Azərbaycan xalçacılıq mərkəzləri, xalça növləri,
tipləri
Mərkəzlər
Azərbaycanda xalçaçılığın təşəkkülünü şərtləndirən təbii-
iqlim şəraiti, təsərrüfat və məişət amilləri tədricən Quba, Şir-
van, Bakı, Gəncə, Qazax, Qarabağ, Təbriz kimi xalça və xalça
məmulatları istehsalı mərkəzlərinin yaranmasına səbəb oldu.
Həmin mərkəzlərin hər birində xalça məmulatlarının bu və ya
digər növünə, yaxud tipinə üstünlük verilir, istehsal edilən xal-
çalar və xalça məmulatları öz kompozisiya-ornament və kolorit
xüsusiyyətləri ilə seçilirdi. Onlar XX əsrin ortalarınadək fəaliy-
yətdə idi və bu günə kimi də qalmaqdadır.
Qubanın xalça məmulatları yüksək ilmə sıxlğı, nəfis tər-
tibatı və incə koloriti ilə xarakterizə edilir. Həndəsiləşmiş orna-
mentin əsasını stilizə edilmiş bitki, bəzən isə heyvan motivləri
təşkil edir. Bu bölgədə medalyon kompozisiyaları da geniş ya-
yılmışdır. Buna nümunə kimi parlaq kompozisiyalı “Qədim
minarə”, “Qımıl”, ”Pirəbədil”, “Alpan”, “ Quba”, “Hacı Qaib”
və s. xalçaları göstərə bilərik.
22
Şirvan xalçaları zəngin bədii bölümü, ilmə sıxlığı, yunla-
rın parlaqlığı və yumşaqlığı ilə seçilir. “Qabıstan”, “Şamaxı”,
“Şirvan”, “Ərciman”, “Cəmcəmli”, “Qarxun”, “Hacı-Qabul”,
“Qəbələ”, “Səlyan” və s. ən geniş yayılmış xalça kompozisiya-
larındandır. Şirvan özünün palaz, kilim, qədim zamanlardan isə
sumax kimi xovsuz xalçaları ilə də çox məşhur idi.
Bakı xalçaları yumşaqlığı, rənglərin intensivliyi, özünə-
məxsus bədii zövq və zərifliyi ilə xarakterizə edilir. Bakı xalça-
larının əsasını həndəsi motivli medalyon və rapportlu kompozi-
siya, stilizə edilmiş bitki elementləri təşkil edir. “Bakı”, “Sura-
xanı”, “Goradil”, “Fındığan”, “Xilə-əfşan”, “Xilə-buta”, “Ab-
şeron” daha geniş yayılan xalça kompozisiyalarındandır.
Gəncə xalçaçılıq mərkəzinin əsas istehsal ocaqları Gəncə,
Gədəbəy, Goranboy, Şəmkir, Samux bölgələri sayılırdı. Gəncə-
yə daxil olan “Gəncə”, “Köhnə Gəncə”, “Gədəbəy”, “Çıraqlı”,
“Samux”, “Çaylı”, “Şadılı”,”Faxralı” kompozisiyalı xalçalar
digər xalçalardan ənənəvi motivlərin özünəməxsus işlənməsi
ilə seçilirdi.
Qazaxın əsas istehsal ocaqları Qazax, Tovuz, Borçalı, və
Göyçə sayılırdı. Bu bölgədə xovlu xalçalardan – “Şıxlı”, “Də-
mirçilər”, “Qaraçöp”, “Salahlı”, “Qara-qoyunlu”, “Qaçağan”,
“Kəmərli”, xovsuz xalça və xalça məmulatlarından zili, şəddə,
vərni, məfrəş, çul, heybə və s. toxunulurdu. Qazaxın bir neçə
tarixi xalçalılıq məntəqələri, o cümlədən Borçalı mahalı hal-ha-
zırda azərbaycanlıların yığcam yaşadığı Gürcüstan Respublika-
sının ərazisində yerləşir. XX əsrin axırlarına qədər Ermənistan
Respublikasının ərazisində, Göyçədə, öz tarixi yurd-yuvaların-
da yaşayan azərbaycanlıların da həmçinin bu əraziyə məxsus
belə xalçaçılıq mərkəzləri mövcud idi.
Qarabağ xalçaları iki əsas hissədə, dağlıq və aran hissədə
istehsal olunurdu. XIX əsrdə Dağlıq hissənin aparıcı istehsal
mərkəzləri Şuşa şəhəri və onun Daşbulaq, Dovşanlı, Malıbəyli,
Çanaxça, Qasımuşağı, Xanlıq kəndləri idi. Burada “Çələbi”,
“Aran”, “Qoca”, “Açma-yumma”, “Şabalıd-buta”, “Bəhmənli”,
23
“Muğan” kompozisiyalı xalçalar toxunulurdu. Qarabağın xalça
qrupuna həmçinin Zəngilan və Naxçıvan istehsal mərkəzləri
daxil idi. Ermənistan Respublikasının ərazisində yaxın vaxtlara
qədər azərbaycanlıların yığcam yaşadığı Zəngəzur bölgəsində
də xalçaçılıq məntəqələri Qarabağ xalça toxuculuğu ənənəsində
fəaliyyət göstərirdi.
Qarabağda, eyni zamanda medalyonlu, süjetli və orna-
mentli xalçalar da toxunurdu. Bunlardan “Buynuz”, “Balıq”,
“Dəryanur”, “Baxçada güllər”, “Saxsıda güllər”, “Xanlıq”,
“Xantirmə” və digər xalçalarını göstərmək olar.
Təbriz xalçaçılıq mərkəzinə Ərdəbil, Zəncan, Xalxal, Ur-
miya, Qaradağ, Mərənd və Marağa xalçaçılıq məntəqələri
daxildir. Bu mərkəzdə “Ləçək-türünc”, “Buta”, “Balıq”,
“Əfşan”, “Ovçuluq”, “Sütunlu” “Şah-Abbası”, “Şeyx Səfi” xal-
çaları istehsal olunur. Kompozisiyaların əksəriyyəti əyrixətli
bitki ornamentli motivlərdən tərtib olunurdu. Bununla belə
istehsal mərkəzlərində ənənəvi həndəsi ornamentlərdən də
zəngin isifadə edilirdi.
XV - XVI əsrlərdə məhz Təbrizə dünyəvi şöhrət gətirən
bir çox xalça kompozisiyaları formalaşdı. Təbriz xalçaçılıq
mərkəzi bütün Şərq xalçaçılığına öz təsirini göstərdi. Burada
orta əsrlər dövrü xalçaçılıq və tətbiqi-sənət yüksək professio-
nallıqla inkişaf edərək, incəsənətin yüksək pilləsinə çatmışdır.
Təbriz xalçalarının gözəl və mürəkkəb ornamentli “Lə-
çək- türünc” və “Əfşan” xalçaları dünya incəsənətində və ba-
zarında yüksək məşhurluq qazanmışdı. Bu məktəbə daxil olan
xalçalar arasında “Ağaclı”, “Dörd fəsil”, “Leyli və Məcnun”,
“Dərviş” və s. kimi süjetli xalçaları da qeyd etmək olar.
Xalça növləri və tipləri
Xalça və xalça məmulatları sadə toxuculuğa əsaslanan
uzun bir təkamül yolu keçərək inkişaf etmişdir. Toxuculuğun
ilkin mərhələsini bitki mənşəli xammaldan (qamış, çətən və
24
s.) sadə keçirtmə üsulu ilə istehsal olunan müxtəlif məmulatlar-
dan görmək olar. Bundan əlavə kətan və yun parçalar da xalça-
çılığın formalaşması üçün əsas olub. Xalçaçılıq texnoloji əsas-
ları toxuculuqdan götürdüyü halda, bitki mənşəli həsir, buriya
və s. xalçanın əsas təyinat funksiyasını müəyyən etmişdir.
Xalça sənətinin yaranması saysız-hesabsız müxtəlif funk-
siya daşıyan xovsuz xalçaların meydana çıxması ilə əlaqəlidir.
Palaz, kilim, cecim, şəddə, vərni, zili, sumax və bir sıra başqa
xovsuz xalça nümunələrinin tarixi olduqca qədimlərə gedib
çıxır. Bu növ xalçalar hələ insanın köçəri həyat sürdüyü dövr-
lərə aid olub, köç arabalarının, çadırların üstünün, yan-yörəsi-
nin örtülməsində istifadə olunmuşdur. Xovsuz xalçalar həmçi-
nin pərdə, örtük, ayaqaltı kimi işlənmiş, döşəməyə salınmışdır.
Gündəlık tələbatdan irəli gələn bu əşyaların hazırlanmasında da
sözün əsl mənasında xalqın özünəməxsus obrazlı düşüncə tər-
zi, onun təkzibedilməz düha sahibi olduğu özünü aydın göstə-
rir. Hələ toxuculuq işinin yarandığı və yayıldığı ilk dövrlərdə
Azərbaycanın xovsuz xalçaları kompozisiya dəqiqliyi, kolorit
əlvanlığı, toxuma işinin nəcibliyi ilə seçilirdi.
Sadə xovsuz xalça toxunuşundan, ağır xovlu xalça toxu-
nuşuna keçilməsinin başlıca səbəbi iqlim şəraiti ilə əlaqədar
olub. Lakin bu faktor da güman ki, əsassız deyil. Çox ehtimal
ki, bədiilik hissi, gözəllik duyğuları, insanın həyatda yaratdığı
hər bir əşyada əbədiliyi görmək istəyi xalq ustalarını məcbur
edib ki, naxışların zərif nüanslarını verməyə imkan yaradan,
təbiətin zəngin boyalarını, rəng çalarlarını canlandırmağa qadir
olan, əşyaya davamlılıq keyfiyyəti gətirən toxunuş üslubu
axtarıb tapsınlar. Müəyyən tətbiqi sahəsi olan müxtəlif ölçülü
xalçalar da belə toxunmuşdur.
Qədim zamanlardan müasir dövrümüzə qədər toxunan əl
xalçalarını dördbucaqlı, bir-birinə paralel və əks tərəfləri olan
çox sadə dəzgahlarda toxuyurdular. Toxuculuqda ilkin olaraq
üfüqi dəzgahlardan istifadə olunurdu. Bu sənət növü getdikcə
genişlənərək inkişaf etdikcə dəzgahların da quruluşu dəyişmiş
25
və təkmilləşmişdir. Belə ki, xalçalar üfüqi dəzgahlarla yanaşı
şaquli dəzgahlarda da toxunulurdu. Ənənəvi olaraq xovsuz xal-
çalar üfüqi dəzgahlarda, xovlu xalçalar isə şaquli dəzgahlarda
toxunurdu.
Bu qurğu və onların növləri, iş prinsipləri, demək olar ki,
bu günə qədər dəyişilməyib.
Həsir. Əsasən bataqlıq bitkilərindən – qamışdan hazırla-
nır. Üfüqi dəzgahda “keçirtmə” texnikası ilə ərişlə arğacın sadə
keçirməsindən əmələ gəlir. Həsirin naxışlarını bir-birini əvəz
edən enli, rəvan, diaqonal zolaqlar təşkil edir. Onların rəng ça-
larları, əsasən qızılı-parıltılı olur.
Həsir aşağıdakı adlarla adlanırdı:
materialına görə - “Gəbə həsir”, “Buriya”;
naxışlarına görə - “Güllü”, “Naxışlı”, “Giləni” və s.
Həsir qədim zamanlardan evlərin dekorativ bəzədilməsi
ilə yanaşı, divarların aşağı hissəsini rütubətdən qoruyan, döşə-
mə üçün əvəzedilməz örtük vasitəsi olmuşdur. Həsirləri, adə-
tən, kiçik ölçüdə toxuyub, müxtəlif naxışlarla bəzəyərdilər. On-
ları bəzən evlərdə xalçanı qorumaq məqsədi ilə yerə döşənmiş
xalçanın altından sərərdilər.
Buriya. Həsirin sıx qalın formasına Buriya deyilir. Buri-
yanın Azərbaycanda əsas istehsal mərkəzləri Kür və Araz sa-
hilləri boyunca yerləşən Masallı, Lənkəran, Astara, Cəlilabad
rayonları sayılır. Bu həsirin növü yabanı bitki sayılan lığdan to-
xunur. Onun toxunuşu sadə, mürəkkəb, naxışsız və naxışlı ola
bilər. Sadə buriyanın naxışları şaquli xətlərlə, mürəkkəb isə iri
həndəsi fiqurlarla bəzədilir.
Geniş şaquli xətlər sadə buriyanın əsas struktur kompozi-
siyanın bir elementin ritmik əvəz etməsini təşkil edirdi. Mürək-
kəb buriya iri və kiçik həndəsi elementlərin naxışlarından iba-
rət olaraq üçbucaqlı yeganə forma təşkil edir. Elementlərin bə-
rabər əvəz edilməsi naxışa dinamiklik verir.
26
Lənkəran rayonunun “Güllü-həsir” adlanan buriyası iki
naxışla toxunur. Orta əsrlərdə bu növ buriya “çavlı buriya” ad-
landırılırdı.
“Çavlı buriya”nın toxunuşunun çox hissəsini qamış təşkil
edirdi. “Çavlı buriya”nın əsas xüsusiyyətı ondan ibarətdir ki,
orta əsrlərdə ondan ələk kimi istifadə edirdilər.
Azərbaycanın cənub rayonlarının bəzi kəndlərində buriya
toxuyan ustaların əl işləri xalq tərəfindən “həsiri”, “teymuri” və
digər adlar altında qorunub saxlanılır.
Çətən. Azərbaycanda naxışsız və ornamentləşdirilmiş
çətənlər istehsal olunurdu. Naxışlar iki üsulla tətbiq olunurdu.
Birinci üsul ondan ibarətdir ki, naxış çubuqların ayrı-ayrı hissə-
lərini müəyyən bir qaydada yandırmaq vasitəsilə yaradılırdı.
Digər üsulla çubuqların ayrı-ayrı sahələri bir-bir müxtəlif rəng-
li saplarla dolanır və beləliklə, müxtəlif rəngli və təsvirli kom-
pozisiyalar əmələ gəlirdi. Belə çətənlərin hazırlanmasında həm
yun, həm də ipək saplardan istifadə olunurdu. Çətən istehsalı-
nın əsas mərkəzləri Azərbaycanın şimal-qərb zonası və Muğan
əraziləridir. Bu texnikada hazırlanmış məhsul bəzən dik vəziy-
yətdə çəpər düzəltmək məqsədilə istifadə edilərdi. Naxışlı çə-
tənlər döşəmə, alaçıqdakı divar, arakəsmə, bəzən də pərdə kimi
məqsədlərə xidmət edirdi. Kiçik çətənlər isə süzgəc kimi onları
evlərin damında günəş şüası altında sərərək müxtəlif meyvələri
qurutmaq üçün də istifadə edilirdi. Keçmişdə çətənin əsas
istehsal mərkəzləri Kür və Araz boyunca yerləşən Qazax, Qa-
rabağ və Muğan əraziləri olmuşdur.
Palaz. Azərbaycanda xovsuz xalça texnikasının ən geniş
yayılmış sadə növüdür. O, demək olar ki, ölkənin bütün ənə-
nəvi toxuculuq mərkəzlərində istehsal olunurdu. Palazın isteh-
salında həm yun, həm də pambıq iplərdən istifadə edilir. Lakin
yazılı mənbələr göstərir ki, Azərbaycanda əvvəllər ipəkdən
hazırlanmış palazlar da toxunurdu. Palazın toxunma texnikası
saya və ya tünd rəngli əriş iplərin arasından müxtəlif çalarlı
arğac iplərinin ensiz zolaqlar şəklində keçirilməsindən ibarət-
27
dir. “Keçirtmə” texnikası ilə toxunmuş palaz məmulatdan ev
döşəmələrinin, alaçıqların üstünün örtülməsində, müxtəlif əmə-
li xarakterli məişət əşyalarının, hətta bəzən üst paltarların ha-
zırlanmasında da istifadə olunurdu.
Azərbaycanda sadə palazların ilkin istehsalı “Kəndir-Pa-
laz”ları olmuşdur. Sonralar palazları qoyun, dəvə yunundan
toxuyardılar. Şirvanda Udulu və Paşalı kəndlərində ipək palaz-
lar istehsal olunurdu. Palazlar, əsasən üfüqi istiqamətdə rap-
portlu (təkrarlanan), müxtəlif enlikdə olan rəngli zolaqlarla
bəzədilərdi. Onların rəng çalarları müxtəlif xalçaçılıq
regionunun bitki zənginliyinə əsaslanırdı. Palazın zolaqlarının
rəngi tutumlu və parlaq: sürməyi, tünd qırmızı, qırmızı, tünd-
qəhvəyi, ağ, sarı, rənglərdən ibarət olardı.
Palazlar aşağıdakı adlarla adlanırdı:
materialına görə – “Bəryə tiftiyi”, “Kəndirlay”,
“Kəndir - palaz”, “Kiş”, “Künt”, Qalın palaz”, “Lay palaz”,
“Pəmbə palaz”, “Tiftiyli palaz” ;
texnikasına görə – “Çiyi palaz”, “Daraqlı palaz”, “Qa-
yıq palaz”;
ölçüsünə görə – “Yelən”, “Yelli”;
istifadəsinə görə – “Bərək”, “Çadır örtüyü”, “Güllü
palaz”, “Dəstərxan”, “Fərş”, “Xirqə”, “Keyvənd”, “Külfə
palaz”, “Kündə palaz”, “Örtük”, “Parça palaz”, “Yer palazı”,
“Yüküzü”, “Yük palazı”;
naxışlarına görə – “Ağ palaz”, “Qara palaz”, “Əbri
palaz”, “Saya palaz”, “Zolaqsız palaz”, “Zolaqlı palaz” və s.
Məişətdə palaz toxunuşlu müxtəlif xalça məmulatların-
dan da istifadə olunurdu. Göyçədə ümumi yataq dəstlərinə “pa-
laz” deyirdilər. Azərbaycanın müxtəlif bölgələrində palazı
“Hənə”, “Kəsa”, “Kilim” adlandırırdılar. Muğanda (Sabirabad-
da) pambıqdan olan kiçik palazları “Şəddə” adlandırırlar. Dö-
şəmə kimi istifadə etdikləri xovsuz xalçaların başqa növlərini
də, adətən palaz, cecim (“Keçirtmə palaz”, “Saya palaz”),
kilim (“Güllü palaz”, “Naxışlı palaz”, “Şamaxı palazı”, “Zər
28
palaz”, “Zəvər palaz”), qədirqə (“Daraqlı palaz”), sumax
(“Güllü palaz”, “Sumax palaz”), zili (“Güllü palaz”, “Yoxsul
palazı”) adlandırırlar. Yardımlıda üfüqi dəzgahda toxunulan
xovsuz xalçaları da “palaz” adlandırırlar. Məişətdə palazı
döşəməyə sərir, alaçıqlarda və s. geniş istifadə edirdilər.
Palazdan hazırlanmış parçalardan geyim, ev əşyaları da
hazırlayardılar. Orta əsrlərdə bəzi ayinləri icra etmək üçün dini
mərasimlərdə də palazlardan istifadə edirdilər. Belə adətlərdən
biri “Palaz geydi” adlanır ki, burada palazlardan geyim kimi
istifadə edərdilər və yaxud, dövlət başçısının ailəsində dəfn
günü şəhərin bütün minarələri palazla örtülərdi. Orta əsrlər
dövrundə evlərin, karvansarayların, məscidlərin, sarayların
bəzədilməsində palazlar əsas bəzək elementi sayılırdı. Ev
sahibinin sosial vəziyyətindən asılı olmayaraq, palazı hər evdə
görmək olardı.
Abşeron özünün nəfis, incə toxunuşlu “Çiyi palaz”ları ilə
məşhur idi. Onlardan pərdə, süfrə, örtük kimi istifadə edərək,
həmçinin divara vurardılar. Bu palazlar incə, zərif olduğu üçün
onları yerə, döşəməyə sərməzdilər. Çiyi palazlar qız-gəlinlərin
əsas cehiz komponentlərindən sayılırdı.
Palazların məşhur istehsal mərkəzləri Abşeron (Xızı, Fın-
dığan, Qobu, Xocasən, Qala, Suraxanı və s.); Quba (Çiçi, Qo-
naqkənd, Xudat, Alpan və s.); Şirvan (Şamaxı, Mərəzə, Paşalı,
Udulu və s.); Gəncə-Qazax (Borçalı, Salahlı, Şıxlı və s.); Qara-
bağ (Bərdə, Ağcabədi, Cəbrayıl və s.); Laçın, Lənkəran, Yar-
dımlı bölgələri, eləcə də Göyçə gölünün şərq və şimal sahilləri
və Cənubi Azərbaycandır.
Azərbaycanda (Quba, Şirvan, Muğan, Bakı, Qazax, Qara-
bağ, Göyçə, Borçalı, Gəncə və Cənubi Azərbaycan) toxunulan
palazların ən qədim nümunələri Mingəçevir ərazisində aparılan
qazıntılar zamanı tapılmışdır. Bu tapıntılar I-II əsrlərə aid edi-
lir. Ərəb mənbələrində qeyd edilir ki, X əsrdə ən gözəl palazlar
Muğanda toxunurdu.
29
CECİM. Yun, pambıq, xüsusən keci (yararsız barama-
dan alınan kobud ipək sap) və keyfiyyətli ipəkdən əyrilmiş ip-
lərdən toxunur. Cecimin strukturunu iki müxtəlif sistemli ip:
əriş və arğac ipləri təşkil edir. Ərişləri rəngli (ağ, qırmızı, sarı,
palıdı və s.) çəkilir və arasından “keçirtmə” texnikası ilə bir-
rəngli arğac ipləri təkbir - çalkeçir keçirdilir. Əriş və arğac sıx-
lığı bərabər olmur, əriş ipləri çox sıx çəkilir, rənglənməmiş
arğac ipləri bir alt, bir üst tarım çəkilir, ərişlərin arasında gizlə-
nir və beləliklə, cecim ərişüzlü olur. Arğac ipləri əriş iplərinə
nisbətən qalın olduğundan cecimin üzü qabarıq olur. Cecim,
əsasən üfüqi yer hanasında toxunur. Toxuma zamanı, adətən
çöməlmə oturmuş toxucunun ayaqları arasında toxunan cecim,
toxucu qadın ayaqlarını açdığı qədər en verə bilir. Buna görə
cecimin eni 25-30 sm-dən artıq olmur, uzunluğu isə 15 m-dək
və daha artıq olur. Beləliklə, ensiz toxunmuş cecimdən düzəldi-
ləcək məmulatın (döşənəcək, pərdə, geyim və s.) ölçüsünə
uyğun olaraq cecim hissə-hissə kəsilərək bir-birinə tikilir.
Yundan və pambıqdan toxunan cecimlər döşənəcək və divar
xalçası kimi Azərbaycan xalqının məişətində geniş istifadə
olunur. Cecimdən vaxtilə parça kimi qadın və kişi geyimləri,
döşəküzü, yük üzü, müxtəlif örtüklər, çanta, xurcun, yəhərqaşı
və s. əşyalar hazırlanırdı. Azərbaycanda cecimin əsas istehsal
mərkəzləri Qarabağ, Qazax, Naxçıvan, Şəki, Şirvandır (Zər-
dab). Göyçədə və Cənubi Azərbaycanda da toxunur. Şirvanda
cecim, əsasən ipəkdən, Qarabağda yundan, Göyçədə pambıq-
dan toxunur. Cecimin bəzəkləri şaquli istiqamətli enli və ensiz
zolaqlardan ibarət olur, çox vaxt zolaqların üzəri müxtəlif
formalı həndəsi naxışlarla bəzədilir. Naxışlar cecimə iki üsulla:
toxuma zamanı “keçirtmə” və “qayıq” texnikasıyla sərbəst,
yaxud toxunduqdan sonra tikmə üsulu ilə salınır. Texnikasına
və bədii xüsusiyyətlərinə görə cecimlər iki növə bölünür:
Alaköynək cecimlər, ip cecimi cecimlər.
Cecimlər aşağıdakı adlarla adlanırdı:
materialına görə – “Əmya”;
30
texnikasına görə – “Ladı-cecim”, “Şəddə-cecim”, “Yer
cecimi”;
məişətdə istifadəsinə görə – “Cecimi parça”, “Darayı
cecim”, “Həyatı cecim”, “Qara cecim”, “Qəlibli cecim”,
“Paltarlıq cecim” və s.;
bədii xüsusiyyətlərinə görə – “Çiçəkli cecim”, “Çoban
cecimi”, “Saya palaz” və s.
Üfüqi dəzgahda toxunan cecimlərə “Yer cecimi”, şaquli
dəzgahda toxunan cecimlərə isə “Qara cecim” deyilir. Cecimlə-
rə Qazaxda “Dərmə”, Cənubi Azərbaycanda “Cicmin” deyilir-
di. Cecim orta əsrlərdən məlumdur, XVI əsr Təbriz miniatürlə-
rində cecimin təsvirlərinə rast gəlirik. Orta əsrlərdə cecimlər
cacem, palaz (pəlas) və s. adlarla tanınırdı.
KİLİM. Yun, pambıq və kənafdan əyrilmiş iplərdən to-
xunur. Kilimin strukturunu iki müxtəlif sistemli ip: əriş və
arğac ipləri təşkil edir. “Keçirtmə” texnikası ilə arğac ipləri əriş
iplərinin arasından təkbir - çalkeçir keçirilir, lakin boy və boy
deyil, naxışın eninə görə məhdud toxunur. Əriş və arğac sıxlığı
bərabər olmur, arğac çox sıx və bir alt tarım, bir üst tökə keçiri-
lir, ərişləri tam örtür. Beləliklə, kilim arğac üzlü olur. Kilimin
naxışları müxtəlif rəngli arğac ipləri vasitəsilə alınır. Bir naxı-
şın sərhədləri dəyişərkən arğaclar dəyişir və bu sərhədlərdə
“dırnaq” adlanan dəliklər əmələ gəlir. Bununla belə “Dırnaqsız
kilimlər” də toxunur. Məişətdə geniş tətbiq olunan kilim döşə-
nəcək kimi yerə salınır, divardan asılır, alaçıqların üstünə döşə-
nir, dəvə və qatırları bəzəyir, qapı əvəzi, pərdə, süfrə və s.
məqsədlərlə istifadə edilir. Kilimin bir xarakterik xüsusiyyəti
də onun hər iki üzündən istifadə edilməsidir (bəzən birüzlü də
toxunur). Əsas toxunma mərkəzləri Bakı, Qazax, Qarabağ, Şir-
van və Təbrizdir.
Kilimlər aşağıdakı adlarla adlanırdı:
materialına görə – “Kəndir kilim”, “Kənaf kilim”;
texnikasına görə – “Dırnaqsız kilim”, “Gəzməli kilim”;
31
istifadəsinə görə – “Bucaq kilimi”, “Dal kilimi”, “Çadır
örtüyü”, “Gərdəklik qırmızı kilim”, “Qara kilim”, “Qapılıq”,
“Namazlıq”, “Pərdə”, “Sərinkeş”, “Taxtı kilim”, “Şəddə ki-
lim”;
bədii xüsusiyyətlərinə görə – “Balçaxlı kilim”, “Göllü
kilim”, “Güllü kilim”, “Güllü palaz”, “Gülvəngli kilim”, “Kəs-
mə kilim”, “Haşiyəli kilim”, “Xırdagöllü kilim”, “Xırdanaxışlı
kilim”, “Xonçalı kilim”, “Zərpalaz”, “Naxışlı palaz”, “Sumax
kilim”, “Tirmə kilim”, “Zolaqlı kilim”, “Çaxmaxlı kilim”, “Sa-
ya kilim”, “Sırğalı kilim”;
toxunduğu yerə görə – “Sənnə kilim”, “Şamaxı palazı”,
“Şamt” və s.
Məişətdə müxtəlif məqsədlərlə işlədilən bir sıra əşyalar
kilim toxunuşlu olur. Azərbaycanın Qərb bölgələri Gəncə, Qa-
zax, Göyçə və digərlərində kilim sözü xovsuz xalça mənasında
işlənilir. Kilim sözünün orta əsrlərdə türk xalqları arasında ya-
yılan Kərim sözünün təhrif olunmuş forması olması ehtimal
edilir. Orta əsrlərdə kilim “Kurzin”, “Tevasi”, “Əndul” və s.
kimi adlarla tanınırdı.
LADI. Yundan, pambıqdan əyrilmiş iplərdən toxunur.
Ladının strukturunu üç müxtəlif sistemli ip: əriş, arğac ipləri və
əlavə “naxış ipi” təşkil edir. Ladı xalçaları “keçirtmə” texnikası
ilə, “naxış ipi”nin ərişlərin arasından üfüqi istiqamətdə, müxtə-
lif şəkildə keçirdilməsi ilə toxunur, nəticədə keçirtmələr - sırıq-
lar əmələ gətirir. Bu toxunuş ladı texnikası adlanır. Ladı həm
də xovsuz xalça və xalça məmulatlarında geniş istifadə olunan
texnikadır. Onun vasitəsilə digər xovsuz xalçalara: palazlara,
ladı-cecimlərə, şəddələr naxışlar salınır. Ladı iki üsulla toxu-
nur. Birinci üsulda ladılar dik hanada toxunur, yerliyi birrəngli
şal kimi həm əriş, həm də arğac üzlü, yaxud da ki, palaz kimi
yalnız arğac üzlü olur, “naxış ipi” bir üst, iki alt ərişə keçirilir
və əmələ gələn narın, qabarıq keçirtmələr - sırıqlar formasında
naxışlar yaradır. İkinci üsulla toxunan ladının yer hanasında ce-
cim kimi hissə-hissə, ensiz toxunur, ərişlər rəngli, lakin cecim-
32
dən fərqli olaraq birrəng-birrəng çəkilir və arğaclarda eyni
rəngdə olur. Nəticədə yerliyi birrəngli və cecim kimi əriş üzlü
olur. “Naxış ipi” yalnız qabaq ərişlərdən naxışa uyğun 4/1, 3/1
və s. keçirilir və əmələ gələn iri keçirtmələr, sərbəst üfüqi
sırıqlar formasında naxışlar yaradır. Xalçanın üzü ilə arxasını
yəni, dal ərişləri qabaq ərişlərlə hər cərgədən bir tarım keçirilən
arğaclar birləşdirir.
Ladıdan məişətdə döşənəcək, divar örtüyü və s. kimi isti-
fadə edirlər. Ladı xalçaları Azərbaycanın Qarabağ, Qazax, To-
vuz, Yardımlı bölgələrində və Cənubi Azərbaycanda toxunur.
Ladıya Qazaxda və Qarabağda zili, Göyçədə, Qazaxda və
Qarabağda dərmə, Qazaxda, Göyçədə və Borçalıda dərmə
kilim, Lənkəranda keçirtmə palaz deyirlər.
Dostları ilə paylaş: |