AZƏrbaycan respublikasinin döVLƏT İmtahan məRKƏZİ



Yüklə 46,41 Kb.
Pdf görüntüsü
tarix22.04.2017
ölçüsü46,41 Kb.
#15559

 

AZƏRBAYCAN RESPUBLİKASININ 

DÖVLƏT İMTAHAN MƏRKƏZİ 

 

 

 

 

B A K A L A V R   Ü Ç Ü N  



Y A D D A Ş  

K İ T A B Ç A S I  

(ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının  

magistraturalarına qəbul imtahanının I mərhələsi) 

 

Aşağıdakıları imtahana gətirmək qəti qadağandır: 



 

İmtahan  binasına  giriş  zamanı  üzərində  mobil  telefon  və  digər 

rabitə  vasitələri,  konspekt  və    başqa  yardımçı  vasitələr  aşkar 

olunan bakalvrlar barədə akt tərtib olunur, bu vasitələr və onların 

imtahan sənədləri alınır və onlar imtahan binasına buraxılmırlar.

 

2017



 



ƏZİZ BAKALAVRLAR! 

Dövlət  İmtahan  Mərkəzi  (DİM)  təhsilinizi  davam  etdirmək  istəyinizi  bəyənir  və  sizə 

uğurlar arzulayır! 

DİM-in məqsədi biliklərinizi nümayiş etdirmək üçün sizə eyni şərait yaratmaq, imtahanda 

şəffaflığı, aşkarlığı və obyektivliyi təmin etməkdir. 

Əgər  yüksək  bilik  nümayiş  etdirsəniz  və  imtahanın  texnoloji  tələblərinə  düzgün  əməl 

etsəniz, uğur qazanacağınıza tamamilə əmin ola bilərsiniz. 

İMTAHANDA İŞTİRAK ETMƏK ÜÇÜN AŞAĞIDAKILARA ƏMƏL ETMƏLİSİNİZ: 

1.

 

Siz  buraxılış  vərəqənizdə  göstərilən  vaxtda  imtahan  verəcəyiniz  binanın  qarşısına  gəlməli 

(bina  haqqında  məlumat  imtahana  buraxılış  vərəqənizdə  göstərilmişdir),      özünüzlə  mütləq 

qara  və  ya  tünd  göy  rəngdə  yazan,  mürəkkəb  axıtmayan  diyircəkli  qələm  və  (və  ya)  HB 

sərtliyində sadə karandaş, qələmyonan, pozan və aşağıdakı   sənədləri gətirməlisiniz:  

-

 

şəxsiyyəti  təsdiq  edən  sənədi  (Azərbaycan  Respublikasının  vətəndaşları  şəxsiyyət 

vəsiqələrini,  əcnəbilər  icazə  vəsiqələrini  və  pasportlarını,  vətəndaşlığı  olmayan 

şəxslər  yaşadıqları  ölkənin  hüdudlarından  kənara  getmək  üçün  onlara  verilən 

sənədləri  və  icazə  vəsiqələrini,  Azərbaycan  Respublikasında  daimi  yaşayan 

vətəndaşlığı  olmayan  şəxslər  şəxsiyyət  vəsiqələrini, qaçqın  statusu  almış  şəxslər  və 

onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq 

müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini; 

-

 

imtahana  buraxılış vərəqəsini

 

DİQQƏT!

 

Göstərilən  sənədlərdən  biri  olmadıqda  və  ya  sənədlər  arasında  uyğunsuzluq 

olduqda imtahana buraxılmayacaqsınız! 

2.

 

Göstərilən  sənədləri  imtahan  binasının  giriş  qapısında  buraxılış  rejimini  həyata  keçirən 

mühafizə  əməkdaşlarına  təqdim  edib  yoxlamadan  keçdikdən  sonra  imtahana  buraxılış 

vərəqənizdə göstərilmiş  müvafiq kodlu zala gedin. 



BAKALAVRIN İMTAHAN ZALINDA GÖRƏCƏYİ İŞLƏR: 

1.

 

İmtahan  zalında  imtahana  buraxılış  vərəqəsində  göstərilən  yerdə  oturduqdan  sonra 

nəzarətçinin  izahatını  diqqətlə  dinləyin.  Aydın  olmadıqda  əlinizi  qaldırıb    nəzarətçiyə 

müraciət edin. 



2.

 

İmtahanda  davranış  qaydaları  və  texnoloji  tələblərlə  bağlı  izahat  işi  qurtardıqdan  sonra 

nəzarətçi  sizə  cavab  kartlarını  paylayır.  Cavab  kartını  qara  və  ya  tünd  göy  rəngdə  yazan 

mürəkkəb  axıtmayan  diyircəkli  qələmlə  və  ya  sadə  karandaşla  doldurun.  Cavab  kartındakı 

məlumatlar  optik  qurğu  vasitəsilə  oxunur.  Ona  görə  də  cavab  kartı  ilə  işləyərkən    ehtiyatlı 

olun. Dairələri tam qaralayın (nümunə), kartın  əks üzünün qabarmaması üçün qələmi bərk 

basmayın. Kartı əzmək, ləkələmək, zədələmək və ya cırmaq olmaz.  

DİQQƏT!

  

KORLANMIŞ



  

CAVAB


 

KARTI


 

DƏYİŞDİRİLMİR. 

Cavab kartının 1-ci bölməsində iş nömrəniz, soyadınız, adınız və atanızın adı çap edilmişdir. 

Özünüz haqqında çap edilmiş həmin məlumatları yoxlayın. Uyğunsuzluq aşkar etdikdə mütləq 

nəzarətçiyə müraciət edib məsələyə aydınlıq gətirin.  

2-ci bölmədə özünüz haqqında məlumatı yazın və bu bölmədəki qaydalara zidd hərəkətə yol 

verməyəcəyiniz  barədə  Bəyannamə  ilə  tanış olun.  Cavab  kartında  çap  edilmiş  məlumatların 

düzgünlüyünü və Bəyannamə ilə tanış olduğunuzu öz imzanızla təsdiq edin. 

3-cü bölmədə sizə veriləcək  sual kitabçasının variantı qeyd olunmuşdur. 

Cavab kartının arxa üzündə iş nömrəsinin kodlaşdırılması üçün ayrılmış bölmədə iş 

nömrənizin hər bir rəqəmini sol xanadan başlayaraq rəqəmlərin cavab kartındakı nümunədə 

göstərilən şablonuna uyğun olaraq yazın. Sonra hər damanın altındakı sütunda uyğun rəqəmi 

tapıb, onun yerləşdiyi dairəni tam qaralayın. Bu zaman diqqətli olun: hər sütunda yalnız bir 



dairə qaralanmalıdır. Bu bölmədə həmçinin soyadınızı və adınızı müvafiq sətirlərə yazıb, son 

sətirdə isə yenidən imza atın. 

3.

 

Sonra sizə sual kitabçaları paylanır. Sual kitabçasının üzərində sizin iş nömrəniz, soyadınız, 

adınız və atanızın adı çap edilmişdir.  Məntiqi təfəkkür, informatika fənni və xarici dil üzrə 

test  tapşırıqları  eyni  kitabçada  verilir.  Xarici  dil  üzrə  test  tapşırrıqları  elektron  ərizənizdə 

göstərdiyiniz  və  imtahana  buraxılış  vərəqənizdə  qeyd  olunan  xarici  dil  üzrə  test 

tapşırıqlarıdır.” 



DİQQƏT!

   

Sizə  təqdim  olunan  sual  kitabçasının  üzərindəki  soyad,  ad  və  ata  adı  sizə 

məxsus  deyilsə,  dərhal  nəzarətçiyə  müraciət  edin.  Belə  ki,  imtahan  nəticələriniz 

qiymətləndirilərkən  cavablarınız  üzərində  sizin  soyadınız,  adınız  və  ata  adınız  çap  edilmiş 

və  cavab  kartınızda  göstərilmiş  varianta  uyğun  sual  kitabçasının  doğru  cavabları  ilə 

müqayisə ediləcəkdir. Sual kitabçasının sizə düzgün təqdim olunduğuna əmin olun.  

Nəzarətçi  sual  kitabçalarını  açmağa  icazə  verdikdən  sonra  onu  vərəqləyərək  çap 

qüsurlarının olub-olmadığını yoxlayın. Belə qüsurlar varsa, nəzarətçiyə  müraciət edin. 



4.

 

“İmtahan  başlandı!”  elan  edilən  andan  suallara  cavab  vermək  üçün  ayrılan  2  saat  30 



dəqiqəlik  vaxtdan  səmərəli  istifadə  edin.  Cavabların  cavab  kartında  qeyd  olunması  (uyğun 

dairələrin qaralanması) üçün sərf olunan vaxt da bu müddətə daxildir. 



5.

 

Cavab  kartının  cavablar  üçün  ayrılmış  hissəsi  sual  kitabçasındakı  sualların  ardıcıllığına 

uyğun olaraq sıralanmışdır. Sizə 100 test tapşırığı təqdim olunur. Testlərin ardıcıllığı belədir: 

1-dən 50-yə  qədər  məntiqi  təfəkkürü  yoxlayan  testlər,  51-dən 75-ə  qədər  informatika  fənni, 

76-dan 100-ə qədər isə xarici dil üzrə baza biliklərinizi yoxlayan testlərdir. 

 

Sual kitabçasında  



1)  1-45,  51-70,  76-95  saylı  sualların  hər  birinə  verilmiş  5  cavabdan  düzgün  hesab 

etdiyiniz  bir  cavabı  seçin.  Cavab  kartında  müvafiq  sualın  nömrəsini  tapın  və  nömrənin 

qarşısında seçdiyiniz cavaba uyğun olan dairəni tam qaralayın. Əgər bir suala cavab olaraq iki 

və daha çox dairə qaralanarsa, həmin cavab səhv hesab edilir.  



2)  46-49,  71-74  və  96-100  saylı  açıq  tipli  test  tapşırıqlarının  hər  birinin  cavabını 

(rəqəmlər  ardıcıllığını)  bu  cavab  üçün  nəzərdə  tutulmuş  damalara  sol  xanadan  başlayaraq 

nümunədə göstərilən şablona uyğun olaraq yazın. Sonra hər damanın altındakı sütunda uyğun 

rəqəmi  tapıb  onun  yerləşdiyi  dairəni  tam  qaralayın.  Əgər  eyni  bir  sütunda  birdən  çox  dairə 

qaralanarsa, onda cavab səhv hesab edilir. 

3)  50  və  75  saylı  test  tapşırıqlarında  isə  təqdim  edilmiş  2  siyahının  elementləri 

arasındakı  uyğunluqları  müəyyən  edin  və  cavab  kartında 1-ci  siyahının hər bir  elementinin 

nömrəsinə müvafiq sütunda 2-ci siyahının uyğun elementlərinə aid dairələri tam qaralayın. 

Ballarınız hesablanarkən yalnız cavab kartında qaraladığınız cavablar nəzərə alınır. Hər bir 

sualın  düzgün  cavabı  bir  balla  qiymətləndirilir.  Səhv  cavablar  ümumi  nəticəyə  təsir 

göstərmir.

 

 

DİQQƏT!  Başqasının  cavablarını  köçürməyin.  Özünüz  də  diqqətli  olun  ki,  sizin 



cavablarınızı  heç  kim  köçürməsin.  Nəticələriniz  yoxlanarkən  xüsusi  araşdırma  zamanı 

köçürmə faktı aşkar edilərsə, imtahan nəticələriniz ləğv olunacaqdır. 



Cavab  kartının,  sual  kitabçasının  qorunmasına  və  korlanmamasına  siz  şəxsən 

məsuliyyət daşıyırsınız. 

6.

 

Hesablamaları  və  qeydləri  aparmaq  üçün  sual  kitabçasında boş  yerlər  nəzərdə  tutulmuşdur. 

Buna görə də əlavə kağızdan istifadə etməyə icazə verilmir. 

7.

 

“İmtahan  qurtardı!”  elan  olunduqda  cavab  kartınızı  və  sual  kitabçasını  mütləq  nəzarətçiyə 

təhvil  verin.  Cavab  kartının  və  sual  kitabçasının  təhvil  verilməsinə  görə  bakalavr  şəxsən 

məsuliyyət  daşıyır.  Cavab  kartınızı  və  sual  kitabçanızı  nəzarətçiyə  təhvil  verdikdən  sonra 

imtahana  buraxılış  vərəqənizdə  nəzarətçiyə    imza  etdirməlisiniz.  Cavab  kartınızı  və  sual 

kitabçanızı nəzarətçiyə təhvil verməsəniz, imtahan nəticələriniz ləğv olunacaqdır.  



8.

 

Siz  cavab  kartlarının  sayılıb  zərfə  qoyularaq  bağlanmasında  iştirak  edib,  zərfin  üzərindəki 

protokolu imzalaya bilərsiniz.

  





BAKALAVRA QADAĞANDIR: 

-

 

saxta sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək; 



-

 

imtahana  mobil  telefon  və  digər  rabitə  vasitələri,  kalkulyator  və  digər  elektron  cihazlar, 

konspekt,  lüğət,  cədvəl,  məlumat  kitabçası,  xarici  yaddaş  qurğuları  və  başqa    yardımçı 

vasitələr gətirmək və onlardan istifadə etmək; 



-

 

yandırıcı,  partlayıcı,  kəsici,  deşici,  atıcı  və  digər  bu  növ  əşyalarla  imtahan  binasına 

girmək, özü ilə siqaret gətirmək; 

-

 

sual  kitabçaları  paylandıqdan  sonra,  hər  hansı  bir  səbəbə  görə,  imtahan  zalını  tərk  edib 

yenidən geri dönmək; 

-

 

nizam-intizam qaydalarını pozmaq; 



-

 

zalda yerini dəyişmək,  gəzişmək, yerindən durmaq və bu kimi hallarla imtahanın gedişinə 

mane olmaq; 

-

 

başqasının  cavab  kartına,    sual  kitabçasına  baxmaq  və  ya  öz  cavab  kartına,  sual 

kitabçasına başqasının baxması üçün şərait yaratmaq

 

-



 

“İmtahan başlandı” elan olunan andan 1 saat 30 dəqiqə müddət keçənədək və imtahanın 



qurtarmasına  qalmış  son  15  dəqiqə  ərzində  səbəbindən  asılı  olmayaraq  imtahan 

zalından çıxmaq; 



-

 

nəzarətçiyə  test tapşırıqlarının həllində kömək üçün müraciət etmək; 



-

 

cavab kartını və sual kitabçasını nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq.

 

Belə hallar aşkar olunarsa, həmin bakalavr imtahandan  xaric olunacaq və onun  imtahan 



nəticələri  ləğv  olunacaqdır.  Bu  qərardan  inzibati  qaydada  və  ya  məhkəməyə  şikayət  verilə 

bilər.  DİM-in  bakalavrın  imtahan  qaydalarına  zidd  hərəkətini  imtahandan  sonra  da    aşkar 

etmək üçün müxtəlif üsulları vardır. 

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına 

qəbul  qaydalarına  görə  bakalavr  öz  üzərinə  götürdüyü  öhdəlikləri  pozduqda  və  xüsusi 

araşdırmalar  nəticəsində  müəyyən  pozuntular  (saxta  sənəd  təqdim  etmə,  köçürmə, 

köçürməyə  şərait  yaratma,  imtahana  öz  yerinə  başqasını  göndərmə  ,  sual  kitabçasını 

aparmaq,  çoxaltmaq  və  qaydalara  zidd  hərəkətlərə  və  digər  saxtakarlıqlara  yolvermə)  aşkar 

edildikdə  bakalavrın    imtahan  nəticələrinin  ləğv  olunması  və  onun  haqqında  müvafiq 

inzibati-hüquqi  tədbirlərin  görülməsi  nəzərdə  tutulmuşdur.  Siz  cavab  kartının  2-ci 

bölməsində  belə  hallara  yol  verməyəcəyiniz  barədə  öz  üzərinizə  öhdəlik  götürərək 

Bəyannamə imzalayırsınız. 

Əgər siz imtahan zamanı qaydaların pozulması halları ilə rastlaşsanız, mütləq nəzarətçiyə 

müraciət  edin,  nəzarətçi  lazımi  ölçü  götürməzsə,  imtahan  rəhbərinin  və  ya  DİM-in 

nümayəndəsinin zala gəlməsini tələb edin. 

Nəzarətçi müəllimlər qeyri-fənn müəllimləridir. Onların vəzifəsi imtahanın gedişi zamanı 

nizam-intizam  yaratmaqdır.  İmtahanın  başlandığı  elan  edildikdən  sonra  sizin  onlara  sual 

verməniz, onların sizə yaxınlaşıb hər hansı bir məlumat almaq üçün müraciət etməsi imtahan 

qaydalarına  ziddir.  Nəzarətçi  müəllimlərin  fəaliyyəti  imtahan  prosesinin  tələblərinə  uyğun 

olmazsa,  bu  barədə  imtahan  rəhbəri  zala  gəldikdə  ona  məlumat  verin.  İmtahan  binasından 



çıxdıqdan sonra imtahanın gedişi ilə əlaqədar şikayətlərə baxılmayacaqdır. 

 Sizə müvəffəqiyyətlər arzulayırıq! 

Yüklə 46,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin