Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə12/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   8   9   10   11   12   13   14   15   ...   49

Шякил 7. Шяхсиййят щаггында ясас 

нязяриййяляр

К

. Х



ор

ни

ни



н н

ев

ро



з н

яз

яр



ий

йя

си



Е

. Ф


ро

м

м



ун

 к

он



се

пс

ий



ас

ы

С



. С

ал

ли



ве

ни

н и



нт

ер

пе



рс

он

ал



 

ня

зя



ри

йй

яс



и

Е



ри

кс

он



ун

 е

го



-п

си

хо



ло

эи

йа



сы

Г

. О



лп

ор

т в



я Г

. М


ер

ре

йи



н п

ер

си



он

ол

ож



и 

ня

зя



ри

йй

яс



и

Р. 


К

от

те



ли

н ф


ак

то

р-



ан

ал

ит



ик

 

ня



зя

ри

йй



яс

и

А



. К

ел

ли



ни

н «


ш

ях

си



йй

ят

ин



 

ко

нс



тр

ук

тл



ар

» н


яз

яр

ий



йя

си

Л



. Ф

ес

ти



нг

ер

ин



 к

ог

ни



ти

в д


ис

со

на



нс

 

ня



зя

ри

йй



яс

и

Б



. С

ки

нн



ер

ин

 н



яз

яр

ий



йя

си

А



. Б

ан

ду



р в

я Д


. Д

ол

ла



рд

ы

н с



ос

иа

л т



ял

им

 



ня

зя

ри



йй

яс

и



К

. Р


оъ

ъе

рс



ин

 ю

зü



нü

ак

ту



ал

ла

ш



ды

рм

а 



ня

зя

ри



йй

яс

и



А

. М


ас

ла

ун



ун

 ю

зü



нü

ак

ту



ал

ла

ш



ды

рм

а 



ня

зя

ри



йй

яс

и



Р. 

М

ей



йи

н е


кз

ис

те



нс

ио

на



л 

пс

их



ол

оэ

ий



ас

ы

16



7

168

Avstriya psixoloqu və psixiatoru Ziqmund Freydin (1856 

– 1939)  yaratdığı psixoanaltik nəzəriyyə freydizm adı ilə

məşhurdur.  Z.Freyd şəxsiyyətin fəallığının mənbəyini onda

heyvan əcdadlarından irsən alınmış instiktiv təhriklərdə

görürdü.  Bununla da Freyd psixi hadisələrə yeni anlayış –

şüursuzluq anlayışı gətirmişdir.  Onun fikrincə şəxsiyyətin

strukturunda üç komponent mövcuddur:  O (id),  mən (eqo), 



yüksək – mən (super-eqo). Z.Freyd birinci komponenti (id) 

şüursuzluq,  ikincini (eqo)  şüur,  üçüncünü isə (super- eqo) 

yüksək şüurluluq kimi götürür. 

Z.Freydə görə id (o)  məhz elə sahədir ki,  orada yalnız

sıxışdırılmış şüursuz instinktlər hökmranlaq edir və onlar həzz

prinsipinə tabe olurlar.  Buna görə də prinsipcə onlar dərk edilə

bilməzlər. 

Mən (eqo) bir tərəfdən şüursuz instinktlərin ardınca

gedir, digər tərəfdən gerçəkliyin norma və tələblərinə tabe olur. 



Yüksək

-

mən

(super-eqo)  cəmiyyətin

əxlaqi

tələbatlarının bir növ məcmuudur. Başqa sözlə, o, insanın hələ



uşaqlıq dövründən mənimsədiyi,  avtomatlaşmış sosial norma, 

inam,  qaydalardan ibarətdir.  O,  bir növ nəzarətçi rolunu

oynayır. Ona görə də «eqo» həmişə münaqişədə olur. «İd»- in

və «yüksək – mən»- in tələbləri bir-birinə uyğun gəlmir. «Eqo

(mən)» daima müdafiə mexanizminə qaçır (ona meylli olur). 

Şəxsiyyətin klassik nəzəriyyələri qrupuna yuxarıda qeyd

etdiyimiz kimi İsveçrə psixoloqu Karl Yunqun (1875  – 1961) 

analitik nəzəriyyəsi də daxildir.  K.Yunqa görə şəxsiyyət dörd

əsas elementi özünə daxil edir:  şüur,  şəxsi şüursuzluq, 

şüursuzluq və kollektiv şüursuzluq.  Bir şüurluluğa qarşı üç

şüursuzluq dayandığı halda,  K.Yunq buna xüsusi əhəmiyyət

verir.  O belə hesab edir ki,  insan təkcə özünün gizli

tendensiyaları ilə deyil,  eyni zamanda istəkləri,  məqsədləri, 

arzuları və qiymətdəri ilə də müəyyən edilir. 

K.Yunqun fikrincə çox vaxt bu maska əhval və

istəyimizə uyğun gəlmir.  Lakin biz mövcud sosial mühitdə


169

qəbul olunmuş əxlaq və davranış normalarını əsas götürərək

həmin maskanı geyirik. 

K.Yunqa görə şəxsi şüursuzluq öz başlanğıcını uşağın

anadan olduğu gundən əldə edir və bütün həyatı boyu

formalaşır. Şəxsi şüursuzluq insanın artıq keçirmiş olduğu, la-

kin ya unutduğu,  ya sıxışdırılmış müxtəlif hissləri,  duyğuları, 

xatirələrini özünə daxil edir.  Bununla belə şəxsi şüursuzluq

zərurət olduqda dərk oluna bilər. Bu zaman o şüurda müəyyən

tənzim funksiyasını yerinə yetirir və insanı öz gücünə və ya

zəifliyinə inanmasına məcbur edir. 

Şüursuzluğu K.Yunq «kölgə»  adlandırır.  Onun fikrincə

«kölgə» insan şəxsiyyətinin ən primitiv və qaranlıq cəhətlərini

özünə daxil edir və öz başlanğıcını heyvan əcdadlarımızın  

amoral həzzlərindən alır ki, bu da cəmiyyətin normal həyat və

fəaliyyəti üçün tamamilə qəbuledilməzdir.  Lakin özünün  

amorallığına baxmayaraq «Kölgə»  bizim bir çox yaradıcı

ehtiraslarımızın

dərin


emosional

təəssüratlarımızın

mənbəyini təşkil edir. 

Kollektiv şüursuzluğu həqiqi mənada K.Yunqun ən

böyük kəşfi hesab etmək olar.  Bu kəşf onun adını ölməz

etmişdir.  K.Yunqun fikrincə yeni doğulmuş uşaq heç də ağ

lövhə deyildir.  Belə ki,  yeni doğulmuş uşaqda yaşlılıq döv-

ründə onun davranışını şərtləndirən anadangəlmə tendensiya öz

əksini tapır.  Bu tendensiyalar K.Yunq tərəfindən arxetiplər

adlandırılmışdır.  Arxetip    nəsildən- nəslə keçirilən,  insan

şüurunda bilavasitə öz əksini tapan surətlərin, istək və davrvnış

formalarının fövqaladə mürəkkəb əlaqəsindən ibarətdir. 

Yunq


ekstroversiya

introversiya



anlayışlarını

şəxsiyyətin tipologiyasının əsası kimi psixologiyaya daxil

etmiş,  ekstrovertiv və introvertiv tipləri xarakterizə etmişdir. 

Ekstrovertiv şəxsiyyət özünün bütün maraqlarını xarici aləmə

yönəltdiyi halda, introvertiv şəxsiyyətdə bu maraqlar,  bütün

həyat energiyası özünə,  özünün daxili aləminə yönəldilmiş

olur.


170

Nəhayət,  şəxsiyyət haqında klasik nəzəriyyələrdən biri

də, əvvəl qeyd  etdiyimiz kimi, Avstriya psixoloqu Alfred Ad-

lerin (1870- 1937)  fərdi psixologiya nəzəriyyəsidir.  Onun

fikrincə insanda ən əsas onun təbii instinktləri deyil,  «birlik

hissidir». Bu hiss anadangəlmədir, lakin sosial cəhətdən inkişaf

etdirilməlidir. 

A.Adler şəxsiyyətin formalaşmasına təsir edən üç

mühüm münasibəti qeyd edir:  başqa adamlara münasibət, 

əməyə münasibət,  başqa cinsə münasibət.  Adlerə görə

şəxsiyyətin strukturunu müəyyən edən əsas motiv   və tenden-

siyalar aşağıdakılardır: 1) özünün gücsüzlüyünü hiss etmək; 2) 

təkmilləşməyə və üstünlük əldə etməyə  cəhd; 3) birlik hissi və

ya sosial hiss.  Onun fikrincə bu tendensiyalar anadangəlmə

deyildir. Daha doğrusu, uşaq doğularkən ona hazır şəkildə ve-

rilmir;  o,  dünyaya gələrkən insan nitqinə qabillik onun

anatomiyasında olduğu kimi,  bu tendensiyalar üçün də poten-

sial imkan olur. 

Şəxsiyyət haqqında klinik

nəzəriyyə.  Şəxsiyyət

haqqında psixoloji nəzəriyyələr içərisində klinik nəzəriyyə də

özünəməxsus

yer


tutur.  Bunlara

K.Xorninin

nevroz

nəzəriyyəsini,  E.Frommun konsepsiyasını,  Q.S.Sallivenın in-



terpersonal nəzəriyyəsini, E.Eriksonun eqo-psixologiyasını aid

etmək olar. 

Amerika psixoloqu Kartin Xorni (1885- 1952)  insan

şəxsiyyətinin

əsasında

anadangəlmə

narahatlaq

hissini


qoymuşdur.  Onun fikrincə uşaq həmin hisslə doğulur. 

Doğulduğu gündən uşaq üzvü səviyyədə narahatlaq hissi

keçirməyə başlayır və həmin hisslər onun bütün sonrakı

həyatına təsir edir, onu bəzəyir, psixi fəaliyyətin daxili xassəsi

kimi özünü göstərməyə başlayır. Mövcud olduğu ilk saniyədən

başlayaraq insan dünyaya qarşı düşmənçilik hissi keçirməyə

başlayır.  Məhz buna əsaslanaraq K.Xorni narahatlıq hissini

insanın davranışının əsas motivasiyası hesab edir və onu

«köklü həyəcan» adlandırır.  Onun fikrincə «köklü həyəcan» 


171

insanı təhlükəsizliyə cəhd göstərməyə məcbur edir.

Şəxsiyyətin klinik nəzəriyyəsi konsepsiyasında Erik

Frommun (1900 – 1980) da xidmətləri az olmamışdır. O, Al-

maniyada anadan olmuş, fəaliyyətə başlamış, sonra Amerikaya, 

oradan da Meksikaya getmişdir.  Froma görə ictimai inkişaf

şəxsiyyətin daha çox fərdiləşməsi ilə azadlığına gətirib çıxarır. 

Onun fikrincə yeni azadlıq inamsızlıq,  öz gücünü duymamaq, 

şübhə, tənhalıq və həyəcanın meydana gəlməsi ilə bağlıdır. Bu-

radan da şəxsiyyətin «azadlıqdan qaçması»  meydana gəlir.  O, 

özünün «Azadlıqdan qaçış»  kitabında Amerikanı xəstə ölkə

adlandırmışdır.  Onun fikrincə kapitalizm cəmiyyətindəki

rəqabət nevrotik şəxsiyyətlər,  funksional nevroz yaradır. 

E.Fromm adamları bir şəxsiyyət kimi dörd yerə ayırır: mazox-

ist, sadist, konformist və tənha (tərk dünya). 



Mazaxist tipə malik olan adam,  Frommun fikrincə, 

cəmiyyətdə daim uğursuzluqlarla qarşılaşan adamdır.  Bu

uğursuzluqda o yalnız özünü günahkar sayır. 

Sadist tip öz uğursuzluqlarının günahını özündə deyil, 

başqa adamlarda,  cəmiyyətdə görür.  O,  adamları və dünyanı

düşmən kimi qavrayır və onları məhv etməyə cəhd göstərir. 

Daima hakimiyyətə, hökmranlığa, əzməyə, dağıtmağa can atır. 



Konformist tip ümumi kütləyə qarışır,  başqaları

necədirsə onlar kimi olmağa,  onlardan fərqlənməməyə cəhd

edir. O, həmişə mövcud şəraitə uyğunlaşır.

Tənha tip (otşelnik)  həmişə mübarizədən,  cəmiyyətdən

uzaqlaşır, situasiyadan kənar olmağa, ondan qaçmağa çalışır. 

Şəxsiyyətin klinik nəzəriyyəsinin digər nümayəndəsi

Amerika psixoloqu    Q.S.Salliven (1892- 1949)  olmuşdur.  O, 

əsasən K.Xorninin istiqamətini qəbul etmişdir.  Onun fikrincə

psixoloji tədqiqatların obyekti ayrı-ayrı subyektlər deyil, 

subyektlərin birgə fəaliyyətinin məhsulu olan şəxsiyyət

olmalıdır.  Salliven şəxsiyyətin inkişafının mexanizmini Aşa-

ğıdakı şəkildə nəzərdə tutur:  1)  incəliyə,  əzizlənməyə tələbat, 

2) həyəcandan qaçmaq cəhdi.



172

Sallivenin

fikrincə

təhlükəsizliyə

olan

tələbat, 



həyəcandan qaçmaq cəhdi sosial xarakter daşıyır,  lakin bu

sosiallıq uşaq doğularkən onun üzvü tələbatına daxil olur. 

Salliven belə hesab edir ki, uşaq doğularkən hər iki mex-

anizm mövcud olur və onlar şəxsiyyətin inkişaf mexanizmini

təşkil edirlər.  Lakin insan yaşadığı xarici aləmdə daima onu

təmin etməyən və həyəcan doğuran hallarla rastlaşır. Məhz xa-

rici aləmlə həmin mübarizədə,  başqa sözlə,  narahatlıqla

mübarizədə insan şəxsiyyəti formalaşır.  Salliven bunu «mən-

sistem» adlandırır. O göstərir ki, «mən-sistem», daha doğrusu, 

şəxsiyyət,  birincisi,  şüursuzluq səviyyəsində narahatlıqla

mübarizədə, ikincisi, həmin narahatlıqdan yaxa qurtarmaq üçün

müxtəlif vasitələri tapma prosesində inkişaf edir.  «Mən-

sistem»  uşağı,  yeniyetməni,  sonradan isə yaşlı adamları

əvvəlcə ananın,  sonra isə başqa adamların,  məsələn,  iş

yerindəki həmkarlarının köməyinə qaçmağa məcbur edir. 

Beləliklə də Sallivenə görə şəxsiyyətlərarası münasibətlər

formalaşan şəxsiyyətin mexanizmi kimi özünü göstərməyə

başlayır. 

Nəhayət, şəxsiyyətin klinik nəzəriyyəsində özünəməxsus

yer tutan psixoloqlardan biri də Erik Erikson (1902- 1994) 

olmuşdur.  E.Erikson Almaniyada doğulmuş,  1927- 33- cü

illərdə Venada Freydlə  birlikdə işləmiş, 1933- cü ildən ABŞ-a

köçmüşdür.  O,  eqo-psixologiya konsepsiyası yaradıcılarından

biri olmuşdur.  Onun nəzəriyyəsi epigenetik nəzəriyyə adı ilə  

məşhurdur.  Onun fikrincə şəxsiyyətin inkişafı sosial aləmlə

müəyyən edilir.  O,  «şəxsiyyətin identikliyi»  anlayışını irəli

sürmüş və həmin anlayış altında insanın əhatə olunduğu sosial

aləmlə qırılmaz əlaqəsi barədə ona məlumat verən mərkəzi

keyfiyyəti nəzərdə tutmuşdur.  Həmin keyfiyyətlər aşağıdakı

parametrlərdə

ifadə

olunur: 


insanın

özünə


doğru

mərkəzləşməsində,  sosial

qrupla,  onu

əhatə edənlərlə

eyniləşdirmədə,  insanın öz qiymətini,  sosial rolunu müəyyən-

ləşdirməsində.



173

Şəxsiyyətin eksperimental nəzəriyyəsi də psixologiya

tarixində özünəməxsus yer tutmuşdur. Burada birinci növbədə

diqqəti cəlb edən Q.Olport və Q.Merreyin persionoloji



nəzəriyyəsidir.  Amerika psixoloqu Qordon Olport (1897-

1967)  şəxsiyyətin öyrənilməsinə sistemli yanaşmanın ilk

təşəbbüskarlarından biri olmuşdur.  Onun fikrincə insan «açıq

sistemdən» ibarətdir. Bu o deməkdir ki, insanın inkişafı daima

başqa adamlarla qarşılıqlı əlaqədə,  qarşılıqlı münasibətdə baş

verir. İnsan təkcə onu əhatə edənlərə nə isə bəxş etmir, özü də

onlardan nə isə alır.  Olport şəxsiyyətə    insanlar arasındakı

geniş əlaqə sistemindən törəyən bir hadisə kimi baxır. Olporta

görə şəxsiyyət münasibətlərin qəti modelidir.  Olporta görə

şəxsiyyətin inkişafı bioloji tələbatların məcburiyyətindən

azadlığı,  onun motivlərinin avtonomluq dərəcəsi ilə müəyyən

edilir. 


Şəxsiyyətin eksperimental nəzəriyyələri içərisində Ame-

rika psixoloqu A.Kellinin (1905- 1966) «Şəxsiyyətin konstruk-



torlar» konsepsiyası da xüsusi yer tutur.  Onun fikrincə

şəxsiyyətin psixi proseslərinin təşkili  onun gələcək hadisələri

qabaqcadan necə sezməsindən,  düşünməsindən asılıdır.  Bu

fərziyyələrin təsdiq olunmaması sisteminin çox və ya az

dərəcədə yenidən təşkil edilməsinə gətirib çıxarır ki,  bu da

gələcək


haqqında

sonrakı


xəbərvermənin

adekvatlığını

yüksəltməyə səbəb olur.  Kelli bir sıra konkret psixoloji meto-

dikalara tətbiq oluna bilən «repertuar şəbəkə» metodiki prinsi-

pini işləyib hazırlamışdır.  Hal-hazırda bundan klinik və təlim

psixologiyasında müvəffəqiyyətlə istifadə olunur. 

Şəxsiyyətin əsas nəzəriyyələri içərisində koqnitiv

nəzəriyyə də mühüm yerlərdən birini tutur.  Bunlardan ən çox

diqqəti cəlb edəni Amerika psixoloqu    L.Festinqerin koqnitiv

dissonans nəzəriyyəsidir.  Bu nəzəriyyəyə görə əgər fərdin

şüurunda eyni bir obyektə və hadisəyə dair məntiqi cəhətdən

bir-birinə zidd olan bilik qarşılaşırsa, onda fərd bir növ diskom-

fortluq hissi keçirir və o həmin hissdən yaxa qurtarmağa çalışır. 



174

Bəzən obyektiv şəraitdən asılı olaraq bu və ya digər şəkildə

hərəkət etməli olur.  Bu zaman insanın bilikləri ilə real

davranışı arasında ziddiyyət meydana gəlir. Yerinə yetirilən iş

cansıxıcı olur.  Ona görə də fərd bu vəzifəni yerinə yetirmək, 

həmin vəziyyətdən çıxmaq üçün müvafiq obyektlər və ya

hadisələr haqqında öz biliyini və ya sosial ustanovkasını

yenidən qurmağa,  təşkil etməyə çalışır ki,  onların arasındakı

həmin ziddiyyəti aradan götürmüş olsun. L.Festinqerə  görə öz

hərəkətinə,  davranışına bəraət qazandırmağı gücləndirməyə

çalışan insan ya öz davrvnışını dəyişir,  ya özünün hərəkətinin

bağlı olduğu obyektə münasibətini dəyişir,  ya da həmin

davranışın özünə və başqalarına əhəmiyyətini qiymətdən salır. 

Şəxsiyyətin biheviorist nəzəriyyəsi də psixologiya

tarixində özünə müvafiq yer tutmuşdur.  Bu sahədə B.F.Skin-



nerin (1904-1990)  nəzəriyyəsi xüsusilə diqqəti cəlb edir. 

B.Skinner müasir Amerika biheviorist psixologiya məktəbinin

nümayəndəsi olmuşdur.  O,  neobiheviorizmin əleyhinə çıxmış,  

psixologiya yalnız stimul,  reaksiya və həmin reaksiyanın

möhkəmləndirilməsinin

zahiri


müşahidə

olunan


qanunauyğunluqlarını qeyd etməklə kifayətlənmişdir. B.Skiner

«Operant»

(operasiya,  əməliyyat

sözündən)  öyrənmə

konsepsiyasını irəli sürmüşdür.  Bu konsepsiyaya görə orqa-

nizm məhz ona görə yeni reaksiya verir ki,  özü onu

möükəmləndirir və yalnız bundan sonra xarici  stimul reaksiya

yaradır. İlk növbədə Skinner operant davranışı bir sıra orijinal

metodika və cihazları    tətbiq etməklə öyrənmişdir.  O, 

proqramlaşdırılmış təlimin əsasını qoymuşdur.     



A.Bandur və D.Dollardın sosial təlim nəzəriyyələri də

şəxsiyyətin biheviorist nəzəriyyələri içərisində özünəməxsus

yer tutmuşdur. 

Nəhayət,  humanist nəzəriyyə də şəxsiyyət haqqında

psixoloji nəzəriyyələr içərisində özünə sanballı yer tutmuşdur. 

Bunlardan K.Rocersin və A.Maslounun özünüaktuallaşdırma

nəzəriyyəsi və R.Meyyin ekzistensional psixologiyası xüsusi


175

diqqət doğurur.  Həmin nəzəriyyə tərəfdarları şəxsiyyətə

cəmiyyətdəki həyat və fəaliyyət prosesində yaranan hər hansı

bir psixoloji törəmə kimi,  insan təcrübəsinin inkişafı,  ictimai

davranış formalarının mənimsənilməsi məhsulu kimi baxırlar. 

Həmin istiqamətin nümayəndələrinin əsərlərində tez- tez

belə bir fikir irəli sürülür ki, insanda əvvəlcədən humaniod, al-

truistik tələbatlar mövcud olur və məhz həmin tələbatlar insan

davranışının mənbəyini təşkil edir. 

Humanist psixologiya məktəbinə mənsub olan amerika

psixoloqu Karl Rocers (1902- 1987)  şəxsiyyətin strukturunun

fundamental komponenti kimi mən konsepsiyasını qəbul

etmişdir.  Onun nəzəriyyəsi özünüaktuallaşdırma adı ilə

məşhurdur.  Onun fikrincə mən konsepsiya subyektdə ətraf

mühit (birinci növbədə sosial mühit)  arasındakı qarşılıqlı təsir

prosesində formalaşır və onun davranışının özünütənziminin

inteqral mexanizmini təşkil edir. Mən konsepsiya və ideal mən

haqqındakı təsəvvürləri arasındakı uyğunlaşma,  eləcə də

bilavasitə real təcrübə və real «mən»  arasındakı uyğunluğun

pozulması özünüaktuallaşdırma cəhdi yaradır. 

Karl Rocersə görə hətta ən ilkin tələbat və cəhd insana o

şəraitdə təsir göstərə bilər ki,  onlar müvafiq normalara uyğun

olsun.  Onun fikrincə tələbat müsbət qiymətləndirildikdə

şəxsiyyətin inkişafı ilə yanaşı həmin tələbatlar daha da əsaslı

olmağa başlayır və son nəticədə insan öz      orqanizminin

tələbatlarının ödənilməsindən çox,  başqa adamların onu

bəyənməsinə və ona hörmət etməsinə ehtiyac duymağa

başlayır.  Hörmət əsasında özünəhörmət baş verir ki,  bu da

fərdin mühüm tələbatlarından birinə çevrilir. 

Humanist psixologiyanın ən ifrat nümayəndələrindən biri

amerikan psixoloqu Abraham Maslau (1908- 1970) olmuşdur. 

O,  şəxsiyyət tələbatlarının ierarxik quruluşunu vermişdir.  Bu-

nunla əlaqədar olaraq o,  insan tələbatlarının yeddi səviyyəsini

qeyd etmişdir (bax, şəkil 8).  Bunu həmin tələbatların ierarxik

piramidası kimi təsəvvür etmək olar. 



176

Şəkildən göründüyü kimi burada ən aşağı  səviyyədə olan

fizioloji tələbatlardan başlayaraq ən ali tələbat olan özü-

nüaktuallaşdırmaya qədər ierarxik yüksəliş baş verir:  

 Fizioloji (üzvü) tələbatlar

 Təhlükəsizliyə tələbat

 Mənsubiyyətə və məhəbbətə tələbat

 Hörmətə olan tələbat

 İdrak tələbatları

 Estetik tələbatlar.

 Özünüaktuallaşdırmaya tələbat

Nəhayət, 

şəxsiyyətin

humanistik

nəzəriyyələrinə

R.Meyyin (1909- 1994) ekzistensional psixologiya nəzəriyyəsi

daxildir.  Bu



nəzəriyyə

humanistik

psixologiyanın

istiqamətlərindən birini təşkil edir.  Ekzistensional psixo-

logiyanın öyrəndiyi sahələr aşağıdakılardan ibarətdir:    1)  za-

man,  həyat və onun problemləri; 2)  azadlıq,  məsuliyyət və

seçmə problemləri;  3) ünsiyyət,  məhəbbət və tənhalıq prob-

lemləri;  4)  yaşamağın,  mövcud olmağın mənasını axtarmaq

problemləri. 

Ю з ü н ü а к т у а л л а ш д ы р м а й а  

т я л я б а т

Юзüнüн 


мягсяд вя 

габилиййят

лярини 

щяйа-


та кечирмяк, 

шяхсиййятинин 

инкишафы

Е с т е т и к  

т я л я б а т л а р

Щармонийа, симметрийа 

(гайда), интизам, эюзяллик

И д р а к   т я л я б а т л а р ы

Билмяк, баъармаг, анламаг, тядгиг 

етмяк (юйрянмяк)


177

Şəkil 8. A.Maslauya görə insan tələbatlarının piramidası

(ierarxiyası)


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin