Müəllif ideyalarını öz sözlərinizlə demək metodları Başqalarının ideyalarını öz sözlərinizlə parafraz etmə bacarığını inkişaf etdirmək üçün ən yaxşı yol akademik yazıda işlədə biləcəyiniz söz bazanızı inkişaf etdirməkdir. Bunlara müxtəlif qruplara bölünmüş fellər siyahısı daxildir və bu fellər yazınıza inteqrasiya edilə bilər. Bu sözlər müəllifin ideyalarını yekunlaşdırmaqda və digər müəlliflərin də sözlərini lazımi şəkildə parafraz etməkdə sizə yardımçı ola bilər. Bu siyahıdakı fellər qrupuna öz sözlərinizi də əlavə edə bilərsiniz: şərh vermək, qeyd etmək, işarə etmək, istinad etmək, nəql etmək; fərz etmək, xəbər vermək, nəzəriyyələşdirmək, konseptuallaşdırmaq, anlamaq, nümayiş etdirmək, və s. Daha geniş siyahı üçün Əlavə 2-yə baxa bilərsiniz. Cümlənin quruluş və formasını dəyişmək Akademik söz bazanızı möhkəmləndirməkdən savayı, müəllifin versiyası ilə sizin versiyanız arasında fərq yaratmağın digər yolu isə məlumatı təqdim etmə strukturunu dəyişmək ola bilər. Aşağıdakı strategiyalar cümlə strukturlarını dəyişməyin müxtəlif metodlarını müəyyənləşdirir. Müəllifə istinad edərək, məlumatı yenidən ifadə edin. Misal: Əliyarlı (1992) vurğulayır ki...
Əliyarlıya görə (1992); Əliyarlının da vurğuladığı kimi (1992). Cümlənin əvvəlində, ortasında və ya sonunda müəllifi göstərin. Nümunə: İsmayıllının (1990) müəyyənləşdirdiyi kimi, sosial dinamikaya bunlar daxildir; Sosial dinamikaya İsmayıllının (1990) müəyyənləşdirdiyi kimi, ... daxildir; Sosial dinamikaya bunlar daxildir: ... (İsmayıllı, 1990).
Aşağıdakı cümləyə başlamaq üçün istifadə edilən ifadələrlə ideyanı yenidən formalaşdırmağa çalışın:
Bu konsepsiya ... haqqındadır. Bu ideya ... mövzusunda qurulmuşdur. Bu mövzu ... fokuslanmışdır, işıqlandırmışdır. Bu, o deməkdir ki. Bu, ondan ibarətdir ki Bu, onu ehtiva edir ki. Bu fikirdəki ana xətt.. Bu fikri vurğulayan əsas məqam. Bu, . xidmət edir. Bu, . fəaliyyətinə xidmət edir. Hadisələrin və ya bəndlərin ardıcıllığını, sırasını dəyişin.
İdeyaları fərqli yollarla demək üçün tezarusun - sinonimlərin köməyindən istifadə edə bilərsiniz.
Cümləyə başlamaq, eləcə də, eyni bir cümlə daxilində fərqli fikirləri bir- birilə əlaqələndirmək üçün müxtəlif bağlayıcı sözlər və frazalardan istifadə edin. Aşağıdakı nümunələrə nəzər salın.