Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev


Toksiki maddənin yerli təsirinin müayinəsi



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə42/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

2.5.6 Toksiki maddənin yerli təsirinin müayinəsi 
Kimyəvi maddənin dəriyə yerli təsirini qiymətləndirmək üçün 
dovşanlardan, dəniz donuzlarından, siçovullardan və siçanlardan 
istifadə edilir.Öyrənilən maddə heyvanın diqqətlə tükdən 
təmizlənmiş bel hissəsində dərisinə, dovşanların daxili qulağının 
dəri səthinə və yaxud eksperimentdə siçanların və siçovulların 
quyruq hissəsi öyrənilən kimyəvi birləşmə ilə və yaxud onun 
məhlulu ilə örtülür və ya applikasiya olunur.Maddə ilə 


77 
applikasiya təkrar olaraq yaxıla bilər.Kimyəvi maddənin təsir 
effektindən asılı olaraq onu bir neçe dəfə (1-30 dəfə) yaxmaq olar. 
Maddə dəriyə kəskin təsir göstərərsə onu bir neçə dəfə 
durulaşdırmaqla, maksimal təsirsiz konsentrasiyanı müəyyən 
etmək olar.Dərinin reaksiyasını aşkar olunan hiperimiya
şişkinlik, ödem, infiltrasiya, quruluq, qaşınmalar, çatlar, yaraların 
əmələ gəlməsi, dəri temperaturunun dəyişməsinə və s.əlamətlərə 
görə qiymətləndirmək olar. 
Güclü təsir zamanı hemorragik qabıqların əmələ gəlməsi, 
onların qopardılması zamanı dəridə yara yerlərinin qalması, 
dərinın piqmentləşməsi, tük ortüklərinin inkişafının pozulması 
kimi əlamətlərlə özünü göstərə bilər. 
Heyvanlar üzərində müşahidə tam sağalana qədər 
aparılmalıdır.Əgər zəif və yaxud şübhəli yerli təsir aşkar 
olunarsa, əlavə olaraq 1-2 damcı müayinə olunan maye dovşanın 
gözünün konyuktiva qişasına damızdırılır.Bərk maddələr 50 mq 
miqdarında dəriyə sürtülür.Maddə yaxıldıqdan sonra gözün daxili 
bucağı burun göz kanalı sıxılır.Yerli təsirin qiymətləndirilməsi-
gözün xarici vəziyyətinə görə (konyuktiva və buynuz), qaz və 
yaxud buxar şəkilli maddələrin təsirini aydınlaşdırmaq üçün 
heyvan zəhərləmə kamerasına yerləşdirilməklə aparılır. 
Əgər heyvanlarda yerli təsiri aşkar etmək mümkün
olmadıqda (bu maddənin zəif yerli təsirə malik olduğunu və ya 
tamamilə bu təsirin olmadığını göstərir) təcrübə Vedrova damcı 
üsulu ilə könüllü insanlar üzərində aparıılır.Müayinə olunan 
maddədən şüşə çubuqla götürərək , bazu və yaxud said hissəsində 
dəriyə sürtməklə, qurudulur.Sarğı tələb olunmur.Müayinə olunan 
üzərində 
müşahidə 
bir 
neçə 
gün 
ərzində 
davam 
etdirilir.Maddənən yerli təsir reaksiyası qeyd edilir. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin