Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə32/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

ehtiyatlılıq 
əmsalı(E
Ə
)
tətbiq edilir.
Eksperiment üçün heyvanların yaşının nəzərə alınması da 
(yaş həssaslığı fərqi)
nəzərə alınmalıdır.Belə ki yeniyetmə işçilər 
üzərində aparılmış müşahidələr göstərmişdir ki, gənc işçilər 
qurğuşunun, karbonsulfidin, benzolun, asetonun və bəzi 
həlledicilərin təsirinə qarşı həssaslıq göstərirlər. 
Hevanların seçilməsi zamanı
cins həssaslığı
məsələsinə 
də diqqət yetirilir. Kimyəvi maddələrə qarşı qadın orqanizminin 
daha çox həssas olması barəsində vahid rəy yoxdur.Cinsi 
həssaslığı qiymətləndirmək məqsədilə 200 -ə qədər müxtəlif 
kimyəvi maddələr , o cümlədən pestisidlər, nitrobirləşmələr ,
qeyri-üzvü maddələr və ağır metallar da daxil olmaqla onların 
təsir fərqləri analiz olunaraq belə nəticəyə gəlinmişdir ki ,
cins 
həssaslığı fərqi
qeydə alınmamışdır. 
Eksperiment üçün heyvanların seçilməsində onların 
kütlə 
çəkilərinin
bir-birinə yaxın olması, başqa sözlə çəki fərqləri 
olmamalıdır və yaxud çox az fərqlənməlidir.Nəzərə alsaq ki,
maddələrin bütün dozaları çəkiyə görə təyin edilir, onda 
eksperiment şəratində çəkinin düzgün müəyyənləşdirilməsinin 
vacib şərt olması inkar olunmazdır. Bu şərt həmdə variasion 
sıraya daxil edilən heyvan qrupları üzrə alınan nəticələrin 
stastistik işlənməsi zamanı nəzərə alınmalıdır.
 
Müayinə olunan maddə eksperimental heyvanların 
orqanizminə müxtəlif yollarla: ağız boşluğundan traxeya daxili,
nəfəs aldığı hava ilə, əzələ daxilinə, qarın boşluğuna, dəri altına 
yeritməklə daxil edilir. İstehsalat şəraitində toksiki maddələrlə iş 
zamanı həmin maddələr əsasən tənəffüs orqanları ilə daxil olur. 
Ona görə də eksperimentdə inhalyasiya yolu ilə zəhərlədilmə 
metodu tətbiq edilir. Bəzi toksiki maddələr dəridən sorulmaq 
qabiliyyətinə malik olduqları üçün (həlledicilər, benzolun aminli 
və nitridli birləşmələri və b.) eksperimentdə onların məhz bu yolla 
daxil olma ehtimalı öyrənilir. Maddələrin mədəyə yeridilməsi 


55 
üsulu eksperimentdə tez-tez tətbiq edilir, belə ki, bu üsulla 
yeridilən maddənin dozasını dəqiq təyin etməklə, onun yerinə 
yetirilməsi də asan sadə yolla icra olunur. Bu üsulla kəskin 
təcrübədə maddənin toksikiliyini təyin etməklə yanaşı, həm də 
bəzi toz və maye şəklində olan maddələrin kumulyativ 
xassələrini öyrənmək mümkündür. 
Maddənin qarın boşluğuna yeritmə üsulu- əsasən kəskin 
təcrübədə toksikiliyin qiymətləndirilməsində istifadə edilir. 
Vena daxilinə, əzələyə, dəri altına
yeridilməsi yollarında az-az,
əsasən maddənin təsir xarakterinin öyrənilməsində və yaxud həll 
olunan 
maddələrin 
toksikiliyinin 
müqayisəli 
şəkildə 
qiymətləndirilməsində istifadə olunur. 
İnhalyasiya yolu ilə
heyvanların zəhərlədilməsi müxtəlif 
konstruksiyalı zəhərləyici kameralarda aparılır. Kameralar 
həcminə və formasına görə müxtəlif olurlar. Ən yaxşısı metaldan 
hazırlanmış, şüşəli, içərisi rəngli emalla və karbolit lakla 
örtülmüş kameralardır. Kamera mütləq şəkildə hermetik 
olmalıdır. 
Kameralarda dinamiki və statik zəhərlədilmə üsulları 
aparıla bilər. 
Dinamiki üsulla zəhərlədilmə zamanı kameraya hava ilə 
birlikdə öyrənilən maddənin buxarları daxil edilir.
Bu zaman 
təcrübə müddətində kamerada hava mübadiləsi fasiləsiz olaraq 
davam etdirilməlidir. 
Statik üsulla zəhərlədilmə zamanı kamera 
daxilində havanın sirkulyasiyası ventilyator vasitəsilə yaradılır 
ki , bu zaman öyrənilən maddənin müəyyən konsentrasiyası əmələ 
gəlir.
Həm statik , həm də dinamiki yolla zəhərlədilmə üsulunda 
vacib şərt orada öyrənilən maddənin konsentrasiyası təyin 
edilməlidir.Zəhərlədilmə 
statik üsulla
aparılırsa , kamera 
daxilindəki konsentrasiyanı ölçmək üçün kameraya pipetka ilə 
daxil edilən kimyəvi maddənin millimetrlə miqdarı, xüsusi çəkisi 
və kameranın həcm tutumunu(m
3
) bilərək hesablama aparmaq 
lazımdır. 
 Dinamiki üsulla
zəhərlədilmənin aparılması üçün istifadə 
olunan qurğu- maddə ilə birlikdə havanın kameraya verilməsini 


56 
təmin edən ( havanı hərəkətə gətirən, pərlər və filtrlər) hissədən 
ibarət olur.Bu zaman kamera daxilindəki konsentrasiya kimyəvi 
üsulla təyin edilməlidir. 
Buxar və qaz şəklində olan maddələrlə xırda laborator 
heyvanlarının zəhərlədilməsi üçün 100 litrlik həcmli Pravdin 
kameralarından istifadə edilə bilər 
(şək. 1) 
Əgər maddə uçucu deyilsə, onda adi qablardan istifadə 
edilə bilər. Heyvanların dezinteqrasiya aerozolları ilə 
zəhərlədilməsi 
üçün 
Boyarçuk 
və 
yaxud 
Latuşkina 
kameralarından istifadə edilir. Zəhərlədilmə zamanı havanı 
qarışdıran ventilyatorlu hermetik kameralardan istifadə 
edilməlidir. 
Kondensasiya aerozolları
ilə zəhərlədilməsi üçün havanın 
qarışdırılması üçün ventilyatorlu istənilən hermetik kameradan 
istifadə edilə bilər. 
Fibrogen təsirə malik olan aerozolların təsirini öyrənmək üçün 
zəhərlədilmə zamanı intratraxeal metoddan istifadə etməklə,
yenə də tozlanmada istifadə olunan kameralardan istifadə 
edilir
.

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin