72
reaksiyası ( implusların miqdarının toplanmasına əsasən) o vaxt
əmələ gəlir ki, implusların miqdarı o həddə çatır ki, artıq heyvan
qıcığın təsirinə tab gətirməyərək ayağını elektroddan götürür.
Heyvanın cavab reaksiyasına səbəb olan implusların sayı qeyd
edilir. Cavab reaksiyası zəhərin MSS-nə təsir xüsusiyyətindən
asılı olur.
2.5.3. Sentrafuqada fırlatdıqdan sonra düz xətt üzrə
hərəkətin bərpa olunma müddətinin təyini metodikası
Zəhərlədilən və kontrol siçanlar xaricdən naqil torla
örtülmüş silindrik
kamerada yerləşdirilərək, sentrafuqanın
yuvasına qoyulur, sonra maksimal sürəti 700-800 dövr/dəq sürəti
ilə 20 san, sonra sentrafuqanı söndürməklə, 10 san müddətində
fırladılır. Heyvanları sentrafuqadan çıxartdıqdan sonra onlarda
vestibulyar aparatın funksiyasının pozulması müşahidə edilir. Bu
zaman siçanlar bədənlərinə yönəlmiş köndələn ox ətrafında dairə
üzrə hərəkət edirlər.
A.O.Loytun məlumatına görə, siçanların
düz xətt üzrə
hərəkətlərinin bərpa olunma vaxtı erkəklər üçün 199, 6+14, 1 san,
dişilər üçün isə 245, 2 +20, 9 san təşkil edir.
Dostları ilə paylaş: