Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə35/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

Cədvəl 2.1. 
Siçanla
rın 
nömrəs

Maddənin 
konsentrasi
yası,
mq/l 
Hadisənin 
başvermə 
müddəti, dəq 
Qe
yd 
Oyan
ma 
Yanü
stü 
vəziyy
ət 
Nark
oz 
Ölü


90 

20 
40 
110 

90 

22 
41 
115 

90 

18 
42 
105 
Yuxarıda alınan məlumatlar statistik işlənilir. Müşahidə 
zamanı təcrübədə alınan bütün məlumatlar qeyd olunan forma 
üzrə protokolda qeyd olunur ( cəd. 1). İmkan olarsa, siçanlar 
üzərində təcrübədən sonra bir neçə gün müşahidəni davam 
etdirməklə, heyvanların davranışlarındakı dəyişikliklər, hətta 
heyvanın ölüm günü belə fiksasiya olunur. Alınmış nəticəni 
qrafik olaraq əyani şəkildə tərtib etməklə ayrı-ayrı 2-3 kimyəvi
maddənin 
toksiki xarakteristikasını müqayisəli şəkildə 
qiymətləndirmək 
olar.Görkəmli 
toksikoloq 
N.S.Pravdin 
heyvanların hər hansı zəhərlə 2saatlıq ekspozisiyasından sonra 2 
həftə müddətində onların müşahidə olunmasını tövsiyə edirdi.


62 
2.4. Kimyəvi maddələrin eksperiment şəraitində mədə - 
bağırsaq yolu ilə 
orqanizmə yeridilməklə toksikliyinin təyini 
Kimyəvi maddələri təmiz şəkildə , məhlul, emulsiya 
vəyaxud qida ilə birlikdə, həmçinin içməli su ilə mədəyə (per os 
)yeritməklə onun 
öldürücü dozasının (D
L) təyin edilməsinin 
xüsusi əhəmiyyəti vardır. Maddənin mədəyə daxil olması 
istehsalat şəraitində zərərli maddələrin orqanizmə per os düşməsi 
kimi qiymətləndirilir.Maddənin heyvanlara yeridilməsi üsulunun 
seçilməsi bir çox səbəblərdən asılıdır. Tədqiqatçı və yaxud 
laborant özbaşına zəhərin yeridilmə yolunun seçilməsini və 
yaxud bir həlledicinin digəri ilə əvəz edilməsini dəyişdirə 
bilməz.Bunun üçün 1-2 %-li nişasta gelindən üstifadə edilməsi 
məqsədə uyğundur.Müayinə olunan maddə nişasta məhlulu qalığı 
ilə bir cinsli kütlə aınana qədə yaxşıca qarışdırılır. 
Maddənin nişasta məhlulu ilə qarışdırılma nisbəti 
müayinə olunan maddənin fiziki –kimyəvi xassəsindən asılı 
olaraq, 1:1-ə, 1:10-a ola bilər.
Ağız boşluğuna yeridilmə
- maddəni bir başa ağız 
boşluğuna yeritmək olar. Bunun üçün zezin əlcək geyinməklə,
şprisdən, pipetkadan və s.damcıladıcı üsullardan istifadə etmək 
olar. Bu zaman siçanların ağızına 2-3 damcı, siçovullara 1-1, 5 
ml-ə qədər, dovşanlara 2-3 ml maye yeridilə bilər. Pişiklərlə 
işləmək çətin olur , ona ğörə ki, onlar güclü müqavimət 
göstərirlər. İtlərin ağzına isə kifayət qədər həcmdə maye yeritmək 
olar. 
Bərk kimyəvi maddələri toz şəklində bir başa heyvanların 
ağzına səpmək, ağzın yan tərəfindən dodağını aralamaqla daxil 
etmək olar. Müayinə olunan maddələri heyvanlara yeritmək üçün 
onların əllə tutulma qaydalarını və bir sıra sınaq üsullarını bilmək 
lazımdır.Məsələn: siçanları sol əlin baş və göstərici barmaqları ilə 
boynunun ardından dərisindən tutmaq lazımdır. Bu zaman 
heyvan ağzını açır ki, bu da lazım olan maddəni yeritməyə imkan 
verir. 


63 
Sıçovullarla da siçanlar kimi rəftar edilir., lakin bəzən 
bükmək üçün müəyyən parça materiallarından istifadə edilir. 
Dovşanların ağzına müayinə olunan maddəni onların 
saxlandığı qəfəsdə yeritmək olar.
 
Mədəyə yeridilmə
-maddəni bir başa mədəyə yeritmək 
üçün siçanlara və siçovullara aid müxtəlif ölçülü metallik və şüşə 
, iri heyvanlarda isə rezin zondlardan istifadə edilir.Yeridilmə 
texnikası siçanlarda və siçovullarda eynidir. Bu zaman siçanı sol 
əllə şaquli vəziyyətdə tutmaq lazımdır.Zond ağız boşluğuna üfiqi 
istiqamətdə- udlağa qədər , sonra zond aşağıya çevirməklə ,
yemək borusuna arxa divarı ilə mədəyə yeridilir.Zond 
yeridildilərkən güc tətbiq etmək olmaz, ona görəki , siçanlarda 
və siçovullarda yemək borusu asanca deşilə bilər.Əgər ağızda qan 
görünərsə, bu o deməkdir ki, zond düzgün yeridilməmişdir.Bu 
adətən heyvanın ölümünə səbəb olur. 
Dəniz donuzlarına da müayinə olunan kimyəvi birləşməni 
siçanlar, sişovullara və dovşanlarda olduğu kimi zond vasitəsi ilə 
yeritmək olar. Lakin bu zaman zondun diametri kiçik olmalıdır. 
Əgər dovşanlara da maddəni yeritmək lazım gələrsə , onu 
eksperiment heyvanları üçün nəzərdə tutulmuş, xüsusi lövhəyə 
bağlamaq laım gəlir.Dovşanların (həmçinin itlər və 
pişiklərdə)mədəsinə maddəni yeritmək lazım gələrsə, kateter 
kimi rezin zonddan istifadə edilir. Heyvanın zondu dişləməməsi 
üçün 
heyvanın 
ağzına 
ağızgenişləndirici 
qoyulur.Ağızgenişləndirici 
ağacdan 
və 
yaxud 
metal 
materialdandan düzəldilə bilər. 
Öldürücü dozalar (DL)
ayrı-ayrı qrup laborator 
heyvanları üzərində təyin edilir (ağsiçanlar, siçovullar, dəniz 
donuzları, ev dovşanları və s.)Ən çox kiçik laborator 
heyvanlarından 
ağ 
siçanlar 
və 
siçovullar 
istifadə 
edilir.Heyvanların mədəsinə yeridiləcək maddənin miqdarı 
qabaqcadan hesablanmalıdır. Maddə mədəyə yeridilərkən nəzərə 
almaq lazımdır ki, ağ siçanlar ümün birdəfəlik doza 0, 5 ml-dən, 
siçovullar üçün isə 5, 0 ml-dən çox olmamalıdır. Ək halda , 


64 
mədənin həddən artıq genişlənməsi nəticəsində heyvan ölə 
bilər.Toksikoloji təcrübələr aparəlarkən bir sıra əsas qaydalar 
mütləq gözlənilməlidir.Məs.maddə mədəyə mütləq acqarına 
yeridilməlidir. 
Yemləndirilmiş heyvanın mədəsinə maddə yeritdikdə, 
mədənin möhtəviyyatı mədənin neytrallaşdırılması və başqa 
yollarla sorulmağa imkan verməz. Doza təyin edilərkən hər bir 
təcrübə 
qrupunda 
olan 
heyvanın 
sayı 
10-dan 
az 
olmamalıdır.Heyvanlar mütləq sağlam olmalı və maddə 
yeridilməzdən qabaq çəkilməlidir.Yeridiləcək maddə heyvanın 
1kq çəkisinə görə hesablanır. Maddə mədəyə xüsusi zondlar 
vasitəsilə yeridilir.Zondun ucu kütləşdirilmiş diametri 1mmə 
qədər olan inyeksiya iynələrindən ibarətdir. İynənin heyvanın 
ağız və qida borusundandan asan keçməsi üçün uyğun əyriliyi 
olmalıdır.
Maddəni heyvana yeritmək üçün adi şprisə müəyyən 
miqdar (0, 2 ml) maddə məhlulu götürülür. Ağ siçan və ya siçovul 
arxası ovucun içinə doğru alınmaq şərtilə sol əllə götürülür və sağ 
əllə fiziki qüvvə tətbiq etmədən maddə heyvanın mədəsinə 
yeridilir.Zondun mədəyə daxil olmasını eksperimentator hiss 
etməlidir.(boşluğa düşmə hissiyyatı olur). Şübhəsiz ki, zondun 
mədəyə yridilməsində müyyən vərdiş olmalıdır.Əks halda zond 
mədəyə deyil, traxeyaya və ya ağciyərə daxil olarsa və yaxud qida 
borusuna düşərsə , o zaman heyvan maddənin təsirindən deyil,
asfiksiyadan və ya qanaxmadan ölə bilər. 
Heyvanın mədəsinə hər hansı maddə yerilərkən mədə 
əvvəlcədən qida qlıqlarından azad edilməlidir.Ona görə də bəzi 
heyvanlara bütün gecə ərzində , siçanlara isə 4 saat qalana qədər 
yem verilmir.Hər bir heyvana müəyyən miqdada maye vermək 
olar.Mayenin miqdarı heyvanın mədəsinin tutumundan 
asılıdırAyrı-ayrı heyvanların mədəsinə birdəfəlik yeridilən 
mayenin maksimal tutumu cədvəldə verilmişdir (cəd.2.2).

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin