76
Müayinə olunan kimyəvi birləşmə yüksək toksiki təsirə
malik olmaqla yanaşı, dəridən asanlıqla sorularsa , ağ siçanlarda
ölüm hadisəsi də baş verə bilər.Siçanlar üçün ekspozisiya
müddəti 2 saat, digər iri heyvanlar üçün 4 saatdır.Eksperimentdən
sonra sınaq şüşəsindən heyvanın quyruğu azad edilərək,
ıçərisində isti su olan sınaq şüşəsinə daxil edilir, yaxalanır, sonra
sabunlu su ilə yuyulur, pambıqla silinib, təmizlənir.Bir çox
kimyəvi
maddələrin
toksiki olmasını nəzərə alaraq,
eksperimentator mütləq rezin əlcəklərdən istifadə etməlidir.
Bəzi maddələrin dəridən daxil olması zamanı sinir
sisteminin qıcıqlanması nəticəsində heyvanın davranış
reaksiyalarında
dəyişikliyin
aşkar
edilməsinə
diqqət
yetirilməlidir.
İntoksikasiya simptomlarının olmaması zamanı birdəfəlik
olmaqla 10 gün müddətində hər gün applikasiya edilir.
Təcrübədən sonra 3 həftə müddətində heyvan üzərində müşahidə
aparılır. Əgər ilkin təcrübədə dəri-rezorbtiv təsir aşkar olunarsa,
onda miqdarca qiymətləndirmə aparılır. Heyvan fiksə olunur,
diqqətlə tükdən təmizlənmiş dəri səthi (siçovullarda qarın
nahiyyəsində 2x2 sm ölçüdə, dovşanlarda onurğanın yan
tərəfində ölçüsü 4-5 sm sahədə maddə dozalaşdırılmış miqdarda
bədənin hər kq çəkisinə və 1sm
2
dəri səthinə öyrənilən kimyəvi
maddə yaxılır. Dəri-rezorbtiv təsirin qiymətləndirilməsi üçün
aşağıdakı kriteriyalardan istifadə edilir:
təsir həddi dozası, DL
50
,
toksiki təsir zonası.
Dostları ilə paylaş: