Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə11/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   7   8   9   10   11   12   13   14   ...   49

Kan-Kalik V.A. Uçitelö o pedaqoqiçeskom obhenii.  –

M.1987, -s. 96-138



Verenikina İ.M. Preodolenie vozmojnıx konfliktnıx si-

tuaüiey mejdu uçitelem i uçenikami

na uçobe.  //  Voprosı psixoloqii.  –

1986.- №3, s. 71-77



Andreeva Q.M. Soüialğnaə psixoloqiə. M.1998

136

ÜÇÜNCÜ HİSSƏ

ŞƏXSİYYƏT, QRUPLAR VƏ ŞƏXSİYYƏTLƏRARASI  

MÜNASİBƏTLƏR

5 - c i       F Ə S İ L                      

ŞƏXSİYYƏT

Qısa xülasə

Şəxsiyyət haqqında anlayış. Müasir psixologiyada şəxsiyyət

problemi.   «Şəxsiyyət»  anlayışının mürəkkəb anlayış olması.  «Şəx-

siyyət» anlayışının adekvat şəkildə anlaşılmasına təsir edən amillər. 

İnsan şəxsiyyəti onun birbaşa və dolayı mənada sifəti,  siması kimi. 

Şəxsiyyətin fərdin özünü cəmiyyətdə eyniləşdirməsinə imkan verən

davamlı fiziki və psixi xarakteristikasının məcmuundan ibarət

olması.  Şəxsiyyət müəyyən ictimai-tarixi dövrdə yaşayıb fəaliyyət

göstərən,  gerçəkliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, 

ünsiyyətə girməyi bacaran konkret canlı insan kimi.

İnsan,  fərd,  şəxsiyyət və fərdiyyət. İnsan anlayışının

xarakteristikası:

fərd,  fərdiyyət

şəxsiyyət



anlayışlarını

fərqləndirən xüsusiyyətlər. Bir fərd kimi doğulmuş insanın tədricən

ictimai

münasibətlər



qovuşuğunda,  sosiallaşma

nəticəsində

şəxsiyyətə çevrilməsi.

Şəxsiyyətin psixoloji strukturu. Şəxsiyyətin psixoloji struk-

turunu    təşkil edən əsas komponentlər:  şəxsiyyətin istiqaməti; 

hazırlıq

səviyyəsi;  anadangəlmə

imkanları

ilə


bağlı

olan


qabiliyyətləri;  həyatda qazandığı davranış forması - xarakteri; 

şəxsiyyətin mənliyi;  şəxsiyyətdə «şüursuzluq»  və «şüurun» 

istiqaməti.  İnsanda keçmiş və gələcəyin qarşılıqlı təsiri onun

şüursuzluğu və şüurunun qarşılıqlı təsiri kimi.



Şəxsiyyət haqqında əsas nəzəriyyələr. Şəxsiyyət haqqında

klassik nəzəriyyələr:  Z.Freydin psixoanalitik,  K.Yunqun analitik, 

A.Adlerin

fərdi-psixoloji

nəzəriyyələri. 

Şəxsiyyətin

klinik


137

nəzəriyyələri:  K.Xorninin    nevroz nəzəriyyəsi,  E.Frommun

konsepsiyası,  Q.S.Sallevanın

interpersonal,  E.Eriksonun

eqo-

psixologiya nəzəriyyəsi.    Şəxsiyyətin eksperimental nəzəriyyəsi: 



Q.Olportun, Q.Merreyin, R.Kattelin, A.Kellinin nəzəriyyələri. Şəxsiyyət

haqqında L.Festinqerin koqnitiv dissonans nəzəriyyəsi. Şəxsiyyət

haqqında biheviorist nəzəriyyə.  Şəxsiyyət haqqında humanistik

nəzəriyyələr: K.Rocersin, A.Maslaunun, R.Meyyin nəzəriyyələri.



Şəxsiyyətin fəallığı və istiqaməti. Şəxsiyyətin fəallığı və onu

təmin edən amillər.  Şəxsiyyətin istiqamətinin xarakteristikası. 

Tələbatlar və onların növləri. Şəxsiyyətin davranış motivləri. Maraq-

lar və onların növləri. Dünyagörüşü, əqidə və ideallar. 



Şəxsiyyətin mənlik şüuru.  Mənlik şüuru funksiyaları

haqqında anlayış.    «Mən»in kəşf olunması.  «Mən»  obrazının

formalaşması.  Özünüqiymətləndirmə və mənlik şüurunun əmələ

gəlməsində onun rolu. Şəxsiyyətin iddia səviyyələri.



Hisslər, iradə, fəaliyyət.

                                  



          

III. 5. 1. Şəxsiyyət haqqında anlayış

Müasir psixologiyada şəxsiyyət problemi.  Şəxsiyyət

problemi elmin müxtəlif sahələrində çalışan alim və

mütəfəkkirlərin illərlə diqqət mərkəzində dayanan mühüm

problemlərdən biri olmuş və müasir dövrdə də öz aktuallığını

saxlamaqdadır.  Müasir psixologiyada şəxsiyyət,  onun fəallığı, 

formalaşması, strukturu kimi məsələlər, ümumiyyətlə şəxsiyyət

anlayışının mahiyyəti barədə müxtəlif fikirlər irəli sürülür. Bu

bir daha həmin problemin mürəkkəb və çətin olduğunu təsdiq

edir.

İnsanlar təkcə gözlərinin rənginə,  səslərinin tembrinə, 



barmaq izlərinə və s.  görə deyil şəxsiyyətlərinin xarakte-

ristikasına görə də bir-birlərindən fərqlənirlər.  İnsanları göz-

lərinin rənginə, səslərinin tembrinə və ya digər biofiziki

xüsusiyyətlərinə görə xarakterizə etməyə nisbətən onları bir

şəxsiyyət kimi xarakterizə etmək olduqca çətindir.  Şəxsiyyət

anlayışı


mürəkkəb

anlayışdır.  Onun

adekvat

şəkildə


138

anlaşılmasının çətinliyi bir sıra amillərlə bağlıdır.  Həmin

mühüm amillərdən bir neçəsini nəzərdən keçirək. 

1.  İnsan şəxsiyyəti maddi və toxunula bilən,  hiss edilən

deyildir.  O,  bir sıra amillərin,  şəraitin,  imkanların və

determinantların təsiri altında formalaşan psixoloji törəmədir.



2. İnsan şəxsiyyəti bir sıra amillərin təsirinə məruz qalsa

da yalnız onlardan asılı bir törəmə kimi şərh oluna bilməz, 

çünki o formalaşdığı həmin əsası dialektik olaraq rədd edir.

3.  İnsan davranışının determinasiyasında şəxsiyyətin

mühüm əhəmiyyət kəsb etməsi barədə çoxlu    nəzəriyyə və

konsepsiya mövcuddur ki,  bunların bir çoxunun «şəxsiyyət» 

anlayışını şərh etməsi ziddiyyətlidir.                     

4.  Nəhayət,  şəxsiyyəti anlamaq insan fenomenini anla-

maqla birbaşa əlaqədardır.  Şəxsiyyət yalnız o zaman insanın

əsası,  özəyi kimi,  onun başlıca parametri,  onun eyniləşdirmə

vasitəsi kimi şərh oluna bilər ki,  antropologiya və insan

haqqında biliklər insanın öz təbiətini anlamaq səviyyəsinə

yüksəlmiş olsun.

Lakin bütün bu qeyd olunanlar heç də şəxsiyyətin tədqiqi

imkanlarının mümkün olduğunu rədd etməyə imkan vermir. 

Əksinə, şəxsiyyət problemi barədə son nəzəri və eksperimental

tədqiqatlar onun öyrənilməsi imkanlarını artırır. 

«Şəxsiyyət»  sözü Azərbaycan,  rus və ingilis dillərində

maraqlı və faktiki olaraq eyni etimologiyaya malikdir. 

Azərbaycan dilində «şəxsiyyət» sözü öz əsasını ərəb sözü olan

«şəxs»  sözündən götürmüş və hər hansı bir konkret şəxsi, 

simanı bildirir. Rus dilində «şəxsiyyət»  (liçnostğ)  sözü də

«liüo»,  «liçina» (üz,  sifət)  sözləri ilə bağlıdır.  İngilis dilində

«şəxsiyyət» mənasını ifadə edən «personality» sözü öz əsasını

iki latın sözündən – «per» və «sona» sözlərindən götürmüşdür

ki,  bu da bir növ «vasitəsilə danışır»  mənasını ifadə edir.  So-

nralar qədim Yunanıstanda  və Rim imperiyasında bu söz teatr

tamaşasında aktyorun «maskası»  şəklində özünü büruzə

vermişdir.  Adətən,  səhnə hərəkətindən asılı olaraq «masqa» 



139

dəyişilir,  aktyor rola daxil olur.  Lakin,  yalnız xeyli vaxt

keçdikdən sonra «persona» sözü hazırki dövrdə daşıdığı məna

yükünü daşımağa başlamış,  «personality»  – «şəxsiyyət» 

mənasında işlənməyə başlanmışdır. 

Qeyd edilənlərdən göründüyü kimi,  insanın şəxsiyyəti



birbaşa və dolayı mənada onun siması,  sifətidir.  Birbaşa

mənada insanın siması,  sifəti onun başlıca identifikatorudur. 

Məhz onun xətləri,  formaları,  çevrəsi və digər xüsusiyyətləri

əsasında bir adamı başqasından fərqləndirir,  onun hansı yaş

kateqoriyasına mənsub olduğunu müəyyənləşdirə bilirik. 

Təsadüfi deyildir ki,  şəxsiyyəti eyniləşdirməklə bağlı bütün

sənədlərdə onun sifətinin (üzünün)  şəkli olması tələb edilir. 

Bununla yanaşı olaraq bizim sifətimiz emosiyalarımızın, 

hisslərimizin,  əhvalımızın,  vəziyyətimizin,  istəklərimizin

ifadəçisinə çevrilir, o bizə təkcə verbal yolla deyil, qeyri- ver-

bal yolla da,  zəngin mimiki imkanlarımızın köməyilə də

ünsiyyətə girmək imkanı verir.  Dolayı mənada,  insan

şəxsiyyəti onun «ruhunun»,  başqa sözlə,  onun bütün psixi

təzahürünün «sifətidir».  İnsana məxsus olan fərdi-psixoloji

xassələrin təzahür xüsusiyyətlərinə,  onun ünsiyyət üslubuna, 

davranışına,  fikir

ideyalarına



görə

onu


aydın

eyniləşdirməyimiz və onun gələcək davranışının    istiqamətini

proqnozlaşdırmağımız heç kimdə şübhə doğura bilməz. 

Bütün yuxarıda qeyd olunanları nəzərə alaraq deyə

bilərik ki, şəxsiyyət fərdin özünü cəmiyyətlə eyniləşdirməsinə

imkan verən davamlı fiziki və psixi xarakteristikasının

məcmuundan ibarətdir.

Şəxsiyyət insanın psixoloji siması olub, şüura, mənliyə

malik olan,  öz hərəkətlərinə cavabdeh,  ictimai münasibətlərin

fəal iştirakçısı olan adamdır.  Şəxsiyyət müəyyən ictimai-tarixi



dövrdə yaşayıb fəaliyyət göstərən,  gerçəkliyi dərk edib

müəyyən istiqamətdə dəyişdirən,  ünsiyyətə girməyi bacaran

konkret canlı insandır.

140

III.5.2. İnsan, fərd, şəxsiyyət və fərdiyyət

İnsan, fərd, şəxsiyət və fərdiyyət anlayışları bir- biri ilə

müəyyən əlaqəyə malik olsa da onları eyniləşdirmək olmaz. 

Onların içərisində ən geniş anlayış «insan»  anlayışıdır.  Həm

fərd,  həm şəxsiyyət,  həm də fərdiyyət eyni zamanda insandır

(bax şəkil 3).  İnsan həyata insan kimi gəlir.  İnsan dölünün

genlərində insan üçün zəruri olan əlamət və keyfiyyətlərin

inkişafı üçün anadangəlmə zəmini qoyulmuş olur.  Yeni

doğulmuş uşağın bədəninin konfiqurasiyası düz yerimək

imkanı yaradır,  beyinin strukturu intellektin inkişaf imkanını

təmin edir,  əlin quruluşu gələcəkdə əmək alətlərindən istifadə

prespektivləri

yaradır.  Bütün

bunlar

körpəni


özünün

imkanlarına görə bir insan kimi heyvan balalarından

fərqləndirir. Beləliklə körpənin insan nəslinə aidliyi təsdiq olu-

nur və fərd anlayışının aşkara çıxmasına gətirib çıxarır. «Fərd» 

anlayışında insanın növə mənsubluğu öz əksini tapır.  Belə ki, 

hər bir insan eyni zamanda fərd, hər bir fərd isə eyni zamanda  

insandır.  Ona görə də yeni doğulmuş uşaq da,  ağlını itirmiş

səfeh də,  yaşlı vəhşi insan da,  mədəni ölkələrin yüksək

intellektə malik olan insanları da fərd hesab olunur. Deməli, bir

konkret adamı fərd adlandırmaqla onun potensial insan

olduğunu təsdiq edirik.  


141

Şəkil 5. «İnsan», «şəxsiyyət», «fərd» və «fərdiyyət» 

anlayışlarının həcmlərinə görə qarşılıqlı əlaqəsi

(R.S. Nemova görə).

Lakin bütün fərdləri şəxsiyyət adlandırmaq olmaz.  Yeni

doğulmuş uşaq, ağlını itirən səfeh şəxsiyyət hesab olunmur. Bir

fərd kimi doğulmuş insan tədricən ictimai münasibətlər

qovuşuğunda,  sosiallaşma nəticəsində şəxsiyyətə çevrilir. 

Nəticədə o təkcə başqalarından fərqlənmir, eyni zamanda tarixi

prosesin iştirakçısına çevrilir.  Hər bir şəxsiyyət cəmiyyətdə

yaşayan konkret canlı insan olmaqla,  gerçəkliyi dərk edib

dəyişdirmək, fəallıq göstərmək, başqaları ilə ünsiyyətə girmək

imkanına malik olur. 

«Fərdiyyət» anlayışına gəldikdə,  hər bir adamın

şəxsiyyəti yalnız ona məxsus əlamət və xüsusiyyətlərin məc-

muuna malik olur və onun fəaliyyətini təşkil etməklə həmin

adamı başqalarından fərqləndirir.  Fərdiyyət insanın tempera-

mentinin,  xarakterinin əlamətlərində,  adətlərində,  üstünlük

təşkil edən maraqlarında,  idrak proseslərinin keyfiyyətlərində, 

qabiliyyətlərində,  fərdi fəaliyyət üslubunda    və s.- də təzahür

edir.  İki elə adam tapmaq mümkün deyildir ki,  onlarda qeyd

etdiyimiz psixoloji   xüsusiyyətlər eyni olsun.  İnsan şəxsiyyəti

özünün fərdiyyətliliyinə görə təkrarolunmazdır.  «Fərd»  və

«Şəxsiyyət»  anlayışlarında olduğu kimi,  «fərdiyyət»  və

«şəxsiyyət»  anlayışlarını da eyniləşdirmək mümkün deyildir.

Onlar yalnız vəhdət təşkil edirlər. 



III.5.3. Şəxsiyyətin psixoloji strukturu

142

Şəxsiyyətin özünəməxsus psixoloji strukturu vardır. 

Psixoloji ədəbiyyatda qeyd olunduğu kimi,  insanın şəxsiyyətə

çevrilməsi üç psixoloji kateqoriyanın nəticəsidir. Bunlar: inikas



– ünsiyyət – fəaliyyətdir.  Bu baxımdan şəxsiyyətin psixoloji

strukturunun əsasında birinci növbədə onun idrak prosesləri

durur. İnsan həyata gəldikdən sonra duyğu olqanları vasitəsilə

ətraf mühit cisim və hadisələrini əks etdirərək psixi inkişafa

nail olur.  Bu prosesdə onu əhatə edənlərlə ünsiyyət xüsusi

əhəmiyyətə malikdir.  Şəxsiyyətin strukturunda onun idrak

prosesləri əsasında və onunla yanaşı aşağıdakı başlıca

yarımstrukturları, komponentləri qeyd olunur: 

Şəxsiyyətin istiqaməti. Buraya onun dünyagörüşü, ic-

timai mövqeyi, tələbatları,  maraq və meylləri,  əqidə və

idealları, adət və ənənələri, ideya və praktik yönəlişlik sistemi

və s.  daxildir.  Bu zaman yönəlişliyin komponentlərindən biri

dominantlıq təşkil edir və aparıcı olur. Başqaları isə istinad ro-

lunu oynayır.  Dominantlıq təşkil edən istiqamət şəxsiyyətin

bütün psixi fəaliyyətini müəyyənləşdirir. 

- Şəxsiyyətin

strukturunda

sonrakı


mühüm

yarımstrukturunu onun hazırlıq səviyyəstəşkil edir.  Buraya

şəxsiyyətin əldə etdiyi bilik, bacarıq və vərdişlər sistemi daxil-

dir.    


Şəxsiyyətin

strukturunda

mühüm

yer


tutan

yarımstrukturlardan, komponentlərdən biri də onun imkanlarını

müəyyənləşdirən və fəaliyyətin müvəffəqiyyətini təmin edən

qabiliyyətlər sistemindən ibarətdir. 

Şəxsiyyətin strukturunda mühüm yer tutan digər kom-

ponenti insanın həyatda qazandığı davranış forması,  başqa

sözlə onun xarakteridir

Nəhayət,  bu komponentlərin hamısının üzərində

şəxsiyyətin mənliyi,  yəni özünü dərk edib anlaması,  öz

davranışını nizama salıb idarə etməsi «hökmranlıq» edir. 

Şəxsiyyətin strukturunun daha çox yayılmış bu cür

ənənəvi təhlili ilə yanaşı onu digər aspektlərdən də xarakterizə


143

etmək mümkündür.  Bunun üçün birinci növbədə şəxsiyyətin   

strukturunun   aşağıdakı qrafikinə nəzər yetirək


5

Şəxsiyyət

Şüursuzluq

Şüur

Ümumi növ

tendensiyalar

ı

Arxetip

«Kölgə»

Növün,  etno-

sun

tendensiyalar

ı

Arxetip

«Başqaları»

Sıxışdırılmış, 

unudulmuş, 

rədd

edilmiş,  arzu olunmaz, 

qeyri-aktual

Özü,  ətrafdakılar



aləm haqqında informa-

siya

Mühitin, 

etnosun, 

xalqın

dəyərləri

Ümumbəşəri

dəyərlər

İblis                 Yoldançıxaran                Qeyri Mən

Mən

Peyğəmbər               Allah

Kollektiv şüursuzluq

Şəxsi şüursuzluq

Şəxsi şüurluluq

Kollektiv şüurluluq

Keçmiş

Gələcək

İndii

Şəkil 6. Şəxsiyyətin strukturu (prof. S.İ.Seyidova görə)

16

3


164

Şəkli nəzərdən keçirdikdə ilk növbədə diqqəti şüur və

şüursuzluğun qarşılıqlı təsir yolu, üsulu ilə bağlı sual cəlb edir. 

Şəxsiyyətin vəhdətini anlamaq üçün «şüurun istiqaməti»  və

«şüursuzluğun

istiqaməti» 

anlayışlarını

aydınlaşdırmaq

olduqca vacibdir.  Bu məsələ bir çox psixoloji məktəb və

istiqamətlər

tərəfindən

qaldırılmış,  görkəmli

alim



tədqiqatçıların diqqətini cəlb etmişdir.  Lakin bu vaxta qədər



həmin məsələ açıq qalmış,  yönəlişlik onun istiqamətləndiyi

obyekti axtarmağa «səbəb olmuşdur». Daxili və xarici aləmdə

mövcud olan nəhayətsiz müxtəliflik sayəsində isə buna nail

olmaq praktik olaraq mümkün deyildir. Məhz buna görə də biz

insanın şüur və şüursuzluğunu obyektə deyil,  zamana

«yönəltməyə»  cəhd göstərməyi vacib bildik.  Nəticədə şüurun

gələcəyə, 

şüursuzluğun

isə

keçmişə


yönəlişliyinin

mümkünlüyünü zənn etmək imkanı yaranmışdır.  Bununla da

şüurun gələcəyə yönəlişliyi insanda hadisənin baş verməsindən

qabaq onun inkişafını görmə qabiliyyəti kimi antisipasiya

fenomeninin olması ilə də təsdiq olunur.  Bununla yanaşı

şüursuzluğun keçmişə yönəlişliyi tamamilə təbii haldır. Çünki, 

sıxışdırılmış,  unudulmuş və arxetipik elementlər yalnız

keçmişə aid ola bilər.

Beləliklə insanda keçmiş və gələcəyin qarşılıqlı təsiri

onun şüursuzluğu və şüurunun qarşılıqlı təsirindən başqa bir

şey deyildir.  Bunun nəticəsi isə hal hazırda yaşayan konkret

şəxsiyyətdir. 

Şəkildəki ikinci komponent şüursuzluq və şüurun

strukturundan ibarətdir.  İlk baxışda belə görünə bilər ki,  bu

fenomenlərin strukturu üçlaylıdır.  Şüursuzluq üçün bu laylar

ümumi nəsl arxetipi, etnos arxetipi, şəxsi şüursuzluq, şüur üçün

isə ümumbəşəri qiymətlər, konkret mühitin qiymətləri və şəxsi

şüur laylarıdır.  Lakin bu belə deyildir.  Şüursuzluq və şüurun

strukturu identik xarakter daşımaqla, müvafiq olaraq kollektiv

üstəgəl şəxsi şüursuzluğu və kollektiv    və şəxsi şüurluluğu

özündə əks etdirir.  Bu başqa məsələdir ki,  kollektiv



165

şüursuzluğun,  eləcə də kollektiv şüursuzluğun daxilində həm

mütləq olanı («kölgə»  - bizim şəxsiyyətimizin heyvani

əcdadlarımızdan gələn ən tutqun,  arzuolunmaz cəhdlər və ən

arzuolunan davranış forması kimi ümumbəşəri qiymətlərin

neotipləri),  həm də nisbi olanı (konkret növ,  sotsium  

arxetipləri və konkret millətə,  xalqa,  sinfə,  mədəniyyətə

mənsub olan qiymətlər)  mövcuddur.  Kontinuumda mövcud

olan, özünə yer edən şüursuzluqdan irəli gələn ən arzuolunmaz

və şüurluluqdan irəli gələn ən arzu olunan elementlərə xüsusi

ad vermək mümkündür.  Bunlara əsaslanmaqla şəxsiyyətin

müxtəlif tiplərini xarakterizə etmək mümkündür.  Onları

nəzərdən keçirək.

1. Şüursuzluqda mövcud olan heyvani instinktlər, eyibli, 

bizi insani sifətdən məhrum edən ənənələr – İblis.

2.  Bizdə nəsldən,  etnosdan gələn,  dərk etmədiyimiz, 

lakin bizi özünə cəlb edən ənənələr - Yoldan çıxaran.

3.  Şəxsi

şüursuzluğun

məzmununu

təşkil

edən


unudulmuş,  aktual olmayan,  bizim tərəfimizdən rədd edilən

hadisələr, arzular, motivlər, biliklər – Qeyri mən.

4.  Özümüz,  bizi əhatə edənlər,  yaşadığımız aləm

haqqında şüurun koqnitiv elementləri - Mən.

5.  Mövcud sosial mühitdə,  xalqda,  cəmiyyətdə qəbul

olunmuş qiymətlərin,  əxlaq normaları,  mənəvi əsasların insan

tərəfindən dərk edilməsi – Peyğəmbər.

6.  Bütün insanlar üçün eyni olan və real şəkildə onların

şüurunda bəşəriyyətin mədəni irsi kimi möhkəmlənən

ümumbəşəri keyfiyyətlər – Allah.

İnsan şəxsiyyətində yuxarıda qeyd olunan struktur

yaradıcı elementlərindən birinin olması onun tamlığının    şərti

hesab olunur.  Lakin bunlardan birinin və ya bir hissəsinin

üstünlüyü xüsusi şəkildə müəyyənləşdirilir. 

                              

  

III. 5. 4. Şəxsiyyət haqqında əsas nəzəriyyələr


166

Məlum olduğu kimi,  şəxsiyyət və onun psixologiyası

dərin köklərə malikdir.  Şəxsiyyət psixologiyası sahəsində

nəzəri


tədqiqatlar

öz

əsaslarını



qədim

dünyanın


mütəfəkkirlərinin

işlərindən

almışdır.  Lakin

şəxsiyyət

psixologiyası bir eksperimental elm kimi XX əsrin birinci

onilliyindən meydana gəlmiş və bu sahədə geniş əhatəli

tədqiqatlar aparılmışdır.  Şəxsiyyətin eksperimental tədqiqinin

əsası A.F.Lazurski, Q.Olport, R.Kettel tərəfindən qoyulmuşdur. 

Şəxsiyyət haqqında aparılmış çoxsaylı tədqiqatlar bu

sahədə müxtəlif baxış və nəzəriyyələrin meydana gəlməsinə

səbəb olmuşdur.  Həmin nəzəriyyələri qruplaşdırmış olsaq

təxminən aşağıdakı əsas nəzəriyyələri qeyd edə bilərik:  klassik



nəzəriyyə,  klinik nəzəriyyə,  eksperimental nəzəriyyə,  koqnitiv

nəzəriyyə, bihevioristik nəzəriyyə, humanistik nəzəriyyə. Həmin

nəzəriyyələr və onların qısa xarakteristikası ilə tanış olaq (şəkil

7).

Klassik nəzəriyyə. Şəxsiyyət haqqında klassik nəzəriyyə

qrupuna Z.Freydin psixoanalitik nəzəriyyəsini,  K.Yunqun

analitik

nəzəriyyəsini, 

A.Adlerin

fərdi


psixologiya

nəzəriyyəsini aid etmək olar. 



164

   


Шяхсиййят щаггында ясас 

нязяриййяляр

Классик 

нязярий

йя

Клиник 

нязярий

йя

Експери

ментал

нязярий

йя

Когнит

ив 

нязярий

йя

Бищеви

орист 

нязярий

йя

Щуман

истик 

нязярий

йя

З. 


Ф

ре

йд



ин

 п

си



хо

ан

ал



ит

ик

 н



яз

яр

ий



йя

си

К



. Й

ун

гу



н а

на

ли



ти

к н


яз

яр

ий



йя

си

А



. А

дл

ер



ин

 ф

яр



ди

 п

си



хо

ло

эи



йа

 

ня



зя

ри

йй



яс

и


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin