88
Mərkəzlərində bütün toksikoloji eksperimental müayinələri
aparmağa imkan verən toksikoloji laboratoriyalar yaradılmışdır .
Toksikoloji
laboratoriyaların
başlıca
vəzifəsi
kimyəvi
birləşmələri toksikoloji cəhətdən qiymətləndirməklə (ekspertizə)
təxmini təhlükəsiz təsir səviyyəsinin əsaslandırılmasıdır.
Kimyəvi birləşmələrin işçi havasi zonasında gigiyenik
reqlamentləşdirilməsinin nəzəri və metodika məsələlərini
gigiyena ixtisaslı ElmiTədqiqat Institutlarında, elmi istehsalat
birliklərində təşkil olunmuş sahə laboratoriyaları yerinə yetirir .
Toksikometriya ayrı - ayrı kimyəvi zəhərlərin miqdarca
toksikiliyini və təhlükəsizliyini qiymətləndirməyə imkan verən
müayinə metodlarının ümumi məsələlərini özündə birləşdirir.
Toksikometrik müayinələr məqsədlərindən asılı olaraq müxtəlif
cür aparılsa da, gigiyenik reglamentasiyanın metodik qaydaları ,
şəraitin nəticələrinin gigiyenik qiymətləndirilməsi vahid formada
aparılmalıdır . Beləliklə metodik yanaşmalara əməl olunması
həkim - gigiyenistin fəaliyyətində mütləq şərtdir .
Kimyəvi birləşmələrin toksikometriyası özündə böyük
həcmli müayinələri birləşdirir ki , onlardan ən vacib olanı
öldürücü nəticənin müəyyənləşdirilməsi , kumulyativ xassənin
miqdarca aşkar edilməsi , dəri qıcıqlandırıcı, rezorbtiv ,
sensibilizə edici təsirin , həmçinin maddələrin orqanizmə xroniki
təsiri şəraitində uzaq effektlərin aşkar edilməsidir .
Kimyəvi
birləşmələrin
alınması
barədə
yeni
texnologiyaların işlənib hazırlanmasından başlayaraq , onun
toksikoloji cəhətdən erkən öyrənilməsi ilə yanaşı vaxtında
gigiyenik tövsiyələrin də verilməsi təhlükəsiz əmək şəraitinin
yaradılmasında yüksək effektivliyi təmin etmiş olur . Bununla
əlaqədar olaraq əmək gigiyenası üzrə yeni texnologiyanın
mərhələlərinin qiymətləndirilməsində əmək gigiyenası həkiminin
rolu və fövqəladə məsuliyyəti barədə aşağıdakı cədvəldə 2.2-də
verilmişdir .
Dostları ilə paylaş: