AZƏrbaycan öLKƏ ÜZRƏ gender qiYMƏTLƏNDİRİLMƏSİ Asiya İnkişaf Bankı



Yüklə 89,48 Kb.
Pdf görüntüsü
səhifə13/17
tarix22.04.2017
ölçüsü89,48 Kb.
#15612
1   ...   9   10   11   12   13   14   15   16   17

C. 
Təhsil
Məcburi  köçkün/qaçqın  əhali  arasında  və  ya  bütövlükdə  köçkün/qaçqın  icmalarla 
ümumi əhali arasında təhsil və savadlılıq sahəsində gender fərqlənməsi o qədər də böyük 
görünməsə  də,  çoxları  başa  düşür  ki,  köçkün/qaçqın  uşaqların  məktəbə  davamiyyəti  pis 
vəziyyətdədir və bunun da səbəbi məktəblərə aid məlumatın əldə edilməsinin çətin olmasıdır 
(Azərbaycan Respublikası 2004, BMT-nin İP 2002, Norveçin Qaçqınlar Konsulluğu 2004). 
BMT-nin İnkişaf Proqramının 2002-ci il İnsan İnkişafına dair Məruzəsində qeyd edilir ki, 
köçkün/qaçqın ailələrinin yalnız 5,2%-i hiss edir ki, məktəb təchizatının öhdəsindən tam 
surətdə gələ bilər. 2001-ci il qeyri-hökumət təşkilatlarının SİGMA sorğusu aşkar etmişdi ki, 
sorğu keçirilən ərazidə yaşayan məktəbyaşlı uşaqların yalnız 62,4%-i məktəbə gedir və 21,8% 


Gender, Yoxsulluq və Məcburi Köçkün/Qaçqın Əhali
uşaq ümumiyyətlə məktəbə heç getmir (BMTİP 2002). Bundan əlavə, Qaçqın və Məcburi 
Köçkünlərin  İşləri  üzrə  Dövlət  Komitəsi  (QMKİDK)  xəbər  verirdi  ki,  16  yaşdan  yuxarı 
gənclər arasında natamam orta təhsil alanların sayı (37,8%) ümumdövlət səviyyəsindən iki 
dəfə çoxdur.
OXFAM  və  ARAN  QHT-si  2003-cü  ildə  mərkəzi  rayonlarda  (Ağdam,  Tərtər, 
Goranboy, Mingəçevir, Bərdə, Yevlax) yerləşən məktəbləri qiymətləndirməsi zaman məlum 
olmuşdu  ki,  məktəblərin  təxminən  37%-i  köçkünlər  tərəfindən  tutulub  və  yoxlanılan  21 
məktəbdən yalnız ikisində tədris şəraiti qənaətbəxşdir. Problemlərin çoxu köçkün/qaçqınların 
yaşadığı  yerlərin  sinif  otaqları  ilə  yaxın  qonşuluqda  yerləşməsi  üzündən  baş  verən  və 
şagirdlərin  valideynləri  ilə  müəllim  heyəti  arasında  çox  kəskin  qarşıdurmaya  səbəb  olan 
münaqişələr; məktəb sakinlərinin gündəlik ev işlərinin (məsələn, dəhlizdə xörək bişirməkləri 
və ya paltar yumaqları) dərslərə mane olması; lazımi qədər dərs otaqlarının çatışmamasına 
görə dərslərin ləğv edilməsi; dərs müddətinin 45 dəqiqədən 35 dəqiqəyə qədər azalması; 
yaxşı  otaqlar  köçkün/qaçqınlar  tərəfindən  tutulduğuna  görə,  dərslərin  münasib  olmayan 
otaqlarda keçilməsi; və məktəbdə yaşayan gənc kişilərin məktəbli qızları narahat eləmələri 
və bunun da nəticəsində yuxarı sinif şagirdi olan qızların məktəbə gəlmələrinin azalmasıdır 
(OXFAM 2003: 12-13).
Bütün  yaş  qrupları  üzrə  məktəbə  davamiyyət  səviyyəsinin  yeni  gender 
qiymətləndirilməsinə ehtiyac var. Problemlərin həlli imkanlarına əlavə olaraq, mövcud ola 
bilən gender-əsaslı maneələrin, o cümlədən ya evdə, ya qeyri-formal sektorda, ya da erkən 
evlilik üzündən işləməyə iqtisadi təzyiq göstərilməsi halları müəyyən edilməlidir.
D. 
Gender zəminində zorakılıq
Məcburi köçkün/qaçqın icmalarında gender zəminində zorakılıq haqqında məlumat 
verilir, lakin bu barədə hər hansı bir rəqəm əldə etmək çətindir. Köçkün/qaçqın əhalisi (əhalinin 
bir qrupu) arasında BQXT-nın (Beynəlxalq Qırmızı Xaç Təşkilatı) 2004-cü il araşdırmaları 
müəyyən etmişdi ki, 43% qadın hazırki qohumluqları ərzində öz intim partnyoru tərəfindən 
zorakılığa məruz qaldığını söyləyir; buraya hisslərin alçaldılması, fiziki zor və zorlama da 
daxildir (BQXT 2004: 27). Belə meyllərin olmasına baxmayaraq, Azərbaycanda köçkün/
qaçqın  icmalarında  qadınlara  qarşı  zorakılıq  hallarının  qarşısının  alınması  və  bu  sahədə 
müəyyən tədbirlər görülməsinə dair heç bir proqram yoxdur.
Azərbaycanda insanların seksual baxımdan özlərini necə aparmaları və gördükləri 
işlər barədə açıq danışılmır və köçkün/qaçqın icmalarında işləyən həm ölkə QHT-ləri, həm 
də beynəlxalq QHT-lər burada fahişəliyin dərinləşdiyini (geniş yayıldığını) bildirsələr də, 
belə hallar tamamilə gizli saxlanılır. 2005-ci ilin məruzəsində qeyd edilir ki, yol kənarlarında 
yerləşən  çayxanalar  və  mehmanxanalarda  fəaliyyət  göstərən  fahişələrin  sayı  artır,  və  bu, 
bəlkə də ailə saxlayan qadınların çoxalması ilə əlaqədardır. Məruzədə o da qeyd edilir ki, 
çadırlarda  yaşayanların  səhhətinə  məsul  olan  şəxslər  də  fahişəliklə  əlaqədar  narahatlıq 
keçirdiklərini  və  cinsi  yolla  keçən  infeksiyalara  görə  müayinədən  keçənlərin  bəzilərinin 
məhz bu peşə ilə məşğul olduqlarını bildirmişdilər (Uord 2005: 74). 

E. 
Tövsiyələr

Məcburi  köçkün/qaçqın  icmalarında  hamilə  qadınlar,  gənc  analar  və  onların 
ailələrinə  doğuşdan  əvvəl  və  sonra  keyfiyyətli  səhiyyə  xidmətindən  istifadə 
etmək  imkanı  verən,  eləcə  də  onları  döşlə  əmizdirmə,  qidalanma,  doğuşlar 
arası  interval  (kontrasepsiya),  immunlaşdırma  və  körpələrə  qayğının  əsasları 
haqqında məlumat və başlıca yardımla təmin edəcək ilkin səhiyyə xidmətlərinə 
dair proqramlar gücləndirilməlidir. Buraya uşaqların xəstəlikləri və ölümü və 
gənclər arasında pis qidalanma (məs., yod çatışmazlığı pozuntuları, anemiya) 
məsələləri ilə məşğul olmaq üçün icmalar və ailələr arasında həm preventiv, həm 
də müalicəvi sağlamlıq tədbirləri daxil olmalıdır.

Bütün  bölgələrdə  və  bütün  gəlir  qruplarında  (o  cümlədən,  məcburi  köçkün 
və  qaçqınlar  qrupu)  qızlar  və  oğlanlar  arasında  uşaq  immunlaşdırılmasının 
əhatə dairəsinin qiymətləndirilməsi aparılmalı və əsas maneələr və problemlər 
müəyyənləşdirilməlidir.

Layihələrə  İİV/QİÇS  və  CYYX-ə  (cinsi  yolla  yoluxan  xəstəliklər)  dair 
kommunikasiya strategiyaları daxil edilməli və qadınların xüsusi ehtiyaclarına 
cavab verən (yəni, qadın həkimlər/tibbi heyət və s.) və onların əldə edə biləcəkləri 
və  maddi  cəhətdən  ödəyə  biləcəkləri  xüsusi  müalicə  kurslarından  keçmək 
imkanları təmin edilməlidir. 

Köçkün/qaçqın icmalarında, xüsusilə də ailə başçısı qadın olan ailələrdə məişət 
və sanitariya xidmətlərinin yaxşılaşdırılmasına (məs., təhlükəsiz mənzil şəraiti) 
yönəlmiş proqramların dəstəklənməsi davam etdirilməli və qadınların spesifik 
ehtiyacları  (yəni,  ayrıca  və  təhlükəsiz  yuyunma/  sanitariya  şəraiti)  nəzərə 
alınmalıdır.

Bütün yaş qrupları üzrə məktəbə davamiyyət səviyyəsinin və qazanılan biliklərin 
müntəzəm gender qiymətləndirilməsi keçirilməli, gender baxımından hər hansı 
bir maneənin (işləməyə iqtisadi cəhətdən məcbur edilmə və ya erkən evlilik) 
olub-olmaması müəyyən edilməli və bu maneələri dəf etmək üçün məktəblər və 
icmalar səviyyəsində müvafiq tədbirlər hazırlanmalıdır.

Gender  zəminində  zorakılığa  (o  cümlədən,  insan  alverinə)  dair  şüurluluğun 
artırılması  kampaniyaları  (məktəblər,  icma  təşkilatları,  QHT-lər  tərəfindən) 
dəstəklənməli və zorakılıq qurbanları üçün adekvat və effektiv müdafiə təbəqələri, 
o cümlədən, krizis mərkəzləri, təhlükəsiz evlər, məsləhət xidmətləri və xüsusi 
təyinatlı xidmətlər yaradılmalıdır.

Qadınların müvafiq peşə treninqləri və biznesə rəhbərlik proqramlarında iştirak 
etmələrinə və onların gəlir əldə etmək fəaliyyətlərinə cəlb olunmalarına kömək 
edəcək kredit xidmətlərindən istifadə etmək imkanları genişləndirilməlidir. 

Təhsil  sektoru  üçün  məsuliyyət  daşıyan  mərkəzi  və  bələdiyyə  idarələrinin 
bütün  təbəqələrində  ayrı-ayrı  cinslər  üzrə  məlumatların  toplanması,  təhlili  və 
aşkara çıxarılması məqsədilə Məcburi Köçkünlər və Qaçqınlarla iş üzrə Dövlət 
Komitəsi daxilində xüsusi təyinatlı işçilər hazırlanmalıdır (müntəzəm treninqlər 
keçirilməsi yolu ilə).
0
 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan

9-cu fəsil

Gender problemlərinin AİB əməliyyatlarına  
daxil edilməsi
A. 
Ölkə strategiyası və proqramlarında gender
Azərbaycanda AİB-nın borc əməliyyatlarına yalnız 2003-cü ilin sonlarında başlanıb. 
Ölkənin Müasir Strategiyası və Proqramı (ÖMSP 2005-2006) öz diqqətini dörd strateji sahəyə, 
o cümlədən, (i) məcburi köçkünlərə yardım, (ii) kənd təsərrüfatı və kənddə inkişaf (sellərin 
vurduğu ziyanın azaldılması və kənddə mikro-maliyyə inkişafı), (iii) sosial infrastruktur (su 
təchizatı və sanitariya xidmətləri) və (iv) nəqliyyat sahəsinə yönəldilib. Bu sektorlar 2004-
2005-ci illərdə AİB-nın diqqət mərkəzində olacaq, sonra isə 2006-2010-cu illər üçün yeni 
ÖSP müəyyənləşdiriləcək (AİB 2004a). Bundan əlavə, AİB-nın əməkdaşlıq siyasəti sektorlar 
üzrə işçi qruplarına qaçqınlar və məcburi köçkünlər, kənddə inkişaf və vergi siyasətinə dair 
məsləhətlər verməklə 2003-2005-ci illər üçün YAİİDP həyata keçirilməsinə yardım etmək 
məqsədi güdür. 
Azərbaycanda  AİB-nın  borc  əməliyyatlarının  ilk  mərhələsi  gender  məsələlərinin 
ölkə  proqramının  həm  strateji,  həm  də  əməliyyat  mərhələlərində  tətbiq  edilməsi  üçün 
böyük imkanlar yaratdı. Bu qiymətləndirilmədə müəyyənləşdirilmiş gender məsələlərinin 
çoxu AİB-nın  ÖMSP  çərçivəsində  diqqət  mərkəzində  olan  strateji  sahələrdəki  sektor  işi 
ilə birbaşa əlaqədardır; bu məsələ, eləcə də, əməkdaşlıq etmək imkanı düşdükcə əməliyyat 
planlaşdırılmasına  daxil  edilməlidir.  O  da  çox  vacibdir  ki,  bu  gender  məsələləri  effektiv 
şəkildə  Yoxsulluğun  Azaldılması  və  Davamlı  İnkişaf  üzrə  Dövlət  Proqramına  da  daxil 
edilsin və lazım gələrsə, bu işə kömək göstərilsin. Aşağıda 2006-cı il üçün Ölkə Strategiyası 
və sonradan Dövlətin Gender Strategiyası müəyyənləşdirilərkən nəzərə alınmalı olan gender 
yanaşmasından istifadəsi üzrə bir sıra strateji tövsiyələr verilir. 
B. 
Dövlətin Strategiyası və Proqramında gender yanaşmasına dair ümumi  
 
 
tövsiyələr

Layihələr hazırlanması zaman qadınların və kişilərin bu işdə tam və bərabər 
iştirakına mane olan halların müəyyən edilməsi və bu maneələrin lazımi şəkildə 
qarşısının alınmasına dair tövsiyələrin hazırlanması üçün sosial və gender təhlili 
(o cümlədən, əsaslı məlumatlar) təqdim edilməlidir.

Layihə  çərçivəsi  ilə  bağlı  aydın  məqsəd  və  hədəflərə  malik  olan,  effektiv 
monitorinq  və  hesabat  sistemi  vasitəsilə  izlənilə  bilən  və  adekvat  şəkildə 
mənbələnən (həm maddi, həm də insan resursları cəhətdən) gender fəaliyyət 
planları layihəsi və gender strategiyaları hazırlanmalıdır. 

Belə  planlar/strategiyalar  İcraçı  Agentliklər  və  digər  layihə  heyətləri  üçün 
gender şəraiti yaradan müdafiə (o cümlədən, gender təhlili və ayrı-ayrı cinslər 
üzrə gender məlumatlarının toplanması üzrə treninqlər) ilə təmin edilməlidir 
ki, onların layihənin gender yönümlü məqsəd və hədəflərinə effektiv surətdə 


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
nail olmaları üçün təsəvvürləri və vasitələri olsun. 

Əmin olmaq lazımdır ki, çoxlarının iştirakını tələb edən strategiyalara qadınlar 
və  kişilər  menecer  və  istehlakçı  kimi  daxil  edilsinlər  və  monitorinq  və 
qiymətləndirilmə əlbir iş olmaqla özündə gender xüsusiyyətlərini əks etdirsin. 

İcraçı Agentliklər və Birliklərdə layihənin idarə heyətini təyin edərkən gender 
bərabərliyi gözlənməli, yerlərdə və idarə heyətində bütün kişilər və qadınlar 
üçün bərabər əmək haqqı təmin edilməlidir. 

Yoxsulluğun bütün hallarında (məs., gəlir/qeyri-gəlir) mövcud olan və eləcə də 
meydana yeni çıxan gender boşluqlarına müntəzəm olaraq nəzarət olunmalı və 
boşluqları aradan götürmək üçün müvafiq strategiyalar və tədbirlər müəyyən 
edilməli və dəstəklənməlidir. 

Layihəni  tətbiq  edən  və  idarə  edən  Birliklərdə  cins  baxımından  ayrı-ayrı 
məlumatlar  yerləşdirilməli  və  müntəzəm  olaraq  belə  məlumatlar  toplanmalı 
və təqdim edilməlidir ki, qadınlar, kişilər, qızlar və oğlanlara dair göstəriciləri 
izləmək,  gender  boşluqlarını  müəyyənləşdirmək  və  lazımi  şəkildə  aradan 
götürmək mümkün olsun. 

Qadın QHT-ləri/İcma təşkilatları ilə birgə işləyən layihələr müəyyənləşdirilməli 
və  dəstəklənməlidir.  Bu  ÖGQ-ində  qeyd  edildiyi  kimi,  qadın  QHT-lərinin/
İcma  təşkilatlarının  daha  da  gücləndirilməsi,  xüsusilə  də  ən  çox  yoxsul 
qadınların yaşadığı kənd yerlərində, qadınların rəhbər strukturlarda liderliyinə 
və iştirakına imkan yaradılmasında əsas rol oynayır və AİB-nın layihələrinin 
onları bu layihələrin işində iştirak etməyə və özləri üçün ilkin şərait qurmağa 
ruhlandırmaqda böyük payı var.

AİB əməliyyatlarının hökumətin gender bərabərliyini həyata keçirmək səylərinə 
yardım etməsi yolları müəyyənləşdirilməlidir.

Qadın Məsələləri üzrə Dövlət Komitəsini gücləndirmək və imkanlarını artırmaq 
üçün yardım göstərilməli olan spesifik sahələr (o cümlədən, Gender sahəsində 
məsul işçilərdən ibarət şəbəkə) müəyyən edilməlidir. 
C. 
Dövlət  Strategiyası  və  Proqramında  (DSP)  gender  yanaşmasını  tətbiq  etmək 
üçün sektor Tövsiyələri
Aşağıdakı tövsiyələr əvvəlki fəsillərdəki gender məsələlərinin əsasında tərtib edilib 
və spesifik olaraq hazırki DSP çərçivəsində müəyyən edilmiş sektor prioritetlərinə yönəlib. 
Onlar müvafiq olaraq həm hazırki, həm də əsas layihələrə tətbiq edilə bilər. 
1. 
Məcburi köçkünlərə yardım
Ölkənin ən yoxsul və ən pis vəziyyətdə olan qrupuna aid olan köçkün əhaliyə kömək 
edilməsi diqqət mərkəzində olan əsas strateji sahə hesab edilir. ÖGQ-də qeyd edildiyi kimi, 
köçkün/qaçqın əhalı arasında ciddi gender problemləri (o cümlədən, işsizliyin yüksək həddə 
olması, qaçqın qadın və uşaqların səhhətinin zəif olması, qızların orta məktəb səviyyəsində 
məktəbi atmalarının yararsız məktəb şəraiti və işləməyə və ya ərə getməyə məcbur edilmələri 
səbəb  olduğunu  sübut  edən  göstəricilər)  mövcuddur.  Məcburi  köçkün/qaçqın  qadınlar 


Gender problemlərinin AİB əməliyyatlarına daxil edilməsi
arasında insan alverinin və fahişəliyin olması faktları geniş surətdə təsdiq edilir və köçkün/
qaçqın icmalarında gender-əsaslı zorakılıq hallarının da geniş yayıldığı xəbər verilir. 
Əsas  sosial  infrastruktur  yaradılması layihəsi 2005-2006-cı illər üçün proqramlaşdırılıb 
və o, aşağıdakı fəaliyyətlərdən biri və ya bir neçəsini əhatə edə bilər: (i) məcburi köçkünlərin 
mənzil şəraitinin yaxşılaşdırılmasının davamlı olaraq dəstəklənməsi və yeni yaşayış yerlərinin 
salınması, (ii) köçkün uşaqların və gənclərin təhsil imkanlarının yaxşılaşdırılması, (iii) təcili 
olaraq yaşamaq və pul qazanmaq imkanlarının yaxşılaşdırılmasına yardım edilməsi.
Mümkün olan gücləndirilmiş layihə müdaxilələri aşağıdakılardan ibarət ola bilər: 

Layihədə nəzərdə tutulan əhali, o cümlədən, ayrı-ayrı cinslər üçün sağlamlıq, 
təhsil (təhsilə cəlb edilmə, davamiyyət və nəticələr), mənzillə təmin olunma, 
məşğulluq (o cümlədən, qeyri-formal sektorda) və gəlirlərə dair məlumatların 
ətraflı  gender  qiymətləndirilməsi  aparılmalı  və  gender  problemlərini  daha 
yaxşı izləyə bilmək, eləcə də, nəzərdə tutulan müdaxilə tədbirlərinin kişilərə 
və qadınlara təsirini öyrənmək üçün müntəzəm fasilələr zamanı bu məlumatlar 
öyrənilməlidir. 

Kreditlərin  verilməsi,  kiçik  və  orta-həcmli  müəssisələrin  yaradılması  və 
maliyyələşdirilməsi  ilə  bağlı  layihə  komponentləri  kişilərə  və  qadınlara 
bərabər imkanlar yaratmalı, onlar müvafiq treninqlərdə və ixtisasın artırılması 
proqramlarında bərabər surətdə iştirak etməlidirlər.

Məcburi  köçkün/qaçqın  kişilər  və  qadınlar  arasında  CYYX/İİV/QİÇS  və 
digər reproduktiv sağlamlıq problemləri sahəsində şüurluluq artırılmalı, insan 
alveri (şərtləri və modifikasiyaları) və qadınlara qarşı zorakılıq halları barədə 
məlumat verilməlidir.

Baza yaradılmalı, layihədə nəzərdə tutulan ərazidə kişilər/qadınlar və uşaqlar 
arasında  qidalanma  səviyyəsinin  müntəzəm  monitorinqi  keçirilməli,  əsas 
diqqət  zəiflik,  anemiya  və  yod  çatışmazlığı  pozuntularının  səviyyəsinin 
müəyyənləş-  dirilməsinə  yönəlməli  və  müvafiq  müdaxilə  tədbirləri 
hazırlanmalıdır.  Bu  şərtlər  layihə  müdaxilələrinin  gəlirsiz  yoxsulluğu 
səviyyəsinə təsirini aşkar etməyə imkan verir və digər layihələrin də effektiv 
olması üçün böyük əhəmiyyət daşıyır, çünki pis qidalanma təhsildə hər hansı 
bir nailiyyət əldə etmək və sağlam nəsil böyütmək imkanlarını azaldır.
2. 
Kənd təsərrüfatı və kənddə inkişaf
AİB-nın kənd təsərrüfatı və kənddə inkişaf sektorunda diqqət mərkəzində olan əsas 
sahələr  daşqınların  vurduğu  ziyanların  yüngülləşdirilməsi  və  mikro-maliyyələşdirmə  və 
kəndlərin maliyyələşdirilməsi məsələlərində inkişafdır. 


 Ölkə Üzrə Gender Qiymətləndirilməsi - Azərbaycan
a. 
Daşqınların vurduğu ziyanın azaldılması
AİB-nın  daşqınların  vurduğu  ziyanın  azaldılması  işinə  qoşulması  Hökumətin 
ciddi,  tez-tez  baş  verən  daşqınlarla  bağlı  tədbirlər  görməsinə  yardım  etməsinə  cavabdır. 
Bu  daşqınlar  adətən  baharda  və  yayın  əvvəllərində  (əsas  daşqınlar  1988,  1997,  1999  və 
2002-ci  illərdə  baş  verib)  baş  verir  və  geniş  miqyasda  insan  tələfatına  və  əmlak  itkisinə 
səbəb  olur.  1980-1990-cı  illər ərzində  daşqınlardan dəyən  ziyanın dəyərinin orta  hesabla 
20 milyon dollar həcmində olduğu müəyyən edilib. Geniş miqyasda infrastruktura vurduğu 
ziyandan əlavə, daşqınlar kənd təsərrüfatı torpaqlarını yararsız hala salır, ev heyvanlarının 
məhv  olması  yoxsul  kəndlilərin  qazanclarını  azaldır  və  çox  vaxt  yoxsul  olmayanları  da 
yoxsulluğa məhkum edir. Sel sularından müdafiə olunmayan kənd torpaqlarının müəyyən 
əraziləri böyük təhlükə altındadır. 
Daşqınların vurduğu ziyanın azaldılması və bərpa işləri üzrə layihələr qadınların kənd 
təsərrüfatı sektorunda çoxşaxəli rolunun və məsuliyyətlərinin tanınmasını və onların nəzərə 
alınmasını tələb edir. Ərzaq hazırlığı, uşaqların qayğısına qalma və digər ev işlərinin idarə 
olunmasına  əlavə  olaraq, Azərbaycanda  qadınlar  çox  sayda  kənd  təsərrüfatı  işləri  ilə  də, 
məsələn, əkin, alaq işləri, yer belləmə, məhsul yığımı və yığılan məhsulun tədarük edilməsi 
kimi  işlərlə  də  məşğul  olurlar;  qadınlar  həmçinin,  ailənin  başlıca  həyati  əhəmiyyəti olan 
digər işləri də (ev heyvanlarına baxmaq, süd məhsulları hazırlığı, şitillik və bostan işləri) 
görürlər. Daşqınlar bütün bu işlərə ciddi surətdə təsir edir. Daşqınlardan sonra təmiz suyun 
olmaması və sanitariya şəraitinin pisləşməsi də bilavasitə məişətdə su təchizatı üçün başlıca 
məsuliyyət daşıyan qadınların işini çətinləşdirir. 
Mümkün olan gücləndirilmiş layihə müdaxilələri aşağıdakılardan ibarət ola bilər:

Əsas  nazirliklərdə  (Dövlət  Meliorasiya  və  Suvarma  Komitəsi,  Ekologiya 
və  Təbii  Sərvətlər  Nazirliyi,  Meşə  Təsərrüfatı  Departamenti)  öz  gündəlik 
işlərində gender problemlərinə müraciət etməli olan institutlaşdırma potensialı 
yaradılmalıdır (məsələn, layihə ilə bağlı sosial və gender mütəxəssislərinin və 
gender təhlili treninqlərinin təmin edilməsi yolu ilə).

Qadınların su, meşə təsərrüfatı və layihədə nəzərdə tutulmuş digər mənbələrin 
idarə edilməsində tam iştirakı təmin edilməlidir.

Qadınların  daşqınlardan  sonrakı  reabilitasiya  dövründə  yaranmış  iş 
imkanlarından  bərabər  surətdə  yararlanması  təmin  edilməli  və  onların  bu 
işlərdə  iştirakının  vacib  bir  şey  kimi  qəbul  edilməsi  üçün  xüsusi  tədbirlər 
görülməlidir.

Qadınların və kişilərin ətraf mühitə münasibətlərini və onların ətraf mühitin 
idarə  edilməsi,  o  cümlədən,  su  və  meşə  resurslarının  idarə  olunması  işində 
müvafiq  rollarını  daha  yaxşı  başa  düşmək  üçün  layihələrdən  lazımi  şəkildə 
istifadə etmək lazımdır; müvafiq icma-əsaslı yüngülləşdirmə və reabilitasiya 
proqramlarının hazırlanması üçün belə məlumatlardan istifadə etmək lazımdır.

Torpaqdan lazımi şəkildə istifadə edilməsi (yəni, daşqınların qarşısını almaq və 
onları yüngülləşdirmək) sahəsində əhalinin şüurluluğunun artırılmasını nəzərdə 


Gender problemlərinin AİB əməliyyatlarına daxil edilməsi
tutan ictimai informasiya kampaniyaları qadınları effektiv surətdə hədəfə almalı 
və onları səfərbər etməlidir. 
b. 
Mikro-maliyyələşdirmə və kəndlərin maliyyələşdirilməsinin inkişafı
Kənddə inkişafa mane olan zəif maliyyə xidmətləri probleminə müraciət etmək üçün 
AİB  kənd  yerlərində  və  Bakıdan  kənar  bölgələrdə  bank  və  mikromaliyyə  fəaliyyətlərinə 
yardım göstərir. Bu yardım bu yaxınlarda Bakıdan kənarda yerləşən rayonların inkişafını 
nəzərdə tutan fərmanla bağlıdır, o, yoxsulluğun azaldılmasına yönəlmiş spesifik bir tədbir 
kimi YAİİDP-da yer alıb və Hökumətin xüsusi prioriteti kimi qeydə alınıb.
Bu ÖGQ-də qeyd edildiyi kimi, çox sayda qadının dövlət sektorunda müvəffəqiyyətlə 
kredit  almağa nail  olmasına baxmayaraq, kənd  yerlərində bu  imkanı genişləndirməyə və 
qadınlara öz kiçik və orta-ölçülü müəssisələrini yaratmaqda kömək etməyə böyük ehtiyac 
var. Qadınların KOM açmaq işində qarşıya çıxan “mədəni” və “sosial” maneələri aradan 
götürmək  üçün  müvafiq  strategiyalar  yaratmaqdan  əlavə,  qadınların  şəbəkə  (ticarət  və 
biznes assosiasiyaları) informasiyalarından, treninqlərdən, məsləhət xidmətlərindən istifadə 
edə bilmələri və bazarlara çıxa bilmələri təmin edilməlidir. Qadın sahibkarlığı üçün müvafiq 
iqlim yaradılması işi həm də bank və kiçik biznes sektorunun özünə və onları ruhlandıran və 
müdafiə edən əlverişli mühitin yaranmasına yönəlməlidir.
Mümkün olan layihə müdaxilələri aşağıdakılar ola bilər:

Qadınların  kreditalma  imkanlarını  genişləndirən  və  KOM-lərin  inkişafını 
sürətləndirməyə  kömək  edən  layihə  strategiyalarını  inkişaf  etdirmək  üçün 
qadınların kredit ehtiyacları, kreditalma imkanları və buna mane olan faktorlar 
ətraflı surətdə nəzərdən keçirilməlidir.

Maliyyə xidmətləri kompleksinin hazırlanması işinə qadınlar da kişilər kimi 
cəlb edilməlidir.

Layihəyə biznes inkişafı xidmətləri sahəsində və bank işində gender həssaslığını 
artırmağa  yönəlmiş  fəaliyyətlər  daxil  edilməli  və  qadınlar  üçün  məsləhət 
xidmətləri yaxşılaşdırılmalıdır.

İş  sahibləri  təşkilatlarının  gender  həssaslığını  artırmaq  üçün  tədbirlər 
hazırlanmalı və bu təşkilatların qadın sahibkarlar assosiasiyaları ilə daha güclü 
əlaqələr yaratmasına yardım edilməlidir. 

Mövcud  qanunları  və  qaydaları  tənzimləyən  kredit  təşkilatlarına  düzəlişlər 
təklif edən  layihələr gender  yönümlü  və  gender  təsirli (əgər  varsa)  olmaları 
baxımından mütəxəssislər tərəfindən öyrənilməli, müvafiq tövsiyələr verilməli 
və tətbiq edilməlidir. 

Mikro-maliyyələşdirmə  və  kəndlərin  maliyyələşdirilməsinin  inkişafına 
yönəlmiş layihələr layihə iştirakçılarının və səhmdarların, o cümlədən, mikro-
maliyyə  institutlarının,  bankların  və  müvafiq  hökumət  idarələrinin  kredit 
alma  sahəsində  qadınların  qarşılarına  çıxan  spesifik  maneələrə  həssaslıqla 
yanaşmalarına nail olmağa calışmalı, bu maneələrin aradan götürülməsi üçün 


Yüklə 89,48 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin