70
Meydançada
yerləşdirilmiş
heyvanların
3
dəq.
müddətində vizual olaraq neçə dəfə dönüb deşiklərə baxmalarının
miqdarı qeydə alınır.Bu avtomatik rejimdə də qeydə alına
bilər.Sadalananlarla yanaşı “fırlanan konus”, ”açıq meydança “
və başqalarından da istifadə edilir.
Əzələnin işqabiliyyətini qiymətləndirmək məqsədilə əsas
inteqral göstəricilər testi yığımından: heyvan mildən və ipdən
ayaqları ilə tutaraq , öz ağırlığını saxlaması, tretban üzərində
qaçış, suda üzmə, yükü saxlama qabiliyyəti və s. kimi
metodlardan istifadə edilir. Əzələnin işqabiliyyəti hər hansı
dinamiki işin yerinə yetirilməsi zamanı-məsələn heyvanların suda
üzməsini qiymətləndirməklə öyrənmək olar.Qiymətləndirmə
zamanı heyvanın suya buraxılmasından onun suda batma anına
qədər olan müddət əsas götürülür. Hazırki tədqiqatın aparılması
zamanı müəyyən şərtlərə əməl etmək lazımdır : belə ki, suyun
temperaturu 38-39
0
C
,
təşkil etməsi,
heyvanın quyruğundan asılan yükün (bu heyvanın
çəkisinin 5%-ni təşkil etməlidir) çəkisi nəzərə alınmalıdır.
.Eksperimental müayinələrin nəticələri sistemləşdirilir və statistik
olaraq işlənilir.
Dostları ilə paylaş: