Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə31/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   27   28   29   30   31   32   33   34   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

 Tədrisin ümumi məqsədi:
Profilaktik istehsalat 
toksikologiyasına aid əsas prinsipləri, anlayışları və metodik 
qaydaları bacarmaq. 
Tədrisin konkret məqsədi:
Profilaktik istehsalat 
toksikologiyasına aid əsas prinsipləri, anlayışları və təsəvvürləri 
formalaşdırmaq; sənaye zəhərlərinin əsas mərhələlərin 


52 
toksikoloji qiymətləndirilməsinin mənimsənilməsi, profilaktik 
istehsalat toksikologiyasına aid qanunverici sənədlərdən və 
ədəbiyyatlardan istifadə etməyi öyrətmək; eksperimental 
heyvanların zəhərləndirilməsinin metodik yollarının öyrədilməsi; 
yeni üzvi həlledicilərin toksikiliyinin eksperimental müqayisəli 
qiymətləndirilməsini bacarmaq; təcrübə heyvanlarının funksional 
vəziyyətlərinin öyrənilməsi üçün sadə və inteqral metodların 
tətbiq edilməsi; TTTS-nı hesablamaq üçün riyazi üsulları 
mənimsəmək; toksikoloji müayinələrin nəticələrinə əsasən 
istehsalat zəhərlərinin toksikiliyi və təhlükəliliyini, onun 
orqanizmə təsir xarakterləri və sağlamlaşdırıcı tədbirlərin 
istiqamətini müəyyənləşdirməyi bacarmaq. 
2.1. Eksperimental heyvanların seçilməsi, nömrələnməsi və 
zəhərlənmə metodları. 
İstehsalat toksikologiyasında eksperimental müayinələr 
üçün müxtəlif növ heyvanlardan istifadə edilir. Bunlara misal 
olaraq, siçovulları, siçanları, dəniz donuzlarını, dovşanları,
itləri, pişikləri, qurbağaları göstərmək olar. Uzun müddətli 
toksikoloji müayinələr zamanı eyni zamanda iki və daha çox 
heyvan növündən (müxtəlif növ həssaslıqları nəzərə alınmaqla) 
istifadə olunması qəbul edilmişdir. Eksperimental müayinələr 
üçün heyvan növləri seçildikdən sonra ilk növbədə onlar 
nömrələnməli və yaxud işarələnməlidirlər.Eksperiment qrupuna 
daxil olan hər bir heyvanın nömrəsi olmalıdır.Siçanları və 
siçovulları adətən rənglə rəngləyirlər.Suda həll olunan rənglər tez 
silindiyinə görə ən yaxşı rəng kimi brilliant yaşılının və yaxud 
pikrin turşusunun spirtli məhlulundan istifadə edilir.Sonuncu ilə 
ehtiyyatla davranmaq lazımdır, belə ki, o metal və kalsium duzları 
ilə birləşərək, quru halda partlayıcı birləşməyə çevrilə bilər.Pikrin 
turşusu məhlulu təhkükəsizdir.Bundan başqa heyvanları 
nömrələmək üçün saç rənglərindən də istifadə etmək olar, bu 
şərtlə ki, heyvan üçün təhlükəli olmasın. Nişan nömrələri geniş 


53 
həcmi əhatə etməməlidir.Rənglənmiş sahədəki artıq rəngi fitr 
kağızı ilə qurudurlar.ki başqa yerə yayılmasın.Bir qayda olaraq 
hər bir heyvanın öz nömrəsi və ya nişanı olmalıdır.Hətta hevanlar 
ayrı kameralarda yerləşdirildikdə belə, onların onların 
nömrələrinin təkraralanmasına yol vermək olmaz. Eyni 
nömrələnmiş heyvanın hansı kameradan götürüldüyü səhv salına 
bilər. Hər bir nişan qoyulmuş yer müəyyə nömrəni əks etdirir. 
Nömrələnmə o vaxt uğurlu ola bilər ki, təkliklər bir qayda üzrə,
onluqlar başqa qayda üzrə qeyd edilir. Məsələn sol qabaq ayağın 
üstünün nişanı – nömrə 1-ə, sağ qabaq ayaq – nömrə 2-ə, sol 
arxa - nömrə 3-ə, sağ arxa ayaq - nömrə 4-ə, əgər 2 qabaq ayaq 
rənglənərsə 5, 2 arxa ayaq rənglənərsə 6, sol qabaq və arxa 7,
sağ qabaq və arxa nömrə 8, bütün dord ayaq nömrə 9, başın 
rənglənməsi 10-a uyğundur. Sonrakı nömrələmədə baş sol qol – 
11, ba. Sağ qol 12 və s. davam etdirilir. Bu qayda üzrə 110 
heyvanı nömrələmək mümkündür.
Nömrələmə saat əqrəbi istiqamətində - baş-1, sağ boyun 
(yan) - 2, sağ qol - 3, sağ yan (qarın) – 4, sağ arxa ayaq-5,
quyruğun üstü – 6, sol arxa ayaq - 7, sol qarın (yan) – 8, sol 
qabaq ayaq – 9, sol boyun (yan) - 10 və s. bu qayda üzrə 
nömrələnmə aparıla bilər.
Eksperiment üçün 
heyvan növünün seçilməsi
zəhərlərin 
təsir xüsusiyyətinin öyrənilməsindən asılı olaraq müxtəlif 
işarələnməlidirlərola bilər.Çox saylı müayinələr göstəriri ki , 
kimyəvi birləşmələrin məs., aromatik aminlər , nitrobirləşmələr, 
alkalloidlər və b.təsirinə qarşı heyvanlar arasında ciddi növ 
həssaslığı mövcuddur.Məs.1, 2-dibrommetana qarşı dövşanlar, 
siçanlara nisbətən 8 dəfə həssasdır;barium karbonat insanlara 
nisbətən ağsiçanlar üçün 10 dəfə toksikidir;metil spirti siçanlara 
nisbətən insanlar üçün 30 dəfə toksikidir.Bununla belə 
zəhərlənmənin patogenezi əksər maddələrdə insan və heyvanla r 
üçün eyni tiplidir. 
Növ həssaslığı fərqinin
 
nəzərə alınması ona 
görə vacibdir ki, gigiyenik normallaşdırma zamanı heyvanlar 
üzərində alınmış eksperimental məlumatların nəticəsinin insanlar 


54 
üzərinə ekstrapolyasiya olunmasında bu göstərici mühüm rol 
oynayır.Ekstrapolyasiyanın etibarlılığını artırmaq üçün xüsusi 
olaraq 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin