Azərbaycan döVLƏt neft və SƏnaye universiteti “akademik yazi” kursu üZRƏ MÜhaziRƏ(MƏŞĞƏLƏ): Müəllim: t e. d., Qəhrəman Həsənov



Yüklə 118,27 Kb.
səhifə9/25
tarix11.11.2022
ölçüsü118,27 Kb.
#68523
növüYazı
1   ...   5   6   7   8   9   10   11   12   ...   25
C fakepathAKADEM K YAZI mьhazir -az

Keçid siqnalları
Keçid siqnalları, məsələn, birincisi, nəhayət, nəticədə kimi ifadələr və ya bununla belə, digər tərəfdən, nəticəsi olaraq kimi söz birləşmələridirlər. Digər söz növləri - məsələn, subordinatorlar - asılı sözlər (andə-əndə, baxmayaraq ki) və koordinatorlar - bağlayıcı sözlər (və, lakin) keçid siqnalları hesab olunurlar.
Keçid siqnalları yol hərəkəti işarələri kimidir; onlar sizə nə zaman irəli gedəcəyinizi, dönəcəyinizi, sürəti azaldacağınızı və dayanacağınızı deyir. Başqa sözlə desək, onlar sizin oxucunuza oxşar ideya (eynilə, və, üstəlik), zidd fikir (digər tərəfdən, lakin, əksinə olaraq), nümunə (məsələn, misal üçün), nəticə (buna görə də, nəticə olaraq) söylədiyinizi çatdırır.
Keçid siqnalları paraqrafa axıcılıq verir, çünki onlar sizin oxucunuzu bir ideyadan digərinə yönəldir.
Keçid siqnallarını işlətməkdən və əsas isim və əvəzlikləri təkrarlamaqdan əlavə, axıcılığı əldə etmənin dördüncü yolu cümlələrinizi müəyyən məntiqi ardıcıllıqla düzməkdir.
Hansısa bir məntiqi ardıcıllığı digərindən üstün tutmanız, əlbəttə ki, mövzunuzdan və məqsədinizdən asılı olacaq. Siz hətta bir paraqraf daxilində iki və daha çox müxtəlif məntiqi ardıcıllıqları birləşdirə bilərsiniz. Bu zaman unutmaq olmaz ki, ideyalarınızı Azərbaycan dilinin yazı üslubuna öyrəşmiş oxucuya uyğun olacaq müəyyən bir məntiqi ardıcıllıqda qurmalısınız.
Məntiqi ardıcıllığın bəzi ümumi növləri xronoloji ardıcıllıq, ideyaların məntiqi bölgüsümüqayisə/qarşılaşdırmadır.

  • Xronoloji ardıcıllıq zamana əsaslanır - bir prosesdə hadisələrin və ya addımların ardıcıllığı vacibdir.

  • İdeyaların məntiqi bölgüsündə, bir mövzu hissələrə bölünür və hər bir hissə ayrı-ayrılıqda müzakirə olunur.

  • Müqayisə/qarşılaşdırma - paraqrafda iki və daha çox obyekt arasındakı oxşarlıqlar və yaxud fərqlər müzakirə olunur.

Metodologiya
Metodologiyanız barədə yazarkən aşağıdakılara riayət etmək lazımdır:

  • Tədqiqat işinizi araşdırarkən və inkişaf etdirərkən hansı metodlardan istifadə

etməyi planlaşdırdığınızı izah edin.

  • Təsviri yazı yanaşmasından istifadə edin. Məlumatı əldə etmək üçün hansı

tədqiqat metodlarından istifadə etdiyiniz barədə söhbət açmağınız önəmlidir.

  • Sorğu kağızlarını, müsahibə stenoqramalarını və digər məlumatları bura daxil

etməyin. Onları tədqiqat işinizin əlavəsinə daxil edəcəksiniz.
Nəticə
İstənilən yazı formasında nəticə mühüm hissədir. Çox vaxt qısaca nəticəyə baxmaqla, hər hansı yazı haqda yaxşı təsəvvür əldə etmək olar. Bununla belə, nəticə yazmaq kifayət qədər çətin işdir, çünki söyləməyə maraqlı və ya faydalı bir söz tapmaq çox zaman müşkül olur. Nəticə cəlbedici və maraqlı olmalıdır. Nəticə akademik yazıların, adətən, iki funksiya daşıyan daha qısaldılmış variantlarıdır. Birinci funksiya - yazıda əhatə olunan əsas məqamları yekunlaşdırmaq və bir yerə toplamaq. Buna həm də "geriyə baxma” deyirlər; ikinci funksiya isə əsas hissədə qoyulan məsələ ilə bağlı son şərhləri və mühakimələri verməkdir. Son şərhlərə elmi işi təkmilləşdirmək üçün təkliflər etmək və gələcək istiqamətlərə fokuslanmaq daxil edilə bilər.
Elmi yazı işi və tədqiqat işlərində nəticə, adətən, daha mürəkkəb olur və buraya tapıntıların əhəmiyyəti və gələcək iş üçün tövsiyyələr daxildir. Elmi işin və ümumi nəticələrin müzakirə bölməsində əhatə olunduğu tədqiqat məqalələrində nəticənin olması istəyə bağlıdır. Bununla belə, dissertasiya kimi elmi işlərdə nəticənin olması gözləniləndir.

Yüklə 118,27 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin