Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


IV.14.3. Şəxsiyyətin iradi keyfiyyətləri



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə27/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   23   24   25   26   27   28   29   30   ...   49

IV.14.3. Şəxsiyyətin iradi keyfiyyətləri

Şəxsiyyətin iradi keyfiyyətləri elə iradi iş prosesində

təzahür edir və formalaşır. İradi keyfiyyətlər – mürəkkəb psixi

xüsusiyyətlər kimi insanın həyatı prosesində formalaşır,  psix-

oloji səciyyəsinə görə vasitəli xarakter daşıyır. Tərbiyə şəraiti, 

sosial mühit eləcə də,  sinir tipi iradi keyfiyyətlərin

formalaşmasında mühüm rol oynayır.

Şəxsiyyətin iradi keyfiyyətlərini 3  qrupda birləşdirmək

olar:

1. İlkin iradi keyfiyyətlər – iradi güc, təkidlilik.



363

2.  Törəmə iradi keyfiyyətlər – qətiyyətlilik,  cəsarət, 

özünü ələ almaq, inam.

3.  Üçüncü



iradi

keyfiyyətlər

məsuliyyətlilik, 



intizamlılıq, işgüzarlıq, təşəbbüskarlıq.

İradi keyfiyyətləri mənfi və müsbət olmaqla iki qrupa

bölmək olar.  Müsbət iradi keyfiyyətlərə təkidlilik,  qətiyyət, 

cəsarət,  özünü ələ almaq,  məsuliyyətlilik,  intizamlılıq,  müs-

təqillik,  səbrlilik və s.  aid edirlər.  Bunların hər birinin əksini

mənfi iradi keyfiyyətlər təşkil edir.  Mənfi iradi keyfiyyətlərə

iradi nöqsan kimi təqlidçilik,  təlqinə qapılmaq,  neqativizm, 

tərsliyi də aid etmək olar.

Təkidlilik – qəbul edilmiş qərarın icrası zamanı qarşıya

çıxan çətinlik və maneələrə qarşı mübarizə aparıb, onlara qalib

gəlmək və mütləq məqsədə çatmaq əzmində təzahür edir. 

Tərslik – isə iradi nöqsan kimi real şəraiti düzgün qavrayıb

qiymətləndirə bilməmək və dəyişmiş şəraitə çevik münasibət

bəsləyə bilməməkdə ifadə olunur. Tərslik çox vaxt bilərəkdən

öz inadından dönməməkdə özünü göstərir.



Qətiyyət – hər hansı məsələ ilə bağlı heç bir tərəddüd

etmədən, vaxtında düşünülmüş qərar qəbul etməkdə ifadə olu-

nur.  Qətiyyət – iradi keyfiyyət kimi iradi işin bütün

mərhələlərində özünü göstərir. Qətiyyətlilik – məqsəd aydınlığı

və inam hissi (yəqinlik) ilə sıx bağlıdır. Bu keyfiyyətin əksini

qətiyyətsizlik təşkil edir. Qətiyyətsiz adam üçün iradi işin bütün

mərhələləri uzun və üzücü prosesə çevrilir.  Qətiyyətsizlik–

inamsızlıq,  zəiflik,  qorxaqlıq və məqsədin aydın dərk

olunmaması və s. səbəblərlə bağlı olur.



Cəsarət – iradənin çox mühüm keyfiyyəti olub, iradi işin

icra mərhələsində özünü göstərən psixi xüsusiyyətdir.  Qəbul

edilmiş qərarın icrası zamanı,  tapşırığın,  işin müvəffəqiyyətli

həllindən ötrü qorxu hissinə qalib gəlmək,  təhlükəyə qarşı

getməkdə,  risq etməkdə təzahür edir.  Cəsarət iradəni

qüvvətləndirir və şəxsiyyətin hörmət və nüfuzunu artırır. 

Özünəinam, məqsəd aydınlığı, ədalət cəsarətin aktivatorlarıdır. 


364

Çox vaxt mərdlik, qəhrəmanlıq, igidlik, hünərpərvərlik, müba-

rizlik cəsarətliliklə sinonim sözlər kimi işlədilir.  Cəsarətə əks

olan keyfiyyət qorxaqlıqdır.  Qorxaqlıq – insanın motivasiya

sahəsi ilə bağlı olub,  sosial keyfiyyət kimi,  ətraf aləmdə baş

verən hadisələrə münasibətdə özünü göstərir.  Qorxaqlıq –

inamsızlıqla, 

cəsarətliliklə, 

qətiyyətsizliklə

çulğalaşan

keyfiyyətdir.  Qorxu həm də orqanizmin bioloji müdafiə

reaksiyasıdır. 



Özünü ələ ala bilmək əsasən şəxsin iradi iş zamanı

özünü ələ ala bilməsində,  bütün fəaliyyətini qarşıya qoyulan

məqsədin yerinə yetirilməsinə səfərbər etməsində,  qorxuya

üstün gəlib, bütün maneə və çətinlikləri aradan qaldırılmasında

ifadə olunur. İradənin özünü ələ ala bilmək, keyfiyyəti ən çətin

situasiyada

insan

dözümlüyündə, 



soyuqqanlılıq

təmkinliyində ifadə olunur.



Məsuliyyətlilik – mühüm iradi keyfiyyətlərdən biri olub, 

şəxsin yerinə yetirdiyi fəaliyyət, davranış və rəftarı qarşısında

daşıdığı cavabdehlik hissi ilə sıx bağlıdır.  Məsuliyyətliliyin

əsasən borc hissinin, eləcə də cavabdehlik hissinin inkişafı ilə

bağlı olması,  sosial-mənəvi-psixoloji yetkinliyin göstəricisi

kimi qəbul edilir. 



İntizamlılıq – şəxsin qəbul edilmiş qayda və qanunlara

əməl etməsi ilə xarakterizə olunan keyfiyyətdir.  İnsanın

fəaliyyət və ünsiyyət prosesində, mövcud sosial normalara, eta-

lonlara və s. hörmətlə yanaşması, şəxsin intizamlı olmasını bil-

dirir. Görkəmli alman filosofu İ.Kant – nizam-intizamın insan-

da vəhşiliyi ləğvetmə vasitəsi olduğunu göstərmişdir. 

İnsanların qrup və kollektiv şəraitdə birgə fəaliyyət göstərməsi, 

başqa səbəblərlə paralel olaraq intizamlılıq keyfiyyətinin dərk

olunması ilə bağlıdır.  İntizamlılıq – şəxsiyyətin işgüzarlığı və

sosiallığının göstəricisidir.  İntizamlılıq həm də əxlaqi

qiymətdir.

İşgüzarlıq – mühüm iradi keyfiyyətlərdən biri olub, 

başlanan hər hansı bir işi,  fəaliyyəti tədriclə,  ardıcıl olaraq, 



365

axıra qədər icra etməkdir. İşgüzarlıq, ardıcıllıq və icraçılıq bir-

birilə sıx vəhdət təşkil edən keyfiyyətlərdir.  Tənbəllik 

işgüzarlığın əksi hesab olunan xüsusiyyət kimi iradi zəifliyin

təzahür formasıdır.

Müstəqillik – insanın hər hansı fəaliyyəti heç bir kömək, 

göstəriş olmadan həyata keçirmək qabiliyyətidir.  O,  əsasən

qərar qəbulunda və icra olunmuş işə görə cavabdehlikdə özünü

göstərir.  Müstəqil adam məsuliyyət hissinə,  tənqidi ağıla, 

möhkəm əqidəyə və dərin inam hissinə malikdir.  Müstəqillik

ən mühüm iradi keyfiyyət kimi iradi işin həm intellektual, həm

də icra mərhələsində təzahür edir. Başqa iradi keyfiyyətlər ki-

mi, müstəqillik də sosial həyat şəraitindən, mühit və tərbiyədən

asılı olaraq formalaşan psixi xüsusiyyətdir.

Müstəqilliyin əksini təqlidçilik və təlqinə qapılma təşkil

edir. Təqlid başqalarının davranışını olduğu kimi yamsılamaq, 

təkrar etməkdən ibarətdir. Təlqinə qapılmaq isə dərk etmədən

başqalarının təsiri altına düşməkdir. 

Səbrlilik. Psixologiyada iradənin təzahürü haqqında

danışdıqda, elə ilk növbədə səbirli olmaq başa düşülür. Səbrli

olmaq – iradi güc,  təkidlilik,  özünü ələ almaq,  inam, 

dözümlülük kimi keyfiyyətlərlə vəhdətdə təzahür edir.

