mənsub şəxslərin hüquqları ilə bağlı Bəyənnamə” və “ rqi ayrı-seçkiliyin
bütün formalarının ləğv olunması haqqında Beynəlxalq Konvensiya” idi.
“Milli, etnik, dini və dili azlıqlara mənsub şəxslərin hüquqları ilə bağlı
Bəyənnamə” nin birinci maddəsində qeyd olunur ki, dövlət yuxarıda adı çəkilən
kateqoriyalara mənsub şəxsləri onların yaşadığı ərazilərdə varlıqlarını və məişət
adət ənənələrinin qorunub saxlanılmasına təminatçıdır.Bəyənnamə həmçinin bu
kateqoriyaya mənsub şəxslərə öz mədəniyyətlərini, etiqat etdiyi dini ayinləri
sərbəst həyata keçirməyi, öz dillərindən şəxsi həyatlarında istifadə etmək
hüquqlarını verir.Onlar eyni zamanda hər hansı ayrı-seçkiliyə yol verilmədən öz
qrupları və digər milli azlıqların üzvləri ilə hətta ölkə xaricindən kənarda olsalar
belə sərbəst əlaqələr qura bilərlər.
“ rqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Beynəlxalq
Konvensiya” Azərbaycan Respublikasıda 31 may 1996-cı il 95 C nömrəli
prezident qanunu ilə təsdiq olunmuş və qüvvəyə minmişdir.Bu Konvensiyada irqi-
ayrı-seçkilik ifadəsi məqsədi, siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın
digər sahəsində insan hüquq və azadlıqlarının bərabər əsasda tanınmasını, ifadə
olunmasını, yaxud həyata keçirilməsini ləğv etmək və ya pisləşdirmək olar, irqi,
dərinin rəngi, nəsil yaxud etnik mənşə əlamətlərinə əsaslanan hər hansı
fərqləndirməni, istisnanı və məhdudiyyəti bildirir.Ancaq dəqiq anlaşılmalıdır ki, bu
konvensiya, onun iştirakçısı olan dövlətlərin, öz vətəndaşları ilə onların
vətəndaşları olmayanlar arasında qoyduğu fərqlərə, istisna və məhdidiyyətlərə
yaxud üstün tutmalara şamil edilmir.
Qeyd etmək lazımdır ki, bu konvensiyada öz əksini tapmış ideya və prinsiplər
Azərbaycan
Respublikasının
həyata
keçirdiyi
siyasətin
ə
sas
xəttlərindəndir.Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli
sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının
müdafiəsinin səmərəliliyinin artırmaq sahəsində “Milli Fəaliyyət Proqramı” təsdiq
edilmişdir. “ rqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında
Beynəlxalq Konvensiya”da öz əksini tapmış hüquqların milli qanunvericilikdə
daha səmərəli qorunması ilə bağlı “Milli Fəaliyyət Proqramı”nın 1.1 və 1.2 –ci
bəndlərini xüsusi ilə qeyd etmək lazımdır.Bu bəndlərdə, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı insan hüquqları və azadlıqlarına dair beynəlxalq
müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan
Respublikasının normativ –hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə
uyğunluğunun təmin edilməsi öz əksini tapmışdır.
rqi Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında
Beynəlxalq
Konvensiya
ə
saslanan
“bərabərlik
hüququ”
Azərbaycan
Respublikasının Konstitusiyasının 25-ci maddəsində, Cinayət Məcəlləsində,
Cinayət Prossesual Məcəllədə, Mülki Prossesual Məcəllədə, Ailə, Əmək
məcəllələrində və digər qanunvericilik aktlarında təsbit edilmişdir.Qeyd etmək
lazımdır ki, şəxsin milliyətindən, irqindən, dinindən, dilindən, cinsiyyətindən,
mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi
partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən
asılı olaraq hüquq və qanuni mənafelərinə zərər vurmağa görə Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 109-cu (Təqib), 111-ci (irqi ayrı-seçkilik,
aparteid), 154-cü (bərabərlik hüququnu pozma), 283-cü (milli, irqi və ya dini
düşmənçiliyin salınması) maddələri ilə məsuliyyət nəzərdə tutulur.Yeri gəlmişkən
Cinayət Məcəlləsinin 283-cü maddəsi dövlət əlehinə olan cinayət kimi
qiymətləndirilir.Azərbaycan Respublikasının 25 avqust 2000-ci il tarixli 387
nömrəli fərmanının 7-ci bəndinin 2ci hissəsinə əsasən Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 283-cü maddəsi üzrə ibtidai istintaqınaparılması səlahiyyəti
Milli Təhlükəsizlik Nazirliyinə həvalə olunmuşdur.Onu da qeyd etmək lazımdır ki,
2009-cu il avqust və 2013-cü il avqust tarixləri ərzində 283-cü maddə üzrə MTN
stintaq Baş darəsinin icraatında cəmi bir cinayət işi olmuşdur. (Süleymanov
Abgül Nemət oğlunun təqsirləndirilməsinə dair).
Bu konvensiya əsasında irqi ayrı-seçkiliyin ləğvi üzrə komitə yaradılmışdır.O,
iştirakçı dövlər tərəfindən seçilən 18 ekspertdən ibarət tərkibdə fəaliyyət
göstərir.Bir məqam diqqəti çəkir ki, bu komitənin səlahiyyətləri insan hüquqları
komitəsinin səlahiyyətləri ilə üst-üstə düşür.Mühüm fərq ondan ibarətdir ki, 1963-
cü il konvensiyasında nəzərdə tutulmuş dövlətlərarası şikayət proseduru məcburi
xarakter daşıyır.Bu o deməkdir ki, komitənin müvafiq səlahiyyətini tanımaq barədə
heç bir ilkin bəyanat vermədən istənilən iştirakçı dövlət, öz ərazisində irqi ayrı-
seçkiliyə yol verən başqa bir iştirakçı dövlətə qarşı komitəyə ərizə ilə müraciət edə
bilər.
Bu gün Azərbaycanın əməkdaşlıq etdiyi ən mühüm beynəlxalq təşkilatlardan
biri də Avropa Şurasıdır.Hələ 1996-cı il iyulun 13-də Ümummilli Lider Heydər
Ə
liyev Avropa Şurasının Baş katibinə məktubla müraciət edərək, Azərbaycanın
Avropa Şurasına tam hüquqlu üzv qəbul olunmasını xahiş etmişdir.Ancaq ölkəmiz
bu quruma yalnız 2001-ci ilin yanvarın 25dən tam hüquqlu üzv seçildi.Həmin vaxt
Heydər Əliyev Strasburqda Avropa Şurasının Parlament Assambleyasında öz tarixi
çıxışı zamanı ölkəmizlə bu qurum arasındakı münasibətlərin əsas istiqamətlərini
müəyyən etdi.Azərbaycan Respublikası 2000-ci il iyun ayının 13-də Avropa
Ş
urasının “Milli azlıqların hüquqlarının müdafiəsi haqqında” Çərçıvə
Konvensiyasına qoşuldu.
Bu Çərçivə Konvensiyası milli azlıqların hüquqlarının müdafiəsinə yönələn ilk
beynəlxalq müqavilədir və milli azlıqların mövcudluğunu, onların mədəniyyət və
identikliyini ən yüksək səviyyədə qorunması üçün, yalnızca bilinən təməl hüquqlar
(fikir azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, sərbəst toplaşma azadlığı və.s),
eləcə də diskrimminasiyanın qadağan olunmasını nəzərdə tutmur.Bu cür təməl
hüquqlar nsan Hüquqları haqqında Beynəlxalq Konvenisya ilə də tənzim
olunur.Konvensiyada eyni zamanda yalnızca milli azlıqlara şamil olunan qarant
hüquqlar da müəyyən edilmişdir (Öz dilində danışmaq hüququ, eyni etnik-mədəni,
dil və din identikliyinə aid şəxlərlə sərbəst ünsiyyət qurma hüququ və.s).Buna
görədə Konvenisyanın 1-ci maddəsində açıq şəkildə qeyd olunur ki, milli azlıqlar
və bu azlıqlara məxsus şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, insan
hüquqlarının beynəlxalq müdafiəsinin ayrılmaz tərkib hissəsidir və buna görədə,
beynəlxalq əməkdaşlığın bir hissəsi hesab olunur.
Milli Azlıqların Müdafiəsi haqqında Konvensiyanın qəbul olunmasında
qarşıya qoyulan məqsəd,milli azlıqların tam və həqiqi bərabərliyini təmin etmək,
həmçinin hüququn aliliyi, ərazi bütövlüyü və milli suverenlik prinsiplərinə hörmət
çərçivəsində öz milli fərdiliyini ifadə etmək, qorumaq və inkişaf etdirməyə imkan
verən şəraitin yaradılmasıdır.Konvensiyada nəzərdə tutulan ən mühüm
müddəalardan biri ondan ibarətdir ki, onu qəbul edən dövlətlər öz üzərlərinə hər
hansısa bir şəxsin iradəsi əlehinə assimilyasiya siyasətinin həyata keçirilməməsi
öhdəliyini götürürlər.3-cü maddədə açıq şəkildə qeyd olunur ki, hər bir milli azlığa
məxsus şəxs ona bu cür baxılmasını və ya baxılmamasını müəyyən etmək
hüququna malikdir və bu seçim və ya bu seçimlə bağlı hüquqların həyata
keçirilməsi həmin şəxsi alçaltmamalıdır.
Bu qədər həssas bir sahədə mürəkkəb hüquqi və siyasi maneələr olduğundan
Çərçivə Konvensiyası milli azlıq konsepsiyasının dəqiq anlayışını müəyyən
etməmişdir, lakin aşağıdakı kriteriaları irəli sürmüşdür: Bu anlayış yalnız din, dil,
ə
nənələr və mədəni irslə müəyyənləşdirilən azlıqlara şamil edilir.
Çərçivə Konvensiyasını ratifikasiya etmiş hər bir dövlət, eləcə də Azərbaycan
Respublikası, bir il müddətində onun müddəalarını və prinsiplərini yerinə yetirmək
məqsədi ilə həyata keçirdiyi qanunvericilik tədbirlərini və ya digər tədbirlər barədə
Avropa Şurasının baş katibinə dolğun məlumat verməlidirlər.Qanunvericilik
tədbirləri dedikdə nə nəzərdə tutulur?Burada söhbət Konvensiyanın əsas
prinsiplərinin daxili qanunvercilikdə öz əksini tapmasından gedir.Çərçivə
Konvensiyasında söhbət mühüm olaraq bərabərlik prinsipindən, ən əsası isə qanun
qarşısında bərabərlikdə gedir.Burada qeyd olunmalı ən mühüm fakt ondan ibarətdir
ki, Azərbaycan Respublikası hələ 1992-ci ildə, yəni Çərçivə Konvensiyası
imzalanmamışdan 3 il qabaq prezidentin “Azərbaycan Respublikasında yaşayan
milli azlıq, azsaylı xalq və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil
və mədəniyyətlərin inkişafı üçün dövlət yardımı haqqında” fərmanı ilə onların
təməl hüquqlarının qorunmasını təmnat altına almışdı.1995-ci il Konvensiyasında
nəzərdə tutulan bir çox müddəa, (ayrı-seçkiliyə yol verilməməsi, sərbəst dini
mərasimlərini icra etmək, mədəni, dil və dini özünəməxsusluğu qoruyub saxlamaq,
öz dilində informasiya almaq hüququ və.s) 1992-ci il prezident fərmanında öz
ə
ksini öncədən tapmışdı.Digər mühüm müdəalar isə (Öz dilində ifadə vermək
azadlığı, öz dilində təhsil almaq hüququ və.s) ayrı ayrı daxili qanunvericilik
aktlarında (Cinayət Prossesual Məcəlləsi, Təhsil haqqında qanun və.s) öz əksini
tapmışdır.
Milli azlıqların hüquqlarının müdafiəsi haqqında çərçivə konvensiyası
özündə aşağıdakı prinsipləri təsbit edir:
Ayrı-seçkiliyi qadağan olunması;
Milli azlıqlarla əhalinin çoxluğu arasında bərabərliyin təmin olunmasına
yardım etmək;
Milli azlıqların mədəniyyətinin, dininin, dilinin və adət ənənələrinin qorunub
saxlanması və inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması
Söz, fikir, vicdan və din azadlığı
Təhsil almaq hüququ
Sərhədyanı əlaqələr və əməkdaşlıq
Iqtisadi, mədəni və sosial həyatda iştirak və.s
Bu Konvensiya ilə dövlətlər öz üzərlərinə milli azlıqlarla bağlı böyük
öhdəliklər götürmələrinə baxmayaraq, onun hər hansısa müddəası və ya prinsipi
ayrılıqda hər hansı bir şəxsin beynəlxalq hüquq prinsiplərinə, xüsusilə də dövlətin
suveren bərabərlik, ərazi bütövlüyü və siyasi müstəqillik prinsiplərinə zidd olan hər
hansı bir hərəkətə yol vermək hüququnun olmasının güman edilməsi kimi şərh
oluna bilməz.
Hazırki Çərçivə Konvensiyasının müddəalarına Razılığa gəlmiş dövlətlər
tərəfindən əməl olunması məsələsinə nəzarəti Avropa Şurasının Nazirlər Kabineti
həyata keçirir.Yekun olaraq bu Konvenisya ilə bağlı onu qeyd etmək lazimdır
ki,istənilən tərəf istədiyi vaxt Avropa Şurasının baş katibinə xəbərdarlıq məktubu
yazmaqla hazırki Çərçivə Konvensiyasını etibarsız elan edə bilər.Belə etibarsıqlıq
elanı baş katibin belə xəbərdarlıq məktubu almasından altı ay sonra, gələn ayın biri
qüvvəyə minir.
Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikası 2001-ci
ildə “Regional və ya azlıq dilləri haqqında Avropa Xartiyasını imzalamışdır”.
Milli azlıqlar mövzusunda ATƏT çərçivəsində yaşanan ən əhəmiyyətli inkişaf
1973-cü ildən 1975-ci ilədək mərhələli şəkildə davam edən konfransın sonunda 35
iştirakçı dövlət tərəfindən qəbul edilən “Helsinki Yekun Aktı”nda milli azlıqların
müdafiəsi ilə bağlı hökmlərin olmasıdır.Bu Aktda əvvəlki dövrlərdə hakim olan
“ayrı-seçkiliyin qarşısının alınması” anlayışı “azlıqların qorunması” anlayışı ilə
ə
vəz olunmuşdur.Helsinki Yekun Aktının məcburi hüquqi qüvvəsi olmasa da, ən
üst səviyyədə siyasi iradə bəyənatı kimi qəbul edilməlidir.Bundan başqa ATƏT
zonasında azlıqların hüquqlarının lazımi qaydada və ardıcıl tətbiqinə nail olmaq
üçün daha üç tövsiyyə (Milli azlıqların təhsil hüquqlarına dair Haaqa tövsiyyələri
(1996), Milli azlıqların dil hüquqlarına dair Oslo tövsiyyələri (1998), Milli
azlıqların dil hüquqlarına dair Lund tövsiyyələri) və bir rəhbər müddəa (“Yayım
mediasında azlıq dillərindən istifadə haqqında (2003) qəbuledilmişdir.
Hazırda ATƏT-in Milli azlıqların işi üzrə Ali Komissarlığı fəaliyyət
göstərir.Ali Komissarlıq institutu Avropada etnik münaqişələrin irimiqyaslı
zorakılıqlarına mübarizə forması kimi yaradılıb.Bu vəzifə ATƏT tərəfindən 1992-
ci ildə təsis edilib.Onun rolu sülhə və əmin-amanlığa təhlükə olan etnik fikir
ayrılıqlarını aradan qaldırmaq, quruma üzv dövlətlər arasında sülh və əmin-
amanlıq yaratmaq və ilkin mərhələdə olan münaqişələrin qarşısını almaqdan
ibarətdir.
Azərbaycanda çoxmədəniyyətlilik mühitinin formalaşmasında və onun
qorunub saxlamasında ölkəmizin UNESCO ilə əməkdaşlığı çox böyük əhəmiyyət
kəsb edir.Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyevanın fəaliyyəti nəticəsində Azərbaycan-UNESCO
münasibətləri ən yüksək inkişaf səviyyəsinə yüksəlib.Bu əməkdaşlıq çərçivəsində,
Azərbaycan Respublikası mədəni müxtəlifliyim qorunması üçün UNESCO-nun iki
mühüm konvensiyasını ratifikasiya etdi.Bunlar ”UNESCO-nun Mədəni
Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiya” və
”Dözümlülük Prinsipi Haqqında Bəyannamə”dir.
Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiya 20
oktyabr 2005-ci ildə UNESCO-nun 33-cü sessiyasında qəbul olunmuş və 18 mart
2007-ci ildə qüvvəyə minmişdir.Azərbaycan Respublikası bu konvensiyaya 26
noyabr 2009-cu ildən qoşulmuşdur.
Nədir
mədəni
müxtəliflik?
Ayrı-ayrı
qrupların
və
cəmiyyətlərin
mədəniyyətlərinin öz ifadəsini tapdığı müxtəlif formalardır.Bu özünüifadə
formaları qruplar və cəmiyyətlər arasında və onların daxilində ötürülür.
Mədəni özünüifadə isə ayrı-ayrı fərdlərin, qrupların və ya cəmiyyətlərin
yaradıcılığının nəticəsi olan və mədəni məzmun daşıyan özünüifadə nəzərdə
tutulur.
Konvensiyanın qəbul olunmasında əsas məqsəd aşağıdakılardan ibarətdir.
• Mədəni özünüifadə müxtəlifliyini qorumaq və təşviq etmək
• Müxtəlif mədəniyyətlərin çiçəklənməsi və qarşılıqlı səmərəli tərzdə bir-
birinə sərbəst təsiri üçün şərait yaratmaq
• Mədəniyyətlərarası hörmət və sülh mədəniyyəti naminə bütün dünyada geniş
və tarazlı mədəni münasibətləri təmin etmək üçün mədəniyyətlərarası
dialoqu təşviq etmək
• Mədəni özünüifadə müxtəlifliyni qorumaq və təşviq etmək sahəsində, xüsusi
ilə inkişaf etməkdə olan ölkələrin imkanlarını genişləndirmək məqsədilə
tərəfdaşlıq ruhunda beynəlxalq əməkdaşlıq və həmrəyliyi gücləndirmək və.s
Konvensiyanın 2-ci maddəsində ondan irəli gələn mühüm prinsiplər öz
ə
ksini tapmışdır.Bu prinsiplər rəhbər başlanğıclardır və aşağıdakılardır:
nsan Hüquqları və əsas Azadlıqlarına hörmət prinsipi
Suverenlik prinsipi
Bərabər ləyaqət və bütün mədəniyyətlərə hörmət prinsipi
Beynəlxalq həmrəylik və əməkdaşlıq prinsipi
nkişafın iqtisadi və mədəni aspektlərinin bir-birini tamamlaması prinsipi
Davamlı inkişaf prinsipi
Bərabər imkan prinsipi
Açıqlıq və tarazlıq prinsipi
16 noyabr 1995-ci ildə qəbul edilən “Dözümlülük Prinsipi haqqında
Bəyannamə” isə cəmiyyətimizdə sülhun genişlənməsi, xalqların iqtisadi və sosial
rifahının təmin olunması üçün tolerantlıq prinsiplərinin vacibliyini elan edir.
Bəyannamənin 1-ci maddəsində tolerantlığa bu cür anlayış verilmişdir:
“Tolerantlıq dünyada mövcud olan mədəniyyətlərin, onların öz zənginlikləri və
müxtəlifliyi ilə qəbul olunması, tanınması və hörmət olunmasıdır”.
Tolerantlıq müxtəlifliyin harmoniyasıdır və yalnız mənəvi öhdəlik
deyil,həmçinin siyasi və hüquqi məcburiyyətdir. Dövlət müstəvisində tolerantlıq,
qanunvericilik, adminstrativ və məhkəmə fəaliyyətində ədalətlilik prinsipinin
qorunmasını, həmçinin hər bir şəxsə bərabər sosial- iqtisadi şansların yaradılmasını
tələb edir.
Bəyannamənin ikinci maddəsinin məzmunundan aydın olur ki, qeyri-
tolerantlıq dedikdə, kiminsə güc və ya diskriminasiya ilə sosial və siyasi həyatdan
təcrid olunması başa düşülür.Harmonik birgəyaşayışı təmin etmək üçün, hər bir
fərd, qrup və ya cəmiyyət insanlığın multikultural ruhunu qəbul etməli və buna
hörmət etməlidir.Bəyannamədə həmçinin qeyri-tolerantlığa qarşı mübarizənin ən
effektiv forması kimi təhsil və tərbiyyə göstərilir.Dözümlülüyün genişlənməsi üçün
ilk növbədə hər bir kəsə özünün hüquq və azadlıqları öyrədilməli, eləcə də
başqasının hüquq və azadlıqlarına hörmətlə yanaşmaq aşılanmalıdır.
Bəyannaməni qəbul edən dövlətlər, qeyri- tolerantıq təhlükəsini ictimaiyyətə
daha aydın çatdırılması üçün, hər il 16 noyabr tarixini “Dünya Tolerantılq Günü”
kimi qeyd olunmasını elan edirlər.
Müxtəlif cəmiyyətlərdə multikultural mühitin təzyiq altında olduğu bir
vaxtda, Azərbaycanın multikulturalizm siyasətinə önəm verməsi, multikultural
təhlükəsizliyi dövlət təhlükəsizliyinin tərkib hissəsi kimi qəbul etməsi və bu
siyasəti genişləndirməsi, beynəlxalq ictimaiyyət tərəfindən bu gün təqdirlə
qarşılanır.Ən nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən belə, Azərbaycanın
tolerantlıq nümunəsi olduğu etiraf olunur.
8-mövzu.
Multikulturalizm:fərqli modellər,növlər ,siyasətlər.
1.
Qərb ölkələrində multikulturalizmin meydana gəlməsinin tarixi
səbəbləri.Qərb ölkələrində multikulturalizm siyasətinin nəzəri- ideoloji
ə
sasları (Artur Şlezinqer-kiçik, Maykl Lind, Natan Qleyzer, Riçard
Bernstayn).
Qərb ölkələrində multikulturalizmin meydana gəlməsi əsasən orta əsrə təsadüf
edir. Ümumi mənada qərb ölkələri həm öz aralarında, həm də islam, çin və digər
sivilizasiyalar ilə bu dövrdə ciddi şəkildə münasibət qururdular. Bu da öz
növbəsində multikultural əlaqələrin yaranması demək idi.
Qərb ölkələrində multikulturalizmin əsasları16-cı əsrdən başlayaraq Con Lok,
Stuart Mill, Tomas Hobs, Monteskyu, Viko və Herder kimi mütəfəkkirlərə istinad
edən və müasir dövrdə Con Roulz, Con Raz, Vill Kimilika kimi multikulturalizm
mütəxəssisləri tərəfindən təmsil olunan “Liberal-Konvensional” multikulturalist
anlayış və vətandaşlıq modelidir. Digəri isə hal-hazırda Çarlz Taylor, Maykl
Valzer və Alasdair Makintayr kimi nəzəriyyəçilər tərəfində dilə gətirilən
“Kommuniteryanist” baxış təzidir.
Con Lok ve Stuart Mill kimi klassik liberallar dövründə artıq dövlət, tarixi
reallıq idi. Bu baxımdan liberallıq intellektual və siyasi əhəmiyyət qazandıqca
dövlətin xüsusiyyətləri də müəyyən olunurdu. Qanunun üstünlüyü, vətandaşların
bərabərhüquqluluğu, fərdlərin hüquq və öhdəliklərin daşıyıcısı olması nəticəsində
dövlət, vətəndaş ilə dövlət arasında birbaşa münasibətlər qurulmasını təmin etdi.
Klassik liberalizm Yunan rasionallığından və Xristian universalizmindən
təsirlənmişdir. Klassik liberallar yunar rasionalistləri kimi tənqidi rasionalizm,
seçim və fərdi azadlıq kimi dəyərlərə istinad edən həyat görüşünü müdafiə
edirdilər. Ancaq yunanlı rasionalistlərin əksinə onlar ağlı daha təvazökar və
praktiki terminlər ilə ifadə edərək universallığı vurğulayırdılar. Məhz Loka görə
Tanrı insanları var edib həm hüquqlar, həm də vəzifələr vermişdir. Lok təbii qanun
nəzəriyyəçisi idi. Mill isə praqmatikdir.( Bhikhu Parekh, Rethinking
Multiculturalism Cultural Diversity and Political Theory, s. 43-64).
18-ci əsrdən etibarən Viko, Monteskyu, Herder və Monten kimi müəlliflər multi
mədəniyyətin labüd olduğunu və vacib olduğunu vurğuladılar. Məhz Vikoya görə
hər bir mədəniyyət özünəməxsusu xüsusiyyətlərə malik olaraq müxtəlifliyi təşkil
edir. Monteskyu ``Qanunların ruhu`` adlı əsərində mədəni müxtəlifliyi psixolojik
deyil, sosioloji və siyasi baxımdan tədqiq etmişdir. Monteskyunun ``Fars
Məktubları`` əsəri də multikulturalizmin klassik mənbələrindən hesab olunur.
Herder isə klassik multikulturalizmdə dili önə çıxarır və belə ifadə edirdi: “hər
millət düşündüyü kimi danışır, danışdığı kimi düşünür”. Ona görə məhz insan bir
cəmiyyət daxilində formalaşır və dəyərlər əldə edir ( Bhikhu Parekh, Rethinking
Multiculturalism Cultural Diversity and Political Theory, s. 64-101).
Modern dövlət konsepsiyasında tək tip insan və tək tip mədəniyyət anlayışı
qəbul edilməzdir. Bu movzuda məşhur mütəfəkkir Volter hələ 18-ci əsrdə belə
deyirdi: “ Fikirləriniz ilə razı deyiləm. Ancaq onları ifadə etmə haqqınızı axıra
qədər müdafiə edəcəm“. Bu anlayış birbaşa multikulturalizmin bütün sahələrdə
ə
sasını təşkil edir.
Belə ki, tarixdən də məlum olduğu kimi kinci Dünya müharibəsindən əvvəl
Qərbdə etno-mədəni və dini müxtəliflik bir sıra anti-demokratik hakimiyyətlər
tərəfindən təzyiq altında idi. Bu eyni zamanda bəzi irqçi hakimiyyətlər tərəfindən
də normal qəbul edilirdi. Ancaq kinci Dünya müharibəsinin başa çatması
nəticəsində qlobal arenada insan hüquqları, irqlərin və xalqların bərabərhüquqlu
olması və s. məsələlər istiqmətində siyasət və hüquqi anlayışlarda reformların
həyata keçirilməsinə gətirib çıxardı. Qısacası multikulturalizm Avropada köhnə
etnik və iyerarxiya modellərinin yerinə yeni demokratik vətandaşlıq
münasibətlərini bərpa etmə vasitəsi olaraq ortaya çıxdı və bu istiqamətdə uğurlar
ə
ldə edilir.
Qərb ölkələrində multikulturalizm siyasəti bir çox aspektdən aktuallıq kəsb
edir. Belə ki, liberallar ilə kommunitaryan və ya kollektivistlər bu istiqamətdə
Dostları ilə paylaş: |