AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ “AKADEMİK YAZI”KURSU ÜZRƏ MÜHAZİRƏ(MƏŞĞƏLƏ): Müəllim: t.e.d., Qəhrəman Həsənov AKADEMİK YAZININ REDAKTƏSİ. BİBLİOQRAFİYA. MƏQALƏNİN KRİTİK OXUNMASI - MƏQALƏYƏ RƏY VERİLMƏSİ Bir çox tələbələr nəşr edilmiş mətni (latınса sacralis - müqəddəs) az qala müqəddəs hesab edirlər. Hovard Bekker tələbə qrupunda həmkarının mətnini redaktə etmək barədə öz təcrübəsindən danışarkən gördü ki, tələbələri hansısa müəllifin mətnini redaktə edərkən çox həyacan keçirir, başqa müəllifin mətninin redaktə edilməsinə mümkün olmayan bir hal kimi yanaşır və onu dəyişməyin mümkünsüz olduğunu qeyd edirlər. Bununla yanaşı həm bədii, həm publisistik və elmi mətnlər dəfələrlə redaktə edilərək yazılırlar. Ernest Himenquey "Əlvida silah" romanın sonuncu səhifəsini onu tam qaneə edənə qədər 39 dəfə yenidən yazmışdır. Elmi mətnin tam aydın olması, fikr yaratması üçün, müəlliflər onların üzərində səylə işləyir, təzədən oxuyur və yenidə yazır, bundan sonra isə mətni rəyçi və nəşrin redaktoru oxuyurlar. Düzdür, bu cür yanaşma bir çox yerli, xüsusilədə yeni başlayan müəlliflər üçün demək olarki mümkünsüz bir hal kimi baxılmalıdır. Yalnız sosial və humanitar elmlər üzrə nadir nəşrlərdə müstəqil rəyçilər cəlb olunur. Təhsil esselərinin böyük qismi isə yenidən işlənilmir, onlar birdəfəlik təhvil verilirlər. Yeri gəlmişkən, Bekker akademik məktub mədəniyyətinin inkişafı üçün məhz bu məqamı maneə kimi göstərir. Əsas səhvlər leksiki, üslubi və sintaktik nitqə aiddir ki, onlarda nitqin aydınlığının, dəqiqliyinin pozulmasına gətirib çıxarır (tavtalogiya, pleonazm, alqolizm ). Nitq səhvləri — ədəbi dil normalarından özünü döğrultmayan kənaraçıxma hallarıdır. Leksik səhvlər – sözlərin onlara xas olmayan məzmunda istifadə edilməsilə əlaqədar mətnin və nitqin keyfiyyətinə təsir edir. Şifahi və yazılı nitqdə artıq sözlər müəllifin etinasızlığı və laqeydliyini göstərməklə yanaşı həm də onun qoyulan məsələnin mahiyyətindən tam təsəvvürə malik olmamasına dəlalət edir. Danışıq nitqini ağırlaşdıran məzələlərdən biridə tavtalogiyaya yol verilməsidir. Tavtalogiya – mənaca yaxın olan sözlərin cümlədə təkrarıdır. Pleonazm – nitqdə mahiyyəti üzrə bir birinə yaxın olan sözlərdən istifadədir (məsələn “aşağı düşüb”, "dili ilə yaladı", "əsas mahiyyəti" və s.). Cümlədə ağırlaşdırıcı sözlərin istifadəsinin əksinə olaraq onlardan yerində istifadə edilməməsi bəzən cümlədə fikir natamlığına, çatışmamaqlığa səbəb olur. Bu kimi hallar müəllifin bir köklü sözlərin (paronim) mənasını düzgün ifadə etmədikdə baş verir. Ona görədə akademik janrlarda işləmək vərdişlərini və lüğət mədəniyyətini inkişaf etdirmək üçün lüğət və digər məlumat mənbələrinə müraciət etmək lazımdır. Alqolizm-məntiqi səhvdir. Bu cür hallara məntiqi əlaqələr, məntiq qayda və qanunlar pozularkən rast gəlinir. Sintaktik səhvlərə söz strukturunda rast gəlinir. Bunlar mübtəda və xəbər arasında əlaqələrin pozulması, söz ardıcılığı və s. əlaqədardır. Üslubi səhvlər – müxtəlif çalara malik, əsasalandırılmamış sözlərdən istifadə zamanı meydana gəlir.