Konferensiya Konferensiyada çıxışlara adətən 20 dəqiqə vaxt ayrıır. Bu vaxt başa çatmış problemi və onun mühüm məqamlarını işıqlandırmaq üçün optimal hesab edilir. Təqdimat hazırlıqlı dinləyiciyə hesablanıb. Mövzunun xırdalanma dərəcəsi onu başa düşə biləcək dinləyicilərin sayndan asılı olmalıdır. Təqdim edilən slaydları auditoryanın heç olmazsa ən azı yarısının başa düşməsi arzuolunandır. Təqdimat ərzində sizin fərdiliyinizi qeyd edə biləcək bir-iki zarafat yerinə düşərdi. Dizayn ciddi olmalı və diqqəti işin mahiyyətindən yayaındırmmalıdır. Seminarda çıxış Təqdimat üslubu sizə nə qədər vaxt ayrılmasından asılıdır. Bu konferensiya və tərəfdaş qarşısında olan çıxış arasıda ortaq bir şeydir. Sizin məqsədiniz təqdimatın auditorya tərəfindən tam başa düşülməsidir. Ona görədə təqdimat kütləvilikdən daha mürəkkəb texniki xardalıqlara qədər rəvan keçidlə təmin edilməlidir.Dizayn ciddi olmalı və diqqəti işin mahiyyətindən yayaındırmmalıdır.
Mühazirə Saat yarım çıxış edən şəxs bu halda daha geniş imkanlara malikdir və mövzunu tam açmaq üçün müxtəliv vasitələrdən istifadə edə bilər. Anca bu qədər müddət ərzində dinləyicilərin diqqətini saxlamaq olduqca mürəkkəbdir. Dinləyicilərin maraqlarını itirməmək əvvəlcə toxunulan məsələnin nə üçün lazım olduğu onlara çatdırılmalı, istifadə sahələri haqqında qısada olsa məlumat verilməlidir. Dizayn ciddi olmalı və diqqəti işin mahiyyətindən yayaındırmmalıdır. Tövsiyyələr Əgər çıxış edən auditoriya qarşısında özünü inamsız hiss edirsinizsə onda mətn yazılmaı və əzbərdən öyrənilməlidir.Səhifə yarım materialın çıxışı təxminən 7 dəqiqə çəkir (format А4, keql 12 р1). Səliqəli olmağın mənası var. Səliqəsiz slaydlar şübhə doğurur və məruzəçinin işə ciddi yanaşmadığına dəlalət edir. Titul səhifəsində mövzu və müəllif haqqında məlumat olmalıdır. Müdafiə zamanı elmi rəhbərin adı və familiyası təşkilatın adı göstərilməlidir. Konferensiyalarda konferensiyanın adı və vaxtı göstərilməlidir. Bu həmkarlar arasında informasiya mübadiləsi olduqda və təqdimat İnternetə qoyulduqda əlavə şərhə ehtiyac olmaması üçün edilir. Optimal slaydların sayı 6-11 arasında olmalıdır. Mətnin böyük həcmi və kiçik şrift təqdimatın qavranmasını ağırlaşdırır. Digər tərəfdan mətnin azlığı təqdimatın səthi və pis hazıralnamsı təsərruatını yaradır. Ən geniş yayılmış səhv slaydı sözbəsöz oxumaqdır. Yaxı hal slayda materialın ətraflı təqdim edilməsi, müəllifin isə onun mahiyyətin izah etməsidir. Slayddakı məlumat nitqdən fərqli olaraq cidi və əliqəli olmalıdır. Formulaları sözlə ifadə etməyə ehtiyac yoxdur. Bu yalnız seminar və mühazirələr zamanı dinləyicilər eyni zamanda konspekt tutarkən edilir. Müdafiə və konfrans zamanı onları səsləndirmək yersizdir. Bir slaydan digərinə keçid 1-2 dəqiqə ərzində, mühazirələr zamanı isə 5 dəqiqəyə qədər. Qısa çıxışlarda 1-2 slayddan istifadə edilməsinə yol verilir. Dinləyicilər həm slayddan həmdə eşitdiklərindən məlumatı mənimsəmək imkanına malik olmalıdırlar. Slaydlarda əsas məlumatların üstündə mümükün qədər dayanmaq olar. Qrafikli salaydları üstündən tez keçmək olar. Cədvəllər üzərində dayanarkən sətir və sütünların müvafiq olaraq nəyə uyğun olduğunu göstərmək lazımdır. Məruzənin əsas ideyasını başa düşmək üçün lazım olan işarə və anlayışları daxil edin. İstənilən işarəyə onun istifadəsinə qədər izahat vermək lazımdır. İzahları mümkün qədər qısa və dolğun vermək lazımdır. Ağır ifadələri mümkün qədər sadələşdirmək lazımdır. Qısa çıxışlarda eyni fikri müxtəlif sözlərlə ifadə etmək vaxta qənaət nöqteyi nəzərindən məqsədəuyğun deyildir. Mühazirələrdə əksinə olaraq deyilən mühüm fikirlərə yenidən qayıtmaq, onlara digər nöqteyi nəzərdən baxmaq alqışlanır. Başa düşülməyən ifadələri təqdimatdan çıxarmaq lazımdır. Hər bir cümlə ondan sonra gələn cümlələrlə məntiqi olaraq əlaqəli olmalı, əsl iki-üç qiymətli fikir tam və aydın formada auditoriyaya çatdırılmalıdır. Onda çıxışı bütöv olacaq və yaxşı təsir buraxacaqdır. Nəticələr olan slaydı səsləndirmək lazım deyildir. Əksinə seminar və mühazirələrdə nəticələr dəqiq ifadə edilməlidir. Təqdimatın davam etmə vaxtı və hazırlıq dərəcəsi təqdimat üçün ona veriləcək vaxtı müəyyənləşdirir. Elə fikirləşmək lazım deyildir ki, təqdimata üç saat vaxt sərf edilərsə o yaxşı çıxış olacaqdır. İnsan təfəkkürü irearxikdir.Mövzunu başa düşməyə cəhd edərkən o bir neçə ideyanı başlıca məqamı ayırır (real olaraq 3-4). Onalrın hər birini dərindən qavramaq üçün onları dah sadə hissələrə bölür, bölünmüşləri dahada sadə hissələrə və s. Aydın ifadə etmənin bir çox prinsipləri ona istiqamətlənib ki, bu irearxiyanı aşkar formada dinləyicilərə çatdırmaq mümükün olsun. Bu müxtəlif texniki qaydalarla təmin edilir: Birinci slaydda məruzənin adı başlıca ideyanı əks etdirməli, yəni irearxiyanın zirvəsinə uyğun olmalıdır. Çıxışın başlanğıcında məruzənin mahiyyətini çatdırmaq lazımdır. Optimal olaraq iki-üç cümlə ilə, hər birində təxminən üç alt maddə olmaqla. İşin bu cür qurluşu iki yuxarı səviyyəyəə uyğundur. Əgər çıxış qısadırsa, yalınız ən yüksək səviyyədən danışılır. Çıxışların ən mürəkkəb hissələri yaxşı olardıki, addım addım mərhələlərə bölüb təqdim edilsin. Məsələn “təklif olunana üsul üç adla yerinə yetirilə bilər”. və s. Əgər bu ifadələrdən istifadə edilməzsə çıxışı qavramaq çətin olacaqdır.
Çıxış zamanə bir neçə dəfə «əsas ideya ondan ibarətdir ki” ifadələrini təkrar etmək olar.
Yuxarı səviyyəli ideyalar mütləq slaydda təqim edilməli sözlə deyilməlidir. Əgər slaydda hər hansı ideya üzərindən tez keçilirsə bu onun ikinci dərəcəli əhəmiyyətiə malik olduğunu göstərir.
Çıxış zaman bir neçə dəfə «əsas ideya ondan ibarətdirki” ifadəsini işlətmək olar Anca bu ifadədən sui istifadə etmək də məsləhət görülmür.
Slaydda ən vacib sözləri və hissələri rəngləməklə fərqləndirmək olar.
Söz və slaydlar üst-üstə düşməməlidirlər, onda təqdimat “həcmli” alınır. Slaydlar daha çox texniki xarakterli məlumatlara malik olmalıdırlar (cədvəl, qrafiklər, sxemlər və s.).
Təqdimat hazırlanması mərhələləri:
1. Birinci və ikinci səviyyəli təqdimat, əsas ideyaların ayrılması, planının tərtib edilməsi.
Elmi təqdimatın quruluşu təxminən elmi məqalələnin quruluşu kimidir:
Məsələnin qoyuluşu;
Əvvəllər məlum olan nəticələr və problemlər;
Qərarın keyfiyyətini qiymətləndirmək üçün nəzərdə tutulmuş meyarlar;
İşin məqsədi;
Müəllifin əsas nəticələri;
Şərait və eksperimentlərin nəticələri;
Sonuncu slaydda - əsas nəticələrin təqdimi.
2. Hər bir slayd fikirləşilərək hazırlanmalıdır (ilk olaraq onları kağız üzərində olar), bu zaman aşağıdakı suallara cavab vermək vacibdir:
Bu slaydın ideyası təqdimatın əsas qayəsini necə açıqlayır?
Slaydda nə təqdim olunacaq?
Slaydda nədən danışılacaq?
Növbəti slayda keçid necə olacaq?
3. Aşağıda sadalanan sistemlərin köməyi ilə təqdimatın hazırlanması.
MS PowerPoint Təqdimat üçün ən çox edilən seçimdir. Əgər slaydda ifadələr (formullar) çoxdursa onları tam MS Word vasitəsilə yığmaq lazımdır. Əsas şrift Arial və ya ona oxşar olmalıdır. Buzim universitetdə Times Neü Romandan istifadə etmək tövsiyyə edilir. Ciddi elmi təqdimatlarda animasiyadan istifadə məsləhət görülmür. MS Word MS Word işə yarayır. Şriftin ölçüsü 25 olması tövsiyyə edilir. Hazır təqdimatı PDF formatda göstərmək məqsədəuyğundur.