Azərbaycan döVLƏt neft və SƏnaye universiteti “akademik yazi” kursu üZRƏ MÜhaziRƏ(MƏŞĞƏLƏ): Müəllim: t e. d., Qəhrəman Həsənov


Üçüncüsü, akdemik yazıda siz hər zaman orfoqrafiya qaydalarına, punktuasiyaya və qrammatik standartlara



Yüklə 118,27 Kb.
səhifə2/25
tarix11.11.2022
ölçüsü118,27 Kb.
#68523
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   25
C fakepathAKADEM K YAZI mьhazir -az

Üçüncüsü, akdemik yazıda siz hər zaman orfoqrafiya qaydalarına, punktuasiyaya və qrammatik standartlara əməl etməlisiniz. Çünki dostunuzdan fərqli olaraq, oxucunuz böyük ehtimal ki, sizdən fərqli bir şəxsdir və sizin nəyə işarə etdiyinizi heç də hər zaman bilməyə bilər. Bu səbəbdən də, fikirlərinizi yazıda aydın ifadə etməniz çox önəmlidir. Düşüncənin ifadə olunmasında fikir aydınlığını qoruyub saxlamaq və ikimənalılıqdan uzaq olmaq üçün punktuasiya, eyni zamanda qrammatik qaydalar akademik yazıda böyük önəm daşıyır.
Ənənəvi olaraq, akademik mövzular konkret və fiziki forması olmayan ideya və anlayışlar kimi mücərrəd məfhumlara əsaslanmışdır.
Bir sıra akademik mövzuların mücərrəd strukturuna baxmayaraq, siz yenə də konkret sözlərdən istifadə etməklə, mücərrəd ideyaları və onlar arasındakı münasibətləri izah edə bilərsiniz. Adətən, akademik yazı sizdən mücərrəd ifadələri və onların komponentlərini, onların digər mücərrəd ifadələrlə əlaqəsini aydın təsvir etməyi tələb edir. Hətta iqtisadiyyat, kompüter elmləri kimi praktik yönümlü fənlər belə, akademik öyrənmə və praktikada sizdən proses və hadisələrin təməlində duran müxtəlif nəzəriyyələrə, anlayışlara və digər mücərrəd ideyalara baş vurmağınızı tələb edəcək. Buna görə də, akademik yazının mahiyyəti də bir çox praktik və sosial yönümlü yazı işlərindən fərqlənir. Bu, ona görədir ki, akademik yazı tapşırıqları sizdən onların mahiyyətində duran, hadisələrin təməlində yatan prinsip, nəzəriyyə və anlayışlara baxmağı tələb edir.
Bəhs etdiyimiz bu giriş böl məsini yekunlaşdıraraq qeyd edirik ki, akademik yazı öz qayda və təcrübələrini diqtə edən xüsusi bir yazı janrıdır.

  • Yazı işləri sizi daha fəal öyrənməyə təşviq edir.

  • Onlar sizin bilik və anlayışınızı, o cümlədən mühakimə etmək və akademik şəkildə yazmaq bacarığınızı oxucunuza nümayiş etdirmək üçün bir vasitədir.

Lakin ...

  • Akademik yazı işləri son dəqiqədə icra edilməli tapşırıqlar deyil.

  • Onlar düşünmə və planlaşdırma tələb edir.

  • Onlar sizə əsasən, ədəbiyyata əsaslanaraq və ondan istiqamət götürərək, öz rəylərinizi formalaşdırmağa imkan verir.

  • Onlar həmçinin, sizdən öz fikirlərinizi aydın şəkildə təqdim edə biləcəyiniz arqumentlərə çevirməyi tələb edir.

  • Eyni zamanda, onlar sizdən cümlələrinizin mümkün qədər aydın yazıldığına əmin olmağınızı tələb edir, çünki yazı dili asanlıqla yanlış anlaşılmaya səbəb ola bilir.

Nəhayət, yazı işləri sizə düşünmə, yazma və qiymətləndirmə bacarıqlarınızı gücləndirmək imkanı yaradır.
1. Akademik Yazı Növlərinin Quruluşu:
Ön hissə

  • Titul vərəqi

  • Mündəricat

  • yazının strukturunu əks etdirir

  • məntiqi ardıcıllığı və problemin təhlilindəki bölgüləri göstərir

  • yazıdakı fəsilləri və onlara aid hissələri əks etdirir

  • Minnətdarlıq yazısı (akademik işin yazılmasında köməklik göstərən şəxslərə minnətdarlıq)

  • Abstrakt

  • Xülasə

  1. elmi yazı işinizdəki əsas fikir və tapıntıları çatdırır;

  2. onları qısa və yığcam şəkildə ifadə edir:

Yazının əsas hissəsi

  • Giriş

  • Tədqiqatın məqsədi və obyekti haqqında ətraflı məlumat verir;

  • Problemi və ya vəziyyəti təhlil edir;

  • Mövcud tədqiqatları təhlil edir. Boşluqlar qeyd olunur;

  • Tədqiqat sualı qeyd olunur;

  • Tədqiqat metodu göstərilir;

  • Tədqiqatın çətinliklərini və imkanlarını ifadə edir;

  • Lazım gəldikdə, mövzuya dair tarixi məlumat verilir.

  • Fəsillər - arqumentlər və əsaslandırmalar:

  • Mövzu fəsillərə və yarım-fəsillərə bölünməlidir.

  • Arqumentlərinizin məntiqi ardıcıllığı gözlənilməlidir.

  • Əsaslandırma olaraq cədvəl və diaqramlar qoyulmalı və izah edilməlidir.

  • Hər bir cədvəl və ya diaqram nömrələnməlidir. Məsələn: Cədvəl 1 və s.

  • Bir hissədən digərinə keçid olmalıdır.

  • Hər bir hissənin sonunda əhatə olunan mövzuya dair 1 -2 cümlə ilə nəticə göstərilməlidir.

Yekun Hissə

  • Nəticə və tövsiyyələr

  • Əsas hissədə təhlil olunan fikirlər ümumiləşdirilir.

  • Arqumentlərə əsasən hansı addımıların atılmasının zəruri olması haqqında tövsiyyələr edilir.

Akademik Yazıya əlavələr

  • Mənbələr - istifadə olunan resurslar, kitablar, məqalələr və s.

  • Qoşmalar - əlavə statistik məlumat, qrafiklər, diaqramlar, xəritələr və s.




Yüklə 118,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin