Ramiz Dəniz


asar-e  Xace  Nəsirəddin  Tusi”



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə19/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
#15214
1   ...   15   16   17   18   19   20   21   22   ...   25

asar-e  Xace  Nəsirəddin  Tusi”  (“Xacə  Nəsirəddin  Tusi-

nin  həyat  və  yaradıcılığı”)  əsərində  sovet  alimlərinin 

tədqiqatlarına əsaslanıb yazır ki, “Azərbaycanlı Nəsirəddin 

Tusi  Qafqazda  çox  böyük  bir  rəsədxana  yaratmışdı.  Onun 

yaratdığı  astronomik  cədvəlləri  araşdırarkən  sovet  alimləri 

müəyyən  ediblər  ki,  Tusi  Amerika  qitəsinin  coğrafi 

koordinatlarını bilirmiş. Buradan belə nəticəyə gəlmək olar 

ki, Kolumb Amerikanı iki əsr sonra kəşf edib”.

1

 



                                                 

    


     

 1 


M. T.  Müdərris  Rüzavi.  Əhval  və  asar-e  Xace  Nəsirəddin  Tusi.  II 

nəşr. Tehran, “Gülşən”, 1991.  



                                                     

 

  



                                                                            

                                                    

272 

Səyahətə  yollanan  Kolumb  kimin  köməyindən  istifadə 



edəcəyini çox yaxşı bilirdi. Onun bir qeydini göstərmək lap 

yerinə düşərdi. O, yazır: “Bu dünyanı təsvir edən Ptolemey 

və  başqaları  güman  edirdilər  ki,  o  kürəvidir  və  hesab 

edirdilər  ki,  bu  yarımkürə  də  üzərində  olduqları  o  biri 

yarımkürə kimi kürədir. Bu sonuncunun mərkəzini isə onlar 

Arin  adasında  yerləşdirdilər.  Bu  isə  ekvatorun  aşağı, 

Ərəbistan  və  İran  körfəzləri  arasında  yerləşmiş,  çevrəsini 

isə  Portuqaliyadakı  San-Visente  burnunu  keçərək  qərbə 

doğru və şərqdə isə Kanqara və Seresdən keçirirdilər”.

1

 



Kolumb  qeyd  edir  ki,  Arin  adası  Şərq  yarımkürəsində 

90

0



-lik  meridiandadır.  Həmin  ada  Ərəbistan  və  İran 

körfəzləri arasında ekvatordan aşağı yerləşir. Bu isə yalnız 

Seyşel  adaları  ola  bilər.  Həmin  adaların  Qrinviçə  nisbətən 

uzunluq koordinatı 53

0

-dir. Bunu 90



0

-yə tamamlayanda 34

0

 

olur.  Kolumbun  göstərdiyi  ilə  Tusinin  cədvəlindən  alınan 



nəticə,  demək  olar  ki,  eynidir.  Bu  ondan  xəbər  verir  ki, 

məşhur  dəniz  səyyahı  özünün  birinci  səyahətinə  yola 

düşməmişdən  xeyli  əvvəl  Marağada  tərtib  olunan  astrono-

mik cədvəl ilə tanış idi. Necə olsa da, həmin cədəvldə 256 

şəhərin  coğrafi  koordinatları  göstərilmişdir.  İspaniyanın 

Kordova  şəhərindən  tutmuş,  Çinin  Pekin  şəhərinə  kimi 

                                                 

   


     

     1 


Христофор Колумб. Москва, «Путешествие», 1952. стр. 391 

                                                     

 

  



                                                                            

                                                    

273 

düzgün  koordinatlar  barəsində  coğrafiyaşünaslarda  və 



xəritəşünaslarda səlis məlumat yaranırdı. 

Özbəkistan  Elmlər  Akademiyasının  həqiqi  üzvü  T.  N. 

Karı  Niyazov  Səmərqənd,  Buxara,  Herat,  Oş  və  Xocənd 

şəhərlərinin uzunluq koordinatlarını tədqiq edərək nəticədə 

başlanğıc  meridianın  Qrinviçdən  32

0

  qərbdə  olduğunu 



müəyyən  etmişdi.  Deməli,  “Zic  Elxani”  əsəri  peşəkar 

səviyyədə dəqiq işlənilib başa çatdırılmışdır.  

Tarixdən  məlum  olduğu  kimi  Kolumb  səyahətə 

başalmaqdan  ötrü,  Kanar  adalarından  bilavasitə  keçid 

dayanacağı kimi istifadə etmişdi. Axı, həmin keçid zamanı 

o, Kanar adalarından başqa Yaşıl Burun, Azör və Madeyra 

adalarından da istifadə edə bilərdi.  

Erkən  orta  əsrlərdə  bu  adı  çəkilən  adalardan  əlavə 

Atlantik okeanının qərb hissəsində Xaldat və ya Səadət adı 

altında  naməlum  adaların  yerləşməsi  haqqında  kifayət 

qədər  məlumatlar  vardı.  Lakin  heç  kim  həmin  coğrafi 

məntəqəyə gedib çıxa bilmirdi. 

Xaldat və ya Səadət adalarının harada yerləşməsi qədim 

və  orta  əsr  alimlərini  həddindən  artıq  çox  maraqlandırırdı. 

Bəzi  alimlər,  hətta  həmin  adaların  Qrinviç  meridianından 

35

0



 qərb istiqamətində yerləşdiyini bildirirdilər. 

                                                     

 

  



                                                                            

                                                    

274 

Bu məsələ ilə ciddi maraqlanan ingilis alimi Q. R. Kaye 



yazdığı  “Hindistan  astronomiyası”  əsərində  göstərir  ki, 

Səadət adaları Qrinviçdən 35

0

 qərbdədir.



1

 

Maraqlıdır  Q.  R.  Kaye  nəyə  görə  belə  fikirdədir?  Həm 



qədim, həm də orta əsr alimlərinin əksəriyyəti üçün Səadət 

adaları Alantik okeanının qərb hissəsində təsəvvür edilirdi. 

Həmin  adaların  mövcud  olması  yalnız  Köhnə  dünyanın 

sərhədinə yaxın bir yer idi. Deməli, Kaye heç bir elmi əsas 

olmadan  həmin  adaları  Qrinviç  meridianından  35

0

  qərb 



istiqamətində  göstərmişdir.  Məlum  olduğu  kimi  Atlantik 

okeanından  35

qərb  istiqamətində,  alimlərin  diqqətini 



özlərinə cəlb edən, belə bir mühüm adalar yerləşmir. 

Biruni  bu  haqda  yazır:  “Bəzi  alimlər  başlanğıc  uzun-

luğunu  Səadət  adalarından,  bəziləri  isə  Qərb  dənizinin 

sahilindən hesablayırlar. Bunların arasında fərq 10

0

-dir”. 


Tusinin müasiri olan İspaniyada yaşamış ərəb coğrafiya-

şünası  Əli  ibn  Səid  əl  Məğribi  əl  Əndəluzi  (1214-1274) 

Xaldat  adaları  barəsində  yazır:  “Yer  kürəvidir.  O  hər 

tərəfdən su ilə əhatə olunmuşdur. Su və Yer göyün mərkə-

zində, ürəyində yerləşmişdir. Yerin firlandığı çevrə 36

0

–dir. 



Hər dərəcə və dərəcənin yarısı 100 milə bərabərdir. Hər mil 

4000 dirsəyə bərabərdir.  

                                                 

            1

 Г. Р. Кайе. «Индийская астрономия». 1924. стр. 52 


                                                     

 

  



                                                                            

                                                    

275 

Yerin  yaşayış  hissəsi  –  cəzair  Xaldatdan  Sili  adalarına 



qədər  180

0

-dir.  Cəzair  Xaldat  Qərb  bəhr  –  mühitindədir. 



Sili adaları isə Şərq bəhr mühitindədir”. 

Əli  əl  Əndəluzi  Yer  kürəsinin  hər  tərəfdən  su  ilə  əhatə 

olunduğunu  və  yerin  yaşayış  hissəsinin  hansı  məntəqələ-

rindən  başlandığını  açıq  şəkildə  bildirmir.  Dəqiq  göstəri-

lmir  Cəzair  Xaldat  hansı  adalar  ola  bilər,  lakin  həmin  ada 

Qərb  bəhr  mühitində  yerləşdiyindən  bəzi  alimlər  müəyyən 

edir  ki,  həmin  məntəqə  orta  əsrlərdə  alimlər  və  dənizçilər 

üçün  məlum  olan  ya  Kanar,  Madeyra,  ya  da  ki,  Azör 

adalarıdır. Bunun təkzibini bir qədər aşağıda verəcəyəm. 

O ki, qaldı Şərq bəhr – mühitində Sili adalarının göstər-

məsi,  bunu  da  müəyyən  etmək  lap  yerinə  düşərdi.  Həmin 

dövrdə,  meridianların  dəqiq  bölgüsü  baş  vermədiyindən 

Asiya qitəsinin şərq sahillərini, əsasən İndoneziya arxipela-

qının qurtaracağını – Molukk, Sulu və Yeni Qvineya adala-

rını  –  Şərq  bəhr  mühiti  kimi  başa  düşürdülər.  Artıq  Əli  əl 

Əndəluzi  hələ  XIII  əsrdə  Yer  kürəsinin  Şərq  yarımkürəsi-

nin başalnğıcı ilə qurtaracağını göstərməyə cəhd etmişdi. 

Əlbəttə,  Cəzair  Xaldatın  harada  yerləşməsi  Marağa 

rəsədxanasında  işləyən  alimlərin  də  diqqət  mərkəzində 

olmuşdu. Tusi ilə birlikdə işləmiş Suriya alimi Qriqori Əbül 

Fərəcin  bu  barədə  qeydi:  “Yunan  alimlərinin  fikrincə, 

Yerin yaşayış olan hissəsi qərbdən başlayır, bunlara Səadət 



                                                     

 

  



                                                                            

                                                    

276 

və yaxud Xaldat deyilir. Bunlar dənizin sahilindən təqribən 



10

0

 uzaqdadır. 



XIII əsrin məşhur coğrafiyaşünası və tarixçisi  Azərbay-

can alimi Mahmud Qəzvini də Səadət və ya Xaldat adasını 

Atlantik okeanının qərb sahilində yerləşdiyini bildirir. 

Rəsədxananın  digər  məşhur  alimi  Mahmud  ben  Masud 

Qütbəddin  Şirazi  həmin  adalar  barəsində  yazırdı:  “Ptole-

meyə  və  başqa  alimlərə  görə  uzunluğun  başlanğıcı  Cəzair 

Səadət və Cəzair Xaldat adlanan altı adadan hesablanır ki, 

bunlar  “okean”  adlanan  Qərb  dənizində  yerləşmişdir. 

Qədimdə bu adalarda yaşayış var idi. Bunlar Həbəş torpağı 

qarşısındadır. İndi bu adalar su ilə örtülmüşdür”. 

Beləliklə, Marağa rəsədxanasında çalışan alimlərin ikisi, 

Qriqori Əbül Fərəc və Qütbəddin Şirazi cəzair Səadətin və 

yaxud  cəzair  Xaldatın  altı  adadan  ibarət  olduğunu  və 

onların Qərb dənizində başalnğıc meridianında yerləşdiyini 

göstərirlər. Maraqlıdır, görəsən onlar hansı adaları nəzərdə 

tuturdular? Bu məsələyə bir qədər aşağıda qayıdarıq. 

Hələlik isə bu açıqlama ilə daha bir alimin fikri ilə tanış 

olmaq  yerinə  düşərdi.  Ərəb  alimi  Hərrani  (XIV  əsr)  bu 

haqda  yazırdı:  “O  ki  qaldı  Qərb  torpağına,  o  Qərb  zülmət 

bəhr – mühitindən başlayır. Bu elə bir dənizdir ki, onun o 

biri tərəfində heç kəs olmamış və bilmir ki, bunun ardında 

nə  var.  Burada  külli  miqdarda  üzərində  həyat  olan  adalar 



                                                     

 

  



                                                                            

                                                    

277 

vardır.  Bunlardan  ikisinə  cəzair  Xaldat  deyilir.  Bunların 



ikisi ən böyük adadır”. 

Hərraninin  bu  sözləri  H.  Məmmədbəylini  heyrətləndir-

miş  və  o,  bu  məsələyə  dair  öz  fikrini  belə  bildirmişdi: 

“Hərraninin belə bir qeydi doğrudan da, diqqəti cəlb edir.. 

...Bunlardan  ikisi;  yəni,  Kuba  və  Haiti  adaları  o  birinə 

nisbətən  olduqca  böyükdür.  Bunu  həmin  adaların  nisbi 

ölçülərinin sxemində görmək olar.  

Deməli,  Hərraninin  dediyinə  görə  ancaq  Kuba  və  Haiti 

adaları cəzair Xaldatdır”.

1

 



Bir çox alimlər də belə fikirləşirdilər. Lakin bunu heç də 

sensassiya  xarakterli  bir  məlumat  adlandırmaq  olmaz. 

Alimlər  belə  düşünürdülər  ki,  Qərb  torpağının  sərhədində 

yerləşən  Antil  adaları  və  onun  tərkibində  olan  iki  böyük 

Kuba ilə Haiti adaları elə cəzair Xaldadır. Bunu onunla izah 

edirlər  ki,  Antil  adaları  çoxlu  adalardan  və  onlardan  ikisi 

isə  daha  böyükdür.  Şəxsən  mən  belə  bir  izahata  təkzib 

vermək məcburiyyətindəyəm. Hərraninin göstərdikləri ada-

ları heç də Antil adaları ilə müqayisə etmək lazım deyil.  

Orta  əsr  alimləri  Antil  adalarını  Asiya  qitəsinin  şərq 

sahilində,  Yaponiyanın  yaxınlığında  göstərirdilər.  Həmin 

dövrdə Amerika qitəsi mövcud olmadığından, heç kim, orta 

                                                 

          1

 H. C. Məmmədbəyli. Mühəmməd Nəsirəddin Tusi. Bakı, “Gənclik”, 

1980. səh. 160-161 



                                                     

 

  



                                                                            

                                                    

278 

əsr  xəritələrində  təsvir  edilən  Antil  adalarını  Amerika 



qitəsinin  şərq  sahilində  göstərə  bilməzdi.  Düzdür,  bir  çox 

alim  və  coğrafiyaşünaslar  Antil  adalarını  Qərb  dənizinin 

qərb  sahilində  göstərdilər.  Lakin  bu  o  demək  deyil  ki, 

Hərrani  indiki  Antil  adaları  haqqında  məlumat  vermək 

istəyirmiş.  

O  ki,  qaldı  orada  çoxlu  adaların  olması  və  həmin 

adalardan ikisinin böyüklüyünə görə  fərqlənməsi, bu Kuba 

və  Haiti  adalarına  şamil  olunmur.  Həmin  adalar  Asiya 

qitəsinin  şərq  hissəsində  göstərilirdisə,  bu  yalnız  indiki 

Filippin  adalarına  şamil  oluna  bilər.  Həmin  arxipelaqda 

yeddi  minə  yaxın  ada  var  və  onlardan  ikisi  Luson  və 

Mindanao  böyüklüyünə  görə,  həqiqətən  də,  başqalarından 

xeyli  fərqlənir.  Başqa  adalara  nisbətən  Filippin  adalarına 

gediş-gəliş  az  olduğundan,  Avropada  həmin  arxipelaq 

barəsindəki məlumat yox dərəcəsində idi. 

 

 



 

       

 

 

 

 

                            

 


                                                     

 

  



                                                                            

                                                    

279 

                                         İnsan uğur qazana bilməsə də,  

                                      uğur üçün əlindən gələni edibsə, 

                                      onu qınamaq fikrinə düşməyin. 

                                                              Corc Vaşinqton 

 

         Xristofor Kolumb və dünya əhəmiyyətli kəşf 

 

 



Xristofor  Kolumb  1451-ci  ildə  İtaliyanın  Genuya 

şəhərinin  şərq  hissəsinə  yaxın  olan  bir  yerdə  Porta-del-

Olivellada, toxucu ailəsində anadan olub. 

Məhəbbətini  dənizə  bağlayan  X.  Kolumb  ilk  səyahətini 

1474-1475-ci  illərdə  Genuyadan  Xios  şəhərinə  etmişdi. 

1476-cı  ildə  o,  Xios  adasından  Flandriyaya  yollanarkən 

Portuqaliya  sahillərində  bədbəxt  hadisə  ilə  üzləşir  və  gənc 

dənizçi  Lissabona  getməli  olur.  Növbəti  ildə  Kolumb 

İngiltərəyə,  İrlandiyaya  və  İslandiyaya  gedib  çıxır  və 

oradan  Portuqaliyaya  qayıdır.  Beləliklə,  gələcək  admiral 

Avropanın  şimal-qərb  hissəsində  yerləşən  mühüm  coğrafi 

məntəqələri  gəzib  dolaşmağa  müvvəfəq  olmuşdu.  Artıq  o, 

adi yox, peşəkar bir dənizçi kimi formalaşmışdı. 

Kolumb  1479-cu  ildə  Madeyra  adalarında  və  ya  Portu-

qaliyada  Felipa  Moniz  da  Perestrella  ilə  evlənir  və  onun 

sayəsində  Madeyra  adalarında  məskunlaşır.  Praktiki  navi-

qasiya  üzrə  ilkin  məktəbini  o,  Madeyra  adalarında  Portu-


                                                     

 

  



                                                                            

                                                    

280 

Santuda  keçir.  Oradan  Azör  adalarına  səyahət  edəndən 



sonra  dənizçilik  elminin  kursunu,  1482  və  yaxud  1483-cü 

ildə  Afrikanın  Qvineya  körfəzinə  gedən  ekspedisiyalarda 

başa çatdırır. 

 

                  



 

                     Xristofor Kolumb (1451-1506) 

 

Bütün  bu  səyahətlər  Kolumbun  dünyagörüşünün 



artmasında  böyük  rol  oynayır  və  o,  bacarıqlı  bir  gəmi 

kapitanı  kimi  xeyli  püxtələşirdi.  Paralel  olaraq  o,  peşəkar 



                                                     

 

  



                                                                            

                                                    

281 

dənizçi  kimi  praktiki  kurs  keçir  və  ekspedisiyaları  təşkil 



edən adamların, bir kapitan kimi etimadlarını qazanırdı. 

Kolumb okeanda və ya dənizdə cərəyanlarla, küləklərlə, 

gözlənilməz  halda  baş  verən  fırtınalarla,  ştil  ilə,  qeyri-adi 

havada  gəmini  necə  idarə  etməklə,  ulduzların  göydə 

yerləşməsi  və  onlardan  naviqasiyada  istifadə  etməklə 

məşğul olurdu. 

Hindistana və Çinə getmək üçün həmin dövrdə yalnız bir 

yol  məlum  idi,  o  da  ki,  Dəməşq,  Təbriz  və  Pekinə  kimi 

davam  edən  “ipək  yolu”.  Ticarətə,  səyahətə,  o  cümlədən, 

Roma  papasının  və  Avropa  hökmdarlarının  göstərişi  ilə 

diplomatik  missiyaya  yollananlar  -  Əbu  əl  Həsən  Əli  əl 

Məsudi,  Qranadalı  Əbu  Həmid  əl  Qarnati,  Covanni  del 

Plano  Karpini  ilə  Benedikt  Polşalı  (Vrotslavlı),  Andre 

Lanjümo,  Gilyom  (Villem)  Rubruk,  Nikollo,  Maffeo  və 

Marko  Pololar,  Ruy  Qonsales  Klavixo  və  Nikollo  Konti  – 

Asiya  qitəsinə  Kiçik  Asiya  yarımadasından  və  Levantdan 

daxil  olurdular.  Lakin  həmin  yol  həddindən  artıq  uzun 

sayılır  və  Yaxın  Şərqdə  Osmanlı  Türkiyənin  tam  nəzarəti 

altında  idi.  Gətirilən  mallara  xeyli  vergi  tələb  olunduğun-

dan tacirlər çətinliklərlə üzləşirdilər. Həmin ölkələrə dəniz 

yolu  ilə  getməkdən  ötrü,  Afrika  qitəsini  dövrə  vurmaq  ön 

plana çəkilirdi. 



                                                     

 

  



                                                                            

                                                    

282 

Kolumb  hələ  Portuqaliyada  olarkən,  Hindistana  qərb 



yolu ilə getmək üçün özünün elmi cəhətdən əsaslandırılmış 

layihəsini  hazırlayır  və  1484-cü  ildə  onu  Portuqaliyanın 

kralı II Juana təqdim edir. Onun fikri çox sadə idi: biri tam 

düzgün, o birisi isə yanlışdır. Birincisi, (düzgün) Yerin kürə 

şəklində  olması:  ikincisi  isə,  (bilərəkdən  yanlış)  Yer 

kürəsinin böyük bir hissəsi quru torpaqla, Asiya, Avropa və 

Afrika  qitələri  ilə  əhatə  olunubdur.  Bunu  nəzərə  alaraq, 

Avropanın qərb sahili ilə Asiyanın şərq sahilləri arasındakı 

məsafənin  xeyli  qısa  olduğu  müəyyənləşdirilir,  yəni,  qısa 

müddət  ərzində  Atlantik  okeanını,  qərb  yolu  ilə  üzməklə 

gedib  ya  Yaponiya,  Çinə  və  ya  Hindistana  çıxmaq  olar. 

Lakin  Avropa  ilə  Asiyanı  ayıran  okeanda  təxminən  10000 

km.  (Yaponiyaya  qədər)  yol  qət  etmək  lazımdır.  Bu  isə, 

dayanacaqdan  istifadə  etməyən  hər  hansı  bir  gəmi  heyəti 

üçün həddindən artıq ağır bir iş sayılırdı.

1

 



Böyük  Coğrafi  kəşflər  gəmiqayırmada,  naviqasiyada  və 

coğrafi biliklərin əldə olunan nailiyyətlər nəticəsində həya-

ta keçirilməyə başladı. Portuqallar və ispanlar müasir gəmi 

sayılan açıq okeanda küləyə qarşı  dalğalarla üzən,  yüngül, 

manevrli,  itisürətli  və  çoxtutumlu  karavellanı  düzəltməyi 

öyrəndilər.  Kompasdan  istifadə  etmək  və  xəritəşünaslığın 

                                                 

      1


 И. П. Магидович, В. И. Магидович. Очерки по истории географи-

ческих открытий. II том. Москва, «Просвещение», 1982. стр.14  



                                                     

 

  



                                                                            

                                                    

283 

inkişafı  açıq  okeanda  üzməyə  imkan  verirdi.  Həmin  dövr 



üçün  Yerin  kürə  şəklində  olması  fərziyyəsi  beynlərə  həkk 

olduğundan,  dənizçilərin  qərbə  yollanıb,  Şərqdə  yerləşən 

nağıllar ölkəsinə çatmaq üçün əminlik yaradırdı.

1

 



XV  əsrdə  yaşamış  italyan  alim-humanist,  kosmoqraf  və 

astronom  Paolo  del  Pottso  Toskanelli  (1397  Florensiya  - 

1482),  humanist  Pyetro  Martire  (Əzablı  Pyotr)  da  belə 

fikirləşirdi.  Belə  bir  səyahətin  reallığı  barəsindəki  fikri 

Arisotel,  Evdoks  Knidski,  Posidoni,  Eratosfen,  Pifey, 

Böyük  Plini,  Pomponi  Mela,  Strabon  və  Plutarx  kimi 

dahilər  də  bölüşdürürdülər.  Orta  əsrlərdə  isə  Vahid  okean 

nəzəriyyəsini  kilsə  də  qəbul  etmişdi.  Belə  bir  nəzəriyyəni 

İslam  dünyası,  o  cümlədən,  onun  məşhur  alimləri  Əli  əl 

Məsudi,  Mühəmməd  Əl-Xorezmi,  Bəttani,  Əbu  Reyhan 

Biruni,  Mahmud  əl  Xocəndi,  İdrisi  və  Nəsirəddin  Tusi  də 

bölüşdürürdülər. 

Genuyalıların nə dərəcədə ağıllı və bacarıqlı olduqlarını 

Portuqaliya kralı və onun əyanları çox yaxşı başa düşürdü-

lər.  Bunu  nəzərə  alan  kral  kral  II  Juan  hər  ehtimala  qarşı 

Kolumbun layihəsini, Seutanın arxiyepiskopu Diyeqo Ortis 

de  Villeqasın  başçılığı  altında,  Portuqaliyanın  ən  istedadlı 

və  bacarıqlı  alimlərin  və  riyaziyyatçıların  fəaliyyət 

                                                 

             1 

М.  Л.  Абрамсон,  А.  А.  Кириллова,  Н.  Ф.  Колесницкий  и  др.; 

Под ред. Н. Ф. Колесницкого. История средних веков: 2-е изд. испр. 

и доп. Москва, «Просвещение», 1986. стр. 391 


                                                     

 

  



                                                                            

                                                    

284 

göstərdikləri kiçik Lissabon akademiyasına – “Riyaziyyat-



çılar  Xuntası”na  təqdim  edir.  Bu  təşkilatın  bir  neçə  üzvü 

yəhudi alimləri idi: o dövrün astrolyabiyasını və sektantını 

təkmilləşdirmiş  usta  Rodriqo  və  naviqasiya  astronomiya-

sının ustası Xose Vitsinqo.

1

 Həmin adamlar dəqiq bilirdilər 



ki,  layihədə  göstərilmiş  uzunluq  barəsindəki  ölçülər  və 

həmin ölçülərə dair verilmiş məsafələrdə uyğunsuzluq var. 

İş  ondadır  ki,  onların  özlərində  də  Yer  kürəsinin 

uzunluğunun dəqiq ölçüsü yox idi, lakin alimlər əmin idilər 

ki, Kolumb öz hesabatlarında düçgün deyil. 

Lap dəqiq dəqiq bilinmir həmin şura hansı qərar çıxarır, 

lakin  o,  məlumdur  ki,  1485-ci  ildə  çıxarılan  qərar 

gözlənildiyi kimi Kolumbun xeyrinə olmamışdır. 

Kolumb  isə  komissiya  iştirakçılarına  sübut  etməyə 

çalışırdı  ki,  Asiya  qitəsinin  şərq  sahillərinə  Qərb  yolu  ilə 

çatmaq çətin olsa da bu mümkündür. 

Portuqaliya bundan əvvəlki və sonrakı illərdə Atlantika-

nın qərb hissəsində naməlum torpaqları axtarmaqla, demək 

olar  ki,  Kolumbun  layihəsini  praktik  cəhətcə  yoxlayaraq, 

heç  bir  müsbət  nəticə  əldə  edə  bilməmişdi.  Həmin 

uğursuzluğun səbəbi vardı. 

 

                                                 



        1

 Ч. Верлинден. Покорители Америки. Ростов-на-Дону, «Феникс», 

1997. стр. 21 


                                                     

 

  



                                                                            

                                                    

285 

 

         Eratosfenə görə Dünya xəritəsi (b.e.ə. II əsr) 



 

Avropada  məşhur  alim  kimi  tanınan  Biruni  sıfırıncı 

meridianı  Qrinviç  meridianından  25

qərb  istiqamətində 



göstərdiyi  üçün  portuqal  dənizçiləri  Antiliya  və  Səadət 

adalarını  məhz  həmin  meridianda  və  yaxud  ona  yaxın  bir 

yerdə  axtarmışdılar.  Yəni,  “Riyaziyyatçılar  Xuntası”nın 

rəhbərliyinin  göstərişilə  Portuqaliyada  təşkil  edilən  ekspe-

disiyalar Biruninin təyin etdiyi sıfırıncı meridianından qərb 

istiqamətində çox uzaqlaşmamalı idilər. Məhz bu səbəbdən 

Antiliya  və  Səadət  adalarını  axtaran  ekspedisiyalar  üçün, 


                                                     

 

  



                                                                            

                                                    

286 

indiki  Amerika  qitəsi  ilə  üzləşmək,  qeyri-real  sayılırdı. 



Portuqaliya  özü  üçün  təyin  etdiyi  sıfırıncı  meridianı  sirr 

kimi saxlasa da, Kolumb portuqalların, Biruninin qoyduğu 

meridiandan  başlanğıc  meridianı  kimi  istifadə  etmələrin-

dən şübhələnmişdi. Belə olan halda Atlantik okeanının qərb 

istiqamətində  gizlin  qalan  iri  bir  qitənin  aşkarlanması 

mümkün deyildi. 

Elə portuqalların Van Olmenin başçılığı altında 1487-ci 

ildə təşkil etdikləri ekspedisiyanın, okeanın qərb hissəsində 

axtarışlarla  məşğul  olması  Kolumbu  azacıq  olsun  da 

narahat  etməmişdi.  Biruninin  göstərdiyi  sıfırıncı  meridian-

da  Antiliya  və  ya  Səadət  adaları  yox  idi.  Portuqal 

dənizçilərindən  fərqli  olaraq,  Kolumb  Tusinin  təyin  etdiyi 

sıfırıncı  meridiandan  başlanğıc  meridianı  kimi  istifadə 

etməsini, qarşısına bir məqsəd kimi qoymuşdu. O əmin idi 

ki,  məhz  həmin  meridianın  xətti  naməlum  iri  bir  torpağın 

şərq sahilindən keçə bilər. 

Kolumb  İspaniyada  olarkən  Antonio  Marçenanın 

köməkliyi  ilə,  İspaniya  monarxlarının  böyük  nüfuz  sahibi 

olan, hersoq Medinaseli, don Luis de la Serda ilə tanış olur. 

Genuyalının layihəsi hersoqun xoşuna gəlir və o, bu haqda 

kraliça  İzabellaya  məlumat  verərək,  layihənin  reallaşması 

inkar  edilsə,  onda  ekspedisiyanı  şəxsən  özü-öz  hesabına 

təşkil  edəcəyini  bildirir.  Kraliça  Kolumb  ilə  tanış  olmaq 


                                                     

 

  



                                                                            

                                                    

287 

üçün  1486-ci  il  mayın  1-də  onu  Kordovadakı  Alkasar 



sarayına  dəvət  edir  və  maraqlı  dialoqdan  sonra  Genuyalı-

nın layihəsini xüsusi komissiyanın müzakirəsinə verir. 

İlk  dəfə  komissiya  Kordovada  sonra  isə  məşhur 

universitet şəhəri sayılan Salamankada toplaşır. İzabellanın 

dini  atası  sayılan  Ernando  Talaveranın  başçılığı  altında 

monaxlardan  və  kral  əyanlarından  təşkil  edilmiş  həmin 

komissiya 4 ildən sonra mənfi qərar çıxarır. 

Cavabın  uzanmasını  görən  Kolumb  ruhdan  düşmür, 

nəzərdə tutduğu ekspedisiyaya daha ciddi hazırlaşmaq üçün 

boş vaxtında yalnız elmi kitablar oxumaqla məşğul olur.  

Əksəriyyət  ədəbiyyatını  coğrafiyaya  və  kosmoqrafiyaya 

aid  olan  kitablar  təşkil  edirdi.  Yəni  o,  yalnız  maraqlandığı 

sahəni  daha  mükəmməl  öyrənməyə  çalışırdı.  Xüsusən  də 

Kolumb  venetsiyalı  Marko  Polonun  “Səyahətnamə”  kita-

bını daha çox oxumuş və həmin kitabın səhifələrində çox-

saylı  qeydlər  qoymuşdu.  Yeni  tarixin  və  müstəmləkəçilik 

dövrünün  alimi  akademik  Çarlz  Verlindən  “Xristofor 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin