N.N.Baranski (1881-1963) və onun şagirdləri iqtisadi və sosial coğrafi obyektlərin (şəhərlər, rayonlar, olkələr)
oyrənilməsini, bu obyektlərin coğrafi movqeyini, başqa obyektlərə munasibətini, iqtisadi coğrafi təsir dairələrini və
s. kimi məsələləri muəyyənləşdirməyi və onları sosial – iqtisadi xəritələrin tərtibi ilə başa catdırmağı zəruri hesab
edirdilər.
Baranski-Kolosovski-Vitver məktəbi ərazi sosial-iqtisadi sistemlərini, onları əhatə edən coğrafi muhitlə uzvu surətdə
əlaqədə oyrənir. Təbii ehtiyatları və istehsalda istifadə edilən təbii prosesləri həmin sistemlərin maddi-texniki bazasına
daxil edirdilər. Baranski-Kolosovski-Vitver məktəbi həm də ozunun konstruktivliyi ilə oyrənilən sistemlərə onların
inkişafı və perspektivliyi baxımından yanaşılması ilə fərqlənir. Bu məktəbin numayəndələri tərəfindən aparılan
tədqiqatların əksəriyyəti istehsalın və əhalinin ərazi uzrə təşkili haqqında elmi surətdə əsaslandırılmış təkliflər və dovlətin
qəbul etdiyi qərarlarla nəticələnmişdir.
Gorkəmli coğrafiyacı N.N.Baranskinin 1924-cu ildə yazdığı «SSRİ-nin iqtisadi coğrafiyası» kitabı iqtisadi
coğrafiyanın inkişafında boyuk əhəmiyyət kəsb etdi və 1926-cı ildən məktəblərdə dərslik kimi istifadə edildi. Həmin
kitab iqtisadi coğrafiyanın elmi əsaslarla yenidən qurulmasına və təkmilləşməsinə səbəb oldu. Baranski iqtisadi
coğrafiyanın yeni sahəsini yaratmışdır. Bu da məhsuldar quvvələrin ərazi uzlaşmalarının (komplekslərinin)
qanunlarını oyrənir.
N.N.Baranski coğrafi ərazi əmək bolgusunə xususi fikir vermiş, muqayisə metodunun tətbiqi ilə iqtisadi rayonların
səmərəliliyini kəmiyyət və keyfiyyətcə təhlil etmiş, bununla da iqtisadi coğrafiyanı təsviri elmdən dəqiq elmə cevirmiş,
onu sistemli təhlillə zənginləşdirmişdir. Baranski subut etmişdir ki, coğrafi əmək bolgusu iqtisadi coğrafiyada sistemli
təhlilin əsası olmaqla, sosial-iqtisadi ərazi sistemlərinin inkişafında bir nov hərəkətverici mexanizm rolunu oynayır. O
qeyd edir ki, butovun hər cur dəyişməsi istər kəmiyyətcə, istərsə də keyfiyyətcə, bu və ya digər dərəcədə onun tərkib
hissəsinə təsir edir. Coğrafi əmək bolgusu həmin dəyişiklikləri bir yerdən başqa yerə kecirən mexanizmdir.
Baranski muxtəlif olkələrin iqtisadi rayonlarının oyrənilməsinə boyuk diqqət yetirərək muqayisə və kartoqrafik
metodlardan geniş istifadə edirdi. O, belə hesab edirdi ki, rayonların xususiyyətlərini aydınlaşdırarkən onların
«ozulunə-əsasına» (nəqliyyat şəbəkəsinə və şəhərlərə) həlledici yer vermək lazımdır. Baranski şəhərlərin iqtisadi-
coğrafi cəhətdən oyrənilməsi metodlarını işləyib hazırlamışdır.
Baranskinin iki cildli secilmiş əsərləri 1983-cu ildə nəşr edildi. Bu kulliyyatda «İqtisadi coğrafiya», «İqtisadi
kartoqrafiya», «Orta məktəblərdə iqtisadi coğrafiya və iqtisadi kartoqrafiyanın tədrisi metodikası» kimi qiymətli
əsərləri toplanmışdır.
Baranskinin rəhbərliyi ilə SSRİ Coğrafiya Cəmiyyətinin Moskva şobəsi yaradılmışdır. Bu şobə «Voprosı
qeoqrafii» adlı illik toplu buraxırdı. Bu topluda vacib problemlərin həllinə dair Moskva alimlərinin məqalələri cap
edilirdi.
Onun təşəbbusu ilə 1934-cu ildən «Məktəb coğrafiyası» («Qeoqrafiya v şkole») jurnalı nəşr edilir. Bu jurnalın
coğrafiyanın tədrisində və coğrafiya elminin inkişafında cox boyuk rolu olmuş və olmaqdadır. 1934-1948-ci illərdə
həmin jurnalın redaktoru N.N.Baranskinin ozu olmuşdur.
N.N.Baranskinin ən yaxın əməkdaşlarından olan N.N.Kolosovski (1891-1954) birinci beşillik planın
tərtibcilərindəndir. O, iqtisadi rayonların kompleks quruculuq işlərinin layihələrini hazırlamışdır.
1940-cı illərin sonunda Baranski onu MDU-ya dəvət etmişdir. Alim burada iqtisadi rayonlaşdırma kursunu
yaratmış və ilk dəfə onun tədrisinə başlamışdır. Onun iqtisadi rayonlaşdırma nəzəriyyəsi indi də ali məktəblərdə
tədris olunur.
Kolosovski olkədə ilk dəfə ərazi-istehsal kompleksləri (ƏİK) nəzəriyyəsini irəli surmuşdur. Onun hazırladığı planlar
əsasında Ural-Kuznetsk kombinatı (kompleksi) yaradılmışdır. O, ərazi-istehsal kompleksləri (ƏİK) dedikdə, cəmiyyətdə
muəyyən ictimai əməyin təşkilinin coğrafi və texniki formasını başa duşurdu. Bu forma enerji və maşınla təmin edilmiş,
muəyyən təbii sərvətlərin uyğunluğu olan, bir-birini tamamlayan istehsal obyektlərinin ərazi butovluyudur. ƏİK-lər vahid
ərazi-istehsal sistemi olub bu sistemə daxil olan elementlərin (muəssisələrin) bir-birilə əlaqəsindən yaranan ərazi birliyidir.
Belə ƏİK təşkili və inkişafı oradakı movcud enerji – istehsal silsilələrinin inkişaf səviyyəsindən asılıdır. Beləliklə o,
iqtisadi coğrafiyaya ərazi istehsalat kompleksləri, enerji istehsal silsilələri (EİS) iqtisadi rayonların təşkili kimi muhum
coğrafi anlayışlarını gətirmişdir.
N.N.Baranskinin tələbəsi və iqtisadi coğrafiyanın nəzəri problemlərinin tədqiqatcısı, iqtisadi coğrafi
mərkəzlərin təşkilatcılarından biri də Y.Q.Sauşkin (1911-1982) olmuşdur. O, Baranskidən sonra 25 ildən artıq
MDU-da SSRİ-nin iqtisadi coğrafiyası kafedrasına rəhbərlik etmişdir.
Y.Q.Sauşkin «Coğrafi ocerklər», «Moskva», «İqtisadi coğrafiyaya giriş», «Coğrafiyanın tarixi
metodologiyası», «Coğrafiya elminin kecmişi, bu gunu və gələcəyi», «İqtisadi coğrafiyanın tarixi, metodları və
praktikası» adlı qiymətli əsərlər yazmış, kecmiş Sovet İttifaqının muxtəlif rayonları ucun yuksək ixtisaslı kadrlar
hazırlamışdır.
Y.Q.Sauşkində mahir təşkilatcılıq qabiliyyəti vardı. O, coğrafiyanın muxtəlif problemlərinin həlli ucun kecmiş
Sovet İttifaqında kecirilmiş simpoziumların, elmi sessiyaların təşəbbuskarı və rəhbəri olmuşdur. İqtisadi coğrafi
tədqiqatlarda riyazi metodlardan geniş istifadə edilməsi novator alimin adı ilə bağlıdır.
N.N.Baranskinin MDU-da ən yaxın əməkdaşlarından olan və onunla birlikdə pedaqoji fəaliyyətə başlamış
İ.A.Vitverin də (1891-1956) MDB məkanında iqtisadi coğrafiyanın yaranmasında xidmətləri boyukdur. O, ali və orta
məktəblərdə xarici olkələrin iqtisadi coğrafiya kursunun tədrisinin əsasını qoymuş, «Xarici olkələrin iqtisadi coğrafiyası»
dərsliyini yazmışdır. Tədris ədəbiyyatı kimi qiymətli olan bu əsər 16 dəfə yenidən nəşr edilmişdir. Vitver bir sıra olkələrin
coğrafiyası haqqında maraqlı əsərlər nəşr etdirmiş, Moskva Universitetində xarici olkələrin coğrafiyası kafedrasını təşkil
etmişdir. Geniş dunya goruşunə malik, mədəni, bilikli və təşkilatcı bir alim olmuşdur.
Kecmiş sovetlərin iqtisadi coğrafiyasının qocaman alimlərindən biri R.M.Kabo (1887-1957) uzun muddət
Moskva Pedaqoji İnstitutunun professoru olmuşdur. Əhali coğrafiyasının tədqiqatcısı kimi tanınan R.M.Kabo
Moskva ali məktəblərində bu elm sahəsi uzrə muhazirələr oxumuşdur. Onun «Təbiət və insan, onların qarşılıqlı
munasibəti», «Sosial və mədəni coğrafiya», «Qərbi Sibirin şəhərləri», «Tarixi-iqtisadi-coğrafi ocerklər» və s. kimi
əhəmiyyətli əsərləri vardır. Muasir iqtisadi və sosial coğrafiya coxsahəli, geniş diapazonlu elmə cevrilmişdir.
A.N.Rakitnikov və K.İ.İvanov tərəfindən əsası qoyulmuş kənd təsərrufatı coğrafiyasında, İ.V.Stepanov və A.T.Xruşşov
tərəfindən yaradılmış sənaye coğrafiyasında, S.A.Kavalyov, V.V. Pokşişevskinin yaratdıqları əhalinin məskunlaşması
coğrafiyasında və s. sahələrdə, A.Mints tərəfindən ilk dəfə formalaşdırılmış təbii şərait və ehtiyatların qiymətləndirilməsi,
onlardan səmərəli istifadə edilməsi məsrəflərinin işlənib hazırlanmasında boyuk nailiyyətlər qazanılmışdır. Son zamanlar
iqtisadi coğrafiyada sosial istiqamət genişlənib, xidmət coğrafiyası və s. kimi yeni sahələr yaranmışdır.
Hazırda xarici olkələrin oyrənilməsinə də cox diqqət yetirilir. Rusiya Elmlər Akademiyasının Amerika və
Kanada, Latın Amerikası olkələri, Şərq olkələri institutlarında və coğrafiya institutlarında xarici olkələri oyrənən
ayrıca şobələr yaradılmışdır. Bir sıra ali məktəblərdə xarici olkələrin iqtisadi coğrafiyası kafedraları fəaliyyət
gostərir.
5.4. Muasir coğrafiya XX əsrin 90-cı illərində
70-ci illərdən başlayaraq iqtisadi və sosial coğrafiya elmi humanizm və sosial təsisatlar prinsipinin uzərinə qayıdır. Bu cox
əhəmiyyətli məsələdir. Belə ki, texnokratiyanın ustələdiyi sovet cəmiyyətində həmin prinsip kolgədə qalmışdır. Hələ 60-cı
illərdən bunu gorən N.N.Baranski acıq şəkildə «insansız coğrafiyanın» əleyhinə cıxış etmişdir. İstehsal sahələrini oyrənən
iqtisadi coğrafiya tədricən oz tədqiqat obyektinə sosial sahələrin coğrafiyasını da əlavə edir. Elmin mahiyyətinin
genişləndirilməsi onun adında dəyişikliklər aparılmasını tələb edirdi. Ona gorə də «İqtisadi və sosial coğrafiya» adı yaranır və
1979-cu ildən Ali Attestasiya Komissiyası bu ixtisas uzrə elmlər namizədi və elmlər doktoru adlarının verilməsini təsdiq edir. Bu
elmin yeniləşdirilmiş anlayışları və kateqoriyaları geniş və hərtərəfli şəkildə E.B.Alayevin fundamental xarakterli terminlər
luğətində (Sosialno-ekonomiceskaya qeoqrafia. Ponətiyno-terminoloqiceskiy slovar. M. 1983) verilmişdir. Luğətdə, iqtisadi və
sosial coğrafiyanın 800-ə qədər termininin geniş izahatı verilmişdir.
İqtisadi coğrafiya elmində başlanan yeniləşmə 80-90-cı illərdə davam etdirilir. Bu dovrdə A.İ.Cistobayev və
M.D.Şarıqinin yazdıqları nəzəri-metodoloji monoqrafiyada (Ekonomiceskaya i sosialnaya qeoqrafiya, Novıy etap, 1990)
iqtisadi və sosial coğrafiyanın predmeti kimi butovlukdə cəmiyyətin ərazi təşkilinin oyrənilməsi ideyası əsaslandırılır.
Bununla bağlı olaraq cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsi və təsiri, iqtisadi – ekoloji rayonlaşdırma, coğrafi əmək
bolgusunun novləri, cəmiyyətin ərazi təşkilinin sosial-coğrafi problemləri diqqət mərkəzinə cəkilir.
Yenə də həmin dovrlərdə rus dilində «Coğrafiya dunyası» (M. 1984) adlı fundamental əsər cap olunur. Populyar
dildə yazılmış bu əsərdə coğrafiyanın məşğul olduğu koklu məsələlər nəzərdən kecirilir, dunyanın dərk edilməsində bu
elmin rolu və yeri haqqında geniş məlumat verilir. Orada coğrafiyanın tarixi, Yerin coğrafi kəşflər tarixi, səyahətlər,
tədqiqatcılar və s. haqqında danışılır. Yerin təbiətini canlı şəkildə əks etdirən, oxunuşunu asanlaşdıran illustrasiya
materialları kitaba boyuk maraq doğurur.
1990-2000-ci illəri əhatə edən kecid dovrunun tələbatı ilə bağlı olaraq iqtisadi və sosial coğrafiyanın bir sıra
problemlərinin dərinləşdirilməsi və yeniləşdirilməsi muşahidə olunur. SSRİ-nin dağılması bizim elmə zorla sırıdılan inzibati
amirlik baxışlarından qurtarmaq, sərbəst axtarışlar aparmaq tələb olunurdu. Lakin bu umumi axtarışlar gedişində bəzi
ədəbiyyatlarda iqtisadi və sosial coğrafiyada indiyədək toplanmış elmi irsi kolgədə qoymaq və tamamilə sıfırdan başlamaq kimi
səslər də eşidilirdi. N.N.Baranski, N.N.Kolosovski və başqalarının iqtisadi rayonlaşdırma və ərazi-istehsal kompleksləri
nəzəriyyələri və baxışları tənqid olunurdu. Belə cıxırdı ki, bu nəzəriyyələr artıq kohnəlib və coğrafiya tarixinin «zaman
gəmisindən» kənara atılmalıdır. Bu kimi səhv fikirləri tənqid edən akad. V.M.Kotlyakov qeyd edirdi ki, coğrafi ideyalar həmişə
zamanla bağlı olduğundan dərin tarixi koklərə malikdir və zaman kecdikcə daha da quvvətli gorunur. Bu baxımdan N.N.Baranski
və N.N.Kolosovskinin nəzəriyyələri haqqında deyilən mənfi fikirləri duzgun hesab etmək olmaz. Deməli yeni sosial-iqtisadi
sistemə kecid hec də bizim elmin əvvəllər yaratdığı bir cox mutərəqqi nəzəri və metodiki anlayışları inkar etməməlidir.
Muasir dovrdə iqtisadi və sosial coğrafiyanın diferensiasiyası xeyli dərinləşir, bu elmdə sosioloji, humanizm və
siyasi coğrafiya istiqamətlərinə meyllər artır. Cəmiyyət tərəfindən sifarişlər, daha cox siyasi coğrafiyaya, xususilə
onun secicilər (elektoral) coğrafiyası qoluna, geosiyasətə, ərazi və etnik konfliktlərin coğrafiyasına aid verilir.
Regional siyasət problemlərinin işlənib hazırlanması, inzibatı-ərazi bolgulərinin elmi cəhətdən əsaslandırılması
və s. istiqamətlərin inkişafı daha surətlə gedir.
Butun bunlar oz nəticəsini son illərin elmi ədəbiyyatında tapmışdır. İstehsal sahələrinin coğrafiyasına həsr
olunan movzuların capı azalır, sosial sahələrinki isə artır. Əgər 70-ci illərdə MDB məkanında iqtisadi və sosial
coğrafiya uzrə nəşr olunmuş butun elmi ədəbiyyatın 50 faizi istehsalın coğrafiyasına həsr olunmuşdursa, 90-cı
illərdə bu rəqəm cəmi 30 faiz təşkil etmişdir. Əksinə, muxtəlif siyasi partiya və hərəkətlərdən, ozəl muəssisələrdən
qəbul olunan sifarişlər nəticəsində sosial və siyasi coğrafiyaya həsr olunan elmi ədəbiyyatın sayı xeyli coxalmışdır.
Butun bu yeniliklərlə bağlı olaraq 1995-ci ildə MDB-nin bir sıra olkələrinin Ali Attestasiya Komissiyaları «İqtisadi
və sosial coğrafiya» ixtisası uzrə elmlər namizədi və doktoru adlarının verilməsi ucun daha bir soz «siyasi
coğrafiya» sozunu əlavə etməklə – «iqtisadi, sosial və siyasi coğrafiya» adını təsdiqləmişlər. Belə geniş ad altında
iqtisadi və sosial coğrafiya cəmiyyətin həyatının butovlukdə ərazi təşkilini və onun ayrı-ayrı olkələrdə, rayonlarda
və məhəllələrdə təzahur xususiyyətlərini və qanunauyğunluqlarını oyrənir.
90-cı illərdə acıq iqtisadiyyata kecməyə başlayan Mustəqil Dovlətlər Birliyi olkələrində xususilə, Rusiyada bir sıra
yeni iqtisadi və sosial coğrafi ədəbiyyatlar cap olunmuşdur. Bu ədəbiyyatlarda olkələrin iqtisadi inteqrasiyası və tarazlı
(dayanıqlı) inkişafı anlayışlarının mahiyyətinə, bohran və depressiyaya uğramış regionların dircəldilməsi problemlərinə,
urbanizasiya proseslərinə və s. aid maraqlı və yenilik xarakterli elmi yazılar verilir. Bu dovrdə əhali və yaşayış məskənləri
coğrafiyasına aid daha cox elmi ədəbiyyat yazılmışdır.
S.A.Kovalyovun Moskva universitetində yaratdığı kənd yerlərinin coğrafiyasına aid məzmunlu məktəbin
davamcısı olan A.İ.Alekseyevin 1990-cı ildə «Cox uzlu kənd» adlı monoqrafiyası bu problemə həsr olunmuşdur.
Burada kənd yerlərinin funksiyası, yaşayış şəraiti, strukturu, idarə olunması və s. məsələləri kompleks şəkildə təhlil
olunur.
Urbanizasiya və şəhərsalma problemlərinə həsr olunan ən əhəmiyyətli əsərlərdən biri də E.N.Pertsikin
«Şəhərlər coğrafiyası urbanistika əsasları ilə» (M. 1996) kitabıdır. Əsərdə rayon layihələşdirilməsi baxımından
dunya urbanizasiya prosesinin murəkkəb dongələrindən kecdiyi yollar parlaq şəkildə işıqlandırılır.
Q.M.Lapponun şəhərlər coğrafiyası ilə bağlı yeni capdan cıxmış (Qeoqrafiya qorodov, 1997) dərs vəsaiti
boyuk əhəmiyyət kəsb edir. Dərs vəsaitində şəhərlər sisteminin metodoloji problemləri, strukturu, dinamikası, ərazi-
dayaq («karkas») rolu və s. nəzərdən kecirilir. Şəhərlərin coğrafiyası ilə bağlı məsələlər əsasən Rusiya
Federasiyasına həsr olunsa da, kecid dovrunun şəhərlərə təsirinin oyrənilməsi baxımından xeyli maraq doğurur.
Nəqliyyat coğrafiyası ilə bağlı olan tədqiqatların sayı da artmışdır. Bu da bazar iqtisadiyyatına kecid, sərbəst gediş-
gəliş və olkələrarası inteqrasiyanın guclənməsi və s. ilə bağlıdır. MDB-nin nəqliyyat coğrafiyasına aid 1991-ci ildə iri
həcmli dərslik nəşr olunmuşdur. Dərslikdə nəqliyyatın iqtisadi coğrafiyasının predmeti kimi olkə və onun regionları uzrə
iqtisadi və sosial inkişaf prosesində formalaşan ərazi nəqliyyat sistemləri goturulur. Kitabın mərkəzi ideyasını məhsuldar
quvvələrin yerləşdirilməsi ilə nəqliyyatın qarşılıqlı əlaqələri və iqtisadi coğrafi rayonlar uzrə bu əlaqələrin həcmi, strukturu
və istiqamətlərinin təhlili təşkil edir. Bir cox obyektiv amillərə, texniki-iqtisadi və coğrafi əsaslarla bağlı olduğuna gorə
SSRİ mustəqil dovlətlərə ayrılsa da, onların nəqliyyat sistemləri oz fəaliyyətini əvvəlki kimi birgə davam etdirirlər.
Başlıca nəqliyyat novləri, onların yuk və sərnişin daşınmalarında yeri və əhəmiyyəti və MDB olkələrinin hər
birinin ayrıca nəqliyyat sisteminin coğrafiyası geniş təsvir olunur.
Kompleks diyarşunaslıq tədqiqatları son illər daha da inkişaf etdirilmişdir. SSRİ-nin dağılması, sərhədlərin
acılması, həm bizim və həm də xarici olkələrin coğrafiyaşunasları və cəmiyyətləri arasında əlaqələri
genişləndirmişdir.
Xarici olkələr, o cumlədən MDB uzrə kompleks diyarşunaslıq istiqaməti davam etdirilmişdir. Bununla bağlı
son illər nəşr olunan ədəbiyyatlar arasında ən iri və sanballısı M.D.Aksyonovanın redaktorluğu ilə buraxılan coğrafi
ensiklopediyadır (Ensiklopediya, tom 3, Qeoqrafiya, M.1997). Ensiklopediyada Boyuk coğrafi kəşflər,
ekspedisiyalar, Yerin təbiəti, dunya təsərrufatı və əhalisinin coğrafiyası, təbiət və cəmiyyətin qarşılıqlı
munasibətlərinin muasir vəziyyəti və s. məsələlər canlı və anlaşılan dildə şərh edilmiş, coxlu orijinal şəkil və
xəritələrdə əks etdirilmişdir.
A.T.Xruşşyovun redaktorluğu ilə Rusiyanın iqtisadi və sosial coğrafiyası dərs vəsaiti (Ekonomiceskaya i
sosialnaya qeoqrafiya Rossii» M.1997) nəşr olunmuşdur.
Universitetlər ucun nəzərdə tutulan bu vəsaitdə MDB olkələri haqqında muxtəlif məlumatlar Rusiyanın yeni
geosiyasi vəziyyəti onun təsərrufat sahələri, iri iqtisadi zona və rayonlarının iqtisadi və sosial coğrafi səciyyəsi
verilir.
Son illər xarici olkələrə həsr olunan sanballı coğrafi ədəbiyyatın nəşri də artmışdır. Bir cox tədris vəsaitləri,
ensiklopediyalar, monoqrafiyalar, atlas və xəritələr buraxılmışdır. Onlardan V.P.Maksakovskinin uc cilddə capdan
cıxmış «Dunyanın coğrafi mənzərəsi» (M.1998) kitabı muəllimlərə koməklik məqsədilə yazılsa da, geniş oxucu
kutləsi ucun boyuk maraq doğurur.
Dunyanın təbii ehtiyatları, siyasi xəritəsində baş verən son yenilikləri, əhalisi, təsərrufatı, qlobal problemləri və
s. kitabda geniş təsvir edilmişdir. Kitabın birinci hissəsində dunya təsərrufatının muasir coğrafiyası və onda baş
verən dəyişikliklər, siyasi coğrafiyanın problemləri, azad iqtisadi zonalar anlayışı, dunyanın ekoloji problemləri və
s. haqqında geniş məlumat verilir. İkinci hissədə dunyanın iri regionlarında baş verən siyasi, iqtisadi və sosial
coğrafi dəyişikliklər gostərilir, hər bir regionun xarakterik cəhətlərini əks etdirən problemlər təhlil olunur, iri olkələr
haqqında coğrafi muntəxabat xarakterli geniş oxu məlumatları verilir. Dunyanın qlobal problemlərinin yeni
baxımdan təhlili kitabın ucuncu cildində toplanmışdır. V.P.Maksakovskinin son illər yazdığı iri həcmli (600 səhifə)
fundamental əsərlərindən biri də dunyanın tarixi coğrafiyasına (İstoriceskaya qeoqrafiya mira, M. 1997) həsr olunmuşdur.
Bu təqdirəlayiq əsərin qayəsi təkcə coğrafi baxımdan tarixi proseslərin qiymətləndirilməsi olmayıb, həm də tarixi-coğrafi
araşdırmaların necə aparılmasını gostərmişdir. Onun ən umdə vəzifəsi dunyanın muasir xəritəsinin, təsərrufatının və
əhalisinin formalaşma tarixini gostərməkdir. Ozu də əhalinin artması, hərəkəti maddi və mənəvi mədəniyyəti əsas kimi
goturulur. Dunya mədəniyyətlərinin səciyyələndirilməsində şəhərlərin inkişaf tarixindən geniş istifadə olunur. Qədim
şəhərlərin – İyerixon, Milet, Afina, Roma, İsgəndəriyyə və s. mədəniyyətin və elmin, o cumlədən coğrafiyanın inkişafında
oynadıqları əvəzsiz rolu qeyd olunur.
Coğrafi baxımından bu kitabın ən muhum ana xəttlərindən biri də Yer haqqındakı biliklər səviyyəsini
sistematik təsvir etməsi, coğrafiya elminin vəziyyətini və inkişafını səciyyələndirməsidir.
Bu dovrdə (1990-2000-ci illər) xarici olkələrin iqtisadi, sosial və siyasi coğrafiya ədəbiyyatlarında bizim ucun
onəmli olan, təcrubə rolunu oynaya bilən bir sıra yeni problemlər irəli surulur. Bunların sırasına: Qərb-Şərq və
Şimal-Cənub iqtisadi inteqrasiyası, sərhədyanı əməkdaşlıq, azad iqtisadi zonalar ucun coğrafi məkanın secilməsi
meyyarları, beynəlxalq coğrafi əmək bolgusu və inteqrasiyanın yeni mərhələsi, regionların tarazlı inkişafı, mərkəz
və əyalətlərin (periferiyanın) qarşılıqlı munasibətləri və s. daxildir. Gostərilən bu problemlərin həlli bazar
munasibətləri quran postsosialist olkələrinin iqtisadi və sosial coğrafiyası elminin yeni ideyalarla zənginləşməsinə
səbəb olacaqdır.
V.P.Maksakovskinin son illər cap olunan və boyuk maraq doğuran yeni səpgili əsərlərindən biri də «coğrafi
mədəniyyət»ə (Qeoqraficeskaya kultura. M.1998) həsr olunmuş dərsliyidir. Burada ilk dəfə coğrafi mədəniyyət anlayışı,
muasir məktəb coğrafiyasında onun vəziyyəti ətraflı nəzərdən kecirilir. Qeyd olunur ki, butovlukdə coğrafiya elminin və
məktəb coğrafiyasının reytinqinin aşağı olması coğrafi mədəniyyətin səviyyəsinə də mənfi təsir gostərir. Bunun səbəbi
elmlər sırasında coğrafiya elminin tutduğu yerin «direktiv orqanlar» tərəfindən lazımı dərəcədə qiymətləndirilməməsi və
coğrafiya muəllimlərinin boyuk əksəriyyətinin, xususilə kənd yerlərində coğrafi baza təhsillərinin aşağı olmasıdır.
Muəllif daha sonra gostərir ki, mədəniyyət xeyli aydın secilən «ufuqi» (horizontal) və «şaquli» (vertikal)
aspektlərə malikdir. Birinciyə misal olaraq dunya mədəniyyətinin iki boyuk ərazi tiplərini-qərb və şərq, və coxsaylı
digər tiplərini və yarım tiplərini gostərmək olar.
Mədəniyyət anlayışının «sahə» və ya «şaquli» aspektləri də yekcins deyildir. Biz riyaziyyat, fizika, tarix,
coğrafiya və başqa mədəniyyətlər haqqında ətraflı danışa bilərik. Onların hər birinin, o cumlədən coğrafi
mədəniyyətin mustəqil yaşamaq huququ vardır. Umumbəşər mədəniyyətin və təhsilin inkişafında coğrafiyanın rolu
haqqında məşhur elm adamları da sozlər demişlər. Coğrafi mədəniyyət son illər iqtisadi, kartoqrafik və ən vacibi isə
ekoloji mədəniyyət elementləri ilə xeyli zənginləşmişdir. Ekoloji mədəniyyət planetimizdə yaşayan butun insanların,
ətraf muhitin qorunub saxlanılması və gələcək nəsillərə onun yararlı halda verilməsi sahəsində oz səylərini
birləşdirmələri ilə səciyyələnir.
Coğrafi mədəniyyət anlayışı V.P.Maksakovski tərəfindən dar və geniş mənada şərh olunur. Birinci halda
sohbət, coğrafiya mutəxəssislərinin peşəkarlıq mədəniyyətindən, onların oz elmlərinin başlıca nəzəri və tətbiqi
məsələlərini dərindən bilmələrindən gedir. Geniş mənada coğrafi mədəniyyət, muasir sivilizasiyalı cəmiyyətin hər
bir vətəndaşının coğrafiya sahəsində tələb olunan həcmdə biliklərə sahib olmasıdır. Bu duyun noqtəsində muəllim
aralıq movqe tutaraq bir tərəfdən coğrafiya mutəxəssisi, digər tərəfdən isə gənclər arasında kutləvi coğrafi
mədəniyyətin yayıcısı kimi cıxış edir. Coğrafi mədəniyyət dord əsas unsuru əhatə edir: 1. Dunyanın coğrafi
|