Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev


Kəskin təcrübədə heyvanların inhalyasion yolla



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə34/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

2.3. Kəskin təcrübədə heyvanların inhalyasion yolla 
zəhərlədilməklə üzvü həlledicilərin müqayisəli şəkildə 
toksikiliyinin təyini. 
Uçucu kimyəvi maddənin toksiklik və təhlükəlilik 
dərəcəsi ola bilərki, bu “yuxarı və aşağı” toksiklik parametrləri 
ilə xarakterizə olunur. 
Yuxarı toksiklik parametri – heyvanlar üçün öldürücü 
konsentrasiya həcmi ilə, aşağı isə - minimal təsir konsentrasiyası 
ilə xarakterizə olunur, məsələn, ali sinir fəaliyyətinə ( şərti 
reflekslər metodu), şərtsiz reflekslərə ( Zakusova və Lyublina 
metodları), əzələnin işgörmə qabiliyyətinə ( Pravdin metodu) 
təsirinə görə qiymətləndirilir. 
Yuxarı və aşağı toksiklik parametrləri arasındakı 
diapazon fərqi nə qədər kiçikdirsə, maddə bir o qədər 
təhlükəlidir. Belə maddələrin yol verilən konsentrasiyası (YVK) 
minimal təsir konsentrasiyasından (MTK) xeyli kiçik olmalıdır. 
Maddələrin toksikliyini ağ siçanların ölümünə görə 
qiymətləndirmək lazımdır: 1) Ağzı hermetik bağlanan 12-15 l 
tutumlu iriboğazlı şüşə butulka və yaxud eksikator; belə qaba 10 
siçan yerləşdirmək olar; 2) 0, 01 ml-lərlə bölünmüş 1 ml-lik 5-6 
pipetkalar; 3) müayinə ediləcək mayelərin nisbi sıxlığını təyin 
etmək üçün aerometrlər dəsti. 
İşə başlayarkən otaq temperaturunda müayinə olunan 
maddənin qabın havasındakı maksimal konsentrasiyası tapılır. 
Zəhərləmə üçün qabda müəyyən konsentrasiyanı yaratmaq üçün 
lazım olan maddənin miqdarı aşağıdakı formulla hesablanır:
a= 
𝐾∙𝐿
𝑑∙1000

burada, a - maddənin miqdarı, ml; K - konsentrasiya,
mq/l; L – qabın həcmi; d – maddənin nisbi sıxlığıdır. 
Qabın daxilinə müayinə olunan mayenin miqdarı 
hesablanaraq tökülür, qapağı sıx şəkildə bağlanır, sonra qabı 
fırladaraq içindəki mayenin buxarlanmasına imkan yaradılır. 


60 
Siçanlar xüsusi rənglərlə nömrələnir ( ümumi qayda üzrə). Maye 
tamamilə buxarlandıqdan sonra siçanları tez şəkildə qaba 
yerləşdirməklə, qapağı hermetik qapadılır, tutumu 12-15 l qaba 
10 siçan yerləşdirilir. Heyvanların davranışının müşahidə 
edilməsi, o cümlədən mərkəzi sinir sistemi tərəfindən aşkar 
olunan simptomlar, hərəki oyanma, tənəffüsün xarakterinin və 
tezliyinin dəyişməsi, hərəki koordinasiyanın pozğunluğu,
əzginlik, yuxululuq, yanüstü vəziyyət, qıcolmalar, narkoz,
tənəffüsün dayanması və s. qeydə alınmaqla, öyrənilir. 
Yanüstü vəziyyətin
alınma vaxtı – yəni heyvan ayaqüstü 
vəziyyətdə dayanma qabiliyyətini itirdikdə yanı üstə yıxılır. Bu 
vəziyyət maddənin toksiklik dərəcəsini xarakterizə edir ki, onu 
mütləq protokolda qeyd etmək lazımdır. Bununla yanaşı 
narkozun baş verməsi də əhəmiyyət kəsb edir ki, bu zaman 
reflekslərin itməsi aşkar edilir ( bunu yoxlamaq üçün bərk əşya 
ilə qabın divarına vurduqda heyvanlar tərpənmir). Həmçinin 
heyvanlar arasında ölüm hadisəsinin baş verməsi də qeyd olunur. 
Qabda ekspozisiyanın ümumi davam etmə müddəti 2 saat təşkil 
edir. 
Təcrübəni – konsentrasiyanı tədricən azaltmaqla, ardıcıl 
şəkildə, maddənin təsir xarakterindən asılı olaraq, aralarında 
fasilələr verməklə, 5 mq/l və ya çox artırmaqla hər dəfə 
konsentrasiyanı dəyişərək maddəni qaba üfürmək lazımdır. Hər 
bir konsentrasiya üzrə təcrübə üçün 10-dan az olmayaraq siçanın 
götürülməsi məqsədəuyğundur. 
Beləliklə, bu yolla aşağıdakı toksiklik göstəriciləri 
müəyyən edilir:
1. Mütləq ölüm konsentrasiyası
– yəni, zəhərin ən az 
konsentrasiyasının təsirindən zəhərlədilən siçanların hamısının 
(CL
100
) ölümünə səbəb olur. 
2. Orta ölüm konsentrasiyası
– təcrübə heyvanlarının yarısının ( 
CL
50
) ölümünə səbəb olur. 
3. Minimal ölüm konsentrasiyası
– zəhərlədilən heyvanların heç 
olmasa birinin ölümünə səbəb olur. 


61 
4. Maksimal dözüm konsentrasiyası
- - yəni, zəhərin ən yüksək 
konsentrasiyasının təsirindən təcrübə heyvanlarının hamısı sağ 
qala bilsin. 
Bəzi maddələrin əlavə təsirlərinin meydana çıxmasını nəzərə 
alaraq N.S.Pravdin təcrübə heyvanları üzərindəki 2 saatlıq 
ekspozisiyadan və yaxud təcrübədən 2 həftə sonra müşahidələrə 
əsaslanaraq, aşağıdakı parametrlərin təyin edilməsini tövsiyə 
edir.
Ağ siçanlar üzərində maddənin toksiki təsirinin müayinəsinə dair 
protokol forması ( cəd: 2.1)

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin