Altı və daha çox həmmüəllifin işlərində isə, gətirilən ilk istinad da daxil olmaqla, bütün istinadlarda ilk müəllifin soyadını və ardınca "digərləri” sözünü əlavə edin
Altı və daha çox həmmüəllifin işlərində isə, gətirilən ilk istinad da daxil olmaqla, bütün istinadlarda ilk müəllifin soyadını və ardınca "digərləri” sözünü əlavə edin. • İkinci dərəcəli istinadetmədə isə - sizin istifadə etdiyiniz mənbədə bir başqasının yazısına istinad edilmişdir və siz də bu işi öz yazınıza daxil etmək istədikdə və orijinal sənədə çıxışınız olmadığı təqdirdə, həm ilkin mənbəni, həm də çıxışınız olan mənbəni qeyd etməlisiniz. Hər iki mənbəyə istinad edərkən, ikinci dərəcəli mənbədən əvvəl "...-də istinad edildiyi kimi” yazın. Nümunə
Rixterin (1984, Smisdə istinad edildiyi kimi, 2003) araşdırması kommersiya mexanizmlərinin başa düşülməsi üçün biznes modellərinin təkliflərini işıqlandırır. Yazının sonunda istinad etdiyiniz siyahıda yalnız çıxışınız olan mənbələrin detallarını yerləşdirin. Yuxarıdakı Smis misalında olduğu kimi. • Bəzən isə belə də ola bilər - müəlliminiz, yaxud iş yerinizdəki ekspert elmi yazı işiniz ilə bağlı müəyyən fikirlər irəli sürür. Bu ünsiyyət üzbəüz, elektron poçt vasitəsilə və ya telefon söhbəti şəklində ola bilər. Belə olan halda, siz sözügedən məlumatı akademik yazı işinizə şəxsi ünsiyyət kimi daxil edə bilərsiniz, lakin bu məlumata yalnız zəruri hallarda istinad etməyə çalışın. Nümunə
Eyni zamanda, hüquq firması olan Koul və Mor da cinayət hüququnu tətbiq edir (R. J. Mor, şəxsi ünsiyyət, dekabr 14, 2005). Burada deyilir ki. Şəxsi ünsiyyətlə bağlı məlumatlara çox istinad etməməyiniz tövsiyyə edilir. Əks halda bu, sizin ədəbiyyatı yaxşı araşdırmadığınıza və ya anlamadığınıza işarə edə bilər. Şəxsi ünsiyyət yazı işinizin yalnız əsas hissəsində verilə bilər. Nəticə etibarilə, bu ünsiyyətlə bağlı məlumatlar yazı işinizin sonundakı istinad siyahısında verilmir. Artıq müəlliflərə istinadetmə metodları barədə məlumat verdik. Aşağıdakı bölmədə isə akademik yazıda başqa müəlliflərin ideyalarından istifadə etməyin iki üsulu təsvir edilir: onların ideyalarını öz sözlərinizlə demək və yaxud onların ideyalarından sözbəsöz sitat gətirmək.