Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsindən al-
dığımız məlumata görə, cari ilin
əvvəlindən muxtar respublikada ti-
kinti və ya əsaslı şəkildə təmirdən
sonra, ümumilikdə, 95 obyekt, o
cümlədən 1 peşə məktəbi, 1806
şagird yerlik 6 ümumtəhsil məktəbi,
6 səhiyyə obyekti, 7 inzibati bina,
15 mədəniyyət obyekti, 2 idman
obyekti, 1 yaşayış binası, 20 istehsal
və xidmət sahəsi, 37 digər infra -
struktur obyektləri istifadəyə ve-
rilib. Hazırda iqtisadi və sosial sa-
hələrdə 130 müxtəlif obyektin ti-
kintisi və ya yenidən qurulması
davam etdirilir. Eyni zamanda ötən
dövrdə səmərəli idarəetmənin və
əhaliyə göstərilən xidmətlərin sə-
viyyəsini yaxşılaşdırmaq məqsədilə
6 kənd mərkəzi istifadəyə verilib,
10 kənd mərkəzinin inşası isə da-
vam etdirilir.
Bununla yanaşı, muxtar respub-
likada əhalinin keyfiyyətli içməli su
ilə təmin edilməsi, kanalizasiya sis-
temlərinin yenidən qurulması isti-
qamətində də ardıcıl tədbirlər həyata
keçirilir. Qeyd edək ki, 2015-ci ildə
Naxçıvan şəhərdaxili içməli su və
kanalizasiya şəbəkəsi istifadəyə ve-
rilib, Culfa və Şahbuz şəhərlərinin,
eləcə də ətraf kəndlərin içməli su
və kanalizasiya şəbəkəsində işlər
tamamlanıb, evlər su ilə təmin edilib.
Komitənin məlumatına görə, hazırda
Şərur, Babək, Ordubad, Kəngərli
və Sədərək rayonlarında, Naxçıvan
şəhərinin Tumbul, Qaraçuq, Bulqan
və Qaraxanbəyli kəndlərində içməli
su və kanalizasiya şəbəkələrində
işlər davam etdirilir.
Cari ilin əvvəlindən muxtar respublikada
95 yeni obyekt istifadəyə verilib
Əhali gəlirlərinin artırılmasına
yönəlik məşğulluq tədbirləri hə-
yata keçirilən sosial-iqtisadi in-
kişaf strategiyasının əsas məq-
sədlərindən biri sayılır. Naxçıvan
Muxtar Respublikasında əhali-
nin daimi məşğulluğunun təmin
olunması üzrə görülən bütün
işlər də sosial-iqtisadi inkişaf is-
tiqamətində qəbul olunmuş döv-
lət proqramlarının və digər mü-
hüm tədbirlərin uğurlu icrası
sayəsində mümkün olub.
Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsindən al-
dığımız məlumatda deyilir ki, cari
ilin ilk 6 ayının yekunlarına əsasən,
Naxçıvan Muxtar Respublikasında
mülki sektorda 94 min nəfər stabil
əməkhaqqı təminatı ilə işləməkdə-
dir. Əhali məşğulluğuna dair mə-
lumatların keyfiyyət göstəricisinə
gəldikdə isə muxtar respublikada
bir işçiyə hesablanmış orta aylıq
əməkhaqqı məbləğinin 404 manat
olduğu bildirlir. Qeyd edək ki, bu
göstərici üzrə Naxçıvan Muxtar
Respublikası paytaxt Bakı şəhə-
rindən sonra ölkəmizin bütün re-
gionları arasında ilk yeri tutur. Əgər
muxtar respublika üzrə iqtisadi fəal
əhalinin ümumi sayının 231 min
600 nəfər olduğunu nəzərə alsaq,
bütün bunların əmək bazarının tək-
milləşdirilməsi istiqamətində gö-
rülmüş işlərin məntiqi nəticəsi ol-
duğunu görərik. Naxçıvanda kiçik
və orta sahibkarlığın dəstəklənməsi,
ixracyönümlü yerli istehsalın sti-
mullaşdırılması ilə yanaşı, işaxtaran
vətəndaşların məşğulluğunun təmin
olunması üçün həyata keçirilən da-
vamlı tədbirlər də burada özünü
göstərir. Belə ki, Naxçıvan Muxtar
Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyindən al-
dığımız məlumatda muxtar respub-
likada işsiz statusunda qeydə alınmış
heç bir vətəndaşın olmadığı bildi-
rilir. Muxtar respublikada əməyin
mühafizəsi və işçilərin əmək hü-
quqlarının təmin olunması da əha-
linin məşğulluq imkanlarına müsbət
təsir edir.
Naxçıvan məşğulluq göstəricilərinə görə ölkəmizin
regionları arasında ilk yeri tutur
Ordubad rayonunun quruculuq xəritəsi ildən-ilə genişlənir. Qu-
ruculuq tədbirləri cari ildə də davam etdirilir. Belə yaşayış məntəqə-
lərindən biri Baş Dizə kəndidir. Rayonun kiçik yaşayış məntəqələrindən
biri olan Baş Dizədə aparılan kompleks quruculuq tədbirlərinə mart
ayında start verilib.
Burada kənd tam orta məktəbi, kənd və xidmət mərkəzləri üçün
binalar inşa olunur. Quruculuq tədbirlərini Naxçıvan Muxtar Respublikası
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin
inşaatçıları həyata keçirirlər. Onlara hərtərəfli şərait yaradılıb.
Üç mərtəbədən ibarət olan məktəb binası 156 şagird yerlik nəzərdə
tutulub. Təhsil ocağının yeni binasında geniş və işıqlı sinif otaqları, ki-
tabxana, idman zalı, kompüter və elektron lövhəli siniflər, laboratoriya
müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Kənd mərkəzi 2 mərtəbədən ibarətdir. Burada fəaliyyət göstərəcək
müxtəlif dövlət qurumları üçün hərtərəfli iş şəraiti yaradılacaq.
Yeni xidmət mərkəzi də kənd sakinlərinə dövlətimizin növbəti
qayğısıdır.
Hər 3 obyektdə tikinti işləri əsasən başa çatdırılıb. Hazırda suvaq
çəkilir, daşüzləmə işləri görülür.
Obyektlərin inşası başa çatdırıldıqdan sonra ərazi abadlaşdırılacaq,
yaşıllıq zolaqları, gülkarlıqlar salınacaq.
Baş Dizə kəndində kompleks
quruculuq işləri aparılır
Naxçıvan Muxtar Respublikasında iqtisadi və sosial sahələrdə in-
frastrukturun yenilənməsi həyata keçirilən tikinti-quruculuq tədbirlərinin
əsasını təşkil edir. Əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də bu
sahədə atılan addımlar yeni infrastruktur obyektlərinin tikilməsinə və
ya əsaslı şəkildə yenidən qurulmasına şərait yaradıb.
Bu ilin ilk yarısında Duzdağ
Fizioterapiya Mərkəzinə “Duzdağ”
oteli də daxil olmaqla, 3150 mü-
raciət olub. Müraciət edənlərin
110 nəfərini xarici ölkə vətəndaşları
təşkil edib. Burada müalicə alanlar,
əsasən, Türkiyə, Rusiya, ABŞ, Qa-
zaxıstan, Moldova, Ukrayna, İran
vətəndaşları olub. Bu barədə qə-
zetimizə məlumatı mərkəzin baş
həkimi Ruslan Süleymanov verib.
Məlumatda o da bildirilib ki,
sözügedən mərkəzə ötən il 4000-ə
yaxın müraciət olub, müraciət edən-
lərin 228 nəfərini xarici ölkə və-
təndaşları təşkil edib. Ötən il mər-
kəzdə 139 nəfər Rusiya, 42 nəfər
Qazaxıstan, 23 nəfər Türkiyə, 7
nəfər Gürcüstan, 5 nəfər İran İslam
Respublikası, 5 nəfər Ukrayna, 2
nəfər Latviya, 4 nəfər Kanada və-
təndaşı müalicə alıb. Naxçıvan Mux-
tar Respublikasından isə mərkəzdə
461 nəfər müalicə kursu keçib.
Bundan başqa, Azərbaycanın müx-
təlif bölgələrindən olan xəstələr
buraya müalicəyə gəliblər.
Qeyd edək ki, yer altındakı müa-
licə mərkəzi girişdən 300 metr mə-
safədə, 110 metr dərinlikdə yerləşir.
Burada iki qadın, iki kişi, bir uşaq
palatası və iki istirahət foyesi fəa-
liyyət göstərir. Yer altındakı duz
dağının qalınlığı 8,2 metrdir. Ha-
vanın temperaturu 18-20 dərəcə,
nisbi rütubət isə 24-50 faiz arasında
dəyişir. Mərkəzdə duz layları ara-
sında oksigen havanın 20 faizini
təşkil edir ki, bu da ağciyər xəstə-
liklərindən əziyyət çəkənlərə təbiətin
bəxş etdiyi ən gözəl dərmandır. Du-
zun tərkibindəki zəngin minerallar
və kimyəvi elementlər də orqanizmə
müsbət təsir göstərir. Oksigen və
zəngin duz minerallarının yaratdığı
hava ağciyər xəstəlikləri – bronxi-
al-astma və bu kimi xroniki xəstə-
liklərin müalicəsində müstəsna rola
malikdir. Burada istənilən adam
müalicə ala bilər. Yalnız müalicə
kursları fərqlidir. Uşaqlar 12-15,
böyüklər isə 14-18 gün burada qal-
maqla müalicə almış olurlar. Mər-
kəzdə ilin istənilən fəslində müalicə
almaq olar. Səhiyyə ocağında spleo-
terapiya Ukraynanın Ujqorod xəs-
təxanasının metodik göstərişlərinə
uyğun aparılır. Xəstələr əvvəlcə 2-
3 gün xəstəxana ərazisinə adaptasiya
olunurlar. Bundan sonra axşam saat
18
00
-dan səhər saat 8
00
-dək böyüklər
20-24 seans, uşaqlar isə 14-18 seans
yeraltı şöbədə olurlar. Müalicə başa
çatdıqdan sonra böyüklərdə 65-70
faiz, uşaqlarda isə 80-85 faiz yax-
şılaşma qeydə alınır.
Xəbərlər şöbəsi
Duzdağ Fizioterapiya Mərkəzinə müraciət
edən xarici ölkə vətəndaşlarının sayı artır
Øß Ã
Ð
Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır
Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti
Gündəlik ictimai-siyasi qəzet
qapısı
Qəzet 1921-ci
ildən çıxır
Sayı: 136 (21.546)
26 iyul 2016-cı il, çərşənbə axşamı
www.serqqapisi.az
Qiyməti 20 qəpik
Bu münasibətlə
keçirilən tədbirdə çı-
xış edən Culfa Ra-
yon İcra Hakimiy-
yətinin başçısı Şükür
Babayev bildirib ki,
muxtar respublika-
nın digər bölgələri
kimi, Culfa rayonu
da günü-gündən inkişaf edərək ye-
niləşir. Hər il kənd lərdə kompleks
quruculuq işləri aparılır, yeni sosial
obyektlər tikilir. Bənəniyar kəndində
istifadəyə verilən stadion bu isti-
qamətdə həyata keçirilən tədbirlərin
davamıdır. Şükür Babayev aparılan
quruculuq tədbirlərinə görə rayon
ictimaiyyəti adından Ali Məclisin
Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası-
nın gənclər və idman naziri Azad
Cabbarov isə çıxışında vurğulayıb
ki, bu gün muxtar respublikanın
tək şəhər və rayonlarında yox, həm-
çinin kəndlərində də yeni idman
obyektləri tikilərək gənclərin ixti-
yarına verilir. Kənddəki stadionun
yenidən qurulması istedadlı uşaq-
ların üzə çıxarılmasına və onların
gələcəkdə böyük uğurlar qazanma-
sına zəmin yaradacaq.
Azad Cabbarov Bənəniyar kənd
stadionunun istifadəyə verilməsi
münasibətilə kənd camaatını təbrik
edib, onlara idmanımızın inkişafı
sahəsindəki fəaliyyətlərində uğurlar
arzulayıb.
Ramiz Quliyev kənd sakinləri
adından minnətdarlıq edərək de-
yib: – Bənəniyarda stadionun ye-
nidən qurulması kəndin simasını
dəyişib, gənc lərin rahatlığına xidmət
edən müasir infrastruktur yaradılıb.
Bu stadion sakinlərin böyük sevin-
cinə səbəb olub. Artıq dağların əha-
təsində yerləşən bu yaşayış məntə-
qəsində idmanla məşğul olmaq
xeyli asanlaşıb.
Qeyd edək ki, müasir tələblərə
cavab verən stadionun uzunluğu
86, eni 52 metrdir. Yararsız vəziy-
yətdə olan meydançaya xüsusi ot
toxumu səpilib, yeni oyun qapıları
qoyulub. Stadionun suvarılması
üçün meydanın ərazisinə su xətti
çəkilib. Oyunların rahat izlənməsi
üçün stadionda oturacaqlar quraş-
dırılıb. Bunlarla yanaşı, stadionun
ərazisinə müxtəlif tinglər əkilib.
Bənəniyar kəndinin stadionu yenidən qurulub
Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı, kütləvi hal
alması və gənclər arasında təbliği üçün ardıcıl tədbirlər həyata
keçirilir. Bu tədbirlərin davamı kimi Culfa rayonunun Bənəniyar
kəndində yeniyetmə və gənc futbolçuların bu növlə məşğul olmaları
üçün kənd stadionu yenidən qurularaq onların istifadəsinə verilib.
2
Sübh tezdən mobil telefonuma
gələn zəng məni erkən qalxmağa
məcbur etdi.
– Xeyirdir inşallah. Erkən zəng
vuran kimdir görəsən? – deyə fi-
kirləşə-fikirləşə telefonu götürüb
ekrana baxdım. Tanımadığım nöm-
rədən gələn zəng idi, açdım.
– Axşamınız xeyir, narahat et-
mədim ki? – deyən dostum Tahiri
səsindən tanıdım.
– Hər vaxtın xeyir. Qardaş, ha-
radan zəng vurmusan? Burada ax-
şam yox, sübh tezdəndir.
– Güldü. Rusiyanın Naxodka şə-
hərindəyəm. Yaponiyadan malımız
gəlir. Doğrusu, zamanı da dəyişik
salmışam. Unutmuşam ki, burda
axşam olanda Naxçıvanda səhər
olur. Üzr istəyirəm.
– Narahat olma. Üzr istəməli bir
iş yoxdur. Xeyir ola. Nə yaxşı zəng
vurmuşdun? – deyə soruşdum.
– Qardaş, məni yola salmağa
gələrkən Duzdağın ətəyində ucal-
dılan sement zavoddan başqa daha
hansı zavodları göstərdiniz?
– Əhəng, gips, gips lövhələr və
məsaməli beton zavodlarını.
– Hə, elə odur. Onlar çox qiymətli
və keyfiyyətli inşaat materiallarıdır.
Xahiş edirəm bizim məhəlləyə gedib
ata yurdumda tikdirdiyim evə ba-
xarsan. Ustalar mənə zəng vurub
dedilər ki, artıq dəmir-beton işləri
başa çatıb. Hörgü və suvaq üçün
lazım olan inşaat materiallarını bir-
likdə alın. Özü də binanın daşıyıcı
divarları həmin o məsaməli betonla,
daxili arakəsmələr isə tuğla kərpici
ilə hörülsün. Gips, gips lövhələr də
elə həmin zavodun məhsullarından
olsun. Allah qismət etsə, payızda
gələcəyəm. Özü də Naxodkada ya-
şayan – gölməçə iyindən burunları
tutulan dostlarımla birlikdə. Atalar
yaxşı deyib: “Yüz dəfə eşitmək-
dənsə, bir dəfə görmək yaxşıdır”.
Qurulub-yaradılanlar haqqında mən
çox danışdım. Ancaq baxdım ki,
olanları olduğu kimi çatdıra bilmə-
dim. Qoy bunlar da gəlib Naxçıvanın
möhtəşəmliyindən zövq alsınlar.
Biz gələnə qədər də tikinti işləri
yekunlaşar. Elə həyətdəcə sizə gözəl
bir ziyafət verərəm.
Güldüm. Nə deyəcəyimi yaxşı
bilən Tahir:
– Yox, yox, bu dəfə sözdə yox,
əməldə olacaq. Özü də əməlli-başlı,
– deyib xudahafizləşdi.
İşdən sonra, axşamçağı Tahir-
gilin məhəlləsinə getdim. Gənclik
dövrümüzün keçdiyi məhəlləni ta-
nımadım. Sıralanan, bir-birindən
yaraşıqlı iki-üç mərtəbəli fərdi ya-
şayış evləri məhəlləyə yeni görkəm
verib.
Tahirin ata yurdunda gördüyüm
evin yerində isə ucaldılan üçmər-
təbəli fərdi yaşayış evində inşaat
işləri davam edirdi.
– Yorulmayasınız. Allah qüvvət
versin, – dedim.
– Xoş gəlmisiniz, – deyən orta-
yaşlı bir kişi mənə yaxınlaşıb, – nə
lazımdır? – deyə soruşdu.
– Heç. Mən Tahirin dostuyam.
Xahiş etdi ki, inşaat materialları
alarkən sizə köməklik edəm.
– Qardaş, neçə illərdir ki, bu sə-
nətin çörəyini yeyirik. Əmanətə xə-
yanət olmaz, – deyiblər. Sahibkar
hansı inşaat materialı deyibsə, ondan
almışıq. Yaxınlıqdakı “Naxçıvan
Sement” kisələrini, örtü yaradılmış
anbardakı gips, gips lövhələri, bi-
nanın içinə yığılmış məsaməli be-
tonu və tuğla kərpiclərini göstərib
– biz vaxt itirə bilmərik. Tikinti
mövsümüdür. Başqa sifarişlərimiz
də var – dedi.
– Tahir müəllim dedi ki, payızda
bu evdə yüngülvarı bir ziyafət verə-
cək, – deyib ustanın üzünə baxdım.
– Əlbəttə. Ona şübhəniz olmasın.
Əvvəlki vaxtlar deyil ki, o döngə
sənin, bu döngə mənim deyib hər
bir inşaat materialının dalınca on
dəfə gedəsən. Get sabah gəl, get
birisi gün gəl, narahat olma malımız
yoldadır, üç gündən sonra gəl, –
deyələr. Gələn inşaat materialları
da, necə deyərlər, “od qiymətinə”.
İndi başqa zamandır. Topdansatış
mağazalarında nə lazımdırsa var.
Özü də əsas inşaat materialları yerli
istehsaldır. Münasib qiymətinə,
keyfiyyətinə də söz ola bilməz. Elə
bu işimizdən götürün. Mənzilin sa-
hibinin getdiyi gündən bir ay vaxt
ötüb. Demək olar ki, beton-qəlib
işləri başa çatıb. Hörgü, suvaq iş-
lərinə başlanılıb. Dam örtüyünün
vurulmasına hazırlıq görülüb. On-
dan sonra hasar çəkiləcək, həyətdə
abadlıq işləri aparılacaq, hovuz ti-
kilib, çardaq qurulacaq. Bina da-
xilinə gipslə sığal çəkiləcək, gips-
dən hazır lanmış müxtəlif füqurlarla
bəzək-düzək veriləcək. Bütün bun-
lar üçün bizə bir ay kifayət edər, –
deyən inşaatçı qardaşlarımızla
xudahafizləşdik.
Ertəsi gün aparılan abadlıq-qu-
ruculuq tədbirlərində öz payı olan,
münasib qiyməti, yüksək keyfiy-
yəti ilə seçilən inşaat materialları
istehsal edən müəssisələrdən biri,
Duzdağın ətəyində ucaldılan, dörd
zavodun bir ünvanı – Naxçıvan
Sənaye Kompleksinə yollandıq.
Görüşdüyümüz ayrı-ayrı mütəxəs-
sislərin dediklərindən:
– Son illər muxtar respublika
iqtisadiyyatında yüksək templə in-
kişaf edən sahələrdən birinə çevrilən
və yerli istehsalın stimullaşdırıl-
masında mühüm əhəmiyyətə malik
olan sənaye sektorunda həyata ke-
çirilən tədbirlər nəticəsində Nax-
çıvanda idxaləvəzləyici və ixrac-
yönümlü məhsullar istehsal edən
rəqabətqabiliyyətli müəssisələr fəa-
liyyətə başlayıb.
Yeraltı və yerüstü sərvətlərlə
zəngin muxtar respublikamızın təbii
resurslarından səmərəli istifadə olun-
ması istiqamətində həyata keçirilən
ardıcıl və məqsədyönlü tədbirlər
öz bəhrəsini verib, “Gəmiqaya Hol-
dinq” Şirkətlər İttifaqının mütəxəs-
sisləri tərəfindən inşaat materialları
istehsalı üçün xammal mənbələrinin
müəyyən olunması məqsədilə geo-
loji axtarışlar aparılıb. Yataqlarda
lazımi xammal aşkar olunduqdan
sonra onun tərkibi Türkiyənin və
Çin Xalq Respublikasının bu sahə
üzrə ixtisaslaşmış laboratoriyalarında
yoxlamadan keçirilib.
Laboratoriyalardan müsbət rəy-
lər alındıqdan sonra qədim Duz-
dağın ətəyində 2012-ci ildə sement
zavodu tikilib istifadəyə verilib,
2014-cü ildə isə digər inşaat ma-
terialları istehsal ediləcək yeni za-
vodların tikintisinə başlanılıb. Yeni
layihələrin reallaşması üçün Sa-
hibkarlığa Kömək Fondundan döv-
lət maliyyə dəstəyi göstərilib. La-
yihəyə uyğun olaraq, gips lövhələr,
gips, əhəng və məsaməli beton is-
tehsal olunacaq kompleksdə dün-
yada sement zavodları və onun ba-
zasında digər inşaat materialları
istehsal edən müəssisələri qurmaq
sahəsində qabaqcıl təcrübəyə malik
Almaniyanın “KHO”, “Polysims”,
Danimarkanın “Flsm.dth” firma-
larını soba, daşqırıcılar və üyüdü-
cülərlə təmin edən Çin Xalq Res-
publikasının “Jiangsu Pengfei
Group Co.LTD” və digər şirkətlə-
rindən müasir texnoloji avadanlıqlar
alınıb gətirilib. İdxal olunan ava-
danlıqlar həmin şirkətlərin mütə-
xəssisləri tərəfindən quraşdırılıb.
Naxçıvan Sənaye Kompleksinin
inşası “Gəmiqaya Holdinq” Şirkətlər
İttifaqının təcrübəli mütəxəssisləri
və inşaatçıları tərəfindən həyata ke-
çirilib. Burada istehsal sahələri,
xammal və hazır məhsulların sax-
lanılması üçün anbar, inzibati və
iaşə xidməti binaları tikilib, yük-
səkkeyfiyyətli məhsul istehsalı ilə
yanaşı, hazır məhsulun daşınmasına
da hərtərəfli şərait yaradılıb.
2015-ci il dekabrın 1-də muxtar
respublikamızda səfərdə olan Azər-
baycan Respublikasının Prezidenti
cənab İlham Əliyev Naxçıvan Sə-
naye Kompleksinin açılış mərasi-
mində iştirak edib.
Sənaye kompleksində müasir
avadanlıqlarla təmin olunmuş la-
boratoriya fəaliyyət göstərir. İstehsal
olunan məhsulların laborator müa-
yinələri aparılır.
Ümumi sahəsi 9 hektar olan
kompleksdə ildə 40 min ton gips,
2 milyon kvadratmetr gips lövhələr,
36 min ton əhəng və 150 min ton
məsaməli beton istehsal etmək gü-
cünə malik zavodlar fəaliyyət gös-
tərir. Müasir avadanlıqların quraş-
dırıldığı zavodlarda istehsal prosesini
avtomatik idarəetmə və təhlükəsiz-
liyə videonəzarət sistemləri yara-
dılıb. Kompleksin istifadəyə veril-
məsi ilə muxtar respublikada mü-
vafiq tikinti materiallarına tələbatın
yerli istehsal hesabına ödənilməsi
təmin olunub. Bu zavodların fəa-
liyyətə başlaması daxili tələbatın
ödənilməsi ilə yanaşı, yerli inşaat
materiallarının ixracına da imkan
yaradır.
Məsaməli beton istehsal edən
zavodda yüksəkkeyfiyyətli məhsul
istehsal olunur. Burada xammal
kimi daş qumundan, əhəng, gips,
sement və alüminium tozundan is-
tifadə edilir. İnşaat sektorunda ən
çox istifadə edilən bu tikinti mate-
rialları istənilən ölçüdə asanlıqla
kəsilir, yüksək səviyyədə səs və is-
tilik izolyasiyasına malikdir. Bundan
əlavə, yüngül və zəlzələyə davamlı
olan bu materiallar yanmaya qarşı
beynəlxalq standartlara uyğundur.
Kompleksə daxil olan digər za-
vodlarda da yüksək şərait yaradılıb.
Əhəng zavodunda istifadə olunan
yerli xammal Qarabağlar mədənin-
dən gətirilir. Burada hazırlanan məh-
sullardan inşaat sektorunda, kənd
təsərrüfatında, kağız və şüşə isteh-
salında istifadə edilir.
Gips zavodunda istifadə olunan
xammal isə Çalxanqala, Çeşməba-
sar, Xıncab və Böyükdüz zonala-
rından gətirilir. Burada istehsal olu-
nan məhsullar məsaməli beton blok-
ların, suvaq və üzləmə gipsinin,
gips lövhələrin hazırlanmasında is-
tifadə edilir.
Gips lövhə zavodunda da yüksək
şərait yaradılıb. Xammal kimi ni-
şasta, gips, üzləmə kağızı və ya-
pışqandan istifadə olunur. Müəssi-
sədə istehsal olunan məhsullara in-
şaat sektorunda tələbat böyükdür.
Müəssisə muxtar respublikamız-
da həyata keçirilən genişmiqyaslı
quruculuq tədbirləri nəticəsində in-
şaat materiallarına artan tələbatın
yerli istehsal hesabına ödənilməsi
zərurətindən yaradılıb. Kompleksdə
istehsal edilən məhsullar daxili ba-
zarın tələbatını tamamilə ödəməklə
yanaşı, bu yerli inşaat materiallarının
xarici bazarlara çıxarılmasına da
imkan verir. Əvvəllər bu inşaat ma-
teriallarına olan tələbat xaricdən
idxal olunan məhsullar hesabına
ödənilir, əlavə daşınma xərci çəki-
lirdisə, yeni layihənin reallaşması
ilə bu problem aradan qaldırılıb.
Mərkəzi Bankın Naxçıvan Mux-
tar Respublikası İdarəsindən aldı-
ğımız məlumata görə, muxtar res-
publikada fəaliyyət göstərən banklar
tərəfindən 2016-cı ilin ilk 6 ayı ər-
zində 2085 hüquqi, 55 min 689
fiziki şəxs olmaqla, 57 min 774
müştəriyə xidmət göstərilib.
Xidmət göstərilən hesabların 51
min 436-sı işlək hesab olub ki, on-
ların 1381-i hüquqi, 50 min 55-i
fiziki şəxsdir.
Bəhs olunan dövrdə 32 hüquqi,
9 min 622 fiziki şəxs olmaqla, 9
min 654 müştəriyə yeni bank hesabı
açılıb. Açılmış bank hesablarının
hamısı fəaliyyət göstərir.
Əsassız nağd ödənişlərə yol
vermə mək üçün müəssisə və təşki-
latlara qonşu xarici ölkələrdən aldığı
mal və avadanlıqların dəyərinin is-
tənilən valyuta növündə köçürülməsi
təmin olunub, akkreditiv forması,
avans ödənilməklə və digər müqavilə
şərtlərinə uyğun olaraq xarici ölkələrə
mal və avadanlıqların dəyərinin ödə-
nilməsi üçün 5 milyon 238 min
avro, 8 milyon 319 min ABŞ dolları,
15 milyon 85 min rus rublu köçü-
rülüb. 90-180 gün müddətində ava-
danlıqların alınıb muxtar respubli-
kaya gətirilməsinə nəzarət olunub,
gömrük bəyannamələri alınıb.
Məlumatda o da bildirilir ki,
muxtar respublikada fəaliyyət gös-
tərən banklar tərəfindən bankların
əməliyyat kassalarına daxil olan
nağd pul hasilatını artırmaq və Mər-
kəzi Bankın ehtiyat fondundan döv-
riyyəyə buraxılan nağd pul kütləsinin
artım tempinin aşağı salınması isti-
qamətində də məqsədyönlü tədbirlər
həyata keçirilib. Həmin tədbirlər
hesabına 2016-cı ilin ilk 6 ayı ər-
zində bankların kassa mədaxili 196
milyon 952 min manat olub. Bank-
ların kassa mədaxilinin 39 milyon
341 min manatı ticarət müəssisələ-
rindən, 4 milyon 32 min manatı sə-
naye müəssisələrindən, 3 milyon
502 min manatı tikinti müəssisələri
və kooperativləri üzrə daxilolma-
lardan, 6 milyon 614 min manatı
yanacaqdoldurma müəssisələrindən,
6 milyon 418 min manatı nəqliyyat
müəssisələrindən, 10 milyon 614
min manatı rabitə müəssisələrindən,
1 milyon 61 min manatı hüquqi
şəxs yaratmadan sahibkarlıq fəa-
liyyəti ilə məşğul olan fiziki şəxs-
lərdən, 4 milyon 419 min manatı
vergi və rüsumlardan, 2 milyon 176
min manatı kommunal xidmətlərdən,
12 milyon 663 min manatı pul kö-
çürmələri və fiziki şəxslərin cari
hesablarına daxilolmalardan, 11 mil-
yon 832 min manatı əmlak alqı-
satqısı ilə əlaqədar notariat kontor-
larının hesabına daxilolmalardan,
94 milyon 280 min manatı isə digər
daxil olmalar hesabına əldə edilib.
Məlumatda deyilir ki, bankların
kassa məxarici 359 milyon 37 min
manat olub. Bunun 14 milyon 607
min manatını sənaye müəssisələri,
15 milyon 695 min manatını ticarət
müəssisələri, 63 milyon 262 min
manatını tikinti müəssisələri və
kooperativləri, 12 milyon 573 min
manatını nəqliyyat müəssisələri,
596 min manatını rabitə müəssi-
sələri üzrə ödənişlər, 194 milyon
655 min manatını əməkhaqqı, pen-
siya, müavinət, sığorta və digər
sosial ödənişlər, 41 milyon 647
min manatını bankın hüquqi və fi-
ziki şəxslərlə maliyyə əməliyyatları
üzrə ödənişlər, 16 milyon 2 min
manatını isə digər ödənişlər təşkil
edir.
2016-cı ilin birinci yarısında
Mərkəzi Bankın ehtiyat fondundan
bankların nağd pula olan tələbatının
ödənilməsi məqsədilə 209 milyon
212 min manat nağd pul dövriyyəyə
buraxılıb.