“Neftqazelmitədqiqatlayihə” institutunun direktoru cənab F. İsmayılova
Texniki rəyin verilməsi haqqında
Hörmətli Fəxrəddin müəllim ! “Azneft” İB tərəfindən təhvil verilən qaz həcmlərinin keyfiyyətinin artırılması hazırda əsas prioritet məsələdir və bu istiqamətində tədbirlər proqaramı hazırlanmaqdadır. Tədbirlər proqramı üzrə qazın keyfiyyət göstəricilərinin artırılması üçün qaz təhvil məntəqələrində qazqurutma qurğularının tətbiqi əsas hədəflərdəndir. “Azneft” İB-nin sturukturuna daxil olan N.Nərimanov adına NQÇİ-nin balansında olan qazın soyutma üsulu ilə qurudulması qurğusu, SOCAR-ın 21 feval 2022-ci il tarixli SOCAR221000031340020020A00017 №li sərəncamına əsasən Qobustan ƏŞ-dən əvəzsiz olaraq verilmişdir. 2005-ci ildən tikilərək istifadəyə verilmiş qazın soyutma üsulu ilə qurudulması qurğusu vaxtilə Qobustan ƏŞ-nin təhvil qazının təhvilə hazırlanmasında istismar edilmişdir. Qurğu giriş separatoru, qazın qurudulması, soyutma, idarəetmə və nəzarət, qazın ölçülməsi sistemindən ibarətdir, xarici avadanlıqlarla təmin edilmiş, qurutma prosesi tam avtomatlaşdırılmış və texniki cəhətdən normal vəziyyətdədir.
Qazqurutma sisteminin mexanika və energetika sahəsinə aid layihə sənədləri mövcud olsa da, qurğunun texniki pasportu yoxdur. “Qaz Anbarlarının İstismarı” idarəsi, “Qaz Emalı” zavodu və NQÇİ-lərinin qaz təhvil nöqtələrində təhvil verilən qazın keyfiyyət göstəricilərinin mövcud standartların tələblərinə müvafiq hazırlanması üçün qazqurutma qurğusunun tətbiqi imkanlarının araşdırılması məqsədilə, layihə sənədləri üzrə qurğunun məhsuldarlığının, işçi təzyiqinin, digər texniki parametrlərinin müəyyənləşdirilməsi və texniki rəyin verilməsi haqqında göstəriş verməyinizi Sizdən xahiş edirik.
Qoşma: Layihə sənədləri -2 kitab