Azərbaycan şer kəhkəşanının ən parlaq və sönməyən ulduzu

böyük Sabirin dediyi kimi:

Hansı bir müşküldü kim, səbr ilə asan olmasın?

Patopsixologiyada psixi vəziyyət,  iradəsizlik,  fəaliyyətə

həvəs düşkünlüyü iradənin patopsixologiyasıdır və buna ab-

uliya deyilir (yunanca: abulia - qətiyyətsizlik)

Zəif iradəlilik – məqsədəuyğunluğun və yüksək

niyyətlərin yoxluğudur.  Zəif iradəlilər üçün özlərinin maraq

dairələrini genişləndlirmək faydalıdır.  İradə «lazımdır», 

iradəsizlik isə «istəyirəm»  motivi ilə hərəkətə gəlir.  Bernard

Şou yazırdı:  «İradə olmayan yerdə yol da yoxdur». 

Kibernetiklər iradəni həyati mübarizəni əks etdirən bir oyun

anlayışı kimi təyin edirlər.  Qədim romalılar deyirdilər: 


366

Cəsurlara tale kömək edir (audaces fortuna adjuvat)



Özünü yoxlamaq üçün süal və tapşırıqlar

1. İradə nəyə deyilir?

2. İradi iş zamanı insan hansı maneələri aradan

qaldırır? Onları şərh edin.

3. İradi işin funksiyaları hansılardır?

4. İradi işin mərhələləri və strukturunu şərh

edin.

5. Şəxsiyyətin iradi keyfiyyətlərini sayın və



onları səciyyələndirin.

Referat, məruzə və müstəqil tədqiqatlar üçün mövzu-

lar

1. Psixologiyada iradə problemi.

2. İradi keyfiyyətlər və onların inkişaf etdirilməsi yolları.

3. İradənin inkişafında oyunun rolu.



Ədəbiyyat

1. Bayramov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. 2-ci nəşri

- Bakı., 2002

2. Məhərrəmov M. Məktəblilərdə iradəni tərbiyə etmək

haqqında. – Bakı, 1958

3.  Selivanov V.S. Məktəblidə iradə tərbiyəsi.  – Bakı, 

Azərnəşr. 1969

4. Vladimir Levin. Fikir ardınca. -  Bakı., 1972.

5. İlğin E.P. Psixoloqiə voli.- Piter., 2000.

6. Nemov R.S. Psixoloqiə. Kn.1.- Moskva. 1998, s.424-

434

7. Rubinşteyn S.L. Osnovı obhey psixoloqii. V 2-x t. – T



II – M.,1989. s. 182-211

367

BEŞİNCİ HISSƏ

ŞƏXSIYYƏTIN FƏRDI-PSIXOLOJI  XASSƏLƏRI

1 5 - c i   F Ə S I L

TEMPERAMENT

Qısa xülasə

Temperament  haqqında  anlayış.Temperament  şəxsiyyətin 

fərdi-psixi  xassəsi  kimi.  Temperament    insanını  psixi  fəaliyyətinin 

intensivliyini,  dinamikasını,  emosionallıq  və  müvazinətlilik  dərə-

cəsini şərtləndirən fərdi özünəməxsus xassələri kimi.



Temperament haqqında təlimlər tarixindən. İnsanların psixi 

fəaliyyətlərinin  dinamikliyinə  hələ  qədim  zamanlardan  diqqəti  cəlb 

etməsi.  Temperament  haqqında  humoral  nəzəriyyənin  banisi  kimi 

hippokratın  xidmətləri.  Temperament  haqqında  somatik    və  sinir 

sistemi  nəzəriyyələrinin mahiyyəti.

Temperamentin  tipləri.  Temperament  tipləri  və  onların  

xassələri  – sanqvinik,  xolerik,  fleqmatik,  melanxolik  temperament 

tipləri  və  onları  fərqləndirən  xüsusiyyətlər.  Təmiz  temperament 

tipinin  olmaması,  insanların    əksəriyyətində qarışıq temperament

tipinin  mövcudluğu. 

Temperamentin  fizioloji  əsasları. İ.P.Pavlovun  ali  sinir 

fəaliyyətinin tipləri haqqında təlimi və temperamentin tipləri.



V.15.1. Temperament haqqında anlayış

Adətən,  hər  hansı  bir  insan  qrupunda  müşahidə  apar-

dıqda  qrupdakı  insanların  birinin  cəld,  digərinin  təmkinli, 

birinin  tez  özündən  çıxan,  digərinin  müvazinətli,  birinin  hər 

şeyə  tez  reaksiya  verən,  digərinin  ləng  olduğunu görürük.

İnsanların  bir-birlərindən  bu  cür  fərqli  xüsusiyyətə  malik 

olmaları  qədim  zamanlardan  diqqəti  cəlb  etmişdir. Ona  görə 


368

də,  bəşəriyyət  lap  qədimdən  müxtəlif  adamların  psixi xasiy-

yətinin  tipik  xüsusiyyətlərini  ayırmağa,  onların ümumiləşmiş 

portretlərini  tipologiyasını  verməyə  cəhd  göstərmişlər, 

temperament tiplərinin az sayını azaltmağa çalışmışdır. Bu cür 

tipologiya praktiki olaraq faydalı idi, belə ki, onun köməyi ilə 

konkret  həyat  şəraitində  bu  və  ya  digər    insanın  davranışını 

qabaqcadan görmək  və nəzərə almaq olardı. Tarixən insanları 

bir-birindən fərqləndirən həmin  xüsusiyyətlərə «temperament»

adı verilmişdir. 



Temperament – insanın  elə  bir  anadangəlmə  xüsu-

siyyətləridir  ki,  onlar  intensivliyin,  təsirə  cavabvermə  sürətinin 

dinamik  xarakteristikalarını,  emosional  qıcıqlanma  və  tarazlıq 

dərəcəsini, ətraf mühitə uyğunlaşma xüsusiyyətlərini şərtləndirir.

Temperament  latın  dilindən  «qarışıq,  mütənasiblik»

deməkdir.  Temperament  haqqında  təlimin  yaradıcısı  qədim 

yunan  görkəmli    həkimi  Hippokrat  (e.ə.  təxminən  460-377  il-

lər) sayılır. O təsdiq edir ki, insanlar 4 əsas «orqanizm şirəsi»

nin nisbətinə görə fərqlənirlər: qan, fleqma, sarı öd və qara öd. 

Bu,  «orqanizm  şirələrinin»  nisbəti  yunanca  «krasis» sözü  ilə 

ifadə  olunurdu  ki,  sonralar  həmin  sözü  yunanca  tempe-

ramentum  – «mütənasiblik» sözü  ilə  əvəz  edildi.  Hippokratın 

təliminə əsaslanaraq digər tanınmış antik dövr həkimi Klavdiy 

Qalen  (təxminən  130-200-ci  illər)  məşhur  traktatı  «De  tem-

peramentum» kitabında  şərh  etdiyi  temperamentlərin  tipolo-

giyasını işləyib hazırladı.

Onun  təliminə  əsasən  temperamentin  tipi  orqanizimdə 

bu  şirələrdən  birinin  üstünlüyündən  asılıdır..  Temperamentin 

bu  4  tipinin  adı  həmin  şirələrin  adına  uyğun  verilmiş-

dir:sanqvinik  (latınca  sanqvius-qan),  fleqmatik  (yunanca 

fleqma-selik, bəlğəm),  xolerik (yunanca chole-öd), melanxolik 

(yunanca melian chole – qara öd).



369

V.15.2. Temperament haqqında təlimlər tarixindən

İnsanların  psixi  fəaliyətlərinin  dinamikliyinə  görə  

fərqlənmələri  hələ  qədim  zamanlardan  diqqəti  cəlb  etmişdir. 

Bu  cür  fərqlərin  yaranmasının  səbəbləri  müxtəlif  istiqamətdə 

öyrənilmişdir.  Müasir  dövrə  qədər  temperament  haqqında 

əsasən  üç  nəzəriyyə  geniş  yayılmışdır:  humoral nəzəriyyə, 

somatik nəzəriyyə və sinir sistemi nəzəriyyəsi.

Temperament  haqqında  humoral    nəzəriyyənin  banisi 

Hippokrat olmuşdur. Bu nəzəriyyənin adı latınca humor (maye) 

sözündən  götürülmüşdür.  Hippokrat ilk  dəfə  olaraq  bu  nə-

zəriyyəni  əsaslandırmış  və  onun  irəli  sürdüyü  dörd  tipin  adı 

müasir dövrdə də saxlanmışdır. Hippokratın nəzəriyyəsi tempe-

ramentin  öyrənilməsi  üçün əsaslı təkan  rolunu oynamışdır. 

Humoral  nəzəriyyənin  bəzi  müasir  tərəfdarları  gös-

tərirlər  ki,  orqanizm  daxilində  hormonların  nisbəti  və  balansı 

temperamentin  təzahürlərini  müəyyən  edir,  məsələn,  qalxana 

bənzər  vəzin  hormonlarının  çoxluğu  insanın  yüksək  əsəbililik 

və qıcıqlanması ilə şərtlənir.

Sonrakı  əsrlərdə  tədqiqatçılar  davranışın  bədən  quru-

luşundakı və fizioloji  funksiyalardakı  fərqlərlə üst-üstə düşən 

müxtəlifliyi  müşahidə  edərək  bu  fərqləri  nizama  salmağa  və 

qruplaşdırmağa  çalışıblar.  Nəticədə  temperamentin  çoxsaylı 

konsepsiyaları  və  tipologiyaları  meydana  çıxmışdır.  Bu  kon-

sepsiyaların  əsasında  şəxsiyyətin  ən  müxtəlif  şərtləri  qoyul-

muşdu.  Bir  sıra  konsepsiyalarda temperamentin  xüsusiyyətləri 

irsi  və  anadangəlmə  kimi  başa  düşülür  və  bədən  quruluşunun 

xüsusiyyətlərində  fərdi  fərqlərlə  əlaqələndirilirdi.  Belə  tipo-

logiyalar konstitusion tipologiya adını  alır.Bu tipologiya tem-

perament  haqqında  somatik  nəzəriyyənin  əsasını  qoymuşdur. 

Burada  bədən  quruluşu temperament  tipi    üçün  əsas  kimi 

götürülmüşdür. Onların  sırasında  ən  geniş  yayılmış  tipologiya 

1921-ci  ildə  öz  məşhur  «Bədən quruluşu  və  xarakter» əsərini 

nəşr  etdirmiş E.Kreçmerin  təklif  etdiyi  tipologiya  oldu.  Onun 


370

başlıca  ideyasına görə müəyyən  bədən  quruluşu  tipinə  malik 

olan insanlar müəyyən psixi  xüsusiyyətlərə malikdir. E. Kreç-

mer insanların bədən hissələrinin bir çox ölçülərini aparır ki, bu 

da  ona  4  konstitusional  tipini:    leptosomatik,  piknik,  atletik, 

displastik ayırmağa imkan verdi.



1. Leptosomatik – kövrək bədən quruluşu, hündür boy

yastı  döş  qəfəsi,  dar  çiyinlər  uzun  və  arıq  aşağı  ətraflarla 

xarakterizə edilir.

2. Piknik, – ifrat piy toxumu,  balaca və ya orta boyla, 

böyük  qarınlı, qısa boyunda  girdə  başlı,  şişkin  bədənlə 

xarakterizə edilir.

3. Atletik–inkişaf  etmiş  əzələləri,  möhkəm  bədən 

quruluşu, hündür və ya orta boylu, enli, çiyinləri olan adamdır.



4. Displastik–formasız,    düzgün  olmayan  quruluşa 

malik  adamdır.  Bu  tipdən  olan  fərqlər bədən  quruluşunun 

müxtəlif deformasiyaları ilə xarakterizə edilir.

Bədən quruluşunun adı  çəkilən tiplərinə Kreçmer onun 

şizotimik,  iksptimik  və  siklotimik  adlandırdığı 3  temperament 

tipini aid edir.

Şizotimik  – astenik  bədən  quruluşuna  malikdir,  özünə 

qapanıb,  əhval-ruhiyyəsi  sıçrayır,  inadkardır,  ətrafındakılara 

çətinliklə uyğunlaşır.

Ondan  fərqli olaraq  iksatimik  – atletik  bədən  quru-

luşuna malikdir. Bu, sakit təmkinli, jest və mimikaları, yüksək 

olmayan  elastik  düşüncəli  həssas  olmayan,  çax  vaxt  xırdaca 

adamdır. Piknik bədən quruluşuna siklotimikdə malikdir. Onun 

emosiyalarıı sevinc və kədər arasında sıçrayır, adamlarla asan-

lıqla əlaqəyə girir, realist baxışlara malikdir.

Kreçmerin  nəzəriyyəsi  Avropada  daha  geniş  yayıl-

mışdır ABŞ-da  XX  əsrin  40-cı  illərində  U.Şeldonun  tempe-

rament konsepsiyası böyük  populyarlıq qazanır. Şeldon  bədən 

quruluşunun  əsas tiplərinin  mövcudluğu haqqında  fərziyyədən  

çıxış  edirdi.  Bu  fərziyyəni    təsvir  edərkən  embriologiyadan 

götürülmüş terminlərdən  istifadə etməklə o, üç tipi  müəyyən


371

etmişdir: 1) endomorf; 2) mezomorf; 3) ektomorf.

Şeldona  görə  bədən  quruluşunun  bu  tiplərinə  tempe-

ramentin  müəyyən  tipləri  müvafiqdir.  Müasir  psixologiya 

elmində  konstitusion  konsepsiyaların  əksəriyyəti  onlarda 

insanın  psixoloji  xüsusiyyətlərinin  formalaşmasında  mühit  və 

sosial   şəraitin rolunun tonu  qiymətləndirilməsinə görə kəskin 

təngidə məruz qalır.



V.15.3   Temperamentin tipləri

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  müasir  psixologiyada 

temperamentin  dörd  tipi  əsas  götürülür:  sanqvinik,  xolerik, 

fleqmatik,  melanxolik.  İnsanları  temperamentlərinə  görə  fərq-

ləndirərkən  həmin  tiplərdən  istifadə  olunur.  İnsanların  hansı 

tipə  məxsus  olduqlarını müəyyənləşdirmək üçün müasir

psixologiyada temperamentin özünə məxsus xassələrinə istinad

edirlər. Bunlara aktivlik, reaktivlik, emosionallıq aiddir.  :



Aktivlik. Bu  xassə  altında  insanın  məqsədə  çatmaq 

üçün xarici aləmə nə dərəcədə fəal təsir göstərməsi, qarşılaşdığı 

maneələri necə aradan qaldırması  nəzərdə tutulur.

Emosional oyanıqlıq. Bu ad altında bir növ insanın ən 

zəif  xarici  və  daxili  təsirləri  hiss  etmək  qabiliyyəti  başa  dü-

şülür.  Hər  cür  hiss  və  emosiyaların  əmələgəlmə,  cərəyanetmə 

və  kəsilməsi  xüsusiyyətləini  xarakterizə  edən  xassə  və  key-

fiyyətlər  emosionallığa  bağlıdır.  Psixologiyada  onun  əsas 

cəhətləri kimi mütəəssirlik, impulsivlik və emosional  labilliyi 

fərqləndirirlər.

Emosiyaların  gücü.    Burada  emosional  oyanmanın 

intensivliyi və modallığı əsas götürülür.



Həyəcanlılıq. Psixologiyada ən çox həyəcanlılıq altında  

qorxulu  şəraitdə  özünü  göstərən  emosional  oyanıqlıq  başa 

düşülür.

Qeyri-ixtiyari  hərəkətlərin  reaktivlik  dərəcəsi.


372

Plastiklik  və  onun  əksi  olan  rigidlik keyfiyyəti.  Bu  xassəni 

insanın  xarici  təsirlərə  nə  qədərtez  uyğunlaşmasından    (plas-

tiklik) və ya, əksinə, davranış adət və mülahizələrinin nə qədər 

ətalətli, dəyişkən  olmamasından (rigid) bilmək olar.

Qeyd  edilən  xassələrin  olub-olmadığını  nəzər  almaqla 

insanların  temperament  tiplərini  müəyyənləşdirmək  müm-

kündür.

Sanqvinik.  Bu  cür  adamlar  yüksək  reaktivliyə  malik 

olurlar.  Aktivliklə reaktivlik  müvazinətdə  olur.  Diqqətini  cəlb 

edən  hər  şeyə  canlı  reaksiya  verir.    Mimikaları  və  hərəkətləri 

canlə  və  ifadəlidir.  Yüksək  fəallığa  malik  olduğuna  görə  çox 

işgüzar  olur,  hər  bir  yeni  işə  dərhal girişir,  həmişə  birinci 

olmağa  çalışır,  yorulmadan  uzun  muddət  işləyə  bilir.  Sanq-

viniklər  həddindən  artıq  qayda-qanuna  əməl  edən  olurlar. 

Sürətli  hərəkətə,  çevik  təfəkkürə,  sürtli  nitq  tempinə  malik 

olurlar.  Onlarda  plastiklik  yüksək  olur.  Hissləri  asanlıqla  bir-

birini əvəz edə bilir. Düşdüyü yeni şəraitə asanlıqla alışır. Rast 

gəldikləri  adamlarla  asanlıqla  ünsiyyətə  girə  bilir,  bir  işdən 

digərinə  asanlıqla  keçə bilirlər.  Onlarda  ekstravertlik  yüksək 

olur.

Xolerik. Sanqviniklərdə olduğu kimi  xoleriklərdə  də 

senzitivlik aşağı, reaktivlik  və aktivlik yüksək olur. Lakin xo-

leriklərdə reaktivlik aktivliyi üstünlük təşkil edir.   Ona görə də 

xoleriklər  həddindən  artıq  hövsələsiz,  tez  özlərindən  çıxan

olurlar.Onlarda  plastiklik  zəif,  rigidlik yüksək  olur.  Bu  işi 

onlarda  öz  maraqlarını  həyata  keçirməyə yüksək  cəhd,  inad-

karlıq,  dözümlülük  mövcud  olur.  Başladıqları  işi  axıra  qədər 

yerinə yetirməyə  meylli olurlar. Diqqətlərini keçirməkdə çətin-

lik  çəkirlər.  Sanqviniklərdə  olduğu  kimi  xoleriklərdə  də  eks-

travertlik yüksək olur. Müvazinətsiz olurlar.



Fleqmatik.  Özlərini hər  yerdə  sakit  aparırlar.  Həd-

dindən  artıq  soyuqqanlıdırlar,  qaradinməzdirlər.  Uğursuzluğa

məruz  qaldıqda  buna  əhəmiyyət  vermirlər.  İşə  dərhal  gi-

rişmirlər,  lakin  başladıqları  işi axıra  qədər  yerinə  yetirirlər. 



373

Onlarda  plastiklik  aşağı,  rigidlik  yüksək  olur.  Onların 

mimikaları kasıb, ifadəsiz olur. Onlar öz diqqətlərini çətinliklə 

keçirə  bilirlər,  yeni  şəraitə  çətinliklə  alışırlar.  Fleqmatiklərdə 

daxili  əksolunma  yüksək  olur.  Təkliyi  sevirlər.  Vərdiş  və 

adətlərini  olduqca  ləng  dəyişə  bilirlər.    Bunlarla  yanaşı 

fleqmatiklər  olduqca  işgüzar  olurlar.  Dözümlü  və  özlərini  ələ 

ala biləndirlər. Onlar asanlıqla özlərindən çıxması olmur. Yeni 

adamlara çətin alışırlar.

Melanxolik.  Onlarda  senzitivlik,  həssaslıq  həddindən 

artıq yüksək olur. Kiçicik bir işdən, hərəkətdən dərindən təsir-

lənirlər.  Hədsiz  dərəcədə    küsəyəndir.  Mimika  və  hərəkətləri 

dərindən  ifadəli  deyildir.  Səsləri  zəif,  hərəkətləri  süstdür.      

Onlarda  özlərinə inam hədsiz  dərəcədə  aşağı  olur.  Kiçik 

uğursuzluq  onlarda  dərin,  bəzən  ciddi  əhval  pozğunluğu 

yaradır. Həmişə başqalarının  onların  halına  yanmalarına  göz-

ləyirlər.  Həddindən  artıq    təklikliyə  qapılırlar.  O  tez  ruhdan 

düşür,  bəzən  gücü  çatan  işi  belə  axıra  qədər  yerinə yetirmir. 

Onlarda introvertlik yüksək olur.

Nəzərə  almaq  lazımdır  ki,  temperamentin  təmiz    bir 

tipinə malik olan adam tapmaq çətindir. Hər bir adamda bu tip-

lərin  hamısının  əlamətlərinə  rast  gəlmək  mümkündür.  Lakin 

bunlardan  birinin  əlamətləri  üstünlük  təşkil      etdikdə  adamı 

həmin tipə aid edirlər.

Bütün  bunlarla  yanaşı  olaraq  temperamentin  bu  tiplə-

rindən  birini  yaxşı,  digərini  pis  adlandırmaq  olmaz.  Hər  tipin  

özünəməxsus   müsbət və mənfi cəhətləri vardır.



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin