Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə52/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

Cədvəl 2.4. 
Zərərli maddələrin xarakter meyarlarından asılı 
olaraq tətbiq edilməsi üçün, onların təhlükəlilik sinfi 
Təhlükəlilik 
meyarları 
Təhlükəlilik sinfi 
1-ci 
2-ci 
3-cü 
4-cü 
Zərərli maddənin işçi 
zonası havasındakı 
YVK, mq/m

0, 1-dən 
az
0, 1-1, 

1, 1-10, 

10, 0 
çox
Mədəyə yeritməklə 
orta öldürücü doza 
mq/kq 
15-dən 
az 
15-50 
151-
5000 
5000-
dən 
çox 
Dəriyə 
sürtməklə 
orta öldürücü doza 
mq/kq 
100-dən 
az
100-
150 
501-
2500 
2500- 
dən 
çox 
Havada 
orta 
öldürücü 
konsentrasiya mq/m
3
500-dən 
az
500-
5000 
5001-
50000 
50000- 
dən 
çox 
İZƏ 
300- dən 
çox 
300-
30 
29-3 
3-dən 
az
Kəskin təsir zonası
6-dan az 6-18 
18, 1-
54 
54- 
dən 
çox 
Xroniki təsir zonası
10- dən 
çox 
10-5 
4, 9-2, 5 2, 5 – 
dən az
2.8. İşçi zonası havasında zərərli maddələrin 
miqdarının gigiyenik tənzimlənməsi. 
Zərərli təsir göstərə bilən bütün kimyəvi maddələr 
toksikoloji cəhətdən qiymətləndirilməlidir.Belə maddələrin 
tamamilə əhatə olunması istehsalatın həcmindən, işçilərin 
miqdarından vəmaddələrin toksiklik və təhlükəlilik dərəcəsindən 
asılıdır.Beləliklə, kimyəvi birləşmələrin toksiko-gigiyenik 
cəhətdən qiymətləndirilməsi xəbərdaredici sanitariya nəzarətinin 
ən vacib həlqələrindən biridir.Elmi cəhətdən əsaslandırılmış 


101 
gigiyenik normativlər YVK və TTTS-mütləq qaydada dövlət 
səviyyəsində 
təsdiq 
olunur 
və 
sənaye 
obyektlərinin 
layihələşdirilməsi zamanı , cari sanitariya nəzarəti prosesində 
geniş istifadə olunur.YVK dövlət standartı kimi DÜST-ə daxil 
edilir.
YVK –elə bir konsentrasiyadır ki, gündəlik (istirahət 
günlərindən başqa) 8saatlıq iş günü müddətində və bütün iş stajı 
ərzində həftədə 40 saatdan çox olmamaqla, onun təsiri şəratində 
işçilərin özlərinin və onların gələcək nəsiillərinin sağlamlıq 
vəziyyətində müasir müayinə üsulları ilə aşkar oluna biləcək heç 
bir kənara çıxmalar və patoloji hallar aşkar edilməsin. 
Bununla belə, maddənin YVK səviyyəsində təsiri zamanı
hiperhəssas 
şəxslərin sağlamlıq vəziyyətində müəyyən
pozuntular aşkar edilə bilər. 
TTTS , YVK-dan fərqli olaraq müvəqqəti normativ 
sənədidir, o, 2 ildən sonra eksperimental yolla başa çatdırılmış 
YVK –ilə əvəz edilməlidir. 
Yeni kimyəvi birləşmələrin və kompozisiyaların tətbiq 
olunma miqyasını nəzərə alaraq, bir tərəfdən onun çətinliyi -yəni 
toksiko-gigiyenik müayinələrin uzun vaxt tələb etməsi və bahalı 
olması, digər tərəfdən istehsalatın müxtəlif mərhələlərində tətbiq 
edilməsi tələb olunan zərərli maddələrin işçi zonası havasında 
YVK və TTTS-in əsaslandırılmasına üzrə müayinələrin 
aparılması meyarları işlənilib, hazırlanmışdır ki , bunlara uyğun 
olaraq aşağıdakı birləşmələr üçün YVK-nın işlənib, hazırlanması
tələb olunmur:
-İşçi zonası havasına 
buxar və aerozol şəklində düşə bilən
maddələr də fiziki-kimyəvi xassələrinə görə istisnalıq təşkil edir; 
-İşçi zonası havasında maye buxarları işçi havası zonasına 
daxil olduqda , normal şəraitdə onlar CL
50
və DL
50
göstəricilərinə 
görə 4-cü təhlükəlilik sinfinə aid edilir, (DÜST-üzrə təsnifat 
12.1.07-76), bu şərtlə ki , buraxılan məhsul il ərzində 1000 kq-
dan çox olmamaqla, onunla təmasda olanların sayı 10 nəfərdən 


102 
çox olmasın.Göstərilən qaydalar uzaq təsir effektləri törətməsinə 
görə potensial təhlükəli maddələr üşün nəzərdə tutulmur. 
YVK-nın tezləşdirilmiş qaydada əsaslandırılmasına- 
mədəyə yeridilərkən DL
50
göstəricisinə görə uçucu olmayan toz 
şəkilli birləşmələrin 4-cü sinfə-az toksiki və az təhlükəli (DÜST 
12.1.007- 76) maddələr kimi, yaxud siçovulların qarın boşluğuna 
10 mq/m
3
dozada yeridərkən onların ölümünə səbəb olmur

Belə 
hallarda YVK 10 mq/m
3
(IV sinif təhlükəli) təyin edilir və 
gələcəkdə onun toksikliyi üzrə müayinə olunması nəzərdə 
tutulmur.
Toksiko-gigiyenik müayinələrin tam həcmdə aparılması 
o, kimyəvi birləşmələr üçün nəzərdə tutulur ki, onlar təcrübədə 
geniş tətbiq olunması cəhətdən perspektivli olmaqla,
öyrənilməmiş və yaxud az öyrənilmiş birləşmələr sinfinə aid 
olsun, uzaq təsirinə və geri dönməyən effektlərinə görə təhlükəli 
hesab olunsun. 
Kimyəvi maddələrin gigiyenik cəhətdən tənzimlənməsi tam 
proqram üzrə bir neçə mərhələdə aparılır. 
1.
Toksikoloji ekspertiza elmi müayinələr və laborotor 
qaydaların tərtib edilməsi zamanı aparılır.Ekspertizanın 
proqramına aşağıdakı bəndlər daxil olur:maddənin kəskin 
toksiklik parametrlərinin nə daxilə düşdükdə təhlükəlilik sinfinin 
(DL50) təyin edilməsi; inhalyasion təsir zamanı doydurucu 
toksiklik konsentrasiyasının qiymətləndirilməsi (CL
50, 
CL
100

CL
100 
, CL
0
);kumulyativ xassənin, dəri-rezorbtiv , dəriyə və 
qıcıqlandırıcı təsirinin təsirinin qiymətləndirilməsi;kəskin 
öldürücü zəhərlənmənin kliniki şəklinin yazılışı;cins və növ 
fərqinin təyini. 
Kanserogen və mutagen təsirli yeni sinif nümayəndələrinə 
aid olan maddələrin mutagen aktivliyi analogiya üzrə ekspress 
metodlarla öyrənilməlidir.Potensial allergenlərin sensiblizəedici 
xassəsini öyrənmək lazımdır. 
2.
YVK (TTTS) -ə aid gigiyenik qaydaların tənzimlənməsi
təcrübə və hesablama metodlarının köməyi ilə təcrübə və 


103 
yarımsənaye istehsalı mərhələsində, texnoloji qaydalar və texniki 
şərtlərin işlənilib , hazırlanması həyata keçirilir.Bu mərhələdə 
yuxarıda sadalanan toksikometriya parametrləri ilə yanaşı, 
zədələnməsi üstünlük təşkil edən orqan və sistemlər haqqında 
məlumatlar toplanmalı və( normativə( DÜST 12.1.007-76 
)əsasən təhlükəlilik sinfi təyin edilməlidir. 
TTTS hesablama yolu ilə təyin olunur: 
* maddənin toksikometrik parametrlərinə əsasən; 
* inter- və ekstrapolyasiyanın köməyi ilə bir sıra birləşmələrin
kimyəvi quruluşuna, fiziki- kimyəvi xassəsinə , bioloji təsir 
xüsusiyyətinə, yaxınlığına və oxşarlığına görə . 
Hal hazırda rəsmi olaraq 50-yə yaxın hesablama metodu 
istifadə olunması üçün tövsiyə edilmişdir. 
Zərərli maddələrin işçi zonası havasında təxmini təhlükəsiz 
təsir səviyyəsinin (TTTS) təyini üzrə metodik göstəriş tövsiyə 
olunmuşdur.TTTS YVK-ya yaxın olan eksperimental yolla
əsaslandırılmış bir normativ olub, toksiklik parametrlərindən 
istifadə edilməklə, onu hesablamaq mümkündür. Alınan 
nəticənin daha etibarlı olması üçün bir neçə bərabərlikdən istifadə 
etməklə hesablamanın aparılması tövsiyyə olunur.Belə halda 
TTTS-in orta qiymətini hesablamaq üçün orta həndəsi loqarifmik 
bərabərliklərdən istifadə olunması əlverişli sayılır.Müxtəlif 
quruluşlu üzvi kimyəvi maddələrin TTTS-nin qiymətini splayn-
modellinin köməyi ilə qeyri xətti cəm asılılığının qiymət 
göstəricisilərinin cəmi ilə (toksikometriya, fiziki –kimyəvi xassə 
parametrləri) hesablamaq olar. Bunun üçün kəskin toksiklik 
parametrlərindən (CL
50
, DL
50
, LİM ac), fiziki –kimyavi 
göstəricillərdən (ərimə temperaturu, qaynama temperaturu,
molekulyar kütlə, dielektrik keçiriciliyi, ərimə əmsalı və səthi 
gərginlik)istifadə edilir.Misal üçün: 
A.
aşağıda verilən bir neçə bərabərlik təklif olunur: 
TTTS = 0, 5 x lq LİM ac + 0, 49 lq CL
50 
- 0, 83 
,
TTTS = 0, 49 x lqDL
50
+ 0, 63 lq LİM ac -2, 29. 


104 
B. İşçi zonası havasında aerozol və yaxud onların buxarları
şəklində olan üzvi maddələr üzrə TTTS-in hesablanması üçün: 
TTTS = 0, 63 lq DL
50
- 1, 75 + f
burada: f- in qiyməti həddıindən yüksək kumulyativ maddələr 
üçün 1, 194 , yüksək kumulyativ üçün 0, 811 , orta kumulyativ 
üçün -0, 786-dır. 
C .Qeyri üzvi qazlar və buxarlar üçün : 
TTTS = 2, 52 x CL
50
(mq/i). 
D. Aerozol oksidləri və başqa az həllolunan metal 
birləşmələri üçün : 
TTTS = 0, 85 x lq DL
50
(mA/kq)-3, 0 + lq M –lq N; 
TTTS = 0, 664 x lq DL
50
(mq/kq ) -1, 59 ,
burada: DL
50
(mA/kq) = DL
50 
(mq/kq ): M x N ; 
M- molekulyar kütlə; N-metal molekulundakı atomların sayı. 
E. Həll olunan metal duzları üçün: 
TTTS= 0, 7 x lgLim
ac
- 0, 85; 
TTTS= 0, 29xlg DL
50
+ 0, 48xlgLim
ac 
- 1, 24. 
3. Tam toksikoloji
qiymətləndirmə 
istehsalatın 
layihələşdirilməsi və yarım zavod sınağı mərhələsində aparılır.
Bu mərhələdə kəskin və yarımkəskin toksiklik parametrlərinin 
təyin edilməsi ilə yanaşı ümumi toksiki hədd, lazım olduqda- 
spesifik təsir və ehtiyatlılıq əmsalı elmi cəhətdən əsaslandırılır. 
YVK –nın əsaslandırlmasından başqa intoksikasiyanın 
patogenezi öyrənilir, mümkün ola bilən peşə xəstəliklərinin 
erkən diaqnostikası və müalicəsinin meyarları işlənilib,
hazırlanır. Eksperimental təcrübələrlə yanaşı, əmək şəraitinin 
qiymətləndirilməsi üçün, istehsalatda ayrı-ayrı sahələr qzrə 
tədqiqatla yerinə yetirilir və imkan daxilində işçilərin sağlamlıq 
vəziyyəti öyrənilir. 
4.
Maddənin geniş tətbiqindən (zavod istehsalatında) 
sonra YVK-nın kliniki-gigiyenik tətbiqi (5 ildən çox olmayaraq) 
həyata keçirilir. Maddənin YVK-nın yoxlanmasının, uzaq 
effektlər törədə bilən (konserogen təsir, orqanizmin 


105 
qocalmasının sürətlənməsi) və b. təsirləri zəhərlə təmasın 
başlanmasından 10-20 il keçdikdən sonra yoxlama aparılır.
Qüvvədə olan YVK düzəlişi o hallarda baş verir ki,
işçilərin sağlamlıq vəziyyətlərində və yaxud onların 
törəmələrində kənara çıxma əlamətləri aşkar edildikdə,
(baxmayaraq zərərli maddənin konsentrasiyası YVK səviyyəsini 
ötüb keçmir) bu şərtlə ki, dəri vasitəsilə intoksikasiyası istisna 
edilmir.
Bəzi hallarda YVK-nın kliniki-gigiyenik yoxlanması 
(lazım gəldikdə eksperimentdə yeni faktorların aşkar edilməsinin 
maddənin toksiki təsir hədd konsentrasiyasına (LİMac) yaxın və 
yaxud YVK səviyyəsində toksiki təsirin olmasını sübut edən 
faktlar aşkar olunduqda) ortaya çıxır.
Gigigyenik müayinələrin aparılması prosesində texnoloji 
proses müfəssəl öyrənilir və tətbiq olunan avadanlıqlar, işçi 
zonası havası analiz edilir və yanaşı istehsalat faktorları ilə - 
zərərli maddələrlə işçilərin uzun müdətli təması, işçilərin oeşələri 
üzrə fərdi mühafizə vasitələrindən istifadə etməsi nəzərə 
alınmaqla fizioloji-gigiyenik qiymətləndirilməsi aparılır (iş 
gününün xronometrajı və əməyin ağırlıq və gərginlik dərəcəsi və 
b. ). 
İşçilərin sağlamlıq vəziyyətində dəyişiklikləri müəyyən 
etmək məqsədilə istehsalat şəraitində konkret zərərli maddənin 
təsirini kliniki-statistik müayinələrlə əlaqələndirməklə: kimyəvi 
birləşmələrin təsirinə məruz qalmış işçilərin peşə zəhərələnmləri 
hadisələri ( xəstələnmələr) ; dövrü tibbi müayinələrin 
nəticələrinin analizi, müvəqqəti əmək qabiliyyətini itirməklə 
xəstələnmələrin dərin tibbi müayinələrinin nəticələrinin və ölüm 
hadisələrinin öyrənilməsi. Lazım gəldikdə işçilərin poliklinikada 
və stasionar şəraitdə xüsusi məqsədə uyğun tibbi müayinələrin 
aparılması.

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin