Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev


Sinir sisteminin funksional vəziyyətinin davranış



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə38/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

2.5.1. Sinir sisteminin funksional vəziyyətinin davranış 
reaksiyaları əsasında öyrənilməsi metodları 
Toksikologiya laboratoriyalarında bu metodlar geniş 
istifadə edilməklə, sadə və kifayət qədər informativ olması ilə 
fərqlənir. Davranış reaksiyalarının neyrofizioloji mexanizmi,
onların inteqral göstəricilər kimi istifadə olunmasına imkan verir. 
Həmçinin neyrotrop təsirlər zamanı həssas və spesifik test kimi 
istifadə edilir. Bu qrupa aid olan metodlara : hər hansı bir 
bankada, açıq meydançada, açıq sahədə fırlanan konusda 
oriyentir reaksiyalarının təyini daxildir. Heyvanların oriyentir 
reaksiyalarını təyin etmək üçün onları üzvi şüşədən hazırlanmış 
diametri 13 sm və hündürlüyü 35 sm olan bankaya yerləşdirir və 
1 dəq müddətində arxa ayaqları üstə qalxmaları sayılır. 
Açıq 


71 
meydança metodunun
əsasını gəmiricilər üçün xarakterik olan
Norka refleksi
təşkil edir. Siçan və ya siçovul sahəsi 60x60 sm,
hündürlüyü 20 sm, 16 bərabər ölçüdə diametri 4 sm-lik ölçüyə 
malik ağ rəngli, deşikləri olan meydançanın mərkəzində 
buraxılır. Heyvanın 3 dəq ərzində deşiklərə dönüb baxmaları 
sayılır. 
Açıq meydança metodu – manej qurğusunun istifadə olunmasına 
aid olub, qaranlıqlaşdırılmış və 500 voltluq lampa ilə 
işıqlandırılmış otaqda yerləşdirilməklə, güzgülü əksetdiricisi 
olur. Burada heyvanın hərəki aktivliyi – yəni siçanın manej 
kvadratların arakəsmə xətlərini ( 4 lampalı) keçmələri sayılır və 
neçə metr məsafə qət etmələri (qaçış yolunun uzunluğu) təyin 
edilir. 
Eyni vaxtda – defekasiya üzrə xaric olunan fekal diyircəklərinin 
( qığılarının) sayına görə heyvanın vegetativ reaksiyası və ya 
emosional reaktivliyi qiymətləndirilir. 
2.5.2. Mərkəzi sinir sisteminin qabıqaltı implusları toplama 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin