Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Şagirdlərin kollektivdə tərbiyəsi



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə39/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

Şagirdlərin kollektivdə tərbiyəsi.  İnsanlar təcrid

olunmuş şəkildə deyil,  qruplarda,  kollektivdə yaşayır və

fəaliyyət göstərir.  Ona görə də öz qrupunun hər bir üzvünün

tərbiyəsində həmin qrupun,  kollektivin rolu böyükdür.  Məhz

bu mənada uşaq kollektivinin böyüməkdə olan şəxsiyyətin

formalaşmasında rolunu qeyd etməmək olmaz.  Kollektiv bir

növ uşaq şəxsiyyətinin inkişafı üçün şərait və şərt rolunu

oynayır.  Uşaq kollektivi öz üzvlərinə qarşı tərbiyələndirici

funksiyanı yerinə yetirir. Kollektiv öz üzvlərinə təsir edir, on-

lardan müvafiq davranış tərzinə əməl etməyi tələb edir. Kollek-

tivin təqdiri və məzəmməti,  sağlam tənqidi,  işgüzar və ciddi

tələbi öz üzvlərində şəxsiyyətin inkişafına təsir edir, qüsurların

aradan qaldırılmasına səbəb olur. Məhz buna görə də müəllim

və tərbiyəçilər şagird şəxsiyyətinin formalaşmasında,  o

cümlədən onların əxlaq tərbiyəsində kollektivin bu cür

imkanlarından istifadə etməyə çalışmalıdırlar.  Düzgün təşkil

olunmuş kollektiv yüksək tərbiyələndirici qüvvəyə malik olur. 


519

Xüsusilə yeniyetməlik və ilk gənclik dövründə şagirdlərin

tərbiyəsinə kollektivin həlledici təsiri belə bir psixoloji cəhətlə

də bağlıdır.  Adətən bu dövrdə yaranan uşaq kollektivləri eyni

tələbata malik olan,  müstəqilliyə can atan həmyaşıdlardan

ibarət olur. Ona görə də uşaqlar ən çox yoldaşları ilə qarşılıqlı

əlaqədə olur,  onları anlayır,  onlarla asanlıqla razılığa gəlirlər. 

Nəticədə kollektivin tərbiyələndirici təsir gücü daha real və

faydalı olur.  Bu cəhəti nəzərə alaraq müəllim və tərbiyəçilər

tərbiyəvi

tədbirin

təşkili


zamanı

kollektivin

həmin

imkanlarından lazımi dərəcədə istifadə etməlidir.



Yaxşı təşkil edilmiş şagird kollektivində ictimai

həmrəylik,  ictimai rəyə hörmət,  yoldaşlıq və dostluq,  yüksək

ideya inamı,  humanizm və s.  kimi yüksək əxlaqi hisslərin

formalaşmasına geniş imkan yaranır. 

Yüksək ictimai həmrəylik hissinin formalaşması şagirdi

kollektivin ümumi işində daha fəal şəkildə iştirak etməyə, kol-

lektiv qarşısında öz məsuliyyətini dərk etməyə yönəldir. Həmin

hisslərin olması şagirdləri öz sinfinin,  öz məktəbinin şərəfi

uğrunda mübarizəyə təhrik edir. 

Uşaq kollektivində xüsusilə yoldaşlıq və dostluq hissinin

formalaşması üçün geniş imkan yaranır. Burada şagirdlərin bir-

birinə qarşı həssaslığı,  qayğıkeşliyi xüsusi yer tutur. 

Kollektivdə yaranan bu cür hisslər şagirdləri bir-birinə qarşı

qayğı göstərməyə, lazımi köməklik etməyə yönəldir. Yaxınlıq, 

yoldaşlıq münasibətləri dostluq hissinin formalaşmasına,  hər

bir gəncin yaxın dostunun meydana gəlməsinə səbəb olur. 

Kollektiv möhkəm olduqda onun bütün normaları öz

üzvlərinin normalarına çevrilir.  O cümlədən kollektiv

üzvlərində yüksək ideya inamı yaranmış olur. 

Nəhayət kollektiv özü şagirdlərdə kollektivçilik hissinin

formalaşmasına da gətirib çıxarır ki, nəhayət həmin şagirdlərdə

onları


əhatə

edən


yoldaşlarına

qarşı


əsl

humanist


münasibətlərin yaranmasına səbəb olur.  Onlarda empatiya

(başqa adamların psixi halətlərini başa düşmək və onların



520

dərdinə şərik olmaq qabiliyyəti), identifikasiya, mehribanlıq və

s. kimi keyfiyyətlər baş qaldırır.

Gənc nəslin tərbiyəsində ailənin rolu.  Uşağın

münasibətlərdə olduğu ilk qrup ailədir. Uşaq ilk növbədə ailədə

tərbiyə alır. Onun sonrakı taleyi, həyatda tutacağı mövqe həmin

tərbiyədən çox asılıdır. 

Ailə tərbiyəsi məsələsi ta qədim zamanlardan şəxsiyyətin

formalaşmasında əsas vasitə olmuşdur. Azərbaycanın görkəmli

şairi və mütəfəkkiri Nizami Gəncəvi ailəni uşağın ilk tanış

olduğu ictimai mühit adlandırmışdır.  Nizamiyə görə uşaqların

həyatda düzgün mövqe tutması üçün ailə tərbiyəsi əsas

olmalıdır.

Uşaqlara ictimai borcu şüurlu mənimsətmək,  ictimai

mənafeyin pozulmasına qarşı mübariz,  ədalətli,  əməksevər

ruhda    həyata vermək valideynin vətəndaşlıq borcuna sadiq

qalması ilə şərtlənir,  onun özünün cəmiyyətə münasibətini, 

cəmiyyətdə tutduğu mövqeyi müəyyənləşdirir.

Məhz ailə uşaq şəxsiyyətinin formalaşmasının ilk

məktəbi olur.  Böyüklərlə ünsiyyət prosesində uşaq tam bir

əxlaqi sərvət və ideallar sistemini mənimsəyir. Bütün bunların

formalaşmasında böyüklərin şəxsiyyətinin –xüsusiyyətləri, ailə

üzvlərinin qarşılıqlı münasibəti əsaslı rol oynayır. Başqa sözlə, 

uşağın tərbiyəsi,  onun şəxsiyyətinin inkişafı valideynlərinin

şəxsiyyətinin necə formalaşmasından çox asılıdır. Bir cəhəti də

qeyd etmək lazımdır ki,  sən valideynlərin üçün nə etmisənsə, 

övladlarından da onu gözləməlisən.  Çünki onun şəxsiyyətinin

formalaşmasında sənin münasibətlərin öz əksini tapır.  Başqa

sözlə,  uşaq öz valideynini bir nümunə kimi qavrayır,  onun

bütün münasibətlər sistemini mənimsəyir və öz davranışına

daxil edir. Burada görkəmli psixoloq L.S.Vıqotskinin bir fikrini

xatırlamaq yerinə düşərdi.  L.S.Vıqotski göstərir ki,  uşağın

gerçəkliyə münasibəti lap əvvəldən sosial münasibət xarakteri

daşıyır.  Uşaq artıq körpəlik dövründən böyüklərdən özünün

ətraf mühitlə əlaqəsi üçün vasitəçi kimi istifadə etməyə



521

başlayır.  Bu prosesdə o,  dilə yiyələnir.  Ailənin yaşlı üzvləri

əşyaların simvolik işarələri barədə uşağa biliklər verməklə

həmin əşyalara və hadisələrə qarşı öz münasibətlərini də

çatdırırlar.  Beləliklə,  tədricən uşaqda bilik,  münasibət və

təəssürat sistemi yaranır və uşaq şəxsiyyətinin sonrakı inkişafı

bu zəmindən çox asılı olur.  Ona görə də ailədə uşaqların

tərbiyəsinə çox erkən,  kiçik yaşlardan başlamaq lazımdır.  Bu

vəzifə isə birinci növbədə ailənin üzərinə düşür.

İnsan anadan olduğu gündən ömrünün axırına kimi bir

çox tərbiyəvi təsirlərin əhatəsində yaşayır.  Ona görə də

valideynlər uşağı ilk gündən elə tərbiyə etməlidirlər ki,  onun

hansı yaşındasa yenidən tərbiyəsinə ehtiyac qalmasın.  O, 

cəmiyyət üçün faydalı adam kimi böyüsün,  ailə,  kollektiv, 

ümumiyyətlə xalq üçün ağır yükə çevrilməsin.  Adətən, 

şəxsiyyətində mənfi keyfiyyətlər formalaşan adamdakı həmin

keyfiyyətləri aradan qaldırmaq, onu yenidən tərbiyə etmək ağır

və gərgin zəhmət tələb edir. Bu cəhəti nəzərə almaq uşaqların

ailədə tərbiyəsi zamanı birinci növbədə onların davranış və

rəftarlarında mənfi keyfiyyətlərin yaranmasının qarşısını al-

maq,  bu cür keyfiyyətlərin yaranması imkanlarını aradan

qaldırmaq lazımdır.  Şübhəsiz,  biz burada ailə tərbiyəsinin

bütün məsələlərini geniş əhatə etmək fikrində deyilik.  Bu işlə

tərbiyə nəzəriyyəsi sahəsində çalışan mütəxəssislər məşğul

olurlar.  Lakin qısaca olaraq qeyd etmək lazımdır ki,  ailədə

uşaqların tərbiyəsi onların şəxsiyyətinin formalaşmasına

xidmət etdiyinə görə onun bütün cəhətlərini də əhatə etməlidir. 

Bu mənada ailədə uşaqların əqli,  əmək,  əxlaqi,  fiziki,  estetik

tərbiyəsi məsələləri valideynlərin nəzərindən qaçmamalıdır.                    

VI.23.6. “Çətin” uşaqlar və onlarla aparılan işin

xüsusiyyətləri

Psixoloji və pedaqoji ədəbiyyatda tez-tez «çətin uşaqlar»

sözünə rast gəlmək olur. Müəllim və tərbiyəçilər çox vaxt bəzi

uşaqların «çətinliyindən» şikayətlənirlər.  Əksər halda «çətin»



522

uşaqların sırasına sözə baxmayan,  şıltaq,  tərs,  intizamsız,  ko-

bud, tənbəl, yalançı və s. uşaqları daxil edir və bunları asosial

uşaqlar kimi xarakterizə edirlər.  Bu cür uşaqların pedoqoji

baxımsızlıqdan irəli gəldiyini xüsusilə qeyd edirlər. 

Adətən «çətin» uşaqların xüsusiyyətləri ən çox yeni-

yetməlik dövründə özünü göstərir.  Bu dövr uşaqlarda

“çətinliyin” yaranmasına təkan verir. 

Psixoloji tədqiqatlar «çətin» yeniyetmələrin dörd  qrupu-

nu müəyyənləşdirmək imkanı vermişdir:  1)  davranışındakı

qüsurları onun emosional-iradi inkişaf səviyyəsi ilə şərtlənən

yeniyetmə;  2)  pedaqoji cəhətdən baxımsız və nəticədə əxlaqi

təsəvvürlərə yiyələnməyən yeniyetmə;  3)  əlverişli olmayan

inkişaf şəraiti və ya tərbiyəçinin düzgün iş apara bilməməsinin  

təsiri    ilə “çətin”  böyüyən yeniyetmə;  4)  uyğun gəlməyən

münasibətlərlə şərtlənən və yaxud “xüsusi çətin tərbiyə olunan-

lar”. 

Psixoloqlar emosional sahəsində problemlərin olması ilə



bağlı hələ kiçik məktəb yaşı dövründə «çətin» uşaqların mey-

dana gəldiyini də qeyd edirlər.  Bununla bağlı olaraq «çətin» 

uşaqları üç qrupa ayırırlar (L.D.Stolyarenko):  təcavüzkar

uşaqlar;  yüksək emosionallığa malik olan uşaqlar;  hədsiz

dərəcədə utancaq,  hər şeydən tez təsirlənən,  küsəyən,  qorxaq, 

həyəcanlı uşaqlar.



Təcavüzkar uşaqlar. Adətən, elə bir uşaq tapmaq olmaz

ki, həyatında heç olmazsa bir dəfə təcavüzkar hərəkət etməmiş

olsun.  Lakin bunların hamısını «təcavüzkar»  adlandırmaq ol-

maz.  Bu qrupa yalnız o uşaqları aid etmək olar ki,  onların

təcavüzkar hərəkətləri, reaksiyaları özünün davamlılığı,affektiv

davranışa səbəb olma xarakteri ilə fərqlənsinlər.



Yüksək, idarə olunmayan səviyyəyə çatan emosionallığa

malik olan  tipə daxil edilən uşaqlar hər şeyə çox sərt reaksiya

verirlər.  Əgər onlar hər hansı bir sevinc,  şadlıq hissi

keçirirlərsə,  öz ekspressiv davranışları sayəsində bütün sinfi

hərəkətə gətirirlər; əgər onlar əzab, iztirab hissləri keçirirlərsə –



523

onların iniltisi,  ah-vayı,  ağlamağı həddindən artıq uca və

diqqəticəlbedici olacaqdır.

Hədsiz dərəcədə utancaq,  hər şeydən tez təsirlənən

küsəyən, qorxaq, həyəcanlı uşaqlar isə öz hisslərini həddindən

artıq ucadan və aydın ifadə etməyə utanır,  başqalarının

diqqətini cəlb etməkdən qorxduqlarına görə öz problemlərini

sakit keçirirlər.  

Çox vaxt “çətin”  uşaqların meydana gəlməsi ailə

tərbiyəsində yol verilən nöqsanlarla bağlı olur.  Ailədə

valideynlər arasında uşaqların tərbiyəsində vahid tələbin

olmaması, uşağın tərbiyəsi və onun şəxsiyyətinin inkişafı üçün

müvafiq şəraitin yaradılmaması,  valideynlər arasında ciddi

konfliktin olması, valideyinlərin davranışında uşağa mənfi təsir

edəcək qüsurların mövcudluğu, ailədə əxlaq, ictimai münasibət

normalarına uyğun olmayan sərvət və normalar sisteminin

formalaşması və s.  “çətin”  uşaqların yaranmasının başlıca

səbəbləridir. 

Hələ kiçik məktəb yaşı dövründə emosional sahəsində

problemlərin olması ilə bağlı «çətin»  uşaqların meydana

gəlməsi də özünəməxsus amillərlə bağlı olur.  Kiçik

məktəblilərdə emosional pozğunluğa səbəb olan amillərə

aşağıdakıları aid etmək olar:  1)  təbii xüsusiyyətlər (məsələn, 

temperamentin tipi); xoleriklərdə oyanma çox vaxt yüksək ol-

duğundan,  onlarda təcavüzkarlıq yüksək olur;  melanxoliklər

ağlağan,  hər şeydən tez təsirlənən,  utancaq olurlar);  2)  sosial



amillər:

– ailə tərbiyəsinin tipi (uşağı rədd etmək,  həyəcanlı-

vasvası tərbiyə, hipersosial tərbiyə, eqoistik tərbiyə);

– müəllimlərin münasibəti;

– məktəb psixoloqunun təsiri.

“Çətin”  uşaqlarla iş aparmaq və onlarda özünü göstərən

qüsurları aradan qaldırmaq üçün bu cür uşaqların əmələ

gəlməsinin səbəblərini araşdırmaq,  psixoprofilaktika və psix-

okorreksiya vasitələrindən sistemli şəkildə istifadə etmək lazım


524

gəlir.  Bu sahədə məktəb psixoloqlarının üzərinə xüsusi iş

düşür.  Burada birinci növbədə əsas diqqət şəxsiyyəti sosial

cəhətdən deformasiyaya uğrayan,  asosial uşaqların vaxtında

diaqnostikasını verməyə yönəldilməlidir.  Bu zaman uşaqda

“çətinliyin”  yaranması səbəblərinin aşkara çıxarılmasına da

xüsusi diqqət yetirilməlidir. Bütün bunların əsasında və uşağın

fərdi xüsusiyyətini nəzərə almaqla onunla aparılacaq tərbiyəvi

iş sistemi müəyyənləşdirilməlidir. 

Təcrübə göstərir ki,  çox zaman məktəbdə bu cür

uşaqlarla aparılan profilaktik iş sistemsiz, az məqsədəyönlü xa-

rakter daşıyır,  baş vermiş fövqəladə hadisənin formal

müzakirəsi ilə məhdudlaşır. Tərbiyəvi təsir tədbirləri tərbiyəni

deyil, bu və ya digər hərəkətinə görə uşaqdan əvəz çıxmağı, qi-

sas almağı xatırladır. Ona görə də müəllimlər belə uşaqlardan

sadəcə olaraq yaxalarını qurtarmağa çalışırlar. 

Bu cür vəziyyətdən çıxmaq üçün psixoloq və müəllimlər

müasir psixologiyanın nailiyyətlərinin məktəb həyatına tədbiqi

nəticələrinə istinad etməlidir. 

Şagirdlərin davranışında və şəxsiyyətinin inkşafında

özünü göstərə bilən qüsurların qarşısını almaq və onları aradan

qaldırmaq

sahəsindəki

işin


aşağıdakı

istiqamətlərini

müəyyənləşdirmək mümkündür: 

1.  Məktəbə yeni daxil olan şagirdlə,  onun valideyinləri

ilə, uşağa aid bütün sənədlərlə tanış olmaq və bu zaman həmin

şagirdin tərbiyəsindəki çətin cəhətləri aşkara çıxarmağa

çalışmaq. 

2.  “Çətin”  şagirdin kollektivə alışmasına köməklik

göstərmək;  sinif rəhbəri ilə birlikdə şagirdin davranışında

mövcud olan qüsurları aradan qaldırmağın planını hazırlamaq. 

3.  Davranışında və şəxsiyyətinin inkişafında qüsurlar

olan şagirdləri dərindən öyrənmək,  bu zaman peşə etikası

normalarına əməl etmək,  imkan daxilində şagirdə yoxla-

nmasının həqiqi məqsədini bildirməmək.  Lazım gələrsə psix-

oloq həmin şagirdin əqli inkşaf səviyyəsini müəyyənləşdirmək


525

üçün müvafiq mütəxəssislərlə (məsələn, psixiator, həkim və b.) 

əlaqə saxlamalıdır.  Əgər uşağın inkişafında qüsurlar,  psixi

normalara uyğun gəlməmək halları müəyyənləşdirilərsə, 

məktəb psixoloqu ona fərdi yanaşmaqla əlaqədar müəllimlərə

və valideyinlərə məsləhət verə bilər. 

Çətin tərbiyə olunan uşaqlarla,  xüsusilə yeniyetmələrlə

psixoloqun işi onun əsas vəzifələrindən birini təşkil edir.  Ona

görə də burada psixoloqun və başqa müəllimlərin aparacaqları

işlərin xarakteri qabaqcadan müəyyənləşdirilməli və buna

müvafiq iş aparılmalıdır.                   

Özünü yoxlamaq üçün sual və tapşırıqlar

1. Tərbiyə psixologiyasının başlıca vəzifəsi nədir?

2. Məktəb yaşı dövründə şəxsiyyətin formalaşmasının

psixoloji şərtləri nədən ibarətdir?

3. Tərbiyə işinin metodları və formalarının psixoloji

əsasları barədə danışın.

4. Yaşlılarla uşaqlar arasında «məna maneələri»  necə

yaranır?


5. Məktəblilərin tərbiyəlilik göstəriciləri və kriteriyaları

barədə danışın.

6. Özünütərbiyə nədir və onun hansı motivləri vardır?

7. Əxlaqi şüur və əxlaqi davranışın formalaşması necə

gedir?

8. «Çətin»  uşaqlar kimlərdir və onlarla nə kimi iş apar-



maq tələb olunur? 

Referat, məruzə və müstəqil tədqiqat üçün mövzular.

1. «Çətin» yeniyetmələr və onlarla aparılan işin psixoloji

xüsusiyyətləri.



2. Özünütərbiyə və onun təşkili yolları.

3. Fəaliyyət və şəxsiyyətin formalaşması.

526

4. Əxlaq tərbiyəsinin psixoloji əsasları.

Ədəbiyyat

Bayramov Ə.Ə.    Gənclik və özünütərbiyə haqqında

söhbət. – Bakı,1969.



Qaralov Z.İ. Tərbiyə 3  cilddə,  2-ci cild.  – Bakı,  2003, 

12-31; s.197-203



Həmzəyev M.Ə.  Pedaqoji psixologiya.  – Bakı,  1991. 

səh.25-30; 50-69



Əliyev R.İ. Tərbiyə psixologiyası. – Bakı, Nurlan, 2006.

Əmiraslanova S.F. «Çətin»  uşanlar və onlarla aparılan

işin psixoloji xüsusiyyətləri. – Bakı, 2000.



Boqoslovskiy V.V. Psixoloqiə vospitaniə şkolğnika.  –

LQU, 1974.



Stolərenko L.D.    Pedaqoqiçeskaə psixoloqiə.  –

«Feniks»,2000, s. 362-368.



Koçetov A.İ. Verüinskaə N.N.    Rabota s trudnımi

detğmi. – M., 1986



Ratter M.  Pomohğ trudnım detəm. – M., 1987.

Məsihev V.N. Trudnıe deti v massovoy şkole. – M. – L., 

1993.


527

2 4 - c ü     F Ə S İ L

TƏLİM PSİXOLOGİYASI

Qısa xülasə

Təlim prosesi pedaqoji psixologiyanın nəzəri və tətbiqi problemi

kimi. Təlim psixologiyası pedaqoji psixologiyanın əsas sahələrindən biridir. 

Təlimin


nəzəri

tətbiqi



problemləri.  Təlimin

mahiyyəti

qanunauyğunluqları.  Təlim prosesində bilik,  vərdiş və bacarıqların ya-



ranması. 

Təlimin


müvəffəqiyyətinin

nəyi


öyrətməkdən, 

kimin


öyrətməsindən və kimi öyrətməkdən asılılığı. Təlim fəaliyyətinin strukturu.

Təlim və psixi inkişaf.  Təlim və psixi inkişafın qarşılıqlı əlaqəsi

barədə J.Piaje,  C.Bruner və L.S.Vıqotskinin fikirləri.  İnkişafın aktual və

yaxın səviyyyəsi. Təlimin müvəffəqiyyətində “inkişafın yaxın zonası”- nın

rolu.


Öyrənməyə qabillik problemi və mənimsəmə. “Öyrənməyə qabil-

lik”  anlayışının meydana gəlməsi.  Öyrənməyə qabillik insanın təlim

prosesində bilik,  bacarıq və vərdişləri mənimsəməsinin sürət və

keyfiyyətinin fərdi göstəricisi kimi. Öyrənməyə qabilliyin ümumi və xüsusi

növləri.  Geridə    qalan şagirdlərin psixoloji xüsusiyyətləri.  Geridə qalan

şagirdlərin tipləri.



Öyrənmənin müvəffəqiyyətini təmin edən  amillər. Diqqət və us-

tanovka öyrənmənin müvəffəqiyyətini təmin edən daxili amil kimi.  Təlim

materiallarının xüsusiyyətləri öyrənmənin müvəffəqiyyətini təmin edən xa-

rici amil kimi.



Təlim prosesində motivasiya - tələbat sahəsinin formalaşması.

Təlim motivləri və onların növləri.  Təlim motivləri və şagirdlərin tələbat

sahəsinin formalaşması.  İnsan fəallığının daxili,  xarici və şəxsi mənbələri. 

İnkişafetdirici və tərbiyələndirici təlim.



Dərsin təşkilinin psixoloji şərtləri.  Müasir dərsə verilən psixoloji

tələblər.  Dərsdə problemli situasiya yaradılması yolları.  Dərsdə yaradılan

problemli situasiyanın tipləri.  Dərsdə yaddasaxlama tərzlərindən səmərəli

istifadə etmənin şərtləri.



Təlimin fərdiləşdirilməsi və diferensesiyası. Şagirdlərin özlərinin

öyrənməyə qabillikləri,  əqli inkişaf səviyyələri,  idrak imkanları və fərdi-

psixi xassələrinə və s.  görə fərqlənmələri.  Bununla əlaqədar təlimin fər-

diləşdirilməsinin zəruriliyi. Təlimin diferensesiyası. Təlimin diferensesiyası



528

və fərdiləşdirilməsi formaları.



VI.24.1.Təlim prosesi pedaqoji psixologiyanın nəzəri

və tətbiqi problemi kimi

Təlim problemi bəşəriyyətin daima diqqət mərkəzində

olan bir problemdir.  Bu problem hazırda da öz əhəmiyyətini

itirməmiş, əksinə özünün yeni cəhətləri ilə daha qabarıq şəkildə

diqqəti cəlb edən bir problemə çevrilmişdir. Həmin problemin

günün tələbləri səviyyəsində həlli pedaqoji psixologiyanın

qarşısında duran əsas vəzifələrdən hesab olunur.

Təlim problemi pedaqoji psixologiyanın qarşısında həm

nəzəri,  həm də tətbiqi problem kimi durur.  Təlimin nəzəri

problem kimi həlli birinci növbədə onun nəzəri əsaslarını, 

qanunauyğunluqlarını psixoloji aspektdə açmağı tələb edir. Bir

nəzəri problem kimi təlim fəaliyyətinin psixoloji strukturunun

açılması,  onun

motivləri,  məqsədləri

vəzifələrinin



dəqiqləşdirilməsi, təlim fəaliyyətinin müasir tələblərdən doğan

konsepsiyalarının aşkara çıxarılması pedaqoji psixologiyanın

həll etməli olduğu əsas problemlərdən hesab edilir.

Bu məsələlərin həlli üzərində çalışan psixoloqlar təlim

nəzəriyyəsini bir sıra istiqamətlərdə inkişaf etdirmişlər. Bunları

ümumiləşdirdikdə pedaqoji psixologiyada aşağıdakı təlim

nəzəriyyələri diqqəti cəlb edir:  1)  izahlı illüstrativ (ənənəvi) 

təlim;  2)  proqramlaşdırılmış təlim;  3)  fikri işlərin və

anlayışların mərhələlər üzrə təşəkkülü nəzəriyyəsi; 4) problem-

li təlim; 5) təlim nəzəri təfəkkürün inkişafı kimi; 6) tərbiyəedici

təlim.

Təlim problemi yalnız nəzəri problem olaraq qala bilməz. 



Həmin problemin aşkara çıxarılmış qanunauyğunluqları

təcrübəyə, məktəb həyatına tətbiq olunmazsa və həmin sahədə



529

öz

səmərəsini



göstərməzsə,  onun

əhəmiyyətindən

danışmağa dəyməz.  Məhz buna görə də təlim və onun



keyfiyyətini idarə etmək mühüm tədbiqi problem kimi pedaqoji

psixologiyanın

qarşısında

durur.  Təlimin

forma



metodlarından istifadəni,  təlim prosesində şagirdlərin inkişa-



fının psixoloji xüsusiyyətlərini öyrənmək bu sahədə müəllimi

zəruri biliklərlə silahlandırmaq deməkdir. Müasir dərsə verilən

psixoloji tələblərin aşkara çıxarılması bu baxımdan xüsusi

əhəmiyyət kəsb edir. 



Təlimin mahiyyəti və qanunauyğunluqları. Təlim

insanın əsas fəaliyyət növlərindən biridir.  Məktəb yaşı

dövründə isə həmin fəaliyyət məktəblilərin aparıcı fəaliyyətinə

çevrilir.  Onun köməyi ilə şagirdlər müəyyən məlumatları, 

hərəkətləri və davranış formalarını mənimsəyirlər.  Oyundan

fərqli olaraq burada subyekt öyrənmə məqsədi güdür,  ona

məlum olmayan məlumatları əldə etməyə,  bu və ya digər

hərəkətlərə, davranış tərzlərinə yiyələnməyə çalışır. Bu iş kor-

korana deyil, şüurlu, planlı şəkildə həyata keçirilir. Məhz buna

görə də təlim prosesində aşağıdakı məqsədlərə nail olma baş

verir:

a) hər hansı bir fəaliyyət növünün müvəffəqiyyətlə təşkil



edilməsi üçün lazım olan gerçəkliyin zəruri xassələri haqqında

məlumatın mənimsənilməsi; b) həmin fəaliyyət növlərini təşkil

edən yolların və əməliyyatların mənimsənilməsi; v) qarşıda du-

ran məsələnin həllində lazım olan yolları və əməliyyatları

düzgün seçmək və onlara nəzarət etmək üçün qeyd olunan

məlumatlardan istifadə qaydalarını mənimsəmək. Birinci halda

biliklərin, ikinci halda vərdişlərin, üçüncü halda isə bacarıqla-

rın yaranması baş verir.

Buradan isə aydın olur ki, təlim o zaman mümkündür ki, 

müəyyən bilik,  vərdiş və bacarığa yiyələnmək üçün insanın

fəaliyyəti

şüurlu


məqsədlərlə

idarə


olunsun.  Həqiqi

mənimsəmə həmişə müxtəlif idrak məsələlərinin həlli ilə bağlı

olan fəal prosesdir.  Belə mənimsəmə nəticəsində əldə edilən


530

biliklər müəyyən sistem təşkil edir və təcrübəyə tətbiq oluna

bilir.

Təlim şagirdlərin biliklər sistemini mənimsəmələrinə və

həmin bilikləri təcrübəyə tətbiq etmək üçün lazım olan vərdiş

və bacarıqlara yiyələnmələrinə yönəlmiş məqsədyönlü idrak

fəaliyyətidir.


Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin