Dərslik Prof. S.İ. Seyidov və prof. M.Ə. Həmzəyevin elmi redaktorluğu ilə


Məktəblilərin tərbiyəlilik göstəriciləri və kriteriyaları



Yüklə 3,93 Mb.
Pdf görüntüsü
səhifə38/49
tarix21.04.2017
ölçüsü3,93 Mb.
#15152
1   ...   34   35   36   37   38   39   40   41   ...   49

Məktəblilərin tərbiyəlilik göstəriciləri və kriteriyaları.

Şagirdlərin tərbiyə prosesini idarə etmək üçün tərbiyənin təsiri

altında onların şəxsiyyətində baş verən dəyişiklikləri nəzərə

almaq imkanının olması lazım gəlir.  Başqa sözlə,  şagirdlərin

tərbiyəlilik səviyyəsini aşkara çıxarmaq imkanımız olmazsa, 

tərbiyə prosesini idarə etməyimiz də mümkün olmazdı. Tərbiyə

psixologiyası və pedaqoqikasının ən başlıca vəzifələrindən biri

əxlaqi cəhətdən tərbiyəliliyin kriteriyalarının məzmununu

aşkara çıxarmaq və müəllimləri uşaqda şəxsiyyətin forma-

laşmasının gedişi haqqında tam dəqiq və etibarlı məlumat verə

bilən metodlarla silahlandırmaqdan ibarətdir. 

Biz həyatda çox vaxt elə adamlara rast gəlirik ki,  onlar

müəyyən şəraitdə əxlaqi cəhətdən düzgün davrana bilirlər. La-

kin bu adamların biz hələ əxlaqi cəhətdən tərbiyəli olduğunu

söyləyə bilmərik. Biz yalnız o adamın əxlaqi tərbiyəliliyə ma-

lik olduğunu söyləyə bilərik ki,  həmin adam heç cür əxlaqsız



hərəkətə yol verə bilməsin.  Ona görə də əxlaqi tərbiyəliliyin

əsas kriteriyalarından biri əxlaqi tələbatların, hiss və adətlərin



formalaşma səviyyəsindən ibarətdir. 

Şəxsiyyətin formalaşmasının və tərbiyəliliyin mühüm

kriteriyalarından biri də davranışın ixtiyarilik səviyyəsindən

ibarətdir.  İnsanın əxlaqi cəhətdən sabitliyi,  çətinlikləri aradan

qaldıra bilmək bacarığı öz arzularını,  istəklərini idarə edə

bilmək və öz niyyətini yerinə yetirə bilmək bacarığı,  öz

davranışını idarə edə bilmək bacarığı olmadan mümkün deyil-

dir. 


Düzgün tərbiyə almış adam müəyyən bir işi icra etməyi

507

qərara alır və öz niyyətini həyata keçirir.  Qarşısına qoyduğu

məqsədə nail olmaq üçün bütün başqa arzuları, maneələri ara-

dan qaldırır. İradi davranış adlandırılan bu cür davranışın təhlili

göstərir ki,  həmin davranışın əsasında şüurlu tənzim

motivasiyası təmayülü mexanizmi dayanır.  Bu zaman insan

şüurlu olaraq bir təmayülün,  meylin qiymətini artırır,  digər

təmayülün qiymətini isə azaldır. Şübhəsiz heç də insan həmişə

özünün motivasiya təmayülünü əldə edə və onu lazımi istiqa-

mətdə yönəldə bilmir.  Belə olduqda iradi davranış həyata

keçmir. Beləliklə, deyilənlərdən bir daha aydın olur ki, insanın

tərbiyəliliyinin

mühüm

kriteriyalarından



biri

onun


davranışının ixtiyarilik səviyyəsindən,  özünün tələbatlarına

yiyələnə bilmək səviyyəsindən ibarətdir

Şübhəsiz,  tərbiyəliliyin müəyyən səviyyəsində insanın

mədəni davranış formalarına,  cəmiyyətdə qəbul olunmuş

birgəyaşayış norma və qaydalarına, məişət və peşə vərdişlərinə

və özünü apara bilməyin digər cəhətlərinə yiyələnməsini də

nəzərə almamaq olmaz. Bu keyfiyyətləri asanlıqla müşahidə et-

mək mümkün olduğuna görə, bizə belə gəlir ki,  insanın moti-

vasiya sahəsinə əsasən onların barəsində asanlıqla fikir

yürütmək mümkündür.  Lakin tərbiyəlilik həmin zahiri

əlamətlərə diqqətlə yanaşmağı da tələb edir.  Onlar insanın

həmin sahəyə təlabatları ilə motivləşən davamlı davranış

forması kimi özünü göstərə bilər,  eləcə də yalnız zahirən

mənimsənilmiş davranış da ola bilər.  İkinci halda şagirdlər

təzyiqin,  nəzarətin təsiri altında ondan tələb olunanların

hamısına əməl edir,  nəzarət olmadıqda isə müvafiq davranış

tərzini yerinə yetirmirlər.  Buradan isə aydın olur ki,  müvafiq

davranış forması şəxsin tələbatına çevrilməmişdir və həmin

adam bu sahədə tərbiyəli deyildir. 

Deməli, nəzarət, məcburiyyət olmadan düzgün və əxlaqi

davranmağı tərbiyəliliyin mühüm kriteriyalarından biri hesab

etmək olar. 


508

VI.23.4. Şəxsiyyətin  özünütərbiyəsinin psixoloji

əsasları

Tərbiyənin idarə olunması problemi. Tərbiyə kor-koranə

bir proses olmayıb, idarəolunan prosesdir. Tərbiyə prosesi ona

görə idarə olunan prosesdir ki,  onun məqsədi,  motivləri, 

funksiyaları və gözlənilən nəticələri mövcuddur.  Şübhəsiz

bunların hər birini nəzərə almaq və tərbiyə işini onlara müvafiq

şəkildə təşkil etmək elə onun idarə edilməsi deməkdir.  Bir

cəhəti də qeyd etmək lazımdır ki,  tərbiyə həm xarici,  həm də

daxili idarəetmə imkanlarına malikdir. Xarici idarəetmə tərbiyə

olunanlardan deyil, tərbiyə edənlərdən asılıdır. Burada müəllim

və tərbiyəçilərin,  tərbiyəvi işi həyata keçirən kollektivin

fəaliyyəti diqqəti cəlb edir.  Ona görə də məktəblinin

şəxsiyyətinin öyrənilməsi tərbiyə prosesinin idarə edilməsinin

mühüm


bir

amilidir. 

Bunsuz

məktəbli


şəxsiyətini

formalaşdırmaq da çətin olardı.  Bu cür xarici idarəetməyə

tərbiyəvi üsul və vasitələrin düzgün seçilməsi və s. amillərə is-

tinad edilməsini də aid etmək olar.  Lakin tərbiyənin idarə

olunması təkcə xarici formada gedə bilməz. Tərbiyə prosesində

biz konkret canlı insanın,  fərdin şəxsiyyətini formalaşdırırıq. 

Ona görə də bu prosesdə həmin fərdin özünün bu prosesə

münasibəti, özündə bu və ya digər keyfiyyəti aşılamaq cəhdi də

mühüm rol oynayır.  Bu isə tərbiyədə daxili idarəetmənin

zəruriliyini irəli sürür.  Belə daxili idarəetmə isə özünütərbiyə

prosesində həyata keçir və özünüidarə  rolunu oynayır.

Özünütərbiyə və onun motivləri. Özünütərbiyə insanın

şüurlu olaraq qarşısına qoyduğu məqsədə,  ideal və inamlarına

müvafiq şəkildə öz şəxsiyyətində dəyişikliklər etməyə

yönəlmiş fəaliyyətindən ibarətdir.  Özünütərbiyənin həyata

keçməsi üçün şəxsiyyətin və onun özünü dərk etməsinin

müəyyən inkşaf səviyyəsinin, özünün hərəkətlərini başqalarının

hərəkətləri ilə müqayisə zamanı təhlildən istifadə edə bilmək

qabiliyyətinin, 

eləcə



daim



özünütəkminləşdirmək

509

ustanovkasının olması tələb edilir. 

Şəxsiyyətin özünütəkminləşdirməsi onun cəmiyyətdəki

həyati tələbatları və fəaliyyəti ilə, inkişafı ilə şərtlənir. İnsanın

yaşadığı ictimai şərait,  aldığı təlim və tərbiyə onun

özünütərbiyəsində həlledici rol oynayır. 

İctimai həyatı,  eləcə də onu əhatə edən mühitin

tələblərini, öz qüvvə və imkanlarını aydın dərk etmək əsasında

insanın öz həyatını daha münasib əsaslar üzrə qurmaq üçün ar-

zu etdiyi keyfiyyətləri özündə inkişaf etdirməsi və ya malik

olduğu şəxsi keyfiyyətləri dəyişdirməkdən ötrü özünə şüurlu, 

planlı, məqsədəuyğun və müntəzəm surətdə təsir etməsi, rəftar

davranışını



təkminləşdirmək

qayğısına

qalması

özünütərbiyə adlanır. 



Həyati faktlar özünütərbiyənin geniş imkanlara malik

olduğunu bir daha təsdiq edir.  Bir çox görkəmli adamlar

uşaqlıqdan pis təlim-tərbiyə almalarına,  onların şəxsiyyətində

bir sıra qüsurların olmasına baxmayaraq gənclik və sonrakı

dövrdə özünütərbiyənin köməyi ilə öz şəxsiyyətlərinin yüksək

inkişaf


mərhələsinə

yüksələ


bilmiş, 

davranış


fəaliyyətlərindəki qüsurları, aradan qaldıra bilmişlər. Məsələn, 

görkəmli rus yazıçısı L.N.Tolstoyun özünün etirafına görə o, 

uşaqlıq və ilk gənclik dövründə öz xarakterində,  davranışında

olan qüsurları,  o cümlədən tənbəllik,  lovğalıq,  şöhrətpərəstlik

və s. kimi mənfi cəhətləri aydın şəkildə görə bilmiş və həmin

qüsurlara qarşı ciddi döyüş elan etmişdir.  Bütün həyatı boyu

özündə əməksevərlik,  humanizm,  düzgünlük,  cəsarətlilik

keyfiyyətləri tərbiyə etmişdir. 

Həyatdan özünütərbiyənin mahiyyətini açan yüzlərcə bu

cür faktlar gətirmək mümkündür.  Bunların hamısından bir

ümumi cəhət aydın olur ki,  insanın özünü,  öz hərəkətlərini

idarə etməsində özünütərbiyə əvəzolunmaz əhəmiyyətə malik-

dir.  Özünütərbiyə bir növ özünüidarə deməkdir.  Həm də

özünütərbiyə özünüidarənin ən ali forması kimi özünü göstərir. 

İnsan hər bir yaş dövründə özünütəkmilləşdirməyi,  özündə



510

yüksək hisslər aşılamağı, öz şəxsiyyətində təzahür edə biləcək

birtərəfliliyi aradan qaldırmağı,  xeyir və şəri bir-birindən

ayırmağı bacarmalıdır. 

Özünütərbiyə insanın kamilləşməsi ilə,  özünü istər

mənəvi, istərsə də fiziki cəhətdən cəmiyyətdəki mövqeyilə və

yaxud cəmiyyətdə tutmaq istədiyi mövqeyə uyğunlaşdırmaq

meyli ilə əlaqədardır. 

Özünütərbiyə özünüidarə prosesində həyata keçir.  Bura-

da insanın özünütəyini mühüm rol oynayır. Özünütəyin insanın

özünün həyat yolunu, məqsədlərini, əxlaq normalarını, peşə və

həyat şəraitini şüurlu olaraq seçməsi deməkdir.

Özünütərbiyədə özünüdərketmə,  özünü ələ almaq, 

özünüstimullaşdırma xüsusi rol oynayır.

Özünüdərketməyə özünümüşahidə,  özünütəhlil,  özünü-

qiymətləndirmə, özünümüqayisə daxil olur.

Özünü ələ ala bilmək özünəinama,  özünənəzarətə, 

özünütəlqinə, özünü məcburetməyə əsaslanır. 

Özünüstimullaşdırma isə özünütəsdiqi, özünübəyənməni, 

özünürəğbətləndirməni, 

özününümayişi, 

özünüməhdud-

laşdırmanı nəzərdə tutur.

İnsanda özünütərbiyə tələbatının yaranması göstərir ki, o, 

həyata,  qarşısında duran vəzifəyə kor-koranə deyil,  şüurlu

şəkildə yanaşır, öz fəaliyyətində müvəffəqiyyət qazanmaq üçün

özündə müəyyən keyfiyyətlər tərbiyə etmək zərurətini dərk

edir.  Buradan isə aydın olur ki,  özünütərbiyə insanın yüksək

şüurluluğu ilə,  hər şeydən əvvəl,  insanın özündə müəyyən

müsbət əlamətləri inkşaf etdirmək,  mənfi əlamətlərin isə

qarşısını almaq meylinin yaranması ilə bağlıdır. 

Bəs


özünütərbiyə

üçün



baş

verir?  İnsanı

özünütərbiyəyə təhrik edən səbəblər-motivlər hansılardır?  Bu

sahədə aparılmış psixoloji tədqiqatlar özünütərbiyənin bir sıra

motivini

aşkara


çıxarmışdır. 

Adətən, 


aşağıdakılar

özünütərbiyənin motivi kimi özünü göstərə bilər: 1) cəmiyyətin

əxlaqi tələbləri,  2)  kollektivin,  yoldaşlarının hörmətini qazan-


511

maq iddiası,  3)  yarış,  4)  tənqid və özünütənqid,  5)  işdəki

çətinliklər, 6) ətrafdakıların nümunəsi, 7) maddi həvəsləndirmə

və s. 


Fəaliyyətin başqa sahələrində olduğu kimi,  özünü-

tərbiyənin motivlərini də xarici və daxili olmaqla iki yerə

bölmək olar. 

Xarici motivlərə birinci növbədə cəmiyyətin əxlaqi

tələblərini,  onun iqtisadi-siyasi həyat şəraitini aid etmək olar. 

Bununla yanaşı olaraq ətrafdakıların nümunəsi,  maddi

həvəsləndirmə, tənqid və s. də xarici motiv kimi özünü göstərə

bilər. Əgər xarici amillər insan tərəfindən dərindən dərk edilir

və onun şəxsi marağı, arzu və istəkləri ilə uyğun gəlirsə, həmin

amillər insanı öz üzərində işləməyə, o tələblərə layiqincə cavab

vermək üçün hazırlaşmağa vadar edir, deməli, özünütərbiyənin

motivinə çevrilir. 

Özünütərbiyənin daxili motivlərinə isə, insanların maddi

və mənəvi tələbatları,  müxtəlif həyati yönəlişliklərini ifadə

edən etiqadları və s. daxildir. 

Özünütərbiyənin ən ali motivi idealdır. İnsanın qəbul et-

diyi ideal həmişə onu müəyyən sahədə özünütərbiyəyə,  öz

idealarında olan

keyfiyyətlərə

yiyələnmək

üçün

cəhd


göstərməyə yönəldir. 

Qeyd etmək lazımdır ki,  özünütərbiyə həmişə yalnız bir

motivin təsiri ilə həyata keçmir. Adətən, özünütərbiyə bir neçə

motivin təsiri ilə baş verir. Lakin bu motivlərin biri aparıcı rol

oynayır. 

Özünütərbiyənin motivlərini bilmək həm tərbiyəçilər, 

həm də özünütərbiyə ilə məşğul olan yeniyetmə və gənclər

üçün çox əhəmiyyətlidir. Çünki həmin motivlərin bir qismi da-

ha təsirli, davamlı olduğu halda, qalanları az təsirli, keçici ola

bilər.  Özünütərbiyə üçün daha təsirli və davamlı,  uzun

müddətli motivlərin olması böyük əhəmiyyətə malikdir.  Bu

halda özünütərbiyə ilə məşğul olmaq, başqa sözlə, insanın daim

özünütəkmilləşdirməyə,  daha yüksək insani keyfiyyətlər


512

qazanmağa çalışması şəxsiyyətin ayrılmaz xüsusiyyətinə

çevrilə bilər. 

Şəxsiyyətin inkişafı və özünütərbiyə. Şəxsiyyətin

formalaşması və inkişafı mürəkkəb və uzunmüddətli prosesdir. 

Burada xarici təsirlər və daxili güc bir-birilə qarşılıqlı təsirdə

olmaqla,  inkişaf mərhələsindən asılı olaraq öz rollarını

dəyişirlər. 

Məsələn,  uşaq yaşlarında ən çox şəxsiyyətin forma-

laşmasının xarici təsirlərdən asılılığı özünü göstərir.  Tədricən

şəxsiyyət müstəqillik təşkil etdikcə inkişafda xarici təsirlərin, 

birinci növbədə tərbiyənin təsirinin tədricən özünütərbiyənin

təsiri ilə əvəz olunması baş verir. 

Özünütərbiyə şəxsiyyətin müəyyən inkişaf mərhələsində

meydana gəlir və onun inkşafına təsir göstərir.  Fərd həyat

prosesində özünü və başqalarını dərk edir, ətrafdakıların tələbi

ilə öz şəxsi imkanlarını uyğunlaşdırmağa öyrənir.  Tərbiyə

prosesində şəxsiyyətin əxlaqi əsası qoyulur, əxlaqi təsəvvürləri, 

anlayışları,  inamları,  adətləri və son nəticədə hal-hazırdakı

davranışını tənzim edən və gələcək həyat planlarını müəyyən-

ləşdirməyə imkan verən əxlaqi idealları formalaşır.  Beləliklə

də,  şəxsiyyət inkişaf etdikcə özünütərbiyə daha böyük rol

oynamağa,  daha aydın və səmərəli şəkildə özünü göstərməyə

başlayır.  Deməli,  özünütərbiyə şəxsiyyətin həyat şəraiti və

tərbiyə ilə şərtlənən əxlaqi - psixoloji yetginliyinin müəyyən

səviyyəsində özünə yer edir. 

Psixoloqların apardıqları tədqiqatlar göstərmişdir ki, 

özünütərbiyə tələbatı aydın şəkildə özünü yeniyetməlik

dövründə göstərməyə başlayır (xüsusilə VI-VIII siniflərdə). 

Əlbəttə, özünütərbiyənin ünsürləri kiçik məktəb yaşı dövründə, 

ola bilsin ki,  böyük bağça yaşlı uşaqlarda da özünü göstərə

bilər.  Lakin,  şüurlu,  planlı iş kimi o,  ilk dəfə olaraq

yeniyetməlik dövründə təzahür edir. Yeniyetmələr bağça yaşlı

uşaqlar kimi böyüklərin rolunu oynamaq,  özünü onlara

oxşatmaq istəmir.  Onlar böyük olmaq və başqaları tərəfindən



513

də böyük kimi qəbul edilmək istəyirlər. Buradan isə onların öz

şəxsiyyətinin sürətli inkişafı tələbatları meydana gəlir ki, bu da

özünütərbiyənin bir vasitə kimi həyata keçirilməsinə gətirib

çıxarır.  Yeniyetmə öz üzərində işləməklə,  birinci növbədə,  öz

şəxsi davranışındakı qüsurları aradan qaldırmağa,  özündəki

zəif cəhətləri ləğv etməyə,  ikincisi,  özünü güclü,  bacarıqlı və

müstəqil


aparmağa

imkan


verən

şəxsiyyətin

müsbət

keyfiyyətlərini



formalaşdırmağa

çalışır. 

Aparılmış

tədqiqatlardan aydın olur ki,  yeniyetmələr birinci növbədə

özlərində olan iradi nöqsanları aradan qaldırmağa və özlərində

möhkəm iradəli adam üçün xas olan cəsarət, mərdlik, dözüm-

lülük,  təkidlilik kimi iradi keyfiyyətləri tərbiyə etməyə can

atırlar. 

İlk gənclik dövründə özünütərbiyə fiziki və iradi özü-

nütəkmilləşdirmə ilə yanaşı, mənəvi özünütəkmilləşdirməyə də

xidmət edir.  Özünütərbiyənin bu mərhələsində məktəblilər ən

çox özlərində düzlük,mehribanlıq, rəhmlilik, səxavətlilik, dos-

ta,  yoldaşa qarşı sadiqlik,  daima ona kömək etməyə hazır ol-

maq və s. kimi keyfiyyətləri tərbiyə etməyə can atırlar. 



Şagirdlərin özünütərbiyəsinin təşkili. Özünütərbiyə o

qədər də asan proses deyildir. O, özünüidarənin yüksək forması

olduğuna görə şagirdlərin bu işi asanlıqla yerinə yetirəcəklərini

guman etmək olmaz. Ona görə də bu sahədə onlara kənardan, 

tərbiyəçilər tərəfindən köməklik göstərilməsi,  istiqamət

verilməsi zəruridir.  Özünütərbiyənin,  bununla da əlaqədar

ümumiyyətlə tərbiyənin səmərəliyi öz üzərində işləyən

şagirdlərlə həmin işin təşkili,  onlara istiqamət verilməsi və

köməklik göstərilməsindən çox asılıdır. 

Şagirdlərin özünütərbiyəsini təşkil edərkən,  birinci

növbədə kollektiv qarşısında bu cür məqsədin qoyulmasından

başlamaq lazımdır.  Sosial psixologiyadan aydındır ki, 

insanların ümümi işdə təması və vəhdəti nə qədər güclü olarsa, 

onların qarşılıqlı təsiri bir o qədər səmərəli xarakter daşıyar. 

Buradan isə aydın olur ki,  əgər kollektivdəki bir neçə adam, 


514

xüsusilə kollektiv üzvlərinin hamısının hüsni rəğbətini qazanan

adamlar öz üzərlərində işləməyə,  özünütərbiyə ilə məşğul

olmağa başlayarlarsa,  bu hal kollektivin başqa üzvlərinə də

mütləq sirayət edəcəkdir. 

Adətən, kollektiv vasitəsilə ayrı-ayrı şagirdlərin qarşısına

özünütərbiyə öhdəliyi qoyulması da bu işin səmərəli nəticə

verməsinə səbəb olur.  Bu tədbir o zaman daha çox təsirli xa-

rakter daşıyır ki,  yarış şərtlərinə daxil edilsin və bu işə sinfin

fəalları nəzarət etsinlər. 

Sinif kollektivi ilə özünütərbiyə işini təşkil edərkən təkcə

onların


qarşısına

özünütərbiyə

məqsədi

qoymaqla


məhdudlaşmamalı, bu işin səmərəli yollarını tapmaqda da onla-

ra köməklik göstərməlidir. Birinci növbədə şagirdi uzun və ya

qısa müddət ərzində öz üzərində aparacağı işlə əlaqədar vəzifə-

ləri dəqiq müəyyənləşdirməyə,  birinci növbədə özünü-

tərbiyənin həyata keçirəcəyi vəzifələri qeyd etməyə və həmin

işi dönmədən yerinə yetirməyi öyrətmək lazımdır.  Əgər

şagirddə özününəzarət zəifdirsə,  bu keyfiyyəti onda aşılamaq

zəruridir. Çünki o, özünənəzarət edə bilməzsə özünütərbiyə də

istənilən səviyyədə həyata keçə bilməz.  Bu işə kollektivin

dostcasına nəzarəti də köməklik göstərməlidir. 

Heç olmazsa kiçicik bir müvəffəqiyyətin əldə edilməsi

özünütərbiyəni

səmərələşdirmək

üçün


oluqca

böyük


əhəmiyyətə malikdir. Məhz ona görə də ilk dövrlər bu sahədə

kollektivə köməklik göstərmək olduqca vacibdir. 

Kollektivdə özünütərbiyə məsələsi ilə əlaqədar müsbət

ictimai rəyin yaranması da bu işin müvəffəqiyyəti üçün

faydalıdır. 

Nəhayət,  şagirdlərin özünütərbiyəsinə istiqamət verən

müəllimin özünün bu sahədə nümunə göstərməsi, daim özünün

pedaqoji ustalığını və şəxsiyyətini təkmilləşdirməsi həmin işi

müvəffəqiyyətlə yerinə yetirməsinə təkan verir. 

Bütün dediklərimizdən aydın olur ki, müəllim şagirdlərin

özünütərbiyəsinə ciddi rəhbərlik etməlidir.  Bu zaman o dörd


515

vəzifənin həyata keçirilməsinə fikir verməlidir. 



Birinci vəzifə, şagirdlərin özlərində şəxsiyyətin müsbət

keyfiyyətlərini inkişaf etdirmələri və öz davranışındakı bu və

ya digər nöqsanı aradan qaldırmalarına cəhd göstərməyi oyat-

maq (və ya dəyişmək). Əgər belə cəhd yoxdursa bunu misallar

əsasında şagirdə başa salmaq, onlarda inam yaratmaq zəruridir.

İkinci vəzifə,  şagirdin öz şəxsiyyətinə tənqidi yanaş-

masına,  öz davranışının xüsusiyyətlərini təhlil edə bilməsinə, 

öz qüsurlarını göstərməsi və dərk etməsinə köməklik

göstərmək. 



Üçüncü vəzifəmüəllim, tərbiyəçi şagirdin özünütərbiyə

proqramını tərtib etməsinə,  hansı keyfiyyəti inkişaf etdirmək

lazım gəldiyini,  hansıları isə aradan qaldırmağın zəruri

olduğunu müəyyənləşdirməsinə köməklik göstərməlidir. 



Dördüncü vəzifə, müəllim,  tərbiyəçi şagirdləri özünü-

tərbiyənin ən səmərəli,  düşünülmüş yolları,  priyomları ilə

silahlandırmalıdır. 

VI.23.5.Şagirdlərin əxlaq tərbiyəsinin psixoloji

əsasları

Əxlaqi şüur və əxlaqi davranışın formalaşmasının

vəhdəti.  Tərbiyə psixologiyasında diqqəti cəlb edən əsas

məsələlərdən biri şəxsiyyətin əxlaq tərbiyəsi,  onda əxlaqi

sahənin formalaşmasıdır.  Adətən,  məktəblinin tərbiyəsindən

danışarkən

birinci

növbədə


onun

əxlaqi


cəhətdən

formalaşmasına nəzər yetirirlər.  Buna görə də şəxsiyyətin

əxlaqi sahəsinin formalaşmasının psixoloji əsasları ilə tanış

olmaq tərbiyəçi üçün az əhəmiyyətə malik deyildir.

Hamıya məlumdur ki, uşağın düşdüyü yeni şəraitdə necə

davranmasi    üçün onun istinad etməli olacağı geniş əxlaqi

təsəvvürləri, əxlaqi bilik ehtiyatı olmalıdır. Psixoloji tədqiqatlar

nəticəsində müəyyən edilmişdir ki, əxlaqi bilik və anlayışların



516

mənimsənilməsi prosesi mürəkkəb xarakter daşımaqla,  xüsusi

rəhbərlik tələb edir. Təsadüfi hadisələrin, düzgün olmayan mi-

kromühitin,  böyüklərin düzgün olmayan davranışının və s. 

təsiri altında yaranan əxlaqi anlayışlar təhrif olunmuş xarakter

daşıya bilər.  Bu isə səhv davranışa gətirib çıxara bilər.  Ona

görə də  birinci növbədə  əxlaqi təsəvvür, bilik və anlayışların

yaranması qayğısına qalmaq lazımdır.  Lakin təcrübə göstərir

ki,  əxlaqi anlayışların mənimsənilməsi    əxlaqi şüurun

yaranması və inkişafı üçün mühüm rol oynasa da,  öz-

özlüyündə hələ əxlaqi davranışın formalaşmasını təmin edə

bilmir.


Aparılmış

psixoloji

tədqiqatlardan

məktəb



təcrübəsindən aydın olur ki, çox vaxt uşaqlar əxlaq normalarını

yaxşı bildikləri,  onun haqqında geniş biliyə malik olduqları

halda,  öz davranışlarında onlara əməl etmirlər.  Bu isə bəzən

müəllimdə, tərbiyəçidə təəccüb doğurur. Ona görə də şagirdin

necə davranmağı yaxşı bildiyini,  lakin ona əməl etmədiyini

irad tutur, onu danlayırlar. Bunun nəticəsi isə çox vaxt o qədər

də fərəhləndirici olmur.  Əksinə,  bəzən şagirdin özünə inamı

itir,  biliklə əməl arasında əlaqə pozulur,  biliyin tətbiqi üçün

münasib şərait yaranmır.  Bu cəhəti nəzərə alaraq birinci

növbədə müəllim öz şagirdləri üçün yalnız öyüd-nəsihətçi, 

mentor tərbiyəçi olmaqdan uzaqlaşmalı,  onların əldə etdikləri

əxlaqi bilik və təsəvvürləri öz davranışlarına tətbiq etmək mey-

li və adəti yaratmağa çalışmalıdır. Bunu isə yalnız sözlə, verbal

yolla həyata keçirmək mümkün deyildir.  Hər şeydən əvvəl

uşaqdakı əxlaqi bilik və anlayışlar onun inamına çevrilməlidir. 

Psixoloji tədqiqatlar göstərmişdir ki,  şagirdlərdə əxlaqi

bilik və anlayışların inama çevrilməsi üçün həmin bilik və

anlayışların davranış motivləri və onlara uyğun əxlaqi adətlər

sistemində möhkəmləndirilməsi tələb olunur. Necə davranmaq, 

hərəkət etməyi dərk etməklə adət edilmiş davranış arasında

müəyyən ziddiyyət mövcud olur.  Bu ziddiyyəti aradan

qaldırmaq yalnız şagirdlərin müvafiq davranış təcrübəsinə



517

yiyələnməsi nəticəsində mümkün ola bilər. Əxlaqi təcrübəni isə

şagirdlər davranışdakı mümarisələr sayəsində,  başqa sözlə

müəllim tərəfindən uşaqların müxtəlif, lakin mahiyyətcə oxşar

həyati situasiyalarda təşkil olunmuş hərəkət və davranışları

zamanı əldə edirlər.  Psixoloqlar uşaqların bu cür davranış

təcrübəsini,  praktik fəaliyyətini onların emosiyaları ilə

əlaqələndirməyi vacib hesab edirlər.  Bu zaman emosiyalar

vətənpərvərlik

beynəlmiləlçilik, 



humanizm, 

borc, 


məsuliyyət,  yoldaşlıq,  vicdan və s.  kimi əxlaqi hisslərin

formalaşmasına müsbət təsir göstərir. Adətən, əxlaqi hisslərin, 

eləcə də əxlaqi inamın yaranmasına nail olmaq,  həmin

keyfiyyətləri tərbiyə etmək üçün onların şagirdlər tərəfindən

fəaliyyət prosesində mənimsənilməsi və keçirilməsi tələb olu-

nur. Əgər şagird heç olmazsa bircə dəfə yerinə yetirdiyi əxlaqi

hərəkətdən razılıq hissi keçirərsə, sonradan bir daha həmin his-

si halı keçirməyə    can atacaqdır.  Məhz buna görə də müsbət

əxlaqi hissləri tərbiyə etmək üçün elə situasiya yaratmaq

lazımdır ki,  şagird qüvvətli müsbət nümunə ilə qarşılaşsın, 

həmin prosesdə iştirak etsin və müvafiq hisslər keçirə bilsin. 

Bu zaman şagird öz inam və idealı mövqeyindən çıxış edərək  

özünü və bütün ətrafdakıları qiymətləndirməyə başlayır.

Adətən, yüksək əxlaqi keyfiyyətlər insanların cəmiyyətin

məqsədləri ilə müəyyən edilən praktik fəaliyyətlərində

formalaşır.  Fəaliyyət prosesində cəmiyyətin nümunələri, 

idealları təşəkkül tapır.  Yuxarıda qeyd etdiyimiz kimi, 

fəaliyyətin düzgün seçilməsi, müvafiq yaş dövrünə uyğunluğu, 

düzgün

təşkili


tərbiyələndirici

istiqaməti

həlledici

əhəmiyyətə malikdir.  Lakin burada bir cəhəti də unutmaq, 

nəzərə almamaq olmaz. O da tərbiyə edən və tərbiyə olunanın

qarşılıqlı münasibətlərinin xarakterindən ibarətdir.Burada

tərbiyəçinin tərbiyə olunana münasibəti güclü xarici təsir

qüvvəsi kimi özünü göstərir.  Şagirdin xarici təsirlə daxili

aləminin qarşılıqlı əlaqəsini,  ona göstərilən xarici təsirə şəxsi

münasibətinin xarakteri burada mühüm rol oynayır.  Ona görə


518

də şagirdin şəxsi təcrübəsi böyüklərin ondan tələb etdiyi əxlaq

normalarına zidd olarsa,  şagird bu tələbləri formal olaraq

mənimsəyər, ona yalnız müvafiq şəraitdə – böyüklərin nəzarəti

zamanı əməl edər.  Təcrübə göstərir ki,  qarşılıqlı təsir düzgün

qurulmadıqda,  qeyri-uyğun rəhbərlik stili tətbiq olunduqda

bəzən uşaqlar tərbiyəçinin tələblərinə formal şəkildə də tabe

olmur,  özünü ona qarşı qoyur, öz şəxsi əqidəsində qalır.  Belə

olduqda,    adətən,  uşaq

kollektivdən

ayrılır,  özünə

məktəbdənkənar yoldaşlıq mühiti – referent qrup seçir. 

Normal şəraitdə belə şagirdlərin tərbiyəçinin tələblərini

mənimsəməsi, həmin tələblərin onun öz tələblərinə çevrilməsi

birdən-birə baş vermir,  bir sıra mərhələlər keçir.  İlk dövrdə

şagird həmin tələbi xarici,  məcburi tələb kimi qəbul etməli

olur.  Sonra şagird həmin tələbi könüllü olaraq qəbul edir,  öz

vəzifəsini, borcunu dərk edir. Son mərhələdə kənardan verilən

əxlaqi tələb şagirdin özünün şəxsi,  daxili tələbinə çevrilir, 

özünə qarşı həqiqi tələbkarlıq meydana gəlir.



Yüklə 3,93 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin