97
eritema, şişkinlik, çatlar, yaralar, həmşinin dəri temperaturunun
dəyişməsi və s. şəkildə xarakterizə olunur.
Maddənin dəriyə təsirinə görə qıcıqlanmanın kəskinlik
dərəcəsi on bir sinfi özündə birləşdirən təsnifata görə (məsələn,
0- təsirin olamaması, 10-maddənin 5%-li zəif məhlulu nekroz
törədir) xarakterizə olunur.
Maddənin yerli təsiri gözün selikli qişasına, konyuktiva
kisəsinə 1 damcı maddə tökməklə qiymətləndirilir. Bərk maddə
isə 50 mq miqdarda (hissəciklərin dispersliyi 10 mkm qədərdir)
tökülməklə qiymətləndirilir. Sonra 2 həftə müddətində buynuz və
selikli qişanın şəffaflığı üzərində müşahidə aparılır. Buynuz
qişada bulanıqlığın və selikli qişanın kəskin iltihabının inkişafı
baş verir, sonradan çatvarı yaraların inkişafı və göz qapağında
iltihabın baş verməsi kimyəvi maddənin kəskin qıcıqlandırıcı
təsirə malik olduğunu göstərir.
Yarımkəskin eksperiment şəraitindəki (1 ay müddətində)
müayinələr toksiki maddələrin eksperimental heyvanların orqan
və sistemlərindəki törətdiyi ən həssas dəyişikliklərin aşkar
edilməsinə yönəldilir. Bu xroniki eksperiment şəraitində
əsaslandırılmış konsentrasiyanın seçilməsinə imkan verir.
Dostları ilə paylaş: