Qrupda rəhbərlik və liderlik problemi. Sosial qrurların
strukturunu
nəzərdən
keçirdikdə
onların
daxilində
şəxsiyyətlərarası münasibətlərin bərabərlik (paritet) əsasında
qurulmadığı aydın olur. Hər bir qrupda şəxsiyyətlərarası
1
Майерс Д. Соüиальная психология. – Питер, 1997, с. 377
213
münasibətlər bir növ qrup üzvlərinin sosial- psixoloji statusunu
əks etdirir. Hər hansı qrupda kim isə hökm verir, müəyyən
tələblərin yerinə yetirilməsinə nəzarət edir, onun tələb və
tapşırıqları isə başqaları tərəfindən danışıqsız yerinə yetirilir.
Başqa sözlə hər bir qrupda ona rəhbərlik edən «rəhbər işçi»,
«lider» və onun tapşırıqlarına əməl edən adamlar: «tabe işçilər»
mövcud olur. Qrupun fəaliyyətinin səmərəliliyində ona düzgün
rəhbərliyin rolu olduqca böyükdür. Buradan isə qrup rəhbəri və
liderinin həmin sahədəki peşəkarlığı, başqa sözlə qrupa düzgün
rəübərlik etmək məsələsi ortaya çıxır.
Sosial
psixologiyada
«rəhbərlik»
və
«liderlik»
anlayışlarının oxşar və fərqli cəhətləri qeyd olunur. Həm
«rəhbər», həm də «lider» qrupa başçılıq edən adam kimi
nəzərdə tutulur. Adətən, rəhbər nisbətən yüksək səviyyəli,
səlahiyyətli təşkilatlar tərəfindən qrupun idarə olunmasının
təşkilini təmin edəcək rəsmi adam kimi nəzərdə tutulur. Lider
isə qrupun şəxsi nüfuzu sayəsində bir çox və ya bütün
üzvlərinin davranışına qeyri-rəsimi ölçülərlə təsir göstərməyi
bacaran üzvlərindən biri kimi qeyd olunur.
Qeyd olunanlardan göründüyü kimi, «rəhbər» və «lider»
anlayışının oxşarlığı hər iki anlayışda qrup fəaliyyətinin
təşkilini həyata keçirməklə bağlılığında ifadə olunur. Fərqli
cəhətlərinə gəldikdə, «rəhbər» rəsmi şəkildə təyin olunduğu
halda, lider çox vaxt rəsmi şəkildə deyil, qrup üzvlərinin
yüksək nüfuzunu qazanmaq ilə yaranır. Bir çox hallarda qru-
pun rəsmi rəhbəri qrup üzvlərinin nüfuzunu qazandığına görə
eyni zamanda onun liderinə çevrilir. Belə olduqda həmin
rəhbər rəsmi lider rolunu oynamaqla qrupun fəaliyyətini daha
səmərəli şəkildə idarə etmək imkanına malik olur.
Bütün bunlara baxmayaraq rəhbərlik və liderlik müxtəlif
sosial-psixoloji fenomenlər kimi xarakterizə olunur. Mü-
təxəssislərin fikrincə onların eyniləşdirilməsi elmi cəhətdən
səhv, praktik nöqteyi-nəzərdən isə zərərlidir.
Sosial psixologiyada rəhbər işçi və lider arasındakı
214
aşağıdakı fərqlər qeyd olunur (İ.V.Parıqin):
1. Rəhbərlik rəsmi əsasda meydana çıxan müxtəlif sosial
təşkilat və qurumlarda məqsədyönlü xarakter daşıyan sosial
prosesdir. Liderliyə gəldikdə, o, qrupdaxili, şəxsiyyətlərarası
münasibətlər əsasında spontan şəkildə əmələ gələn prosesdir.
O, təşkilatın əsasən psixoloji səviyyəsini əks etdirir. Rəhbər
işçi rəsmi şəkildə təyin olunduğu halda, lider qeyri-rəsmi
şəkildə irəli sürülür.
2. Rəhbərlik adətən makromühitin başlıca tələbatlarına
və mənafeyinə uyğun şəkildə formalaşdırılır və həyata keçirilir.
O, qrupda yerinə yetirilən işlərin vəziyyəti və qrup
fəaliyyətinin nəticələri üçün qanun qarşısında məsuliyyət
daşıyır. Liderlik isə spontan bir proses kimi qrup və onun
üzvlərinin tələbat və mənafelərinə müvafiq olaraq meydana
çıxır və mövcud olur. Lider qrupun fəaliyyəti üçün heç bir
şəxsi məsuliyyət daşımır.
3. Rəhbərlik daha çox stabil xarakter daşımaqla daha
geniş sahəyə malikdir. Müəyyən reqlament
daxilində
makromühitlə əlaqə saxlayır. Rəhbər işçi başqa təşkilatlarda öz
qrupunu təmsil edir. Liderlik isə daha çox dinamik xarakter
daşıyır,
şəxsiyyətlərarası
münasibətlərin
formalaşması
xüsusiyyətlərindən köklü surətdə asılıdır. Liderin təsir sahəsi
əsasən qrupdaxili münasibətlərlə məhdudlaşır.
4. Rəhbər işçiyə qanunla tənzim olunan müəyyən hüquq
və səlahiyyət verilir. Lider isə qanunla müəyyən edilmiş
hüquqlara malik deyildir.
5. Rəhbər işçi tərəfindən hər hansı bir məsələyə qərar
qəbulu əsasən vasitəli xarakter daşıyır. Onun geniş informasiya
kanalları vardır. O, qərar qəbulu zamanı öz səlahiyyətini aşağı
pillə işçilərinə həvalə edə bilər. Lider isə qrup tərəfindən
qərarın qəbul edilməsinə təsir göstərir və həmin qərarın
çıxarılmasında bilavasitə iştirak edir. O, müəyyən bir
informasiyanı qeyri-rabitə kanalları sistemi ilə əldə edir.
Rəhbərlik
üslubu. Təcrübə
göstərir
ki, qrup
215
fəaliyyətinin səmərəliliyi rəhbərlik üslubundan əsaslı şəkildə
asılıdır. İdarəetmə ilə bağlı olaraq sosial psixologiyada beş cür
rəhbərlik üslubu qeyd olunur : avtokratik, avtoritar, demokra-
tik, laqeyd (etinasız, liberal) və qeyri-sabit (ardıcıl olmayan)
rəhbərlik üslubu.
Avtokratik rəhbərlik üslubuna malik olan liderlər
(rəhbərlər) bir növ müstəbid olur. Adətən avtokratik və avtori-
tar rəhbərlik üslubuna malik olan liderlər qrup üzvlərinin fikir
və ideyalarını nəzərə almadan, müstəqil hərəkət edirlər. Əmr,
göstəriş, təlimat, töhmət, təşəkkür onların qrup üzvləri ilə əsas
əlaqə forması olur. O hər cür məlumatı bir növ özündə gizlədir,
heç kəsin bundan xəbəri olmur, ona görə də ona tabe olanlar,
adətən güman və şayiə aləmində olurlar.
Avtoritar lider qrup üzvlərinin imkan və qabiliyyətlərini
aşağı qiymətləndirir. Bu cür rəhbərlər qrup üzvlərinin
təşəbbüslərini boğur, ya da sadəcə olaraq onlardan istifadə
etmirlər. Bu cür rəhbərlər belə hesab edirlər ki, onlar «hər şeyi
özləri bilirlər», onsuz da heç kim bu işi onun kimi yaxşı yerinə
yetirə bilməz. Məhz buna görə də bu cür qruplarda qrup
üzvlərinin hamısında ümumi işə qarşı məsuliyyət hissi
zəifləmiş olur, əmək onlar üçün sanki formal bir işə, vəziyyətə
çevrilir.
Adətən avtoritar lider rəhbərlik etdiyi qrup üzvlərindən
kiminsə müəyyən səhvə yol verdiyini gördükdə onu necə
düzəltməyi məsləhət görmək əvəzinə ona gülür, onu ələ salır.
Avtoritar lider iştirak etmədikdə onun qrupunda aparılan iş
ləngiyir, bəzən dayandırılır. K.Levinin təcrübələri göstərmişdir
ki, avtoritar lider otaqdan çıxan kimi qrup üzvləri işi kənara
qoymuş, onu davam etdirməmiş, ya da fəaliyyətin səviyyəsi
kəskin şəkildə aşağı düşmüşdür. Bu cür lider uzun müddət
qrupdan uzaq düşdükdə qrup öz işini müstəqil yerinə yetirmək
və ya onu səmərəli təşkil etmək imkanından məhrum olmuşdur.
Avtoritar liderdən fərqli olaraq demokratik üsluba malik
olan lider qrup üzvləri tərəfindən rəğbətlə qarşılanır. Bu cür
216
rəhbərlik üslubuna malik olan lider daima qrup üzvləri ilə
razılaşır. Qərar qəbul edərkən qrup üzvlərinin təkliflərini
nəzərə alır. Demokratik rəhbərlik üslubuna malik olan lider öz
fəaliyyətini təkcə qrup fəaliyyətinə nəzarət və onu tənzim
etməklə məhdudlaşdırmır, onların tərbiyəsi və təliminə də ciddi
diqqət yetirir. Demokratik rəhbərlik hslubuna malik olan
liderlərlə qrup üzvləri arasında olduqca səmərəli təmas yaranır.
Aparılmış müşahidə və tədqiqatlar göstərmişdir ki, la-
qeyd rəhbərlik üslubuna malik olan liderlərin qrup üzvləri ilə
ynsiyyəti kortəbii xarakter daşıyır. Çox vaxt onların arasında
yaranan ünsiyyət qrup üzvləri tərəfindən diktə olunur. Bu cür
liderlər qrupa müəyyən tapşırıqlar verməklə məhdudlaşır, onun
necə yerinə yetirilməsinə əhəmiyyət vermirlər. Laqeyd
rəhbərlər qrupun ayrı-ayrı üzvlərinin işinə qarışmamağa çalışır,
bir növ qrupdan təcrid olunur, neytrallığa can atırlar.
Qeyri-sabit rəhbərlik üslubuna malik olan liderlərə
gəldikdə onlar dəyişgən olurlar. Onların necə hərəkət
edəcəklərini qabaqcadan müəyyənləşdirmək mümkün olmur.
Bir dəfə avtoritarlıq göstərən bu cür liderlər, başqa vaxt yerli-
yersiz ya demokratik, ya da laqeyd rəhbərlik üslubuna yer
verirlər. Bütün bunlar isə onunla qrup üzvləri arasında
anlaşıqsızlıq yaradır. Nəticədə qrup fəaliyyətinin səmərəliliyi
üçün zəruri olan şərait yaranmır.
Qruplarda_şəxsiyyətlərarası_münasibətlər_haqqında'>III. 6.4. Şəxsiyyətlərarası münasibətlər
Qruplarda şəxsiyyətlərarası münasibətlər haqqında.
Qruplarda insanlar birgə yaşayıb və fəaliyyət göstərmələrinə
görə onların arasında istər-istəməz qarşılıqlı münasibətlər
özünü göstərir. Bu cür mənasibətlər sosial psixologiyada
şəxsiyyətlərarası münasibətlər adlandırılır. Şəxsiyyətlərarası
münasibətlər birgə fəaliyyət və ünsiyyət prosesində insanlar
arasında təzahür edən subyektiv qarşılıqlı təəssüratdan
ibarətdir. Şəxsiyyətlərarası münasibətlər fərdlərin bir-birini
217
qavraması
şəraitində
mümkün
olur. Şəxsiyyətlararası
münasibətlər
insanların
bir-birində
qavradığı
və
qiymətləndirdiyi ustanovka, meyl, gözləmə, stereotiplər və s.
sistemindən ibarətdir. Qavrayış zamanı hər şeydən əvvəl
qavranılan
adamın
anatomik,
funksional
və
sosial
keyfiyyətlərinin
müəyyən
məcmuu
əks
etdirilir. Bu
keyfiyyətlər vəhdətdə olsalar da inikas prosesində birinci yerə
sosial cəhətlər keçir. Başqasına rast gəldikdə birinci növbədə «
O kimdir?» sualı meydana gəlir. Bu sual hər şeydən əvvəl
fərdin sosial mövqeyini müəyyənləşdirir.
Bununla yanaşı olaraq qeyd etmək lazımdır ki,
şəxsiyyətlərarası münasibətlərdə subyektiv, psixoloji amillər
həll edildiyindən həmin amillər münasibətlər sistemində
özünəməxsus iz buraxır. Məhz buna görə də hər bir şəxs
qarşılıqlı münasibətdə olduğu adamın subyektiv mövqeyini
öyrənməyə çalışır. Bu proses müxtəlif rabitə, yol və vasitələrin
köməyi ilə həyata keçirilir. Bu vasitələrin köməyi ilə münasibət
saxlanılan şəxsin kim olduğu, onun rəğbət və yaxud əks
hisslərlə ətrafdakılara münasibəti, ictimai imkanları və s.
aşkara çıxarılır.
Keçmiş nəsillər insan münasibətləri haqqında tədricən
zəngin məlumat toplamış və «sosial sxem» yaratmışlar.
«Sosial sxem» müəyyən vəzifəni həyata keçirmək üçün
şablondan ibarətdir. Hər bir insanın ancaq ona məxsus həyat
yolu olsa da, davranış normalarına xas olan üslubda hərəkət
etsə də «sosial sxemlərin» insan həyatında və xüsusilə
şəxsiyyətlərarası münasibətlərdə rolu böyükdür. İnsan nəinki
«sosial sxem» əsasında öz davranışını təşkil edir, o, eyni za-
manda başqalarını bu etalonlar əsasında qavrayır. Etalonlar ic-
timai həyatda tarixilik səciyyəsi daşıdığından tarixən dəyişir.
İnsanın davranış üslubu, onun nitqi, geyimi və s. bu sxemə
uyğun olaraq «zamanın tələbləri» səviyyəsinə uyğunlaşdırılır.
Məlum olduğu kimi, davranış etalonu tədricən yaranmaq-
la tez- tez dəyişir. Bu dəyişmələr fərdin daxil olmaq istədiyi
218
qrupların təsiri ilə baş verir. Müxtəlif qruplarda müxtəlif
hadisələrlə əlaqədar olan etalon çoxluğu mövcuddur. Etalon
seçilməsinə
qrupun
təsirindən
əlavə
fərdin
yaş
xüsusiyyətlərinin və onun mənsubiyyətinin də təsiri vardır.
Qruplarda
şəxsiyyətlərarası
münasibətlərin
səviyyələri. Qrup daxilində mövcud olan şəxsiyyətlərarası
münasibətləri bilmədən onu idarə etmək mümkün deyildir.
Məlum olduğu kimi, şəxsiyyətlərarası münasibətlər sosial qru-
pun ümumi fəaliyyəti əsasında yaranan çoxcəhətli rabitə və
münasibətlər
sistemindən
ibarətdir.
Şəxsiyyətlərarası
münasibətlər mürəkkəb və çoxsəviyyəli quruluşa malikdir.
Bunlardan birincisi, ilk növbədə «gözə çarpanı» vasitəsiz
asılılıq
səviyyəsidir.
Buraya
fərdlərin
emosional
xoşagəlimliliyi, qrup uyğunluğu, ünsiyyətlilik və həmrəylik və
s. vasitəli asılılıq səviyyəsi daxildir.
İkinci, daha əsaslı səviyyə vasitəli asılılıq səviyyəsi olub
şəxsiyyətlərarası münasibətlərin məcmuunu təşkil edir. Bu
səviyyəyə fərdin kollektivçilik psixologiyasının dərəcəsi, qrup
həmrəyliyi, iştirakçıların öz davranış etalonlarını kollektivin
etalonlarına uyğunlaşdırmaq meylləri, kollektivdə sosial
sxemlər və onların iştirakçılar tərəfindən qavranılması və s.
daxildir.
Üçüncü səviyyəni qrupun istehsalat, təlim və yaxud icti-
mai vəzifələri səviyyəsinin məcmuu təşkil edir. Buraya qrupun
yerinə yetirdiyi vəzifəyə hazırlığı, işgüzarlığı, başqa qruplarla
rabitə münasibətləri və s. daxildir.
Psixoloji
iqlim
qruplarda
şəxsiyyətlərarası
münasibətlərin
mühüm
göstəricisi
kimi.
Qruplarda
şəxsiyyətlərarası münasibətlərin necə olduğunu burada sosial-
psixoloji iqlimin necə olmasından görmək mümkündür. Psix-
oloji iqlim sosial qrupun əsas əhvalını müəyyənləşdirən
şəxsiyyətlərarası münasibətlər sistemindən ibarətdir. Başqa
sözlə sosial-psixoloji iqlim qrupda, kollektivdə mövcud olan
psixoloji vəziyyətdir. Qrupun qarşısına qoyulmuş vəzifənin
219
səmərəli şəkildə həyata keçirilməsi üçün normal sosial-
psixoloji iqlimin yaradılmasının əhəmiyyəti olduqca böyükdür.
Ümumiyyətlə qrup və kollektivlərdə psixoloji iqlim müsbət
(pozitiv) və mənfi (neqativ) xarakter daşıya bilir. Bunların hər
biri isə özünəməxsus qarşılıqlı münasibətlərdə təzahür edir.
Qrupda müsbət psixoloji iqlimin yaradılması üçün
fəaliyyət növündən asılı olan davranış etalonu yaradılmasının
və onun qrup daxilində etalona çevrilməsinin əhəmiyyəti ol-
duqca böyükdür.
Səmərəli sosial-psixoloji iqlimin yaradılması üçün qrup
və kollektiv iştirakçıları arasında uyğunluq, uyuşmanın olması
da zəruridir. Bu barədə əvvəlki bölmədə qeyd etdiklərimiz
həmin fikri bir daha təsdiq edir.
Sosial-psixoloji iqlimin xarakteri bütövlükdə qrupun
inkişaf səviyyəsindən, yetkinliyindən də asılıdır. Adətən,
qrupdakı sosial-psixoloji iqlimlə qrup üzvlərinin birgə
fəaliyyətinin səmərəliliyi arasında birbaşa müsbət əlaqə
mövcud olur. Əvvəlki bölmədə qeyd olunanlardan aydın
olduğu kimi, qruplarda psixoloji iqlim qrupa rəhbərlik üslu-
bundan da asılı olur. Adətən, demokratik rəhbərlik üslubu
üstünlük təşkil edən qruplarda daima müsbət psixoloji iqlim
hökm sürür.
Ümumiyyətlə, şəxsiyyətlərarası münasibətlər rənga-
rəng müsbət hisslərlə bağlıdırsa, sosial qrupda yaranan psixolo-
ji iqlim işgüzarlığın, təşəbbüskarlığın inkişaf etməsinə səbəb
olur.
Şəxsiyyətlərarası münasibətlərin növləri. Sosial psix-
ologiyada şəxsiyyətlərarası münasibətlərin müxtəlif növlərini
qeyd edirlər: rəsmi, qeyri rəsmi, şəxsi, işgüzar və s.
Rəsmi münasibətlər rəsmi sənədlərə, normalara uyğun
həyata keçirilən şəxsiyyətlərarası münasibətdir. Bu cür mü-
220
nasibətlər rəhbərlə tabe olanlar arasında baş verir. Bu cür
qarşılıqlı münasibətlər əvvəlcədən qrupun statusunda öz əksini
tapır. Burada qarşılıqlı münasibətin gedişi rəsmi şəkildə həyata
keçirilir. Nə rəhbər, nə də tabe olan adam qarşılıqlı
münasibətin tələblərindən kənara çıxmır. Hər kəs öz səlahiyyəti
çərçivəsində hərəkət edir.
Qeyri-rəsmi münasibətlər isə insanların bir-birinə olan
şəxsi münasibətlərinə əsaslanır. Ona görə də bu cür
münasibətlər subyektiv xarakter daşımaqla insanların bir-
birlərinə olan simpatiyası, antipatiyasında və s. ifadə olunur.
Ona görə də çox zaman bu cür qarşılıqlı münasibətləri şəxsi
münasibətlər adlandırırlar. Bu cür qarşılıqlı münasibətlər «sim-
patiya» zəminində əmələ gəlir və qarşılıqlı şəkildə inkişaf edir.
Şəxsi qarşılıqlı münasibətlərin sosial psixologiyada
aşağıdakı tiplərini fərqləndirirlər: tanışlıq, yoldaşlıq, dostluq,
ər-arvad (N.N.Obozov, Ə.S.Bayramov, Ə.Ə.Əlizadə). Mü-
təxəssislərin fikrincə şəxsi qarşılıqlı münasibətlərin kökü
insanların hisslər aləmi ilə baglıdır və emosional amillər
zəminində formalaşır.
Ən geniş şəxsi qarşılıqlı münasibət forması tanışlıqdır.
Bu cür qarşılıqlı münasibət özünün üç əsas səciyyəsi ilə
fərqlənir: «üzdən tanıyırsan»; «salamlaşırsan» (yalnız qarşılıqlı
tanıma zamanı); «salamlaşır və ümumi mövzularda söhbət
edirsən». Bu cür tanışlıq zamanı şəxsiyyətlərarası hisslər əsaslı
rol oynamır.
Yoldaşlıq
qarşılıqlı
münasibətləri
işgüzar
təmasa
əsaslanır. Bu zaman birgə fəaliyyətin məqsədi, vasitə və
nəticələri
əlaqələrin
saxlanması, vəzifə
bölgüsü
ilə
müəyyənləşir.
Dostluq qarşılıqlı münasibətlərinə gəldikdə insanlar
arasındakı bu cür münasibət qarşılıqlı bağlılığa, mənəvi
221
yaxınlığa, maraqların eyniliyinə və s. əsaslanır. Ə.S.Bayramov
və Ə.Ə.Əlizadənin qeyd etdikləri kimi, şəxsi qarşılıqlı
münasibətlərin hər bir tipi psixoloji məsafə ilə xarakterizə olu-
nur. Ər-arvad münasibətləri onların arasındakı psixoloji
məsafənin xarakterinə görə intim, dostluq münasibətləri, şəxsi,
yoldaşlıq və tanışlıq münasibətləri isə sosial münasibətlər kimi
formalaşırlar.
Şəxsiyyətlərarası münasibətlərin növlərindən birinin də
işgüzar münasibət olduğunu qeyd etdik. Bu cür qarşılıqlı
münasibətlər işgüzar əlaqələrin həyata keçirilməsi prosesində
baş verir və insanların birgə fəaliyyətinin səmərəliliyinə öz
təsirini göstərir.
Sosial psixoloqlar (A.V.Petrovski) qrupların inkişaf
səviyyəsindən asılı olaraq dörd növünü: diffuz, assosiasiya,
korporasiya, kollektiv
qruplar və onlarda qarşılıqlı
mynasibətlərin xarakterini vermiş və bunu aşağıdakı şəkildə
səciyyələndirmişlər:
1. Diffuz qrupda şəxsiyyətlərarası münasibətlər mövcud-
dur. lakin onlar qrup fəaliyyətinin məzmunu vasitəsilə ifadə
olunmur.
2. Assosiasiyada şəxsiyyətlərarası münasibətlər qrup
fəaliyyətinin hər kəs üçün şəxsiyyət baxımından əhəmiyyətli
olan məzmunu vasitəsi ilə ifadə olunur.
3. Korporasiyada şəxsiyyətlərarası münasibətlər qrup
fəaliyyətinin
şəxsiyyət
baxımından
əhəmiyyətli, lakin
ustanovkalarına görə cəmiyyətə zidd məzmunu vasitəsilə ifadə
olunur.
4. Kollektivdə şəxsiyyətlərarası münasibətlər qrup
fəaliyyətinin şəxsiyyət baxımından əhəmiyyətli və ictimai
cəhətdən qiymətli məzmunu vasitəsilə ifadə olunur.
222
III. 6. 5. Qruplarda şəxsiyyətlərarası seçmə
Şəxsiyyətlərarası
seçmə
və
onun
sosiometrik
baxımdan təhlili. Aparılmış müşahidələr və araşdırmalar
göstərir ki, eyni qrupa daxil olan adamlar bir-birlərinə
münasibətlərinə və qrup məşğuliyyətinə görə həmin qrupda
eyni mövqe tuta bilmirlər. Qrupun hər bir üzvü özlərinin
işgüzar və şəxsi keyfiyyətlərinə, statuslarına, qrupda tutduqları
yerə, qrup üzvlərinin onlara bəslədiyi münasibətə, daha
doğrusu onu nə dərəcədə qəbul edib etməmələrinə görə
qrupdakı şəxsiyyətlərarası münasibətlər sistemində müəyyən
mövqeyə malik olurlar. Qrup üzvlərinin biri yüksək nüfuza ma-
lik olduğu halda, digəri qrup üzvləri tərəfindən qəbul edilmir;
biri ilə daima ünsiyyətdə olmağa can atsalar da, digərini
görməyə gözləri olmur; birinə inanıb ona arxalanmaq mümkün
olduğu halda, digərinə etibar etmir, inanmırlar və s. Bu hal
qrup differensiasiyası kimi diqqəti cəlb edir. Şübhəsiz qrup
differensiasiyasını aşkara çıxarmaq onun gələcək fəaliyyətinin
səmərəliliyini təmin etmək nöqteyi-nəzərdən xüsusi əhəmiyyət
kəsb edir. Bu cəhət uzun müddət birgə fəaliyyətdə olan şagird
qruplarında (siniflərində) özünü daha qabarıq şəkildə göstərir.
Şagird qruplarında qrup differensiyasını aşkara çıxarmaq üçün
ya uzun müddətli, sistematik və ciddi pedaqoji müşahidələr
aparmaq, ya da müvafiq müəyyənedici eksperimentlərdən
istifadə etmək lazım gəlir.
Qrup psixorlogiyasını öyrənən psixoloqlar qrupdaxili
differensiasiyanın iki başlıca sistemini: sosiometrik və referen-
tometrik seçməni fərqləndirmişlər.
Birinci növbədə şəxsiyyətlərarası seçməni sosiometrik
baxımdan nəzərdən keçirək. Qrupdaxili münasibətlərin statik
mənzərəsini sosiometriya adlanan metodun köməyi ilə əldə
223
etmək mümkündür. Bu metod, onun tətbiqi və təhlili qaydaları
Amerika psixoloqu C.Moreno tərəfindən irəli sürülmüşdür. So-
siometriyadan qrup üzvləri arasında mövcud olan simpatiya və
antipatiyanı aşkara çıxarmaq üçün geniş istifadə olunur. Onun
köməyi ilə eyni zamanda qrup liderini müəyyənləşdirmək
mümkündür.
Adətən, sosiometriya metodu aşağıdakı şəkildə tətbiq
olunur: 1. Qrup üzvlərinə sosiometrik kriteriyanı (ölçünü)
özündə əks etdirən təlimat verilir. Məsələn, qrup üzvlərinə belə
bir mətn çatdırılır: «fərz edin ki, sizin qrupa (sinfə) dərs ili
ərzində daha bir neçə nəfər əlavə olunub. Ona görə də bu qrupu
iki yerə ayırırlar. İndi sən kiminlə bir sinifdə olmaq (və ya
kiminlə bir partada oturmaq, kiminlə birlikdə imtahanlara
hazırlaşmaq) istərdin? Əgər o olmasa ikinci və üçüncü kimi
seçərdin? 2. Həmin ölçüdən asıılı olaraq qrup üzvləri hər bir
seçdikləri yoldaşlarının adlarını seçdikləri ardıcıllığa uyğun
(1,2,3) vərəqdə qeyd edib yoxlamanı aparana təhvil verirlər. 3.
Müvafiq suallara verilmiş cavablar statistik yolla işlənilir, sosi-
ometrik matris, sosioqramlarda öz əksini tapır. Matris və sosi-
oqramlar
qrup
üzvlərinin
qarşılıqlı
seçmələrini
aydınlaşdırmağa imkan verir.
Sosiometrik matrisa adi idman yarışı yekun cədvəllərinə
oxşar şəkildə tərtib olunur. Qrup üzvlərinin adları eyni
ardıcıllıqla üfiqi və şaquli şəkildə qeyd olunur. Əgər birinci
adam birinci olaraq üçüncünü seçmişsə üçüncü xanədə 1
rəqəmi qeyd olunur; həmin adam ikinci olaraq 6- cını seçmişsə
altıncı xanədə 2 rəqəmi qeyd olunur; üçüncü olaraq 4-cü adamı
seçmişsə öz sırasının 4-cü xanəsində 3 rəqəmi qeyd olunur.
Sonrakı adamların (şagirdlərin) seçimləri də bu qayda ilə qeyd
olunur. Əgər seçimlər qarşılıqlıdırsa yazılan rəqəm dairəyə
alınır (məsələn, ). Cədvəlin sonunda seçilmə və qarşılıqlı
224
seçilmənin miqdarı göstərilir. Nəticədə kimin daha çox seçil-
diyi (və ya seçilmədiyi) aydın olur.
Sosiometrik seçməni göstərən sosioqrama gəldikdə bu
qrafik şəklində tərtib olunur. Bunun üçün bir-birinin içərisində
olan dörd dairə çəkilir. Ən çox seçilən qrup üzvünün sıra
nömrəsi daxildəki dairədə, nisbətən bir-birindən çox seçilənlər
2-ci və 3-cü dairələrdə, heç seçilməyənlər isə sonuncu –
dördüncü dairədə qeyd olunur. Seçmənin xarakteri xətlərdəki
oxlarla qeyd olunur. Əgər qrupda oğlan və qızlar olursa
məsələn, qızların sıra nömrəsi kiçik dairələrdə, oğlanlarınki isə
üçbucaqda qeyd olunur.
Sosiometrik seçməni göstərən matrisa
S
Yoxlananın
adı
Sey-
ran
Adil
Şəf-
iqə
Tu-
ral
Mə
mmə
d
Bə-
növşə
Fidan Araz
Kəkl
ik
Qu
mru
1
Seyran
2
3
2
Adil
3
Şəfiqə
4
Tural
3
2
1
5
Məmməd
2
6
Bənövşə
7
Fidan
3
2
8
Araz
1
3
2
9
Kəklik
1
10
Qumru
3
2
Seçmələrin
3
6
6
0
5
4
1
0
3
2
Qarşılıqlı
seçmələr
1
3
3
–
2
3
1
–
2
1
Şəkil 10
23
1
|