Azərbaycan döVLƏt neft və SƏnaye universiteti “akademik yazi” kursu üZRƏ MÜhaziRƏ(MƏŞĞƏLƏ): Müəllim: t e. d., Qəhrəman Həsənov



Yüklə 118,27 Kb.
səhifə1/25
tarix11.11.2022
ölçüsü118,27 Kb.
#68523
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   25
C fakepathAKADEM K YAZI mьhazir -az


AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ
AKADEMİK YAZI” KURSU ÜZRƏ MÜHAZİRƏ(MƏŞĞƏLƏ):
Müəllim: t.e.d., Qəhrəman Həsənov


AKADEMIK YAZININ XÜSUSIYYƏTLƏRI. AKADEMIK YAZININ NÖVLƏRI.
Akademik Yazı və digər yazı növləri arasındakı bəzi önəmli fərqlər
Yazı həyatınız boyu müxtəlif situasiyalarda sizdən tələb olunan bacarıqdır. Şəxsi məzmunlu yazışmada - dost-tanışlara ünvanlanan yazının bir xüsusiyyəti ondan ibarətdir ki, bu cür yazı, adətən, qeyri-formal olur. Bu isə o deməkdir ki, burada orfoqrafiya qaydalarını, punktuasiyanı (durğu işarələrinin yerli-yerində işlənməsi) və yaxud qrammatik qaydaları gözləməyə o qədər də ehtiyac yoxdur (hərçənd bunlara əməl etsəniz, oxucunuz sizə minnətdar ola bilər).

  • Qeyri-formal yazı üslubu şəxsi tanışlıqlar üzərində qurulan münasibətlər fonunda olduğundan və siz də yazınızı ünvanladığınız şəxsi tanıdığınızdan, sözləri qısa yaza, hətta dialekt sözlərdən belə istifadə edə bilərsiniz.

Şəxsi məzmunlu yazışmadan fərqli olaraq, akademik yazıda proses xeyli fərqli olur.
Birincisi, burada konkret yazı strukturu tələb olunur. Məsələn, giriş, əsas hissə və nəticə. Bu sadə strukturu bütün akademik yazı formatlarında görmək olar.

  • Akademik yazıda giriş paraqrafı oxucunu mövzunun ümumi xarakteri ilə tanış edir, daha sonra isə müzakirə edilən mövzu yazının əsas hissəsində müzakirə edilir və qiymətləndirilir. Girişdə siz çox qısa və aydın şəkildə, mövzu ilə bağlı mövqeyinizi, məsələyə münasibətinizi bir - iki cümlədə bildirir, daha sonra tutduğunuz mövqeyi yazınızın əsas hissəsində bir neçə paraqrafda işıqlandırır və ya ətraflı şəkildə izah edirsiniz. Nəhayət, son paraqrafda - nəticədə siz qeyd etdiyiniz əsas məqamları, fikirləri yekunlaşdırmalısınız. Əlbəttə ki, bütün məqamları əhatə etməyə də bilərsiniz. Nəticə ilə əlaqəli tövsiyyə xarakterli paraqraf isə yazınızı müraciət edilən mövzu ilə bağlı gələcək fikirlərə yönəltmək, akademik yazı işinizin gələcəkdə daha fərqli aspektlərdə işlənməsi üçün önəmli rol oynayır.

Ümumiyyətlə, bir qayda olaraq, ali təhsil müəssisələrində yazılan akademik işlərdəki formatlara qısaca nəzər salsaq, aydın olur ki, onlar formal struktura riayət edirlər.
Akademik yazı ilə digər yazı janrl arı arasında ikinci fərq isə nəşr edilmiş yazılardan gətirilən sitatlarla bağlıdır.

  • Əgər siz akademik yazıda hər hansı bir arqument irəli sürürsünüzsə, fikrinizi mövzu üzrə yazı nəşr etdirmiş bir və ya bir neçə müəllifin mövqeyi ilə əlaqələndirərək əsaslandırmanız gözlənilir. 1

  • Əslində, digər müəlliflərin işlərindən sitat gətirmək akademik yazının əsas şərtlərindən biridir, çünki bu, sizin mövzu ilə əlaqədar ədəbiyyatı oxuduğunuzu, ideyaları anladığınızı, bu ideyalar və digər müxtəlif perspektivlərdən öz yazı işinizdə istifadə etdiyinizi göstərir.


Yüklə 118,27 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin