət olmasıdır.

Məsələn,  bal arısı əlimizi sancır.  Bu halda biz onun

uçuşu zamanı çıxardığı səsi,  əlimizin ağrısını,  arının rəngini

əks etdiririk.  Duyğunun fizioloji əsasını,  akademik İ.P.Pav-

lovun dediyi kimi,  kompleks anatomik strukturdan ibarət olan

analizatorlar təşkil edir. Ona görə də İ.P.Pavlov analizatorları



254

duyğu almaq üçün lazım olan anatomik fizioloji cihaz

adlandırmışdır. Hər bir analizator üç hissədən ibarət olur:  1) 

periferik şöbə. Bu hissə reseptor adlanır. Reseptorun funksiyası

xarici qıcığı    qəbul etmək,  xarici energiyanı sinir prosesinə

çevirməkdən ibarətdir; 2) ötürücü sinir lifləri. Bunlara afferent

(mərkəzəqaçan)  və efferent    (mərkəzdənqaçan)  sinirlər daxil-

dir:  3)  analizatorun beyin qabığı şöbəsi.  Bunu analizatorun

mərkəzi şöbəsi, nüvəsi də adlandırırlar. Bu şöbənin funksiyası

perifernik şöbədən gələn impulsları təhlil etməkdən ibarətdir. 

Hər bir analizatorun mərkəzi şöbəsinin özünə məxsus yeri var. 

O beyin qabığında müxtəlif yerlərdə yerləşir.  Məsələn görmə

duyğusunun analizatorlarının mərkəzi şöbəsi beyin qabığının

ənsə payında yerləşir.  Eşitmə duyğusunun analizatorunun

mərkəzi şöbəsi beyin qabığının sağ və sol gicgah payındadır. 

Duyğunun əmələ gəlməsi üçün analizatorun bütün hissələrinin

tamlığı,  birlikdə fəaliyyət göstərməsi zəruridir.  Həmin

hissələrdən biri sıradan çıxarsa duyğu alınmaz.

Analizatorlar fəal bir orqandır.  O qıcıqlandırıcının təsiri

altında daima özünü yenidən qurur.  Ona görə də demək

lazımdır ki, duyğu passiv proses deyil.  O həmişə özündə

hərəkət komponentlərini də birləşdirir və reflektor xarakteri

daşıyır.


Duyğuların

insanın


həyatında

əhəmiyyəti

əvəzolunmazdır. Bunu başa düşmək üçün aşağıdakılara diqqət

yetirmək kifayətdir.

1. Hər şeydən əvvəl duyğular idrakın əsasını təşkil    

edir. Gerçək aləm haqqında ilkin məlumatı duyğular vasitəsilə

əldə edirik. Duyğulardan kənarda heç bir idrak prosesi yoxdur.

2. Duyğular təkcə bizim biliklərimizin mənbəyi deyil, 

həm də hiss və emosiyalarımızın da mənbəyidir.

Qızıl gülün ətri bizdə müsbət hiss və emosiya yaradırsa, 

çürümüş ətin üfunətliliyi mənfi emosional halın yaranmasına

səbəb olur.

Duyğuların insanın həyatında rolunu göstərmək üçün bu


255

faktı xatırlamaq yerinə düşər. 

Məşhur həkim Botqin öz klinikasında belə bir hadisə ilə

rastlaşmışdır:  Xəstə bütün duyğulardan məhrumdur.  Onun

ancaq bir gözü azacıq görmə qabiliyyətini saxlamışdır. Bir də

əlinin üstə kiçik bir sahədə dəri duyğusu hələlik qalır.  Həkim

göstərir ki,  əgər xəstə həmin görən gözünü yumursa,  əlindəki

hissiyyatın qaldığı sahəyə heç kim toxunmursa, bu zaman xəstə

huşa gedir, xarici aləmlə heç bir əlaqəsi qalmır.

     

I V . 8 . 2 .

D u y ğ u l a r ı n t ə s n i f a t ı

Müasir psixologiyada duyğuların təsnifatını müxtəlif

prinsiplər əsasında aparırlar.  Bunlardan biri duyğuları

reseptorların yerləşməsnə görə təsnif etməkdən ibarətdir. 

Müasir fizioloji və psixoloji ədəbiyyatda reseptorları üç qrupda

birləşdirirlər: ekstreoseptorlar, intreoseptorlar, proprioseptorlar. 

Ekstreoseptorlar

bədənin


xarici

səthində


yerləşir. 

Ekstreoseptorların yaratdığı duyğular da ekstreoseptiv 

yaxud xarici duyğular adlanır. Bunlara görmə, eşitmə, iybilmə

dadbilmə və dəri duyğuları daxildir.

İkinci qrup reseptorlar daxili üzvlərin səthində selikli

qişasında yerləşir.  Bunlara isə intreoseptorlar deyilir. 

İntreoseptorların yaratdığı duyğular intreoseptiv və ya daxili



duyğular adlanır.  Üzvü duyğular bu reseptorlarla bağlı olan

duyğulardır.

Nəhayət üçüncü qrup reseptorlar əzələlərdə, oynaqlarda,

onları


birləşdirən

vətərlərdə

yerləşir. 

Bunları


isə

proprioseptorlar adlandırırlar.  Bu reseptorlarla bağlı olan

duyğular proprioseptiv duyğular adlanır.  Hərəkət duyğusu və

müvazinət duyğuları bu bölgəyə daxildir.

Duyğuların reseptorların bilavasitə qıcıqlandırıcılarla

təmasından asılı olaraq kontakt və distant    duyğulara da

ayırırlar. Bu baxımdan eksteroseptiv duyğular iki cür olur:



256

1) kontakt duyğular. Dad və dəri duyğusu kontakt duy-

ğulardır. Bu duyğular qıcıqlandırıcının duyğu orqanlarına

bilavasitə təsiri zamanı əmələ gəlir.

2) distant duyğular.  Bunlara görmə, eşitmə və iybilmə

duyğularını aid etmək olar. Bu duyğuların əmələ gəlməsi üçün

qıcıqlandırıcının müəyyən məsafədən təsir etməsi kifayətdir.

Bu təsnifata uyğun olaraq duyğuların ayrı- ayrı növlərini

qısaca nəzərdən keçirək.

Görmə duyğusu.  Bu duyğu rənglərin və işığın

inikasından ibarətdir.  Biz iki cür rəngi duyuruq: xromatik və

axromatik. Xromatik rənglər boyalı rənglər olub spektrin bütün

rənglərini əhatə edir.  Xromatik rəngləri görmə duyğusu 380 

milli mikrodan 780  milli mikrona qədər uzunluqda olan

elektromaqnit dalğalarının görmə üzvünə,  gözə təsiri zamanı

əmələ gəlir. Ən qısa elektromaqnit dalğasında bənövşəyi,  ən

uzun elektromaqnit dalğasında isə qırmızı rəngi duyuruq. Hansı

uzunluqda olan dalğa hansı rəngi yaradır?  Bunu aşağıdakı

cədvəldən görə bilərik:

         

Dalğanın uzunlu-

ğu

Müvafiq uzunluqda olan dalğanın

yaratdığı rənglər

          380 – 450

          480

          500

          521

          540 – 560

          572

          600 – 650

          650 - 780

          Bənövşəyi

          Mavi

          Göy

          Yaşıl

          Yaşıl

           Sarı

           Çəhrayı

           Qırmızı

       


Görmə duyğularının reseptorları gözün torlu qişasında

yerləşir.  Burada iki cür hüceyrələr:  çöpcüklər və kolbacıqlar

mövcuddur.  Çöpcüklər işığı,  kolbacıqlar rəngləri duyma

orqanıdır.  Çöpcüklər pozulduqda toyuq korluğu,  kolbacıqlar



257

pozulduqda isə yarasa korluğu baş verir.



Eşitmə duyğusu. Bu duyğular səslərin inikasından

ibarətdir.  Eşitmə duyğusu dəyişən hava dalğalarının eşitmə

analizatoruna təsiri nəticəsində əmələ gəlir.  Qulağa təsir edən

dalğa aşağı və yuxarı təzyiq kimi əlamətləri ilə xarakterizə

olunur. Dalğaya xas olan bu cəhətlər səsin ucalığını, gurluğunu

və tembirini yaradır.  Səsin ucalığı dalğanın tezliyi,  quruluğu

dalğanın amplitudası, tembri isə dalğanın formasından asılıdır. 

İnsan qulağı saniyədə 20 dən 20 000-ə qədər hersə bərabər olan

səsləri eşidə bilir.  Hers səsi əmələ gətirən dalğanın tezliyinin

fiziki ölçü vahididir.



İybilmə duyğuları. İybilmə duyğusu çox müxtəlif iylərin

inikasından ibarətdir. Adətən insanlar iyləri onların xoş yaxud

xoşagəlməz

olması


baxımından

fərqləndirirlər.  İybilmə

duyğusunun reseptoru burun boşluğunun yuxarı hissəsində

yerləşir.  Bu hissədə yerləşən hüceyrələr müxtəlif    iylərə qarşı

çox həssas olur.  Cisimlərin havada uca bilən mikroskopik

hissəcikləri hava ilə birlikdə burun boşluğuna daxil olur və

reseptorlara təsir edir.  Beləliklə də iybilmə duyğusu əmələ

gəlir.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin