Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə13/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   9   10   11   12   13   14   15   16   ...   49

Щ ю р м я т   ( е щ т и р а м )

т я л я б а т ы

Сялащиййят, мüвяффягиййят ялдя етмяк

бяйянилмяк, танынмаг, нüфуз

М я н с у б л у ь а   в я   м я щ я б б я т я  

о л а н

т я л я б а т

Ъямиййятя мянсуб олмаг, инсанларла йанашы олмаг, онлар 

тяряфиндян гябул олунмаг, танынмаг

Т я щ л ü к я с и з л и й я

т я л я б а т

Юзüнü мüдафия олунмуш щисс етмяк, горхудан вяуьурсузлугдан, 

тяъавüзкарлыгдан йаха гуртармаг

Ф и з и о л о ж и   ( ü з в ü )

т я л я б а т л а р

Аълыг, сусузлуг, истидян, сойугдан горунмаг вя с.



178

Ekzistensional

psixologiya

konkret


insanın

şəxsi


təcrübəsinin ümumi sxemə uyğun gəlməməsinin unikallığını

qeyd edir.  Ekzistensional psixologiyanın əsas məqsədlərindən

biri şəxsiyyətin autentiklik – onun həyatdakı varlığının onun

daxili təbiətinə uyğunluğu probleminin həllindən ibarət

olmuşdur.  Müasir ekzistensional psixologiyanın təcrübəsində

psixoanalizin bir çox nailiyyətlərindən istifadə olunmuşdur. 



                         

III. 5. 5.   Şəxsiyyətin fəallığı və istiqaməti

Şəxsiyyətin fəallığı və onu təmin edən amillər.  Əvvəl

qeyd edildiyi kimi, şəxsiyyət gerçəkliyi dərk edib dəyişdirməyi

bacaran,  fəaliyyət göstərən konkret canlı insandır.  Deməli, 

şəxsiyyət ictimai münasibətləri dərk edən, həmin münasibətlər

qovuşuğunda formalaşan subyekt, daha doğrusu fəal varlıqdır. 

Məhz onun fəallığı onun üçün fərqləndirici əlamət rolunu

oynayır.  Şəxsiyyət fəaliyyətin köməyi ilə gerçək aləmlə fəal

qarşılıqlı təsir prosesində təşəkkül tapır. 

Bəs insan şəxsiyyətinin fəallığı nə ilə bağlıdır, onu təmin

edən amillər nədən ibarətdir? Bu sual uzun illər ərzində kəskin

mübahisələrin meydana gəlməsinə səbəb olmuşdur.  Yuxarıda

şəxsiyyət haqqında nəzəriyyələrdən danışarkən qeyd olunduğu

kimi,  şəxsiyyətin davranışını,  onun fəallığını təmin edən

amillər müxtəlif istiqamətdə öz əksini tapmışdır.  Bunu aydın

görmək üçün görkəmli psixoloq K.Levinin təklif etmiş olduğu

formulaya nəzər salaq

1

.

K.Levin şəxsiyyətin davranışını təmin edən amilləri təhlil



etmək üçün  B=F (P, E) formulunu təklif etmişdir. Burada B-

davranış; F-funksional asılılıq işarəsi; P- şəxsiyətin daxili sub-

yektiv xassələri; E- sosial mühiti bildirir. 

K.Levinə görə şəxsiyyətin davrvnışını, fəallığını psixodi-

                                                

1

Бах,Немов Р.С. Психология. В 3-х кн., кн. 1 – М., 1998, с. 342-343.



179

namik istiqamətdən izah edən istiqamətin baxışlarını həmin

formulaya tətbiq etdikdə B= F(P) alınır. Bu isə o deməkdir ki, 

psixodinamik istiqamətdə şəxsiyyətin davranışı faktiki olaraq

yalnız fərdin daxili subyektiv psixoloji xassələri ilə

əlaqələndirilir və onunla izah olunur. Burada sosial mühitin ro-

lu nəzərə alınmır. 

Şəxsiyyət haqqında sosiodinamik istiqamətə gəldikdə, 

həmin nəzəriyyə tərəfdarları şəxsiyyətin davranışını xarici

mühitin təsiri ilə bağlayır,  şəxsiyyətin daxili xassələrinə

əhəmiyyət vermirlər.  Başqa sözlə B =  F (E)  formulu əsas

götürülür. 

İnteraksionistik istiqamətin tərəfdarları isə B=F (P,E) 

formulunu əsas götürürlər.  Bununla da onlar şəxsiyyətin

davranışını, fəallığını daxili və xarici  amillərin qarşılıqlı təsiri

ilə bağlayırlar. Bu ideyadan çıxış edən psixoloqlar şəxsiyyətin

fəallığının mənbəyinin onun tələbatlarından ibarət olduğunu

irəli sürürlər. 



Şəxsiyyətin istiqamətinin xarakteristikası.  Yuxarıda

şəxsiyyətin strukturundan danışarkən onun ən mühüm

bloklarından biri kimi istiqamətini qeyd etdik və buraya onun

tələbatlarının,  davranış motivlərinin,  maraq və meyllərinin, 

dünyagörüşünün,  əqidə və ideallarının və s. daxil olduğunu

qeyd etdik. 



Tələbat orqanizmin və ya şəxsiyyətin nəyə isə obyektiv

ehtiyacını əks etdirən psixi hadisədir.  Tələbatlar həm insan, 

həm də heyvana mənsub olmaqla bioloji, yalnız insana mənsub

olmaqla sosial və ya mənəvi xarakter daşıya bilər. Bununla

belə


insanların

heyvanların



bioloji

tələbatlarını

eyniləşdirmək mümkün deyildir.  Dərk olunma və ödənmə

xüsusiyyətlərinə görə insan tələbatları bir- birlərindən əsaslı

şəkildə fərqlənir.  İnsan tələbatları onun dərk olunmuş

ehtiyacları ilə bağlı olur. Hər hansı bir  dərk olunmuş ehtiyac

adamı o ehtiyacın ödənilməsi ilə əlaqədar şəraitdən asılı edir. 

Bu asılılığın psixi təəssüratdan keçirilməsi nəticəsində adam



180

fəallaşır.

Tələbatların ödənilməsi, görülən iş, istifadə edilən alətlər

yeni tələbatlar doğurur. İnsanın tələbatları olduqca müxtəlifdir. 

Adətən mənşəyinə görə tələbatları iki yerə bölürlər:  təbii və

mədəni tələbatlar. 

Təbii tələbatlar – fərdin yaşayışını və nəslini davam

etdirmək üçün şərait və ehtiyacların inikası əsasında yaranır.

Təbii tələbatlara qida,  təmizlik,  isti və soyuqdan mühafizə, 

istirahət, nəsli davam etdirmək və s. ehtiyaclar misal ola bilər.



Mədəni tələbatlar – fərdin daxil olduğu sosial qruplarda

mövcud mədəniyyətin psixi    inikası nəticəsində yaranır.  

Mədəniyyət, sosial qrupda, tarixi inkişaf prosesində insanların

əli və dühası ilə yaradılmış cisim,  hadisə və münasibətlər

mövcuddur.  Hər konkret tarixi cəmiyyətin özünəməxsus

geyim, ünsiyyət, məişət və s. dəbləri və onların inikası əsasında

yaranan tələbatlar sistemi vardır.  Fərd cəmiyyət    daxilində ən

kiçik yaşlarından real gerçəkliyi dərk etmə prosesində adət və

ənənələrə,  yaşayış və davranış tərzinə yiyələnir,  sosiallaşma

prosesi keçirir. Sosiallaşma prosesində fərd sosial

qrupun

tələbatlar sistemini,  onların ödənilməsi yol və vasitələrini də



mənimsəyir.  Mədəni tələbatlar öz məzmunu etibarı ilə sosial

tələbatlardır.  Ona görə də şəxsiyyət ən təbii ehtiyaclarını belə

daxil olduğu sosial qrupun mədəniyyəti çərçivəsində ödəyir. 

Beləliklə,  cəmiyyətin tarixi inkişaf səviyyəsindən asılı olaraq, 

orada yaşayan adamların tələbatlar sistemi istər məzmun, 

istərsə də forma nöqteyi- nəzərindən bir-birindən fərqlənirlər. 

Tələbatları,  onların məzmunlarının səciyyəsinə görə

təsnif edərkən maddi və mənəvi tələbatları müəyyənləşdirirlər. 

Maddi

tələbatlar-maddi



ehtiyaclardan

doğur.  Mənəvi

tələbatlara insanların siyasətə,  əxlaqi davranışa,  dinə,  elmə, 

incəsənətə  və s. olan tələbatları daxildir. 

Maddi və mənəvi tələbatlar bir-birilə ayrılmaz surətdə

bağlıdır. Mənəvi tələbatların təmin olunması üçün daima maddi

şeylərin olması tələb edilir ki, bunlar da öz növbəsində maddi


181

tələbatların predmetini təşkil edir. 

Buradan isə aydın olur ki,  mənşəyinə görə təbii olan

tələbat, eyni zamanda predmetinə görə maddi tələbat ola bilər. 

Mənşəyinə görə mədəni olan tələbat predmetinə görə ya maddi, 

ya da mənəvi ola bilər. Deməli, həmin təsnifat tələbatların ol-

duqca müxtəlif növlərini əhatə edir və onların insan şüurunun

inkişaf tarixinə və yönəldikləri obyektlərə münasibətini ifadə

edir. 

Şəxsiyyətin davranış motivləri.  Qeyd etdiyimiz kimi, 

tələbatlar şəxsiyyətin davranışının, fəallığının mənbəyini təşkil

edir.  Məhz buna görə də onlar insanı fəaliyyətə təhrik edən

səbəblər, başqa sözlə motivlər rolunu oynayır.  Motiv (latınca



movero-hərəkətə gətirən) insanı hər hansı bir məqsədəyönəlmiş

işə, fəaliyyətə təhrik edən səbəbdir.

Təcrübə göstərir ki, motivlər bir-birindən onlarda təzahür

edən tələbatların növünə,  onların kəsb etdiyi formalara, 

genişliyinə və ya məhdudluğuna, onların reallaşdığı  fəaliyyətin

konkret məzmununa görə fərqlənir.  Fəaliyyətin mürəkkəb

növləri, bir qayda olaraq bir motivə deyil, eyni vaxtda bir necə

təsir göstərən və qarşılıqlı təsirdə olan motivə cavab verir ki, 

bunlar da insanın hərəkət və əməllərinin şaxələnmiş

motivləşmə sistemini təşkil edir. Motivləşmə elə motivlər bir-

liyidir ki,  şəxsiyyətin istiqamətini,  yönəlişliyini müəyyən

etməklə onun fəaliyyətinin səmərəliliyini də şərtləndirir.

Əvvəlki fəsildə qeyd etdiyimiz kimi,  motivləri dərk

edilən və dərk edilməyən olmaqla iki yerə bölürlər.  Psixoloji

ədəbiyyatda dərk edilən motivlərə tələbatlarla yanaşı

maraqları, dünyagörüşünü, əqidə və idealları; dərk edilməyən

motivlərə isə ustanovkanı, həvəsi və s. aid edirlər. 



Maraqlar. Maraqlar insanın idrak tələbatlarının emo-

sional təzahürləridir.  Başqa sözlə,  maraq şəxsiyyətin,  gerçək

həyatın müəyyən bir sahəsinə, müəyyən bir fəaliyyətə, bu və ya

digər biliyi əldə etməyə az və ya çox yönəlməsində ifadə olu-

nan fərdi psixi xüsusiyyətdir.  Şəxsiyyətin istiqaməti onun


182

maraqlarında ifadə olunur. 

Maraqların insanın həyat və fəaliyyətində rolu olduqca

böyükdür. Şagird nə iləsə dərindən maraqlandıqda,  yerinə ye-

tirdiyi iş,  dinlədiyi dərs onun üçün maraqlı olduqda həmin

sahələrdə yüksək müvəffəqiyyət qazanır.  Əksinə onlara qarşı

maraq olmadıqda həmin işlər cansıxıcı olur, şagirdi cəlb etmir.

Maraq bizdə müəyyən hisslər doğuran cisim və hadisəyə

daha artıq və gərgin diqqət yetirilməsini təmin edir. Maraq hər

hansı bir obyekti daha dərindən və dəqiq dərketmə meylindən

doğur.  Maraqların fizioloji əsasını bələdləşmə- tədqiqat

refleksləri təşkil edir.  Gerçək aləmdə baş verən hər bir yeni,

gözlənilməz dəyişiklik zamanı bələdləşmə refleksi baş verir və

qıcıqlandırıcının daha tam və aydın inikasını təmin edir. Ətraf

mühitdə ən kiçik bir dəyişiklik,  yenilik baş verdiyi zaman in-

sanda müvafiq reseptor aparatı bu dəyişikliyi törədən qıcığa

doğru yönəlir. 

Bələdləşmə refleksini bəzən «tədqiqat refleksi», bəzən də

«bu nədir?» refleksi adlandırırlar. 

Maraqlar idrakın daimi təhrikedici mexanizmi kimi mey-

dana çıxır. 

Maraqları məzmununa,  məqsədinə,  genişliyinə və



davamlılığına görə təsnif etmək olar. 

Məzmununa görə maraqları təsnif edərkən insanın idrak

tələbatlarının obyektləri əsas götürülür.  İdrak tələbatları

obyektlərindən hansının insanı cəlb etməsi bu sahədə onun

marağının

məzmununu

müəyyənləşdirir.  Bu

baxımdan


maraqların əhəmiyyətlilik dərəcəsi onun məzmununun nə

dərəcədə düzgün seçilməsindən asılı olur. 

Məqsədinə görə maraqlar vasitəsiz və vasitəli ola bilir. 

İnsan üçün əhəmiyyətli olan obyektin emosional cazibədarlığı

vasitəsiz marağın meydana gəlməsinə səbəb olur.  Bu zaman

həmin obyektin özü bilavasitə bizi özünə cəlb edir.  Onunla

maraqlanmağa başlayırıq.  Vasitəli maraqlara gəldikdə bunlar

qarşıya qoyulmuş məqsədə çatmaq üçün zəruri olan vasitələrlə



183

əlaqədar meydana gəlir.  Vasitəli maraqların insanın əmək və

tədris fəaliyyətinin təşkilində əhəmiyyəti olduqca böyükdür. 

Maraqları özlərinin genişliyinə görə də təsnif edirlər. 

Həyat təcrübələri göstərir ki,  bəzi adamlarda maraqlar yalnız

bir sahə üzrə mərkəzləşdiyi halda, bəziləri isə bir çox ob-

yektlərlə maraqlanırlar,  başqa sözlə onlarda maraqların əhatə

dairəsi geniş olur.  Əgər bu maraqların genişliyi onların

dərinliyi ilə uzlaşarsa daha səmərəli xarakter daşımış olar. 

Maraqların dərinlik səviyyəsi şəxsiyyətin mühüm keyfiyyəti

kimi qiymətləndirilir. Bu cür maraqlara malik olan insanlar bu

ya



digər

fəaliyyət

sahəsində

həmişə


yüksək

müvəffəqiyyətləri ilə fərqlənirlər. 

Özlərinin davamlılığına görə maraqlar davamlı və

davamsız ola bilir.  Bəzi adamlarda maraqlar davamlı olduğu

halda, başqalarında davamsız, keçici xarakter daşıyır. Davamlı

maraqları insanın formalaşmağa başlayan qabiliyyətlərinin

göstəricilərindən biri kimi qeyd edirlər.

Maraqları passiv və fəal olmaqla da təsnif edirlər.  Heç

bir iş görmədən,  nəiləsə sadəcə olaraq maraqlanmaq insanın

həmin obyektə passiv maraq bəslədiyini göstərir. Passiv maraq-

lar mənfi hal olmaqla şəxsiyyətin ümumi inkişafına heç bir

dəyərli təsir göstərmir. Fəal maraqlara gəldikdə, əksinə, bu cür

maraqlar bizi fəaliyyətə təhrik edir, bu zaman bizə qüvvə verir, 

işi ruh yüksəkliyilə, axıra qədər davam etdirməyimizə, əldə et-

diyimiz nəticələrin yüksək keyfiyyətdə olmasına müsbət təsir

göstərir. 

Dünyagörüşü,  əqidə və ideallar.  Şəxsiyyətin dərk olu-

nan davranış motivləri içərisində dünyagörüşü,  əqidə və

idealların da özünəməxsus yeri və rolları vardır.

Dünya və onun qanunauyğunluqları,  təbiət və cəmiyyət

hadisələri haqqında müəyyən baxışlar sistemi insanın

dünyagörüşünü təşkil edir.  Dünyagörüşünün formalaşması

insanın ona müvafiq davranış tərzini həyata keçirməsinə təkan

verir. Dünyagörüşü tarixi xarakter daşıyır. Cəmiyyətin inkişafı



184

ilə əlaqədar olaraq insanların dünyagörüşü də dəyişilir. İnsanlar

elmi, dini,  mütərəqqi,  mürtəce,  materialist,  idealist və s. 

dünyagörüşünə malik ola bilirlər. 

İnsanın dünyagörüşü onun əqidəsinə çevrilə bilir və bu

zaman şəxsiyyətin tamlığını təmin edir. Əqidə – şəxsiyyətin

onu öz baxışlarına, prinsiplərinə, dünyagörüşünə müvafiq ola-

raq hərəkət etməyə yönəldən dərk olunmuş tələbatlar sistemi-

dir. Əqidə insana öz həyat yolunu tam aydınlığı ilə müəyyən və

təsəvvür etmək imkanı verir, onu şərtləndirir. 



İdeallar da şəxsiyyətin dərk olunan davranış motivləri

hesab olunur.  İdeal insanın nail olmağa can atdığı ən yaxın

məqsəddir. Başqa sözlə, ideallar insanın həyat və fəaliyyətində

nail olmağa can atdığı ən yüksək məqsəd hesab olunur. İdeallar

müsbət hissi boyalarla zəngin olur və şəxsiyyətin istiqamət və

fəaliyyətinə aydınlıq, müəyyənlik verir. İdeallar fəal və passiv

ola bilir.  Əgər ideallar fəal və həyatidirsə,  insanı mübarizədə

qorxmaz edir,  onun iradəsinə möhkəmlik,  xarakterinə qüvvət

bəxş edir.

Sadəcə olaraq bu və ya digər ideala malik olmaq, bu və

ya digər bir şəxsiyyəti özünə ideal qəbul etmək və bununla

kifayətlənmək çox azdır. Bu, adamın ümumi inkişafına heç bir

müsbət təsir göstərə bilməz.  Əsl və həlledici cəhət seçilən

idealın fəal olması,  mütərəqqi və müsbət ideal uğrunda,  ona

çatmaq uğrunda yorulmadan mübarizə etmək əzminə malik

olmaqdır. 



185

III. 5. 6. Şəxsiyyətin mənlik şüuru

İnsanın bir şəxsiyyət kimi formalaşmasında onda mənlik

şüurunun inkişafı xüsusi rol oynayır.  Mənlik şüurunun  

formalaşması insana özü haqqında təsəvvürlərini, özünün zahi-

ri

görkəmini, 



əqli, 

mənəvi, 


iradi

keyfiyyətlərini

qiymətləndirmək imkanı verir.  Bu baxımdan mənlik şüuru

insanın özünü şəxsiyyət kimi tanıması və dərk etməsi

prosesindən ibarətdir.  Psixoloji ədəbiyyətda «mənlik şüuru» 

dedikdə insanın özünün tələbat və qabiliyyətlərinə,  fikir və

hisslərinə, davranış və fəaliyyət motivlərinə şüurlu münasibəti

nəzərdə tutulur.  İnsan başqa adamlarla qarşılıqlı əlaqə və

ünsiyyət prosesində özünü ətraf mühitdən ayırır, özünü fiziki

və psixi cəhətdən dərk etməyə başlayır,  bir növ öz «mənini» 

başa düşür,  anlayır.  Öz məni haqqında subyektiv təəssürat ilk

növbədə onda ifadə olunur ki, insan özünün hazırda, keçmişdə

və gələcəkdəki eyniliyini anlayır.

İnsanın öz «mənini»  kəşf etməsi şəxsiyyətin uzun-

müddətli inkişaf prosesinin nəticəsidir.  Bunun əsası bir növ

hələ körpəlik dövründən qoyulur.  Hələ üç yaşlı uşaqda özü

haqqında təsəvvür yaranmağa başlayır. Bu dövrdə uşaq «mən» 

kəlməsini işlətməklə özünün müstəqilliyə olan meylini büruzə

verir. Onda mənlik şüurunun ibtidai forması müşahidə olunur. 

Uşağın öz «mən»ini    kəşf etməsi      sonrakı dövrdə –

yeniyetməlik və ilk gənclik yaş dövründə özünü daha aydın

göstərir.  Yeniyetmədə özünə,  öz şəxsi həyatına,  şəxsiyyətinin

xüsusiyyətlərinə

marağın


yaranması

onda


özünüqiymətləndirmə tələbatı,  özünü başqaları ilə müqayisə

etmək meyli yaradır.  Nəticədə yeniyetmə özü üçün    öz

«mən»ini bir növ kəşf edir. İlk gənclik dövründə məktəblilərdə

böyüklük hissi yüksəlir. Onlar özlərinin artan imkanlarını dərk

etməyə başlayırlar.  Bu dövrdə məktəblilərdə mənlik şüuru, 

özləri haqqında təsəvvürləri dəyişir. Oğlan və qızlarda mənlik

şüurunun məzmunu dəyişir,  özləri haqqında təsəvvürləri artır. 


186

Onlar özlərinin xarici görkəmini,  simalarını tamamilə yeni

şəkildə

qavramağa



başlayırlar.  Bütün

bunlar


böyük

məktəblilərdə «mən» obrazının formalaşmasına gətirib çıxarır. 

«Mən»  obrazının əsasını insanın özü haqqında bilikləri təşkil

edir.  «Mən»  obrazında insanın öz-özünə münasibəti də xüsusi

yer tutur. İnsan öz özünə başqalarına bəslədiyi kimi münasibət

göstərə bilər,  hörmət və ya nifrət edər,  sevər və ya zəhləsi

gedər, hətta özünü anlaya və anlamaya bilər.

Həyati faktlar göstərir ki,  insanda «mən – obraz»  eyni

vaxtda müxtəlif xarakterli ola bilir. Bunlara «real mən», «ideal

mən» və «sosial mən» obrazlarını aid etmək olar.

«Real mən» dedikdə insanın indiki anda özünü necə

təsəvvür etməsi,  özünün bacarıq və qabiliyyətlərini,  rollarını, 

statusunu necə qavraması, əslində necə adam olmasını təsəvvür

etməsi nəzərdə tutulur.  Bu zaman insan özünə öz gözü ilə

baxır,  özünü obyektiv,  necə varsa elə də qiymətləndirir. 

Təcrübə göstərir ki,  bəzən insan özünün bu obrazını

başqalarından gizlədə bilir.

«İdeal mən»ə gəldikdə burada insanın özündə görmək

istədiyi keyfiyyətlərə malik obrazı nəzərdə tutulur.  Burada

insanın özü haqqında idealları xüsusi yer tutur.  «İdeal mən» 

obrazında insanın yüksək qiymətləndirdiyi keyfiyyətlər öz

əksini tapır.  İnsan daima öz «ideal mən»inə nail olmağa can

atır. 


«Sosial mən» digər mən – obrazlardan fərqlənir. Burada

insan həmişə özünə başqalarının gözü ilə baxır.  «Sosial mən» 

obrazı aşağıdakı suallara uyğun yaradılır:  başqa adamlar onu

necə görürlər?  O,  özünü başqalarına necə göstərmək istəyir? 

Özünü necə göstərsə başqalarının rəğbətini qazana bilər? Məhz

buna görə də insan başqa adamlarla ünsiyyətə girərkən özünün

«sosial mən»indən çıxış edir. 

Özünüqiymətləndirmə və şəxsiyyətin iddia səviyyəsi

Özünüqiymətləndirmə şəxsiyyətin özünü, öz imkanlarını, key-

fiyyətlərini,  qabiliyyətlərini,  özünün

başqa


adamlarla

187

münasibət  sistemindəki yerini qiymətləndirməsindən ibarətdir. 

Özünüqiymətləndirmə insanın    özünüdərketməsi ilə sıx

bağlıdır. 

Bu

baxımdan


insanın

mənlik


şüurunun

formalaşmasında özünüqiymətləndirmə xüsusi yer tutur. 

Özünüqiymətləndirmə zamanı adətən qiymətin əxlaqi, 

estetik,  intellektual,  emosional və s.  növlərindən istifadə olu-

nur. Lakin təcrübə göstərir ki, bütün hallarda onların içərisində

emosional

qiymətlər

əsas


yer

tutur.  Bütün

hallarda

özünüqiymətləndirmədə emosional çalar üstünlük təşkil edir. 

Özünüqiymətləndirmə

səviyyəsində

qiymətverən

qiymətləndirilən eyni adam olduğuna,  mən-mənə qiymət



verdiyinə görə burada özünüsevmə, özünəhörmət, ləyaqət hissi

özünə geniş yer edir.  Ona görə də burada subyektiv amillərin

təsiri qaçılmaz olur. 

Psixoloji

tədqiqatlar

özünüqiymətləndirmənin

üç

səviyyəsini müəyyənləşdirməyə imkan vermişdir:  1)  Adekvat



özünüqiymətləndirmə.  Bu cür özünüqiymətləndirmə zamanı

insan özünün bütün keyfiyyətlərini olduğu kimi,  imkanlarına

uyğun qeyd etməklə özünü düzgün qiymətləndirir.  2)  Qeyri 

real

yüksək

özünüqiymətləndirmə

Bu

cür



özünüqiymətləndirmə zamanı    insan özünü onda olan

keyfiyyətlərdən, imkanlardan yüksək qiymətləndirir. Adətən bu

cür özünüqiymətləndirmə şişirdilmiş xarakter daşıyır,  insanın

özündən bədgümanlığı ilə nəticələnir.  Ona görə də bu cür

adamlar başqaları tərəfindən rəğbətlə qarşılanmırlar. 3) Qeyri-

real aşağı özünüqiymətləndirmə. Bu cür özünüqiymətləndirmə

zamanı insan özünün keyfiyyətlərini,  imkanlarını layiq olduğ-

undan aşağı qiymətləndirir. 

Qeyri-real

yüksək



qeyri



real


aşağı

özünüqiymətləndirmə eyni dərəcədə ziyanlıdır.  Məsələn,  öz

imkanlarını qeyri-real yüksək qiymətləndirən şagird və ya

tələbələrdə çox vaxt özünəarxayınçılıq hissi yaranır.  Nəticədə

nəzərdə tutduqları məqsədlərinə nail ola bilmirlər.  Öz

imkanlarını qeyri-real aşağı qiymətləndirən şagird və ya



188

tələbələrdə isə mümkün olacaq nailiyyətə çatmaq hissi və cəhdi

olmur,  nəticədə onlar mövcud imkanlarını təzahür etdirə

bilmirlər. Ona görə də ən cüzi nailiyyətlə kifayətlənməli olur-

lar. 

Özünüqiymətləndirmədə şəxsiyyətin iddia səviyyəsi ilə



də sıx bağlıdır. İddia səviyyəsi dedikdə bu və ya digər fəaliyyət

zamanı şəxsiyyətin seçdiyi və qarşısına qoyduğu məqsəd və

vəzifələrin

çətinlik


dərəcəsi

ilə


müəyyən

olunan


xarakteristikası nəzərdə tutulur.  Başqa sözlə iddia səviyyəsi

fərdin qarşısına qoyduğu məqsədin çətinlik dərəcəsi ilə

müəyyən olunan şəxsiyyətin arzuolunan özünüqiymətləndirmə

(mən obrazı) səviyyəsindən ibarətdir. 

İnsan sonra yerinə yetirəcəyi işin çətinlik dərəcəsini

sərbəst


şəkildə

seçərkən


özünüqiymətləndirməyə

cəhd


göstərməsi iki cür konfliktin yaranmasına səbəb olur:  bir

tərəfdən maksimum müvəffəqiyyət əldə etmək üçün iddianı

artırmaq cəhdi, digər tərəfdən uğursuzluqdan   yaxa qurtarmaq

üçün iddia səviyyəsini aşağı salmaq.  Müvəffəqiyyət əldə

edildikdə adətən iddia səviyyəsi artır, insan daha çətin məsələni  

həll etməyə hazır olduğunu təzahür etdirir, uğursuzluq zamanı

isə iddia səviyyəsini  müvafiq şəkildə aşağı salır. 

Şəxsiyyətin iddia səviyyəsi konkret fəaliyyət növündə

özünü aydın göstərir. Bununla əlaqədar bir fakta nəzər salaq. 

İmtahana zəif hazırlaşmış tələbə 5  qiymət almağa cəhd

göstərir və verilmiş 10 misaldan yalnız 4-nü yerinə yetirdiyinə

görə həmin qiyməti ala bilmədikdə ruhdan düşməyəcəkdir.  O

eyni zamanda 3  qiymətə layiq görüldükdə də o qədər

sevinməyəcəkdir.  Çünki bu məqsədə nail olmaq o qədər də

çətin deyildir.  Lakin tədricən misalların sayını 4-dən yuxarı

artırmaqla yaxşı qiymət almaq üçün ona neçə misal verilməsini

istədiyini təklif etməklə onun iddia səviyyəsini müəy-

yənləşdirmək mümkündür. 

Bu sadə model göstərir ki,  şəxsiyyət öz iddialarının

səviyyəsini müəyyən edərkən özü üçün müəyyən perspekti



189

saxlamağa çalışır.  Buna görə də o,  elə tapşırıq və məqsədlər

seçir ki, onlar nə həddindən artıq çətin, nə də həddindən artıq

asan olsun. 

Aparılmış tədqiqatlar göstərmişdir ki,  iddia səviyyəsinin

formalaşması nəinki müvəffəqiyyət və uğursuzluğu qabaqca-

dan görməklə, həm də hər şeydən əvvəl, keçmiş müvəffəqiyyət

və uğursuzluqların ağıllı surətdə,  bəzən isə dumanlı dərk olu-

nan şəkildə nəzərə alınması və qiymətləndirilməsi ilə müəyyən

edilir. Məktəblinin tədris işində, dərnəkdə məruzə üçün mövzu

ictimai

tapşırıq


s.  seçərkən

iddia

səviyyəsinin



formalaşmasını izləmək olar. 


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin