Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən al



Yüklə 237,48 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix25.04.2017
ölçüsü237,48 Kb.
#15722
1   2   3

Xəbərlər şöbəsi

Cari ilin ilk altı ayında

9 min 654 müştəriyə

yeni bank hesabı açılıb

    Yeni istehsal müəssisələri əhalinin məşğulluğunun təmin olunmasında

da  mühüm  rol  oynayıb.  Müasir  texnoloji  avadanlıqlardan  səmərəli

istifadə etməyi bacaran ixtisaslı mütəxəssislərin hazırlanması da diqqət

mərkəzində saxlanılıb, müəssisədə çalışan işçilərin ixtisasartırma kurs-

larında iştirakı təmin olunub. Bu da imkan verir ki, istehsal prosesi yerli

mütəxəssislər tərəfindən həyata keçirilsin.



Kərəm HƏSƏNOV



B

ir  ay  əvvəl  Naxçıvana  gə-

lərkən  Duzdağ  yolundan

doğma şəhərimizi, gözoxşayan, say-

rışan ulduzları xatırladan elektrik

lampalarının bərq vurduğu ecazkar

bir mənzərəni seyr edərək, – mən

bura  gələndə  gördüyüm  zülmətə

qərq  olmuş,  ümidi  çıraq  işığına

qalmış Naxçıvan indi dünyanın ən

gözəl şəhərlərinə bənzəyir. Bu, ina-

nılmazdır. Gərək mən də ata yur-

dunda bu gözəlliyə yaraşan bir fərdi

ev tikdirəm, – deyən, uzun illərdir,

Avropada yaşayan, biznes fəaliyyəti

ilə məşğul olan dostum Tahir Nax-

çıvanda olduğu iki gün ərzində vaxt

tapıb fərdi yaşayış evlərinin tikintisi

ilə məşğul olan briqada ilə görüşdü

və evin layihəsini də onlara verib

getdi. Amma Tahirin getməsindən

bir ay vaxt keçməsinə baxmayaraq,

heç bir əlaqəmiz yox idi.

Dörd zavodun bir ünvanı 

3

    

Naxçıvan tarixi ilə bağlı oxuduğum ma-

teriallarda  tez-tez  qarşıma  çıxan  maraqlı

nekropollar  diqqətimi  o  qədər  çəkdi  ki,  bu

barədə  araşdırmalar  aparmağa  başladım.

Sonra  öyrəndiklərimi oxucularla bölüşmək

qərarına gəldim.  

    Nekropol nədir?

    Nekropol (Nekropolis) arxeoloji şəhərlərdə

qəbiristanlıqların və toplu məzar yerlərinin

olduğu əraziyə verilən addır. Əski yunan di-

lində “nekros” (ölü) və “polis” (şəhər) söz-

lərindən yaranıb. Antik dövrdəki şəhərlərdə

məzar  yerlərinin  günümüzdəki  şəhərlərdən

fərqi  indiki  vaxtda  daha  çox  məskunlaşma

yerlərinə  uzaqda  və  şəhərin  xaricində  olan

məzarların o dövrlərdə şəhərlərlə iç-içə ol-

masıdır. 

    Arxeoloji  tədqiqatlar  zamanı  Naxçıvan

ərazisində  Dizə,  Qarabulaq,  Plovdağ  və

Xornu nekropolları kimi qəbir abidələri tədqiq

edilib. Bundan başqa, Xaraba Gilanda yerləşən

Xalı-Keşan, Mərdangöl, Muncuqlutəpə nek-

ropollarının  materialları  da  tarixi  dövrlərin

xarakteristikasını vermək üçün dəyərli mənbə

rolunu oynayır. Quzey, Əbrəqunus, Ləkətağ,

Göydərə, Göynük, Ərəzin, Dizə nekropolları

və sair kimi neçəsi bu torpağın tarixinin qə-

dimliyindən soraq verir. 

    Muxtar respublikamızda yerləşən nekro-

pollardan ən maraqlılarının tarixinə və onlar

haqqında olan tədqiqatlara diqqət yetirək.

    

Naxçıvan nekropolu 

Naxçıvan şəhərinin

şimalında Tunc dövrünə aid arxeoloji abidədir.

Abidə 1968-ci ildə təsərrüfat işləri aparılan

vaxt  qəbirlər  dağıdılaraq  təsadüfən  aşkar

olunub.  Düzbucaqlı formalı qəbirlərin üstü

uzunluğu  1,  eni  0,5,  qalınlığı  0,2-0,3  metr

olan daş plitələrlə örtülmüş vəziyyətdə olub.

Qəbirlər şimaldan cənuba, həmçinin şimaldan

qərbə  doğru  istiqamətlənib.  Skeletlərin  qa-

lıqları pis vəziyyətdə olub. Qəbirlərdən birində

cənubdan qərbə istiqamətlənərək bükülü və-

ziyyətdə olan skelet salamat qalıb. 

    Naxçıvanın Orta və Son Tunc, həmçinin

İlk Dəmir dövrü qəbir abidələri üçün kollektiv

dəfn  adəti  səciyyəvidir.  Qəbirlərdən  zəngin

maddi-mədəniyyət  nümunələri  –  boyalı  gil

qablar, müxtəlif formalı tunc bəzəklər (bilərzik,

üzük, sırğa və sair), ayrı-ayrı minerallardan

hazırlanmış muncuqlar tapılıb. Gil məmulatı

içərisində çəhrayı rəngli, üzəri qara, qəhvəyi,

qırmızı və sarı rənglərlə naxışlanmış boyalı

qablar xüsusi incə zövqlə hazırlanıb. Naxçı-

vanın  məişət  abidələrinin  stratiqrafiyasına,

həmçinin  arxeoloji  materialların  texnoloji

analizinə əsasən, Naxçıvan nekropolu e.ə. II

minilliyin ortaları və sonuna aid edilir. Nek-

ropoldan əldə olunmuş materiallar Naxçıvan

Dövlət Tarix Muzeyində saxlanılır.

    


I Naxçıvan nekropolu 

Naxçıvan nekropolu

yaxınlığında Antik dövrə aid arxeoloji abidədir.

1970-ci  ildə  tikinti  işləri  aparılarkən  aşkar

edilib. Sahəsi 1,9 hektar olan abidə dağıdılmış

altı  küp  qəbirdən  ibarətdir.  Abidədən  əldə

olunmuş  materiallar  hərbi  qulluqçu  Peters

tərəfindən  nömrələnərək  Gürcüstan  Dövlət

Tarix Muzeyinə verilib. Arxeoloji qazıntılar

nəticəsində qəbirlərdən çəhrayı rəngdə bişi-

rilmiş gil qablar, üzəri qırmızı boya ilə örtü-

lərək sığallanmış, bəzən isə cilalanmış sadə

qablar,  boz  rəngli  gil  məmulatı,  gümüş  və

tuncdan  hazırlanmış  bilərzik,  sancaq,  üzük

və sırğalar,  şüşə və əqiq muncuqlar, iki şüşə

möhür, Makedoniyalı İskəndərə aid bir ədəd

gümüş draxma əldə olunub. Nekropolun ta-

pıntıları e.ə. IV-III əsrlərə aid edilir.

    

II Naxçıvan nekropolu 

Naxçıvan-Şahbuz

avtomobil  yolunun  sol  tərəfində,  hərbi  şə-

hərciyin qurtaracağında yerləşən Antik dövrə

aid arxeoloji abidədir. Nekropol 1990-cı ildə

tikinti işləri aparılarkən aşkar olunub. Tikinti

zamanı küp qəbirlər və onlardan aşkar olunmuş

maddi-mədəniyyət  nümunələri  ziyan  çəkib.

Abidədə mövcud olan materiallar mütəxəssislər

tərəfindən toplanılaraq Naxçıvan Dövlət Tarix

Muzeyinə  təhvil  verilib. Tapıntılara  əsasən,

nekropol e.ə. II-I əsrlərə aid edilir.

    

Maxta nekropolu 

Şərur rayonunun Maxta

kəndinin şimal-şərqində, Naxçıvan-Sədərək

avtomobil  yolunun  sol  tərəfində  yerləşən

Antik dövrə aid arxeoloji abidədir. Nekropola

aid küp qəbirlər 1988-ci ildə su hovuzunun

yerləşdiyi təpədə aşkar edilib. Küp qəbirlərdən

əldə  edilən  qablardan  yalnız  birinin  (qum

qarışığı  olmayan  gildən  hazırlanaraq  boz

rəngli, hər iki üzdən çəhrayı boya ilə örtülmüş

küpətipli qab) sınığı saxlanılıb. Abidənin II-

III  əsrlərə  aid  olması  ehtimalı  irəli  sürülsə

də, hələ ki ətraflı tədqiq edilməyib.

     


Muncuqlutəpə nekropolu 

Ordubad rayonu

ərazisində,  Plovdağ  Tunc  dövrü  abidəsi  ilə

Xaraba Gilan orta əsrlər şəhər yeri arasında,

Gilançayın  qolu  olan  (yayda  quruyan)  Xalı-

Keşan  çayının  sağ  sahilində,  kiçik  təpənin

üzərində yerləşir. Təpənin üzəri düzdür, quru-

luşuna və coğrafi mövqeyinə görə sanki süni

surətdə yaradılıb. Burada, təqribən, 1600-1700

kvadratmetr sahədə 33 sərdabətipli qəbir kom-

pleksi tədqiq olunub. Qeyd edək ki, tədqiqatçılar

Muncuqlutəpə  nekropolunun  sərdabələrini

çoxdəfnli qəbirlərin ən yaxşı nümunələri hesab

edirlər.  1  nömrəli  sərdabə  düzgün  olmayan

dördbucaqlı  plandadır,  cənub-qərb  istiqamə-

tindədir. Örtük daşları saxlanmayıb, kameranın

ölçüləri 1,4x1,2x0,89 metrdir. Qəbrin şimal-

qərb küncündən bir ədəd kiçikhəcmli, çəhrayı

gilli, düz oturacaqlı, düz divarlı, ağız hissəsinin

bayır  tərəfində  iki  ədəd  qarşı-qarşıya  şiş  çı-

xıntıları  vardır.  2  nömrəli  sərdabə  tamamilə

dağıntıya  məruz  qaldığından  iki  ədəd  mun-

cuqdan  başqa  material  əldə  edilməyib.  3

nömrəli sərdabə düzgün olmayan dördbucaqlı

formasındadır. Örtük daşları saxlanmayıb. Ət-

rafına dördbucaqlı planda daş döşənib, perimetr

üzrə ensiz, uzun daşlar düzülüb. Qəbrin cənub

divarının qərb tərəfi nisbətən kameranın içərisinə

tərəf  işlənib.  Ona  görə  də  qəbrin  qərb  tərəfi

şərq tərəfindən 40 santimetrə qədər ensizdir.

Sərdabənin  qərb  divarına  bir  ədəd  sal  daş

dikinə qoyulub, qalan divarları isə üfüqi dü-

zülmüş  müxtəlif  qalınlıqlı  daşlarla  işlənib.

Mənbələrdən öyrənirik ki, qəbrin içərisi dağıdılıb

və qarət olunub. Qəbirdən ucları birləşməyən

tunc  qolbaq,  ucları  bir-birinin  üzərində  olan

tunc  həlqə,  əqiq  muncuqlu  iki  sırğa,  səkkiz

ədəd əqiqdən, iki ədəd də sürmədən hazırlanmış

eninə deşikləri olan muncuq, iki ədəd ağ mər-

mərdən hazırlanmış muncuq, üzərində üfüqi

və şaquli yapma bəzəkləri olan boz və çəhrayı

gilli qab fraqmentləri tapılıb.

    Qeyd edək ki, Naxçıvan ərazisində daha

çox sayda nekropollar mövcuddur. Nekropollar

haqqında geniş məlumatı “Naxçıvan Ensiklo -

pediyası”,  “Naxçıvan  tarixi”,  AMEA-nın

müxbir  üzvü  Vəli  Baxşəliyevin  müəllifi

olduğu  “Naxçıvan  arxeologiyası”,  “Azər-

baycan arxeologiyası” adlı kitablardan əldə

edə bilərsiniz.

    Mütəxəssislər  nekropollar  haqda  nə  de-

yirlər?


    Bu nekropollar haqqında oxuyarkən tarixin

səssiz  carçıları  olan  abidələrin  əhəmiyyəti

nədir?  – sualı  yarandı  beynimdə.  Sualımı

AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərliyə

ünvanladım. Alim bildirdi ki, qəbiristanlıqlar

da çox mühüm tarixi abidələrdir. İslamaqə-

dərki qəbiristanlıqlarda qədim insanların hə-

yata keçirdiyi dəfn adətləri, arxeoloji tədqi-

qatlar zamanı qəbirlərdən əldə olunan mad-

di-mədəniyyət  nümunələri  tariximizin  bir

sıra problemlərinin öyrənilməsində müstəsna

əhəmiyyət kəsb edir. İslamın qəbulu ilə dəfn

adətləri sadələşdirildi. Bu dövrdə qəbirlərin

üstünə  qoyulan  başdaşı,  sənduqə,  daşdan

hazır lanmış qoç və qoyun fiquru tipli xatirə

abidələri,  xüsusilə  onların  üzərində  həkk

edilən  müxtəlif  məzmunlu  kitabələr,  təsvir

və ornamentlər tarixi mənbə kimi öyrənilir.

Bu kitabələr keçmişdə yaşamış bir sıra gör-

kəmli şəxsiyyətlərin, o cümlədən dövlət xa-

dimlərinin, alimlərin, sənətkarların adlarının,

titullarının,  vəfat  tarixlərinin,  onların  yaşa-

dıqları dövrdə cəmiyyətin həyatında tutduqları

mövqenin, qəbirlərinin yerinin, mənsub ol-

duqları yaşayış məskənlərinin dövrünün ay-

dınlaşdırılmasında xüsusi rol oynayırlar.

    AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev

də nekropollarla bağlı bir çox maraqlı mə-

qamlara  aydınlıq  gətirib.  O,  “Azərbaycan

arxeologiyası”  kitabında  yazır:  “Qəbir  abi-

dələrinin  tədqiqi  olduqca  əhəmiyyətlidir.

Naxçıvanın qədim sakinlərinin dünyagörüşü

ilə bağlı ən dəyərli  materiallar qəbir abidə-

lərinin  tədqiqi  zamanı  aşkar  olunmuşdur.

Orta  Tunc  dövrünə  aid  qəbir  abidələrinin

tədqiqi bu dövrdə tək, cüt, kollektiv dəfnlərlə

xarakterizə edilən  torpaq və daş qutu tipli

qəbirlərin  üstünlük  təşkil  etdiyini  göstərir.

Bəzi  qəbirlərin  üzərində  torpaq,  ya  da  daş

qarışıq torpaq kurqanlar düzəldilmişdir. Bəzi

qəbirlərin ətrafı Qobustan, Nəhəcir və Şahtaxtı

nekropolunda olduğu kimi, kromlexlə əhatə

edilmiş,  bəzilərinin  ətrafı  isə  sal  daşlarla

dördkünc  planda    dövrəyə  alınmışdır.  Qə-

birlərin üzərində kurqan düzəldilməsi, ya da

kromlexlə əhatə edilməsi Günəşə olan inamla

bağlıdır. Orta Tunc dövrünə aid bir qrup qə-

birdə  insan  skeletinə  rast  gəlinməmişdir.

Belə qəbir abidələrinə Kükü, Şahtaxtı, Çal-

xanqala nekropollarında təsadüf olunur. Kükü

nekropolunda tədqiq olunan kurqanların bi-

rindən  bütöv  öküz  skeleti  aşkar  edilmişdir.

Şahtaxtı  nekropolunda  qəbirlərin  birindən

bütöv at skeleti aşkar olunmuşdur. Qəbirlərdə

bütöv heyvan skeletlərinin ortaya  çıxması,

şübhəsiz ki, qədim insanların o biri dünyaya

inamı ilə bağlı olmuşdur.  Bu dövrə aid boz

rəngli gil qablar üzərində rast gəlinən aypara

təsvirləri  Azərbaycanda məskunlaşan qədim

tayfaların göy cisimlərinə sitayişi ilə bağlıdır”. 



    Hər  daşı-qayası  qədim  tarixdən  xəbər

verən Naxçıvan torpağının səssiz carçıları –

Naxçıvan nekropollarının pıçıltılarına qulaq

asdıq. Bu dəfə tariximiz haqqında gerçəklikləri

onlardan öyrəndik.



Nərgiz İSMAYILOVA

    Sağlamlıq  imkanları  məhdud

uşaqların sosial müdafiəsini güclən-

dirmək məqsədilə Naxçıvan Muxtar

Respublikası  Ali  Məclisi  Sədrinin

2013-cü il 18 dekabr tarixli Sərəncamı

ilə təsdiq olunmuş və icrası uğurla

başa çatdırılmış “2014-2015-ci illərdə

Naxçıvan Muxtar Respublikasında

sağlamlıq imkanları məhdud uşaq-

ların təhsilə cəlbi üzrə Dövlət Pro -

qramı”  uşaqların  cəmiyyətə  inteq-

rasiya  olunması  və  təhsil  almaları

üçün əlverişli mühit yaratmışdır. Bu

qəbildən olan uşaqlarla bağlı aparılan

işin  keyfiyyətinin  yüksəldilməsini

təmin  etmək  məqsədilə  Naxçıvan

Muxtar  Respublikası  Ali  Məclisi

Sədrinin 2016-cı il 11 yanvar tarixli

Sərəncamı ilə “2016-2020-ci illərdə

Naxçıvan Muxtar Respublikasında

sağlamlıq imkanları məhdud uşaq-

ların təhsili və sosial reabilitasiyası

üzrə  Dövlət  Proqramı”nın  qəbul

edilməsi  muxtar  respublikada  sağ-

lamlıq  imkanları  məhdud  uşaqlara

qayğının davamlı xarakter aldığının

göstəricisidir. Proqramın qəbul edil-

məsində əsas məqsəd sağlamlıq im-

kanları məhdud uşaqların təhsil hü-

quqlarını  təmin  etmək,  onları  tam

və  bərabərhüquqlu  şəxsiyyət  kimi

formalaşdırmaqla özünə inam hissi

yaratmaq, tədris prosesində müasir

informasiya texnologiyalarından is-

tifadə imkanlarını artırmaq, bu sahə

üzrə müvafiq pedaqoji kadrlar hazır -

lamaqdan  ibarətdir.  Proqramın  ic-

rasını  həyata  keçirmək  məqsədilə

Naxçıvan Muxtar Respublikası Təh-

sil,  Əmək  və  Əhalinin  Sosial  Mü-

dafiəsi  nazirlikləri, Ailə,  Qadın  və

Uşaq Problemləri üzrə Dövlət Ko-

mitəsinin nümayəndələrindən ibarət

komissiya yaradılmışdır. Komissiya

sağlamlıq imkanları məhdud uşaq-

larla  bağlı  yaranmış  çətinliklərin

aradan  qaldırılması  və  bu  sahədə

görülən işlərə nəzarət edilməsi məq-

sədilə muxtar respublikanın məktə-

bəqədər, ümumtəhsil, tam orta, mək-

təbdənkənar təhsil müəssisələrində,

uşaq musiqi məktəblərində, Məhdud

Fiziki  İmkanlılar  üçün  Naxçıvan

Regional İnformasiya Mərkəzində,

Körpələr  Evi  və  Ailələrə  Dəstək

Mərkəzində monitorinqlər aparmış-

dır. Monitorinqlər zamanı bu qəbil-

dən  olan  uşaqlarla  fərdi  qaydada

söhbətlər  təşkil  edilmiş,  Naxçıvan

Müəllimlər İnstitutu tərəfindən hazır -

lanmış  “Xüsusi  qayğıya  ehtiyacı

olan  şagird  haqqında  məlumat  ki-

tabçası”nın işlənmə qaydası yoxla-

nılmışdır.

    Naxçıvan  Muxtar  Respublikası

Ali Məclisi Sədrinin 2014-cü il 20

iyun tarixli “Naxçıvan Muxtar Res-

publikasının təhsil müəssisələrində

elektron  təhsilin  təşkili  ilə  bağlı

əlavə tədbirlər haqqında” Sərənca-

mına uyğun olaraq, Məhdud Fiziki

İmkanlılar üçün Naxçıvan Regional

İnformasiya  Mərkəzində  əqli  və

fiziki imkanları ümumtəhsil müəs-

sisələrində təhsil almağa imkan ve-

rən,  lakin  hərəkət  qabiliyyətinin

məhdudluğu  səbəbindən  təhsil  ala

bilməyən  22  nəfər  sağlamlıq  im-

kanları  məhdud  uşaqların  tədrisə

cəlb  olunması  məqsədilə  Distant

Tədris Mərkəzi yaradılmışdır. Eyni

zamanda Məhdud Fiziki İmkanlılar

üçün Naxçıvan Regional İnformasiya

Mərkəzində nitq problemi olan uşaq-

lar üçün defektoloji bölmə, kinetik

və əmək terapiyası, audio və elektron

kitabxana xidmətləri fəaliyyətə baş-

lamış,  Gözdən  Əlil  Uşaqlar  üçün

Xüsusi  İbtidai  Məktəbdə  5  nəfər

görmə qabiliyyəti məhdud olan şəxs-

lərə brayl kurslar təşkil edilmişdir. 

     Mart ayının 29-da Heydər Əliyev

Uşaq-Gənclər  Yaradıcılıq  Mərkə-

zində Naxçıvan Muxtar Respublikası

Təhsil  Nazirliyi,  Ailə,  Qadın  və

Uşaq Problemləri üzrə Dövlət Ko-

mitəsinin  və  Naxçıvan  Müəllimlər

İnstitutunun  birgə  təşkilatçılığı  ilə

seminar keçirilmişdir. Seminara mux-

tar respublikanın ümumtəhsil mək-

təblərinin psixoloqları cəlb edilmiş,

onlara  bu  qəbildən  olan  uşaqlarla

bağlı  görülən  işlərə  nəzarətin  artı-

rılması  məqsədilə  tövsiyələr  veril-

mişdir. Ümumtəhsil və məktəbdən-

kənar  təhsil  müəssisələrinə  cəlb

olunmuş sağlamlıq imkanları məh-

dud  uşaqların  yaradıcılıq  qabiliy-

yətinin  artırılması  üçün  müvafiq

tədbirlərin görülməsi, onların meyil

və maraqlarını nəzərə alaraq musiqi,

idman,  şahmat  məktəblərinə  cəlb

edilməsi, yuxarı sinif şagirdlərinin

peşə maraqlarına uyğun olaraq peşə

təhsilinə yönləndirilməsi üçün Nax-

çıvan  Muxtar  Respublikası  Təhsil

Nazirliyi, Ailə, Qadın və Uşaq Prob-

lemləri  üzrə  Dövlət  Komitəsi  və

Naxçıvan  Müəllimlər  İnstitutunun

müəllim-psixoloqları tərəfindən mux-

tar respublikanın bütün rayonlarında

seminarlar  keçirilmiş,  ibtidai  sinif

müəllimləri  və  psixoloqlarla  maa-

rifləndirici söhbətlər aparılmışdır. 

    Eyni zamanda bu qəbildən olan

uşaqlara qarşı tolerant mühitin ya-

radılması  məqsədilə  məktəblərdə

valideyn, şagird və müəllimlər ara-

sında maarifləndirici tədbirlər həyata

keçirilmişdir. Belə ki, cari ildə ko-

missiya tərəfindən proqramın icrasına

uyğun olaraq Şərur rayonunun Xan-

lıqlar,  Kəngərli  rayonunun  Xok,

Şahbuz rayonunun Keçili, Culfa ra-

yonunun Yaycı kənd 1 nömrəli, Ba-

bək rayonunun Nehrəm kənd 2 nöm-

rəli, Naxçıvan şəhər 4 nömrəli tam

orta  məktəblərində  valideynlərlə

maarifləndirici söhbətlər aparılmış,

bu  qəbildən  olan  uşaqlarla  təlim-

tərbiyə prosesinin təşkilinə, onlarla

ünsiyyət  qurma  bacarıqlarının  for-

malaşdırılmasına  dair  məsləhətlər

verilmiş, valideynləri maraqlandıran

suallar cavablandırılmışdır. 

    Naxçıvan  Muxtar  Respublikası

Ali  Məclisində  cari  il  mart  ayının

18-də “Naxçıvan Muxtar Respubli-

kasında turizmin inkişaf etdirilməsi”

mövzusunda müşavirə keçirilmişdir.

Həmin müşavirədə verilən tapşırıq-

lara  uyğun  olaraq,  aprel  ayının  2-

dən iyun ayının 5-dək muxtar res-

publikanın ümumtəhsil məktəblərinin

sınaq imtahanlarında yüksək nəticə

göstərən,  aztəminatlı  ailələrin  və

sağlamlıq imkanları məhdud uşaq-

ların  Ağbulaq  İstirahət  Mərkəzinə

ekskursiyası  təşkil  edilmişdir.  Bu

layihənin reallaşdırılması sağlamlıq

imkanları məhdud uşaqların muxtar

respublikamızın füsunkar və zəngin

təbiətə malik olan bölgələrini daha

yaxından tanımalarına, asudə vaxt-

larının  səmərəli  təşkil  edilməsinə,

“Nuh  yurdu”  intellektual  oyunun

keçirilməsi  şagirdlərin  inkişafına,

müxtəlif idman yarışlarına cəlb edil-

mələri onların sağlam ruhda böyü-

məsinə,  Vətənimizin  tarixini,  mə-

dəniyyətini, adət-ənənələrini özündə

əks etdirən filmlərin nümayiş etdi-

rilməsi  bu  qəbildən  olan  uşaqların

ümumi  dünyagörüşünün  formalaş-

masına öz müsbət təsirini göstərir. 

    Proqramın icrasına uyğun olaraq

Naxçıvan  Muxtar  Respublikasının

Təhsil  Nazirliyində  sağlamlıq  im-

kanları məhdud uşaqların elektron

məlumat  bazası  yaradılmışdır.  Bu

qəbildən olan uşaqların ümumtəhsil

və  məktəbdənkənar  təhsil  müəssi-

sələrinə  cəlb  edilməsi,  onlar  üçün

əlverişli təhsil mühitinin yaradılması

Təhsil Nazirliyinin diqqət mərkəzində

olan əsas məsələlərdəndir.

Kamal FƏRƏCOV

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin

aparıcı məsləhətçisi

Sağlamlıq imkanları məhdud uşaqların təhsili və sosial reabilitasiyası

üzrə dövlət proqramının icrası uğurla davam etdirilir

Dövlət proqramı necə icra olunur?

    Cəmiyyəti  formalaşdıran,  inkişaf  etdirən  əsas  amillərdən  biri  də

təhsildir.  Güclü  ideyaların  insan  fəaliyyətinin  bütün  sahələrinə,  o

cümlədən təhsilə, təlim-tərbiyə prosesinə tətbiqi müasir cəmiyyətin xa-

rakterik  xüsusiyyətlərindəndir.  Ölkəmizdə  həyata  keçirilən  təhsil

siyasətinin başlıca məqsədi də təhsil alanları sağlamdüşüncəli, yüksək

bilikli şəxsiyyət və vətəndaş kimi formalaşdırmaq, kamil insan tərbiyə

etməkdir. Muxtar respublikamızda hər bir sahədə olduğu kimi, təhsilin

inkişafı istiqamətində də ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.

Bu  sırada  xüsusi  qayğıya  ehtiyacı  olan  uşaqların  təhsilinə  göstərilən

diqqət ayrıca qeyd olunmalıdır.

Naxçıvan tarixindən


4

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir

və onlar geri qaytarılmır

ØßÐÃqapısı

Ünvan: AZ-7000,

Naxçıvan şəhəri, “Təbriz” küçəsi 1.

Telefonlar: Məsul katib: 545-62-47 

Şöbələr: 545-81-44, 545-51-18

Müxbirlər: 545-75-21, Faks: 544-52-52

E-mail: serqqapisi@nakhchivan.az

Nömrəyə məsul: Səbuhi Həsənov 

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnib və

Əcəmi NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 1050. Sifariş № 568

Baş redaktor:


Yüklə 237,48 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin