Kolumb” əsərində yazır: Kolumb Plininin “Həqiqi tari-
xin” italyan tərcüməsini, Plutarxın və Ptolemeyin 1489-cu
ildə yenidən çap edilmiş əsərlərini əldə edir. Lakin külli-
miqdardakı qeydlər, Seviliyanın Kolumbiya kitabxanasın-
da saxlanılan, Marko Polonun latın nəşriyyatında olan
əsərindən əlavə, Roma papası II Piy adı altında tanınmış
288
olan Enea Silvio Pikkolomininin “Historia rerum ubique
qestarum” və Pyer de Ailyinin “İmaqo Mundi” (“Dün-
yanın təsviri”) əsərlərində də onun tərəfindən qeydlər
qoyulmuşdur. Həmin əsərlərdə cəmisi 2125 qeyd var.
1
C. Beyker qeyd edir ki, Kolumbun kosmoqrafik baxış-
ları orta əsrlər xarakteri daşıyırdı. O, Pyer de Ailyinin
“Traktatus de imagine mundi” (“Dünyanın təsviri haq-
qında traktat”) kitabından istifadə etmişdi, hansındakı
Rocer Bekonun XIII əsrdə yazdığı “Opus Majus”
kitabında çoxsaylı fikirləri vardı. Kolumda isə həmin dövr
üçün “yeni” ideyalar yox idi.
2
Mənim fikirimcə bu yanlış
fikirdir. Ona görə ki, Kolumb yalnız həmin əsərdən yox,
ümumiyyətlə, Yerin təsviri və okeanlarla bağlı çoxsaylı
kitabların səhifələrini nəzərdən keçirmişdi.
1410-cu ildə kardinal Pyer de Ailyi, humanistlər hələ
Ptolemeyi yenidən kəşf edənə qədər, ümumi coğrafiya üzrə
traktat yazmışdı. O, Tirdən olan Marinus kimi bildirmişdir
ki, Asiya şərq istiqamətində daha çox uzanır və Avropadan
ensiz okean ilə ayrılır. Bir fransız kosmoqrafı, Kolumbda
olan, özünün yazılarından birində hətta belə bir fikir
söyləyir ki, əlverişli küləyin vasitəsi ilə həmin okeanı bir
1
Ч. Верлинден. Покорители Америки. Ростов-на-Дону, «Феникс»,
1997. стр. 32
2
Дж. Бейкер. История географических открытий и исследований.
Пер. с англ. Москва, «Иностранная литература», 1950. IV глава.
289
neçə gün müddətinə qət etmək mümkündür. Genuyalı
dənizçi həmin yeri xüsusi ilə qeyd etmiş və eləcə də orada
həmin fikrə dair öz iradlarını bildirmişdi. “İmaqo Mundi”
əsərində Kolumb, haradakı İspaniya ilə Hindistan arasında
məsafə azdır və şərq qərbdən heç də uzaq məsafədə
başlamır səhifələri var, əsasən həmin yerlərdə xüsusi və
geniş şəkildə öz qeydlərini vermişdi. İspaniya və Hindistan
barəsindəki fəsillərin başlıqları bütünlüklə səyyahın şəxsi
yazıları ilə doludur. Deyəsən, qiymətli daşların və metal-
ların, fillərin və başqa qorxunc məxluqların şəkilləri
Kolumbu gipnoz halına salmışdı. Haradakı mirvari ilə dolu
olan yerlər var, o, həmin yerləri bütünlüklə haşiyəyə alırdı.
Kolumb tərəfindən çəkilmiş xəritələrdə isə okeanın ən dar
yeri, xüsusi rənglərlə başqa yerlərdən fərqlənirdi.
Enea Silvionun “Historia rerum” əsərində bir abzasda
Kolumbun belə bir qeydi var, Asiya Tulyanın yerləşdiyi
enlikdə yerləşir, yəni, İslandiya yerləşən enlikdə. Başqa bir
abzasda qeyd olunub ki, çinlilər sülhsevər bir məxluq kimi
göstərilibdir və o, bildirmişdir ki, Çin Hindistanın kənarın-
da yerləşir, yəni “İspaniya ilə İrlandiyanın qarşısında”.
Coğrafiyanı, astronomiyanı dərindən bilmək üçün
Kolumb, Ptolemeyin Regiomontan tərəfindən latın dilinə
tərcümə etdiyi “Almagest” və həmin elmlər barəsində iki
traktatın (814-816-cı illər) müəllifi Dikuilin 9 fəsildən iba-
290
rət olan “Yer çevrəsinin ölçülməsi” əsərlərini oxuyub
nəzərdən keçirmişdi. Dikuilin əsəri frank imperiyasında
coğrafiyaya aid yazılmış ilk əsəridir. Əsərdəki əsas
materiallar başda Plini olmaqla, antik alimlərin əsərlərin-
dən götürülmüşdü.
Xristofor Kolumb birinci səyahətinə yola düşür
291
“Riyaziyyatçılar Xuntası” tərəfindən Kolumba rədd
cavabı veriləndən sonra II Juan, Atlantik okeanının o biri
tayında torpaq olduğunu yoxlamaq üçün, özü, Portuqaliya-
da Fernan d`Ulmo adı ilə tanınmış, fələməngli Ferdinand
van Olmeni ekspedisiya başında səyahətə göndərir. 1487-ci
ilin yaz fəslində van Olmen iki karavella ilə Atlantikada
səyahətə başlayır.
1
Ona qədər Portuqaliyanın keçmiş kralı V Alfons 1462-ci
ildə Voqado adlı bir kəsi hər hansı bir torpağı tapmaqdan
ötrü Atlantikanın qərb istiqamətinə göndərmişdi, lakin
ekspedisiya heç bir uğur qazanmamışdı. Axtarışa yollanan
van Olmen isə həmin ekspedisiyadan geri qayıtmır.
Kolumbun layihəsi 1491-ci ilin sonunda yenə də komis-
siyanın ixtiyarına verilir və bu dəfə də ona rədd cavabı
verilir. İşi belə görən genuyalı dənizçi bu dəfə Fransaya
yollanmağı qərara alır və Ferdinand Araqonlunun ən yaxın
maliyyə müşaviri hersoq Luis Santanxel hamını inandırır
ki, Kolumbun getməsinə görə İspaniya böyük peşmançılıq
çəkəcək.
1
Kral qasidi, gələcək dəniz səyyahını Qranadadan
6 km. aralıda yolda haqlayaraq, onu geri qaytarır.
1
Ч. Верлинден. Покорители Америки. Ростов-на-Дону, «Феникс»,
1997. стр. 23
1
Ф. Дж. Купер. Мерседес из Кастилии или путешествие в Катай.
Одесса, «Маяк», 1985. стр. 91
292
1492-ci ilin avqustun 3-də Kolumbun başçılıq etdiyi
donanma (“Santa-Mariya”, “Pinta” və “Ninya”) Palos
limanını tərk edir və oktyabrın 12-də Baham adalarının
tərkibində olan Quanahini adasını (indiki Uotlinq) kəşf
etməklə, dünyanın 4-cü qitəsinin varlığını Köhnə Dünya
üçün aşkarlayır. 1493-cü ilin marın 4-də, Avropaya qayıdan
admiral Lissabona çatır. Bundan sonra Kolumb Yeni
Dünya sahillərinə daha 3 dəfə səyahət edir – 1493-1496,
1498-1500 və 1502-1504-cü illərdə - və monarxları çaşdır-
maq üçün hamıya bəyan edir ki, guya o, Şərqi Asiyanı kəşf
edibdir. Halbuki mən öz tədqiqatlarımda xüsusən də,
“Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika
qitəsinin həqiqi kəşfi” adlı əsərimdə bildirmişəm ki,
məşhur dəniz səyyahı elə birinci səyahəti zamanı hara
getdiyini, hansı marşrutla hərəkət etdiyini, hansı müddətə
torpaqla üzləşəcəyini və neçə günə çatacağını əvvəlcədən
bilirdi.
Həmin kəşfi analiz etmək üçün mən bəzi məqamlara
toxunmaq istərdim. Kolumbun başçılıq etdiyi ekspedisi-
yanın hansı məqsəd güddüyü barəsində bir çox ədəbiyyatlar
var. Maraqlı odur ki, bəzilərinin iddia etdiyi kimi Kolumb
1492-ci ildə Asiya qitəsinə çatmaq məqsədini qarşısına
qoymuşdır. Bu fərziyyənin nə dərəcədə düzgün olduğunu
təyin etmək üçün ilk növbədə, məşhur dəniz səyyahı ilə iki
293
Xristofor Kolumb Quanahini adasına qədəm qoyur
294
kral arasında bağlanan müqaviləyə nəzər salmaq lazımdır.
O, nəzərdə tutduğu titulları və imtiyazları yalnız dünya
əhəmiyyətli kəşfi həyata keçirəndən sonra İspaniyanın
monarxlarından ala bilərdi. Yəni, həmin müqavilədə nəinki
Asiya və yaxud onun hər hansı bir hissəsi, hətta orada heç
bir coğrafi ad da göstərilməyib, lakin bunun əsas səbəbini
başqa bir şey ilə izah edirlər.
Roma papası IV Sikst 21 iyun 1481-ci ildə öz bullası
“Aeterna Regis”lə Yer kürəsini Kastiliya və Portuqaliya
arasında böləndə, portuqal dənizçiləri Kanar adalarından
cənub və şərq istiqamətində, Kastiliyanın dənizçiləri isə
həmin coğrafi məntəqədən qərb və şimal istiqamətində
ekspedisiyalar təşkil etmək hüququ qazanırlar.
Belə olan halda İspan monarxları Kolumb ilə bağlanan
müqavilədə heç vaxt Asiyanın hər hansı bir hissəsinin adını
çəkə bilməzdilər. Ona görə ki, həmin qitənin demək olar,
bütün ərazisi Portuqaliyanın ixtiyarına verilmişdir.
Müqaviləyə görə isə söhbət yalnız Asiya qitəsindən gedə
bilərdi. İş ondadır ki, qədimdəki və ilkin orta əsrlərdəki
təsəvvürlərə görə Avropadan qərb tərəfdə Atlantik okeanı-
nın o tayında yalnız Asiya materiki yerləşə bilməzdi.
1
Xəyal qanadları olan elm
1
Ф. Дж. Купер. Мерседес из Кастилии или путешествие в Катай.
Одесса, «Маяк», 1985. стр. 237
295
möcüzələr yaratmağa qadirdir.
Maykl Faradey
Marağa xəritəsinin bir nüsxəsinin Çinə
gedib çıxması və oradan yoxa çıxması
Sual verilə bilər ki, Toskanelli və ya Kolumb Azərbay-
can aliminin hesabatları və xəritəsi ilə tanış idilərsə, bəs
həmin materiallar onların əlinə necə keçə bilərdi? Axı,
məlumdur ki, Tusi Azərbaycanda və Ərəbi İraqda,
Toskanelli İtaliyada, Kolumb isə İtaliya, Portuqaliya və
İspaniyada yaşayıb fəaliyyət göstərmişdilər. Məlumat üçün
bildirməliyəm ki, həmin dövrdə Azərbaycanın adı çəkilən
dövlətlərlə nə mədəni, nə iqtisadi, nə də ki, siyasi əlaqələri
yox idi. Azərbaycan Qafqaz dağ ətəklərinin cənubunda,
İtaliya isə Cənubi Avropada yerləşir. Gördüyünüz kimi
həmin ölkələrin arasında həddindən artıq böyük bir məsafə
var. Maraqlıdır, həmin materiallar adı çəkilən ölkələrə necə
çıxa bilərdi? Bu məsələyə bir qədər aşağıda toxunacam.
Marağada astronomiya və riyaziyyatla yanaşı coğrafiya
elmi də ciddi şəkildə araşdırılmışdı. Buna bariz nümunə
Köhnə Dünyada məlum olan 256 tanınmış şəhərin
koordinatlarının göstərilməsidir. Belə olan halda orada Yer
kürəsinin xəritəsinin tərtib edilməsi labüd idi. Artıq dəqiq
296
məlumdur ki, dünyada mövcud olan ən qədim Göy qlobusu
Marağa alimlərinin əlindən çıxıbdır. Demək istəyirəm ki,
sferanın qlobusunu düzəldən alimlər üçün yer səthinin
xəritəsini tərtib etmək o qədər də çətinlik törətməzdi. Həm
də yuxarıda qeyd edildiyi kimi rəsədxanada çalışan alim-
lərin əlyazmalarında göstərilir ki, rəsədxananın əməkdaşı
Kəriməddin Əbubəkr ibn Mahmud Səlmasi 1266-cı ildə ilk
coğrafi qlobus düzəldibdir. Lakin təəssüflər olsun ki, həmin
qlobus gəlib bizim günlərə çatmayıbdır.
Mənim fikrimcə, Marağada tərtib olunan Yer kürəsinin
xəritəsi bir neçə nüsxədə çoxaldılmış və onların bəziləri,
hətta Avropanın bir neçə ölkələrinə də aparılmışdı. Bu
ondan xəbər verir ki, xəritə tək yox, cəm halında idi və belə
bir üsul ilə Tusi Marağa rəsədxanasında görülən dünya
əhəmiyyətli kəşflərin itib-bamasını istəmirdi. O, çalışırdı ki,
Azərbaycanda görülən bütün elmi-tədqiqat işləri tezliklə
dünya ictimaiyyətinə çatdırılsın.
Mən çətinlik çəkmədən reallıq baxımdan yaxşı
əsaslandırmış dörd variantda göstərə bilərəm ki, həmin
material Avropaya necə aparılıbdır. Əlbəttə, bu yayımın
iştirakçıları bilavasitə Marağa rəsədxanasının işçiləri idi.
1. Qriqori Əbül Fərəc Bar-Ebrey (Ebreus) Suriyadan idi
və Marağa rəsədxanasında, hətta Tusi vəfat edəndən sonra
da qalıb işləmişdir. Lakin o, Yaxın Şərqin tanınmış bir
297
tarixçisi kimi daim Marağada qalıb işləyə bilməzdi. Alim
həmin xəritənin bir nüsxəsini götürüb Dəməşqə qayıtmış və
orada rəsədxanada görülən işlərin əsl təbliğatçısına
çevirilmişdi.
Çox güman ki, onda olan xəritə xristian missionerləri
tərəfindən Konstantinopola aparılmışdı. Çünki Bizans
imperiyasının paytaxtında olan hərbçilər üçün hər bir xəritə
hava-su kimi lazım olduğundan, həmin materialın
bizanslılar tərəfindən mənimsənilməsi labüd idi. Hətta
mənə elə gəlir, Bar-Ebreyin Marağadan götürdüyü xəritə,
elə məhz Tusinin özünə məxsus olmuş xəritə idi. Bəs, nəyə
görə həmin xəritə məhz Tusiyə məxsus olan bir xəritədir?
Məgər, Bar-Ebrey həmin xəritənin surətini çıxırmaq
imkanından xaric idi?
Tusi, Qütbəddin Şirazi, Müəyyidəddin Ordi və Fao
Mun-Çi Marağada vacib funksiyaları yerinə yetirdikləri
üçün həmin xəritənin əsl nüsxələri məhz onlarda ola bilərdi.
Deməli, həmin xəritənin əsl surətinin bir neçə dənə olması
fərziyyəsi inandırıcı görünür.
2. Marağa rəsədxanasının görkəmli alimi Qütbəddin
Şirazi 1282-ci ilə qədər, Marağa rəsədxanasında işləmiş və
ondan sonra monqolların səfiri kimi Misirə yollanmışdır. O,
xəritəşünaslıqla dərindən maraqlandığı üçün şübhəsiz ki,
həmin xəritənin bir nüsxəsini özü ilə Misirə aparmışdı.
298
Alim həmin ölkədə fəaliyyət göstərərkən ilk dəfə Aralıq
dənizinin və ona yaxın olan torpaqların xəritəsini tərtib
etmişdir. Sonrakı dövrdə Misir Osmanlı Türkiyəsi tərəfin-
dən işğal edilir və çox güman ki, həmin xəritəni strateji
əhəmiyyətli bir sənədli material kimi mənimsəyirlər.
3. Məhiəddin Məğribi İspaniya ərəblərindən idi və
Marağa rəsədxanasına təsadüf nəticəsində düşmüşdü. Yəni,
o, Dəməşqdə olarkən, həmin şəhər Hülaku xanın qoşunu
ətrəfindən işğal edilir. Məhiəddin Məğribinin alim olduğu-
nu bilən Tusi göstəriş verir ki, onu Marağaya gətirsinlər. O,
rəsədxana işçiləri arasında çox qapalı bir insan idi. Demək
olar ki, heç kim ilə daimi ünsiyyət yaratmaq istəmir, yalnız
diqqətini astronomik müşahidələrə yönəltmişdi. Fikrimcə,
Məğribi, Misirdə, İraqda, İranda və Azərbaycan-da tikilən
rəsədxanaların tədqiqi ilə məşğul olmaq üçün, Yaxın Şərqə
kəşfiyyat xarakterli səfər etmişdi. Bunun nəticəsində o,
Marağa rəsədxanasında tərtib olunan xəritəni, başqa
qiymətli materiallarla ələ keçirib, İspaniyaya qayıdır. Çox
güman ki, həmin xəritə Müəyyidəddin Ordiyə verilən nüsxə
olub. Ola bilsin həmin nüsxə italyan tacirləri tərəfindən
alınıb Apennin yarımadasına aparılmışdı.
4. Çin alimi Fao Mun-Çi Marağada praktik təcrübə
toplayıb vətəninə dönərkən, həmin xəritənin bir nüsxəsini
299
Çinə aparmışdı. Elə həmin xəritənin surətini əldə edən
Marko Polo özü ilə Apennin yarımadasına aparmışdı.
Artıq məlumdur ki, Toskanelli özünün coğrafi araşdır-
malarında Tusinin “Zic Elxani” astronomik kataloqundan,
hətta ola bilsin xəritəsindən də istifadə edibdir. Lakin
maraqlıdır, florentsiyalı kosmoqraf Tusinin materiallarını
necə əldə edibdir? Marağa rəsədxanasında tərtib edilən
xəritənin Appenin yarımadasına necə gedib çıxması bir
çoxlarını maraqlandırdığı üçün mən, bu haqda daha ətraflı
məlumat verəcəyəm.
Hələ Marağa rəsədxanasının tikintisi davam etdirilən
zaman Cəmaləddin az-Zeydi Buxari, Çin alimi Fao Mun-Çi
ilə birlikdə 1265-ci ildə Azərbaycanın hüdudlarını tərk edib
Çinə yollanırlar. Azərbaycanda aparılan elmi tədqiqat-larla
öz həmkarları ilə bölüşən Fao Mun-Çi, az bir zamanda
nəinki yaşadığı əyalətin Nankin şəhərində, hətta imperator
sarayında da böyük hörmətlə tanınır.
Elmin bütün sahələrinə diqqət yetirən Çin imperatoru
Xubilay xan (1256-1295) cavan alimin gördüyü işlərlə tanış
olur və ona fəaliyyətini davam etdirmək üçün yaxşı şərait
yaradır. Çünki imperatorun atası Menqu xan, rəsədxana
tikdirmək üçün, qısa müddətə öz bilik-bacarığı ilə adsan
qazanan Tusini, Çinə dəvət etmək üçün həşşaşilərin qalası
“Əlamut”un alınmasını Hülaku xana göstəriş vermişdi.
300
Hülaku xan da müəyyən bir vaxtdan sonra Kuhistan
ismaillərinin qalasını ələ keçirir, lakin Azərbaycanın gənc
alimi, müəyyən səbəbləri bəhanə gətirərək, Çinə getmək-
dən boyun qaçırır. Əlbəttə ki, sonradan Çinin taxt-tacına
yiyələnən Xubilay xan imperiyanın paytaxtı Xanbalıq
şəhərində möhtəşəm bir rəsədxana tikdirmək fikrinə düşür
və bu işdə praktik cəhətcə təcrübə toplamaq üçün, Fao
Mun-Çini Marağaya, Tusinin yanına göndərmişdi.
Nəzəri cəhətdən hazırlıqlı olan peşəkar astronom
Cəmaləddin Çin təqvimini tərtib etmək işi ilə məşğul olur
və onun təklifinə əsasən Çində “Van Yan Li” – “On min
ilin hesablandığı təqvim” adı ilə məşhur olan təqvim
qəbul olunur. Daha doğrusu o, hesablamaları Yuan dövrün-
dən aparılan və eyni zamanda həmin dövrün cədvəlindən
istifadə olunan təqvimdə böyük düzəlişlər aparmış və onu
dəqiq şəkildə, bütün incəliklər nəzərə alınmaqla yuxarıdakı
ad ilə imperator Xubilaya təqdim etmişdi.
İş ondadır ki, Çində xüsusən də saraya yaxın olan
dairədə kifayət qədər astronomlar vardı, lakin onların heç
birisi dəqiq təqvim hazırlayıb ortaya qoya bilməmişdilər.
Bu isə böyük baş ağrısına çevirilmişdir.
Cəmaləddin Xanbalıka (Pekin) gələn kimi imperatora
Günəş saatı, Yer və Göy qlobusları hədiyyə gətirmişdi.
Marağa alimlərinin səsi-sorağı bütün imperiyaya yayılmış-
301
dı və hər bir hökmdar elə məşhur alimlərin sarayında qalıb
xidmət etməsini arzulayırdı. Həmin dövrdə mövcud olan
astronomiya elminə peşəkarcasına yiyələnmiş Cəmaləddin
aparılacaq rəsədxana tikintisinin təlimatları ilə (bu sahədə
mütəxəssislər, xüsusən də mühəndislər hazırlayırdı) eyni
zamanda, Çindən qərbdə yerləşən ölkələrin astronomik
cihazlarını tərtibatı ilə məşğul olmuş və onları “Yuan-şi”
adlı traktatında qeydə almışdı. Həmin traktatın “Tyan-
Dostları ilə paylaş: |