7) İcmalda istifadə olunmuş ədəbiyyat sahəsində rast gəlinən bütün süjetlərə eyni dərəcədə ətraflı baxmaq lazım deyil – bibaşa sizin mövzuya aid olnlara diqqətiyönəltmək lazımdır.
8) Mətnin istinadlarına xüsusi diqqət yetirmək lazımdır. Özgələrinin nəşr edilmiş mətnlərindən istifadə Mülki Məcələ (Müəlliflik hüququ) ilə tənzimlənir. Müəllifin razılığı olmadan, ancaq onun mütləq adını göstərməklə mənbədən istifadəyə icazə verilir. İcmalda, eləcədə digər müəllif mətnlərində dırnaq işarəsiz və dəqiq göstərilmədən fikir ifadə hissələrindən istifadə qəti qadağandır. İcmalı şərh edilən işin terminalogiyasını gözləməklə ən yaxşısı “öz sözlərinlə” yazmaqdır. Birbaşa istina icmalın 5-10 % mətnindən çox olmamalıdır. Öz mətnində birbaşa istinad norması bir müəllif üçün 300 hərifdən (50-60 söz) çox olmamalıdır.İcmal mütləq qısa nəticələrlə qurtarmalıdır.
9) İstifadə edilmiş ədəbiyyatın siyahısı sonda verilməlidir və müvafiq tələblərə cavab verməlidir.
AZƏRBAYCAN DÖVLƏT NEFT VƏ SƏNAYE UNİVERSİTETİ “AKADEMİK YAZI” KURSU ÜZRƏ MÜHAZİRƏ(MƏŞĞƏLƏ): Müəllim: t.e.d., Qəhrəman Həsənov
ELMİ TƏDQİQAT HAQQINDA TƏQDİMATLARIN HAZIRLANMASI Təqdimatlar Təqdimatın hazırlanmasına başlamazdan əvvəl məqsədli auditoriya və çıxış müddəti müəyyən edilməlidir. Təqdimatın necə qurulması ondan asılı olacaq. Ən tipik xüsusi halları nəzərdən keçirək. Dissertasiya işinin müdafiəsi Bu ən qısa təqdimatlardandır, 5-10 dəqiqə. Məsələnin qoyuluşu və alınan nəticəlrin sadalanması üzərində diqqəti cəmləşdirmək lazımdır. Attestasiya komissiyasına qoyulan problemin mürəkkəbliyi aydın olmalıdır. Sizin onun üzərində səylə çalışmısınız və nəyisə yaxşılaşdıra bilmisiniz komissiya üzvlərinə çatdırılmalıdır.. Komissiya üzvləri sizin problem və onun terminalogiyasına yaxşı bələd olmaya bilərlər. Ona görədə texniki xırdalıqlar üzərində dayanmaq lazım deyildir. Bununla yanaşı slaydlarda bu texniki xırdalıqlar kifayət qədər mürəkkəb ifadə, cədvəl və qrafiklər formasında göstərilə bilər. Müzakirə etdiyiniz fraqmentləri rəngli və yaxudda yağlı şriftlərlə qeyd etmək məsləhət görülür. Əgər kimdəsə onlar maraq doğurarsa onda həmin məsələlər üzrə suallar verəcəkdir. Təqdimatda işin şəxsən müəllif tərəfindən təklif edildiyi qeyd edilməlidir. Digər tərəfdən öz şəsiyyətini həddən ziyada qabartmaqda tövsiyyə edilmir. Ciddi üslub və anlaşıqlı nitq alqışlanır. Adətə fəlsəfə doktoru dissertasiyası 15-20, doktorluq dissertasiyası 35-40, magistr dissertasiyası isə 10 dəqqə çəkir. Müdafiə səviyyəsi yüksək randa olduqca mövzunun aktuallığınada tələbat o qədər yüksək olur.