(
şək.2
)
Eksperimentdə adətən ən çox ağ siçovullardan
istifadə edilir. Bu zaman efir narkozunu ( 0, 5- 1, 0 ml natrium
xlorid məhlulu ilə qarışdırmaqla) şprislə, ucu kütləşdirilmiş iynə
vasitəsilə heyvanın traxeyasına yeridilir. Traxeya və qırtlağı
zədələməkdən qorumaq üçün əməliyyat sahəsini alın reflektoru
ilə işıqlandırmaq lazımdır.
2.2. İstehsalat toksikologiyasının metodları.
Sənaye toksikologiyası praktikasında müxtəlif müayinə
metodları tətbiq edilir. Onlardan ən geniş yayılmışları –
inteqral
və yaxud qeyri-spesifik metodlardır
ki,
bunlar toksiki maddənin
tətbiq olunma yerindən asılı olmayaraq, orqanizmin ümumi
vəziyyətinin pozulmasına səbəb olur ki, bu da nəticədə qeyri-
spesifik göstəricilərin pozulmasına gətirib çıxarır. İnteqral
göstəricilərə - bədənin kütlə dəyişkənliyi, qazlar mübadiləsi,
işgörmə qabiliyyəti, mərkəzi sinir sisteminin funksiyası(qismən
57
aclığa, infeksiyaya, hamiləliyə qarşı orqanizmin cavab
reaksiyası və s.) aiddir.
Spesifik metodlar
– bu və ya digər birləşmənin təsirinin
aşkar edilməsinə yönəlmiş olur. Misal üçün, fosfor üzvi
birləşmələrin təsirindən xolinesteraza fermentinin aktivliyinin
azalması, eləcə də qurğuşun zəhərlənməsi zamanı porfirin
mübadiləsinin pozulması spesifik təsirin göstərici kimi göstərilə
bilər. Tamamilə aydındır ki, metodların inteqral və spesifik
olaraq bölünməsi şərti xarakter daşıyır.
Fizioloji müayinə metodlar
sinir sisteminin funksional
vəziyyətinin
öyrənilməsində
(şərti
reflekslər
metodu,
elektroensefaloqrafiyası, xronoksimetriya, qabıqaltı implusların
summasiyası, aktoqrafiya və b.) və ürək-damar sistemində (
elektrokardioqrafiya, arterial təzyiqin ölçülməsi, dəri
kapilyarlarının davamlılığının öyrənilməsi) geniş istifadə edilir.
Orqanizmin reaktivliyinin müəyyənləşdirilməsi üçün
qanda neytrofillərin faqositar aktivliyinin təyin edilməsi, qan
zərdabında komplementar aktivliyin, immun antitel titrinin,
toxumalarda lizosim titrlərinin təyini, qanın baryerlik
funksiyasının müayinəsi və tənəffüs yollarının, selikli qişaların,
autofloranın vəziyyətinin öyrənilməsi və s.
Biokimyəvi
müayinə metodları
– zəhərin təsir
xarakterinin aşkar edilməsi üçün: qanda fermentlərin aktivliyinin
öyrənilməsi ( katalaza, peroksidaza, dehidrogenaza,
transaminaza,
fosfatazalar,
suksinatdehidrogenazalar,
z
xolinesteraza, aldolaza və b.), müxtəlif növ mübadilələrin ( zülal,
karbohidrat, yağ, su, mineral, vitamin), qanın morfoloji
tərkibinin və b.patoloji müayinə metodlarından istifadə edilir.
Zəhərlərin orqanizmdə taleyinin öyrənilməsi məqsədilə (
paylanması, xaric olunması), ayrı-ayrı orqanların funksional
vəziyyəti ( qaraciyər, qalxanvari vəzin və b.), eksperimental
terapiya məsələlərində -
radioaktiv indikatorlar metodundan
istifadə olunması.
58
Mübadilə proseslərinin pozğunluğunun aşkar edilməsi və
morfoloji
dəyişikliklərin
bərpasının
öyrənilməsi
üçün
historkimyəvi ( RNT, DNT, qələvi və turş fosfatazalar,
suksinatdehidrogenazalar
və
b.)
və
patoloji müayinə
metodlarından
istifadə edilir.
Profilaktik toksikologiya metodları –
toksiki maddələrin
uzaq təsirlərinin
öyrənilməsi ( reproduktiv funksiyalara, ürək-
damar sisteminə, blastomogen effekt) metodları hesabına xeyli
genişlənir.
Sənaye maddələrinin
qonadotrop
təsirlərinin öyrənilməsi
üçün – cinsi sferanın vəziyyətini xarakterizə edən –
spermatogenezin
qiymətləndirilməsinə
əsaslanan
(spermaqonilərin sayı, rüşeym epitelinin struktur vəziyyəti,
meyozanın 12-ci mərhələsindəki kanalcıqların miqdarı, nüklein
turşularının miqdarı, spermatozoidlərin funksional vəziyyəti və
b.)və
yumurtalıqların funksional vəziyyəti-ekstral siklin
davametmə müddəti və ritmliyi kimi metodlardan istifadə edilir.
Embriotrop təsir
– erkən və gecikmiş rezorbsiyaların
uçota alınmasının köməyi ilə, həyat qabiliyyətli embrionların
miqdarına, müxtəlif daxili orqanların və skeletin anomaliyalı
inkişafına ( teratogen effekt) görə müəyyənləşdirilir.
Mutagen təsirin öyrənilməsi
– müxtəlif eksperimental
modellərlə - genlərin, xromosom və gen dəyişkənliyi üzrə
qiymətləndirilə bilir. Bu məqsədlə mikroorqanizmlərin və
drozofillərin mutasiyası, məməlilərdə letallıq dominantlığı, qan
hüceyrəsində və sümük iliyində xromosom aberrasiyası kimi
metodlardan istifadə edilir. Kimyəvi maddələrin blastomogen
aktivliyinin aşkar edilməsi üçün heyvanlar üzərində uzun
müddətli eksperimental müşahidələrin ( bütün həyatı boyu)
aparılması tələb olunur. Diaqnoz histoloji müayinələrə əsasən
qoyulur.Eksperimentin planlaşdırılması və nəticələrin işlənməsi
riyazi üsulların tətbiqini tələb edir.
|