Bütövlük Yaxşı paraqrafın vacib atributu bütövlükdür. Bütövlük o deməkdir ki, paraqraf əvvəldən sonadək bir və yalnız bir ideyanı müzakirə edir. Məsələn, əgər sizin yazdığınız paraqraf orta ölçülü bir maşına sahiblənməyin üstünlükləri ilə bağlıdırsa, müzakirəni yalnız o üzrə aparın. Çatışmazlıqlardan danışmayın. Həmçinin, hər paraqrafda yalnız bir üstünlükdən danışın, məsələn, benzinə qənaətdən. Əgər siz bir başqa üstünlükdən söhbət açsanız, yeni paraqrafa keçin. Bəzən bir paraqrafda eyni ideyanın bir neçə aspektini (bir şərtlə ki, onlarbir-birilə əlaqələndirilmiş olsun) müzakirə etmək olur. Misal üçün, eyni bir paraqrafda siz benzinə qənaətdən və az miqdarlı təmir xərclərindən danışa bilərsiniz, çünki bu fikirlər bir-birilə çox bağlıdır. Lakin siz eyni paraqrafda qaza qənaətlə daha asan maşın saxlama yerindən bəhs edə bilməyəcəksiniz, çünki onlar sıx əlaqəli fikirlər deyillər. Bütövlüyün ikinci əlaməti hər bir yardımçı cümlənin əsas ideyanı izah etməli olmasındadır. Məsələn, ABŞ-da reseptli dərmanların yüksək xərcləri barədə danışdıqda, siz alternativ olaraq, o dərmanları ABŞ-dan kənar apteklərdən almağı qeyd edə bilərsiniz. Lakin əgər siz ABŞ-dan kənarda dərman almaq barədə bir neçə cümlə yazırsınızsa, siz mövzudan yayınırsınız və sizin paraqrafınızda bütövlük alınmayacaq. Axıcılıq Yaxşı paraqrafın başqa bir elementi axıcılıqdır (latınca coherence). “Cohere”sözü latın sözü olub "tutarlı olmaq” deməkdir. Yazıda axıcılıq üçün cümlələr bir-birilə əlaqəli olmalıdır; bu, o deməkdir ki, bir cümlədən digərinə keçid məntiqi və axıcı olmalıdır.Heç bir ani keçidlərə yol verilməməlidir.Hər bir cümlə növbəti cümləyə doğru rahatca axmalıdır. Axıcılığı təmin etməyin dörd yolu vardır: Əsas isimləri təkrar edin.
Ardıcıl olaraq əvəzliklərdən istifadə edin.
İdeyaları əlaqələndirmək üçün keçid siqnallarından istifadə edin.
İdeyalarınızı məntiqi ardıcıllıqda düzün.
Axıcılığı təmin etməyin ən asan yolu paraqrafınızda əsas isimlərdən vaxtaşırı istifadə etməyinizdir. Əvəzliklərdən istifadə edərkən, əmin olun ki, paraqrafınızda eyni şəxs və kəmiyyəti (tək, cəm) işlədirsiniz. Siz-dən o-ya (şəxsin dəyişdirilməsi) və ya o-dan onlar-a (kəmiyyətin dəyişdirilməsi) keçməyin.