69
Toksikoloji eksperimentdə praktiki olaraq,
heç bir halda
sinir sisteminin funksional vəziyyəti öyrənilmədən toksikoloji
qiymətləndirmə mümkün deyil.
Bu məqsədlə xeyli sayda davranış metodlarından istifadə
edilir
ki,
bunların
əsasında qidalandırıcı, davranış-axtarış refleksləri dayanır.
Mürəkkəb formalı davranışın öyrnilməsinin metodoloji əasında
funksional sistemdə baş verən tamlığın pozulması dayanır ki, bu
da davranış aktında baş verən dəyişikliklərə və ya pozulmalara
gətirib, çıxarır.
MMS-nin funksional vəziyyətini qiymətləndirməyə
imkan verən ən geniş yayılmış metodlardan biri hevanlarda
qabıqaltı
impulsların
toplanma
qabiliyyətinin
qiymətləndirilməsidir (QİT). Metodun prinsipi ondan ibarətdir ki,
xüsusi elektrodlara birləşdirilmış elektrik cərayanı
gərginliyi
impulslar şəklində heyvanın arxa ayaqlarında falanqalararasi
əzələlərə verilərkən , ilk qıcıq əmələ gətirə bilən gərgiliyin
səviyyəsi ölçülür, yəni impulsların toplanması elə həddə çatır ki,
heyvan qıcığa qarşı tab gətirməyərək, ayağını
çəkməklə cavab
reaksiyası verir.
Keyfiyətcə sadə, lakin kifayət qədər informativ
inteqral göstərici kimi MSS-nin funksional vəziyyətini ifadə edən
spontan hərəki aktivliyin qymətləndirilməsi vacib göstərici kimi
istifadə olunur
.Bu göstəricini öyrənmək üçün müxtəlif növlü
aktoqraflardan istifadə olunur ki,
onlar xüsusi panellərdə
yerləşdirilmiş heyvanın hərəki aktivliyini müəyyən vaxt ərzində
(1- 10 dəq.) qeyd etməklə , qiymətləndirməyə imkan verir.
Hərəki aktivliyi, hərəkətin koordinasiyasını və emosional
reaktivliyi təyin etmək üçün “məhdud məkanda şaquli hərəki
ativliyin təyini “metodundan
istifadə edilir ki, bu metod 1dəq
müddətində heyvanların arxa ayaqları üstünə qalxma sayı ilə
müəyyənləşdirilir.Daha bir metod isə -“açıq meydança”(norka
refleksinin qiymətləndirilməsi) metodudur ki, burada üfiqi
vəziyyətdə quraşdırılmış meydançanın mərkəzində 16 bərabər
yuvacıqlar ( deşiklər) açılmışdır.
70
Meydançada
yerləşdirilmiş
heyvanların
3
dəq.
müddətində vizual olaraq neçə dəfə dönüb deşiklərə baxmalarının
miqdarı qeydə alınır.Bu avtomatik rejimdə də qeydə alına
bilər.Sadalananlarla yanaşı “fırlanan konus”, ”açıq meydança “
və başqalarından da istifadə edilir.
Əzələnin işqabiliyyətini qiymətləndirmək məqsədilə əsas
inteqral göstəricilər testi yığımından: heyvan mildən və ipdən
ayaqları
ilə tutaraq , öz ağırlığını saxlaması, tretban üzərində
qaçış, suda üzmə, yükü saxlama qabiliyyəti və s. kimi
metodlardan istifadə edilir. Əzələnin işqabiliyyəti hər hansı
dinamiki işin yerinə yetirilməsi zamanı-məsələn heyvanların suda
üzməsini qiymətləndirməklə öyrənmək olar.Qiymətləndirmə
zamanı heyvanın suya buraxılmasından onun suda batma anına
qədər olan müddət əsas götürülür. Hazırki tədqiqatın aparılması
zamanı müəyyən şərtlərə əməl etmək lazımdır : belə ki, suyun
temperaturu 38-39
0
C
,
təşkil etməsi,
heyvanın quyruğundan asılan yükün (bu heyvanın
çəkisinin 5%-ni təşkil etməlidir) çəkisi nəzərə alınmalıdır.
.Eksperimental müayinələrin nəticələri sistemləşdirilir və statistik
olaraq işlənilir.
Dostları ilə paylaş: