Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev


 Zəhərli maddələrin kumulyativ təsirinin təyini



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə44/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

2.5.8. Zəhərli maddələrin kumulyativ təsirinin təyini 
Kumulyasiya adı altında zəhərin təkrar yeritməklə, onun 
təsirinin gücləndirilməsi başa düşülür. Kimyəvi maddənin xroniki 
təsiri zamanı kumulyativ təsir effektinin düzgün seçilməsi üçün 
ətraf mühitdə zərərli maddələrin yolverilən həddlərinin təyin 
edilməsi xroniki zəhərlənmənin əsasın təşkil edir.Ətraf mühitdə 
zərərli maddələrin yol verilən həddlərinin təyin edilməsində 
kumulyasiya effektin təyin edilməsi və kumulyasiya əmsalının 
düzgün 
seçilməsi 
xroniki 
zəhərlənmənin 
düzgün 
qiymətləndirilməsinin əsasını təşkil edir.Müxtəlif maddələrin 
kumulyasiya əmsallarının təyin edilməsi zamanı aparılan təcrübə 
şəraitinin eyni olmasına(yeridilən dozaların, onların ayrı-ayrı 


83 
hissələrinin və yaxud faizlə miqdarının birdəfəlik yeridilməsinə 
DE
50 
və yaxud DL
50
;müddətinə, rejiminə, və daxil edilmə yoluna 
;təcrübə heyvanlarının növünə və cinsinə və s həmçinin 
kumulyasiya prosesinin miqdarca ifadə olunma yolunun 
seçilməsinə əməl olunmalıdır. 
Kumulyativ təsirin aşkar edilməsi üzrə müayinənin 
aparılma şəraiti

ədəbiyyat tövsiyyələrinə görə yeridilən 
dozaların miqdarı ən geniş interval üzrə 1/5-dən 1/100 DL
50
qədər dəyişə bilər. 
Zəhəri heyvanlara yeridilmə rejimi və təcrübənin aparılma 
müddəti müddəti sıx surətdə bir-biri ilə əlaqədardır.Ən müxtəlif 
rejim variantları ola bilər.Bir tərəfdən –gündəlik yeridilmə bir 
neçə saatdan və ya gündən bir, digər tərəfdən yeridilən doza 
pilləvari olaraq artan ola bilər.Ümumi müayinə müddətini 
qısaltmaq üçün öyrənilən maddəni hər gün və yaxud həftədə 5 
gün olmaqla, daima artan doza ilə yeridilir. Bu eyni zamanda 
təkcə kumulyativ təsir deyil, həm də 
adətetmə imkanını
da aşkar 
etməyə imkan verir. Bununla belə, bir qayda üzrə yanaşma 
zamanı 
yarımkəskin 
təcrübənin 
davametmə 
müddəti 
tənzimlənməlidir. N.A.Tolokonsev (1963) hesab edirdi ki,
istifadə olunan təcrübə heyvan növü üzərində aparılan xroniki 
təcrübədə 
heyvanın yaşama müddətinin 1/10-i qədər,
yarımkəskin təcrübə də isə heyvanın ömrünün 1/30-ə qədər təşkil 
edə bilər.Ən çox istifadə edilən heyvan növü bu (aylarla) siçanlar 
üçün 1/30 x (18-24)=0, 6-0, 8;siçovullar üçün 1/30x(24-30)=0, 8-
1, 
0 olacaqdır.Heyvanın 
yaşama müddəti ədəbiyyat 
məlumatlarına əsasən təyi edilir.(O.H.Eлизаров 1962)Maddənin
orqanizmə 
yeridilmə yolu-
müxtəlif yollarla(mədə, əzələdaxili,
dəri və s.) ola bilər.Ən münasib yeridilmə yolu olaraq, ağız 
seçilir. 
Eksperimental heyvanların cinsi
və növündən asılı olaraq,
ayrı-ayrı kimyəvi birləşmənin kumulyasya olunma dərəcəsinin 
təyin edilməsiaz əhəmiyyət daşımır.Yarımkəskin təcrübələr hansı 
heyvan qzərində aparılırsa , xroniki təcrübələr də həmin növ 


84 
üzərində aparılmalıdır.Lakin bəzən şəraitdən asılı olaraq, 
öldürücü doza kəskin təcrübələrdə siçanlar üzərində işlənilsə də , 
xroniki təcrübələr ancaq siçovullar üzərində qoyulur.Bir heyvan 
növündən digərinəməsələn: siçandan siçovula və yaxud əksinə 
keçərkən”eyni nöqtə” metodundan istifadə edilir.(İ.P.Ulanova, 
K.K. Sidorov, A.İ.Xalepoki, 1966). 
Ю.Коqаn, В.В.Stankeviçə(1964)) görə kumulyativ təsir 
öyrənilərkən test 24+_4 gün müddətində aparılır., lakin 
kumulyativ effektin aşkar edilməsinə bir həftəyə qədər vaxt tələb 
olunur.İlk başlanğıcda dündəlik doza əvvəl doza əvvəlcədən təyin 
edilmiş birdəfəlik DL
50-
nin 0, 1 hissəsi ilk 4 gün müddətində 
yeridilir. 5-ci sutkada doza 1 ½-dəfəyə qədər artırılaraq, yenə də 
4 gün yeridilir və s.Müayinənin nəticəsi orta effektiv dozaya 
qədər nisbətən (DE
50
DL
50
) kəskin və yarımkəskin təsirə görə 
qiymətləndirilir.Göstərilən metoda görə əmsalın 1-dən kuçik 
olması < 1-kumulyativ təsirin olmasını, >1 olması öyrənilən 
birləşməyə qarşı rezistendliyin yüksəlməsini göstərir.Digər 
metodlar da vardır. Məs. N.S.Pravdinə görə kumulyativ təsirin 
öyrənilməsi 14-30 sutka tələb edir.Bu zaman 1/10- 1/20 CL
50 
konsentrasiyasına yaxın konsentrasiya tapılır. Bu müddət ərzində 
heyvan əvvəlcədən müəyyən edilmiş CL
50 
təsirinə məruz 
qalır.Maddənin kumulyativ təsirinin olması özünü kontrola 
nisbətən ölən heyvanlarıın sayının artmasında ğöstərir.Ölmüş 
hevanların sayının azalması adətetmənin inkişaf etməsi kimi 
qiymətləndiri.Beləliklə 
Pravdin 
N.S. 
metodu 
xroniki 
zəhərlənmənin real inkişafını göstərsə də kumulyasiya əmsalının 
hesablanmasına imkan vermir. 
Y.S.Koqan metodu (1964, 1965) toksikologiyada geniş 
yayılmışdır. O, müxtəlif birdəfəlik, bölünmüş dozaların (1/5-
1/100 DL
50
) tətbiqini nəzərdə tutmaqla eksperimentin müddətini 
məhdudlaşdırmır.Bundan başqa bu halda əmsalın ədədi qiyməti 
prosesin intensivliyini ilə tərs mütənasib olduğu üçün münasib 
deyildir. 


85 
Bununla belə Y.S koqan metodu kritik dozanı təyin 
etməyə verməklə, toksikologiya üçün prinsipcə əhəmiyyət kəsb 
edir. Bununla yanaşı İ.V.Sanotskiyə görə Lim və b.metodu 
(1961) eksperiment zamanı vaxta qənaət etməyə imkan verir 
(K.K.Sidorov, 1976). 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin