Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən al



Yüklə 237.48 Kb.
PDF просмотр
səhifə3/3
tarix25.04.2017
ölçüsü237.48 Kb.
1   2   3

TURAL SƏFƏROV

İdmançımız ölkə turnirinin qalibi olub

    


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılmasının

22-ci  ildönümü  münasibətilə  Masallı  rayonunda  uşaqlar  və  yeniyetmələr

arasında cüdo üzrə açıq turnir keçirilib. Turnirdə Naxçıvan Muxtar Respublikası

Güləş  Federasiyasının  yetirməsi Abbas  Məmmədov  da  iştirak  edib. Tatami

üzərinə  38  kiloqram  çəki  dərəcəsində  çıxan  idmançımız  bütün  rəqiblərinə

qalib gələrək turnirin baş mükafatını qazanıb.

    Qalib idmançımız diplom və medalla təltif olunub.



Ceyhun MƏMMƏDOV



  Naxçıvan şəhərindəki İlham Əliyev

adına  Olimpiya-İdman  Komplek-

sində “Zərərli vərdişlərə yox deyək,

həmişə sağlam olaq” devizi altında

kişilər  və  gənclər  arasında  MMA

döyüş  növü  üzrə  Naxçıvan  şəhər

birinciliyi keçirilib. 

    Tədbirdə çıxış edən Naxçıvan Şəhər

Gənclər  və  İdman  İdarəsinin  rəisi

Xəyal Qurbanov və Naxçıvan Muxtar

Respublikası Şərq Döyüşü Sənəti Fe-

derasiyasının  sədr  müavini  Cavanşir

Salayev bildiriblər ki, birinciliyin ke-

çirilməsində əsas məqsəd MMA döyüş

növünü  kişilər  və  gənc lər  arasında

təbliğ  etməklə,  onları  zərərli  vərdiş-

lərdən  uzaqlaşdırmaq  və  federasiya

tərkibində fəaliyyət göstərən klubların

işini təkmilləşdirməkdir. 

    Yarışda 7 çəki dərəcəsində 80 id-

mançı qüvvəsini sınayıb.

    Gərgin mübarizə şəraitində keçən

döyüşdə  Əkbər  Əliyev,  Nizami  Hü-

seynov,  Rüstəm  Bağırov,  Cəfər Ab-

basov, Xızır İsmayılov, Fərdi Bağırov,

Nəcəfəli Nəcəfov müvafiq olaraq 50,

56, 61, 66, 70, 77, 84 kiloqram çəki

dərəcələrində  bütün  rəqiblərini  üstə-

ləyərək birinciliyin qalibi olublar. 

    Sonda  hər  çəki  dərəcəsində  yer

tutan  idmançılar  təşkilatçıların  dip-

lomları ilə təltif ediliblər.

    Şahbuz Rayon Gənclər və İdman

İdarəsinin,  Naxçıvan  Muxtar  Res-

publikası Karate-do Federasiyasının

Şahbuz  rayon  bölməsinin  və  Yeni

Azərbaycan Partiyası Şahbuz Rayon

Təşkilatı Gənclər Birliyinin təşkil et-

diyi  “Zərərli  vərdişlərə  yox  deyək,

həmişə  sağlam  olaq”  devizi  altında

yarış  başa  çatıb.  Naxçıvan  Muxtar

Respublikası  Karate-do  Federasiya-

sının Şahbuz rayonunda fəaliyyət gös-

tərən bölməsinin üzvləri arasında ke-

çirilən karate-do üzrə Şahbuz rayon

birinciliyi Şahbuzkənd tam orta mək-

təbinin idman zalında keçirilib.

    Yarışda  2004-2008-ci  illər  təvəl-

lüdlü  oğlanlar,  2006-cı  il  təvəllüdlü

qızlar  mübarizə  aparıblar.  Rauf  Ba-

ğırov, Pünhan Həsənov, Rəşad İmam-

quliyev,  Anar  Hüseynov,  Məhəm -

mədəli Sadiqov və Səmra Sadiqova

bütün rəqiblərinə qalib gələrək I yerə

layiq görülüblər.

    Birincilikdə I, II, III yerləri tutmuş

idmançılara təşkilatçıların diplomları

təqdim olunub.



“Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq”

devizi altında idman yarışları 

*  *  *


    İyulun  23-də  Tələbə  Qəbulu  üzrə  Dövlət  Ko-

missiyası  (TQDK)  2016-2017-ci  tədris  ili  üçün

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə

qəbul  olmaq  istəyən  cari  ilin  məzunlarının  II  və

III ixtisas qrupları üzrə qəbul imtahanını keçirib.  

    İmtahan respublikanın 11 şəhərində – Bakı, Nax-

çıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi,

Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində,

ümumilikdə, 55 binada aparılıb. 

     Muxtar respublikada Naxçıvan şəhər 1, 7 və 14

nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda

1430  abituriyent  iştirak  edib.  İmtahana  137  nəza-

rətçi-müəllim, 10 imtahan rəhbəri cəlb olunub. 

    İmtahan günündə məktəblərdə olduq, abituriyentlər

və onların valideynlərinin təəssüratlarını öyrəndik. 

    Şərur rayonunun Dərəkəndindən olan Fərmayıl

Əhmədov deyir ki, övladı qədər o da həyəcanlıdır.

Onu  da  əlavə  edir  ki,  qızı  Gözəl  imtahana  yaxşı

hazır laşıb. İnanır ki, tələbə adını qazanacaq. 

    Valideyn  ərazidə  insanların  rahatlığı  üçün  iaşə

xidməti təşkil olunmasından razılıqla danışdı.  

    Abituriyentlərdən  Aygün  Hümbətova  ilə  söh-

bətləşirik.  Naxçıvan  şəhər  12  nömrəli  tam  orta

məktəbin məzunudur. O, sınaq imtahanlarında 500-

700  intervalında  bal  toplayıb.  Həyəcanını  gizlət-

məyərək deyir:

    – Həyəcanla gözlədiyim gündür. Hansı sualların

düşəcəyini səbirsizliklə gözləyirəm. Xarici dil müəl-

limi olmaq istəyirəm. Hədəfim 500 balı keçməkdir. 

   Abituriyentlərdən Rafət Kazımbəyli də çox hə-

yəcanlı görünür. Onun dediklərindən: 

   – Atam təhsil sahəsində fəaliyyət göstərir. Ailə-

mizdə təhsilə hər zaman böyük maraq olub. Vali-

deynlərim hər zaman dərsimlə maraqlanıb, mənim

yaxşı oxumağım üçün əllərindən gələni əsirgəmə-

yiblər. Təhsil aldığım məktəbdə həm yaradılan şə-

raiti, həm müəllimlərimizin bizimlə məsuliyyətlə

məşğul olmalarını xüsusilə qeyd etməliyəm. Zəngin

maddi-texniki  bazaya  və  müasir  tədris  şəraitinə

malik  olan məktəbimiz ən müasir informasiya tex-

nologiyaları, dərslik, bədii ədəbiyyat və tədris və-

saitləri ilə təmin edilib. II ixtisas qrupu üzrə imtahan

verəcəyəm. Bu imtahandan uğurlu nəticə qazanma-

lıyam. İnanıram ki, bütün ümidləri doğruldacağam. 

    Babək  rayon  Cəhri  kənd  1  nömrəli  tam  orta

məktəbin məzunu Nihad  Alməmmədov, Şərur rayon

Şahbulaq kənd tam orta məktəbinin məzunu Cəfər

Cəfərov da belə düşünürlər.

    Saatlar 11

00

-ı göstərəndə imtahan başlayır. İmtahan



qurtarana  kimi  biz  də  müşahidələrimizi  apardıq.

Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbdə keçirilən

imtahanların  gedişi  zamanı  abituriyentlər  heç  bir

qayda  pozuntusuna  yol  verməyərək  diqqətlərini

ancaq test tapşırıqlarına yönəltdilər. Ümumiyyətlə,

imtahanda təşkilatçılıq yüksək səviyyədə idi.  

    ... Nəhayət, imtahan başa çatır. İmtahandan yenicə

çıxmış  Valeh Xudakərimov sualların asan olduğunu

dedi.  Zaur  Məmmədov  isə  ilk  dəqiqələrin  onun

üçün bir az çətinlik törətdiyini gizlətmədi. Daha bir

abituriyent Nuray Salmanlı  dedi ki, imtahanda əsas

amil olan sakitlik tam təmin edilmişdi. Bu da onun

sualları dəqiq cavablandırmasına imkan verib.  

    Qeyd edək ki, imtahanda təqdim olunmuş sual-

ların düzgün cavabları TQDK-nın internet saytında

yerləşdirilib. 



Sara ƏZİMOVA

II və III ixtisas qrupları üzrə qəbul

imtahanı keçirilib

  –  Azər  həkim,  ilan  çalması,

əqrəb sancmasına, əsasən, hansı

yerlərdə rast gəlinir? 

    – İlançalma, əqrəbsancmalar hər

yerdə rast gəlinən hadisələrdəndir.

Lakin  kənd  yerlərində,  xüsusən

otlaq, zəmi, qamışlıq, bataqlıq, şo-

ranlıq, meşə, çöllük, daş karxanası

və digər sahələrdə belə hallara daha

çox rast gəlinir. İlan çalması tarlada

işləyərkən  və  ya  təsadüfən  ilanın

ayaqlanmasından  baş  verə  bilər.

Aparılan təmir-tikinti işləri zamanı

ilanlarla  yanaşı,  əqrəblərin  də  üzə

çıxması istisna deyil. Bütövlükdə isə

belə halların çoxalması havaların isti

keçməsi ilə əlaqədardır. Bu ilin ilk

ilan  çalması  hadisəsi  aprelin  21-də

baş  vermiş,  yay  mövsümü  başla-

nandan isə Naxçıvan Muxtar Res-

publika Xəstəxanasına 7 nəfər ilan-

çalma  ilə  əlaqədar  gətirilmiş,  on-

lardan 4 nəfəri ambulator, digərləri

isə stasionar şəraitdə müalicə olun-

muşdur.  Şöbəmizə  ötən  yarımildə

3 nəfər əqrəb sancması ilə müraciət

etmiş və ambulator müalicə almışdır.

İlançalma və əqrəbsancmadan ölüm

halları baş verməmişdir.

  – Zəhərli  ilanlardan  hansı

daha çox təhlükəlidir?

    – Xəstəxanaya ilançalma ilə gə-

tirilənlər arasında Culfa rayonu üs-

tünlük  təşkil  edir.  Rayonun  dağlıq

və  dağətəyi  ərazilərində  mövcud

olan ilanlar digərlərindən daha çox

fəsad verirlər. Bütövlükdə isə ilanlar

zəhərinin təsirinə görə fərqlənirlər.

Ən təsirli, ölümcül zəhərə görə kob-

ralar öndə durur. Naxçıvanda zəhərli

ilanlardan  ən  geniş  yayılanı  gürzə

hesab  olunur.  Zəhərli  ilanlar  qısa,

quyruqları yumru və başları üçbucaq

şəklində  olanlardır.  Üzərlərindəki

pullar  daha  kiçik  və  daha  çoxdur.

Çox parlaq və canlı rənglərdə olurlar.

Dişləmə  zamanı  qan  laxtalanması

müddəti artır, həddindən artıq qan

itkisi olur. Yanma hissi və ağrı olur.

Sinir sisteminə və ürəyə təsir edir.

İlan  çalması  zamanı  kəskin  ağrı,

yuxululuq, hətta qıcolma baş verir.

Ağrı  bütün  bədən  boyu  yayılaraq

bədəni  iflic  edir.  Sonradan  serum

vurularkən onun növünü dəqiq bil-

mək üçün ilanın görünüşünü yadda

saxlamaq lazımdır.

–  İlan  çalmasından  sonra

hansı  əlamətlər  müşahidə

olunur?

    –  İlan  çalmasında  toxumaların

ödemi (şişməsi) və dişlənən yerdə

bərk ağrı, başağrısı, hərarətin artması,

özündəngetmə halları müşahidə olu-

nur. Zəhər orqanizmə yeridikcə zə-

hərlənmə  əlamətləri  tədricən  artır.

    İlanın sancdığı yerdə güclü ağrı,

qızartı, göyərmə və şişkinlik, baş-

gicəllənmə,  başağrısı,  nəbzin  art-

ması, təngnəfəslik, ümumi zəiflik,

yuxululuq,  ürəkbulanma,  qusma,

üşütmə baş verir, soyuq tər basır.

  –  Təcili  yardım  gələnə  qədər

zərərçəkənlə  necə  davranılma-

lıdır? İlan çalması, əqrəb sanc-

ması  nəticəsində  baş  verən  zə-

hərlənmə hallarında ilkin tibbi

xidmət necə təşkil olunmalıdır?

    – Zərərçəkən təcili halda ayaqları

bir qədər yuxarı olmaqla uzadılmalı

və tam sakitlik təmin olunmalıdır.

Zərərçəkən  heç  bir  halda  hərəkət

etməməlidir. Təcili yardım maşınına

qədər onu xərəkdə aparmaq lazımdır.  

    İmkan olduqda sancmadan son-

rakı ilk 10 dəqiqə ərzində yaradan

zəhəri sıxıb çıxarmağa çalışmaq la-

zımdır. Bunun üçün yara sahəsində

dəri elə sıxılmalıdır ki, oradan bir

neçə damcı maye çıxsın. Sonra yara

təmiz su ilə yuyulub yod ilə dezin-

feksiya  edilməli  və  üzərinə  steril

sarğı  qoyulmalıdır.  Ətraf  şişdikdə

sarğını bir qədər boşaltmaq lazımdır.

Sınıqlarda olduğu kimi, ətrafa şin

qoyulur və ya zədələnmiş ətraf sağ-

lam ətrafa bağlanır. Bu yolla zəhərin

orqanizmə  yayılma  sürəti  azalır.

Sarğının  üzərinə  zəhərin  sorulma

sürətini azaltmaq üçün paketə qo-

yulmuş buz və ya soyuq kompres

qoymaq lazımdır. 

    Zərərçəkənə çox miqdarda maye

(çay,  su)  və  ağrıkəsici  dərmanlar

verilməlidir. Əgər xəstənin vəziyyəti

çox ağır deyilsə, onu təcili olaraq

maşında xəstəxanaya çatdırmaq la-

zımdır. Lakin bir çox ağır hallarda

xəstənin xəstəxanaya müstəqil su-

rətdə aparılması xeyli təhlükəli ola

bilər. Yaxşısı budur ki, zərərçəkəni

xəstəxanaya təcili yardım briqadası

çatdırsın.  Çünki  xəstəxanada  zə-

rərçəkənə xüsusi zərdab vurulacaq

və ya digər müalicə üsulları tövsiyə

olunacaqdır. 

    Vaxtında düzgün tibbi yardımın

göstərilmədiyi təqdirdə zərərçəkəndə

əvvəlcə  həyəcanlılıq,  daha  sonra

isə əzginlik, dərinin avazıması, nəb-

zin  sürətlənməsi,  başgicəllənmə,

kəskin zəiflik, arterial təzyiqin en-

məsi,  huşun  itirilməsi,  tənəffüsün

və  ürək  döyünməsinin  dayanması

ilə müşayiət olunan şok başlaya bi-

lər.  İlan  çalması  zamanı  heç  bir

halda  yaranı  yandırmaq  (isti  bir

şeylə və sair), bu yerdə dərini kəs-

mək, zərərçəkənə spirtli içkilər ver-

mək olmaz!

– Əqrəb, arı, böcək və həşə-

rat sancmalarına da az rast

gəlmirik.

    –  Bəli,  isti  günlərdə  belə  hallar

gündəlik həyatımızda müşahidə olu-

nur. Əqrəb sancan adama spirt ve-

rilməməli və yara bağlanmamalıdır.

Əqrəblər iqlimi quru olan ərazilərdə

geniş  yayılmışdır.  Onlar  sərin  və

nəm olan yerlərdə məskunlaşır. Əqrəb

sancması baş vermişsə, həkim gələnə

qədər yara yuyulmalı və üzərinə so-

yuq kompres qoyulmalıdır. Burada

ilk şərt həkimə çatdırana qədər əqrəb

sancmış nahiyəni tərpətməmək, həm-

çinin xəstəni hərəkət etməyə qoyma -

maqdır. Digər tərəfdən, yaranın yu-

xarı hissəsini dəsmalla bağlamaq və

yaraya dəsmala bağlanmış buz par-

çası qoymaq lazımdır. Belə etdikdə

buz orqanizmə zəhərin daxil olması

prosesini ləngidir.



  – İlan və əqrəb zəhəri əleyhinə

zərdab ehtiyatının yaradılmasına

yay aylarında daha çox ehtiyac

yaranır. Çalışdığınız xəstəxanada

bu sahədə vəziyyət necədir? 

    – Mövsümə uyğun olaraq Nax-

çıvan Muxtar Respublika Xəstəxa-

nasında hər il olduğu kimi, bu il də

kifayət qədər ilan və əqrəb zəhəri

əleyhinə  zərdab  ehtiyatı  yaradıl-

mışdır. Zərdablar təkcə muxtar res-

publika xəstəxanasına deyil, bütün

rayon mərkəzi xəstəxanalarına, ilan

və əqrəb sancmaları daha çox rast

gəlinən böyük kəndlərimizin həkim

ambulatoriyalarına ehtiyac olan qə-

dər paylanılmışdır. Zərdabların mo-

novalent, polivalent, gürzə əleyhinə

növləri vardır. Biz, əsasən, polivalent

zərdab  növündən  istifadə  edirik.

Zərdabların istifadə qaydasını mə-

nimsəmək üçün əvvəlcədən bu işlə

məşğul  olan  tibb  işçilərinə  semi-

narlar keçirilir. Bu zərdablar istifadə

olunduqca zərdab ehtiyatı Naxçıvan

Muxtar Respublikası Səhiyyə Na-

zirliyi tərəfindən vaxtaşırı tənzim-

lənir. Zərdabların istifadə müddətinə,

xüsusi saxlanma şəraitinə daim nə-

zarət edilir. Bu iş təlimata və günün

tələblərinə  uyğun  şəkildə  aparılır.

  – Ehtiyat tədbirləri barədə nə

deyə bilərsiniz?

    – Çox təəssüf ki, bəzən yay fəs-

linin ilan-əqrəb fəsadlarına qarşı eh-

tiyatlı  olmaq  əvəzinə  ilanın  ağına

da, qarasına da lənət oxuyuruq. İlan-

lar adi halda insanlara hücum etməz

və onları sancmağa qalxmaz. Qorx-

duqları  halda  və  ya  ayaqlandıqda

özlərini müdafiə etmək üçün insanı

sancırlar.  İlanlar,  adətən,  insanlara

qarşı ilk olaraq aqressivlik göstər-

mirlər. Bir çox hallarda ilan insana

özünü  qorumaq  məqsədilə  hücum

edir.  Odur  ki,  təhlükəli  sahələrdə,

xüsusilə gecələr ehtiyatlı olmalı, re-

zin  materialdan  hazırlanmış  uzun-

boğaz çəkmələrdən istifadə etməli,

bədənə yapışmayan köynək və şalvar

geyinməliyik. 

Müsahibəni apardı: 

Hüseyn ƏSGƏROV

İlanın ağına da, qarasına da lənət oxumaqdansa…

Yay fəslinin ilan-əqrəb fəsadları

İ

lan  çalması  muxtar  respublikamızda  nadir  rast  gəlinən  bir

hadisədir.  Lakin  Naxçıvanın  zəngin  fauna  aləminə  zəhərli

ilanların da daxil olduğunu nəzərə alsaq, demək olar ki, ilan çalma-

sından heç birimiz sığortalanmamışıq. Xüsusilə də rayonda yaşayan

və ya oraya tez-tez səfər edən, otlaqda gəzməyi xoşlayanlara bu məs-

ləhətlər birbaşa aiddir. Yay aylarında ilan və əqrəblərin fəallaşması,

ilan çalması, əqrəb sancması nəticəsində baş verən zəhərlənmələrə

təsadüf  edilir.  Bu  sahədə  əhalinin  maarifləndirilməsi  zərurətini

nəzərə alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanası Reanimasiya

şöbəsinin müdiri, həkim anestezioloq-reanimotoloq  Azər Məmmədov

ilə həmsöhbət olduq:

İtmişdir

Naxçıvan şəhəri, Ş.Xiyabani küçəsi, ev

17-də yaşamış Həsənova Züleyxa Qulu qızı-

nın adına olan 3055 inventar nömrəli texniki

pasport və 02/21 nömrəli qeydiyyat vəsiqəsi

itdiyindən etibarsız sayılır. 



Ç

Həkim məsləhəti
1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə