Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə36/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

Cədvəl 2.2.


65 
Ayrı-ayrı heyvanların mədəsinə birdəfəlik yeridilən 
mayenin maksimal tutumu (ədəbiyyat məlumatlarına 
əsasən). 
Heyvanın 
növü 
Kütləsi, q. 
Mayenin 
miqdarı, ml 
Qeyd
Siçanlar
30- və daha 
çox
1 – 1, 5 
25-30 
0, 8-1 
20-25 
0, 5-0, 7 
18-20 
0, 3-0, 4 
Siçovullar
300- və daha 
çox 
8-ə qədər 
250-300 
6-a qədər
200-290 
4-5 
100-190 

Dəniz 
donuzları
300- və daha 
yuxarı 

250-290 
4-5 
Dovşanlar
3500- və 
yuxarı 
200 
2500-3400 
150 
2000-2400 
100 
Pişiklər
3000- və 
yuxarı 
100 
Bəzi 
müəlliflət 
40ml-dən çox 
olmayaraq 
təklif edirlər.
2500-3000 
50-80 
İtlər 
Çəkisindən 
asılı olaraq
50-dən 500-
800-ə qədər
Maddə mədəyə yeridilərkən 4saat keçənə qədər heyvana 
yemək və su vermək olmaz. Başqa sözlə heyvanın mədəsinə 
maddənin yeidilməsi acqarına (yemləmədən 4 saat sonra) aparılır,
belə ki, maddənin qida ilə dolu olan mədədən rezorbsiyası daha 


66 
pis olur, nəyin ki, boş mədədən.Məsələn: bəzi xarici müəlliflərin 
fikrinə görə acqarına olan heyvanlarda alınan DL
50
, tox 
heyvanlara nisbətən fərqli olur(30%-ə qədər) Kimyəvi 
birləşmənin mədəyə yeridilməsindən bir neçə saat sonra 
heyvanlara yem və su vermək olar.Belə heyvanlar üzərində 
müşahidə maddə yeridilən gündən başlayaraq, iki həftəyə qədər 
davam etdirilməlidir.Bu zaman maddənin toksiki təsirinin 
simptomları, hərəkətin pozulması, yanı üstü vəziyyət , narkoz 
vəziyyəti, qıcolmalar və s.qeyd edilməlidir. 
Müxtəlif qruplar üzərində təcrübə aparmaqla 50% ölüm 
törədə bilən doza və yaorta olüm dozası(DL
50)
təyin nedilir.Əgər 
maddənin toksiklyi həddindən çox yüksək olmaqla, kəskin 
qıcıqlandırıcı təsirə malik olarsa, onda neytralldırmaq məqsədilə 
həlledici məhluldan və yaxud emulqatorlardan istifadə etmək 
olar. Xüsusi hallarda (maddənin təsir mexanizmi öyrənilərkən) 
maddanin yerli təsirini- turşuluğu və ya qələviliyi (pH< 6 və ya > 
9) azaltmaq məqsədilə neytrallaşdırıcılardan istifadə edilir. 
Toz şəkilli və digər qarışıq maddələlərin özülülüyünü 
azaltmaq məqsədilə də həlledici və emulqatorlardan istifadə 
olunması məqsədə uyğundur.Həlledici və emulqatorlar olaraq, ən 
çox sudan, bitki yağından, 1-2%-li nişasta məhlulundan, yumurta 
sarısından, praktiki toksiki olmayan qeyri ionogen səthi aktiv 
maddələrdən istifadə etmək olar.Qeyd etmək lazımdır ki, 
müayinə olunan birləşməyə mümkün qədər az həcmdə həlledici 
daxil edilməlidir. 
Xüsusi olaraq, qeyd olunmalıdır ki, öldürücü doza 
diapazonu təyin edilərkən müxtəlif həcmli, lakin eyni 
konsentrasiyaya malik olan maddə məhlulu yeridilməlidir. Bu 
zaman yenə də yeridilən həcm həddindən çox olmamalıdır.
Həlledicilərin və emulqatorların seçilməsinə ehtiyyatla yanaşmaq 
lazımdır. Ona görə ki, bir çox maddələr yağlı məhlullarda həll 
edilərkən, onların toksiklik təsiri artıb və ya azala bilər.
Mədədə olan turşuluq mühiti və bağırsağın qələviliyi 
kimyəvi maddənin toksiklik dərəcəsinə təsir göstərir. Bəzi 


67 
zəhərli birləşmələr mədə turşuluğu təsirindən qismən və ya 
tamamilə öz toksiklik xassəsini itirıə bilər. Bununla belə bir sıra 
maddələr (qurğuşun duzıarı, trinitrotoluol və b.) mədə şirəsində 
yaxşı, lakin suda bir qədər pis həll olunaraq, maddənin 
sorulmasını asanlaşdırır. Əksər maddələr mədədən nisbətən tez 
evakuasiya olunaraq bağırsaqlara keçir və burada onun əsasən 
sorulması baş verir. Əgər mədənin motor və sekretor funksiyası 
bu və ya digər səbəbdən zəifləyərsə, evakuasiya tutumu yavaş 
gedir və orqanizm nisbətən daha çox miqdarda zəhəri 
zərərsizləşdirməyə imkan tapır. Zəhərin təsir gücü əsasən onun 
sorulma sürətilə şərtlənir.
Uzunmüddətli xroniki təcrübələr zamanı kimyəvi 
maddələr orqanizmə içməli su və qida ilə yeridilir. Siçanlara və 
siçovullara müayinə olunan maddənin sulu məhlulu su əvəzinə 
heyvanlara verilir . bunun üçün xüsusi olaraq, 3-4 sm diametrə 
malik və uzunluğu 10-15 sm metrə malik olan, bölgülü şüşədən 
hazırlanmış sulayıcı borulardan istifadə edilir. Sərf olunan suyun 
həcmi bölgülərə əsasən təyin edilir. Boruların aşağı hissəsi 
əyilmiş, küt bucaq təşkil edir ki, bu da heyvanların su içməsini 
şərait yaradır. Hər gün qalıq suyu azad edilir, və yeni təzə su 
doldurulur, sutka ərzində içilən suyun miqdarı qeydə alınır. Suya 
olan tələbat təbii olaraq, ətraf mühitin temperaturundan asılı 
olaraq dəyişir. Müayinə olunan maddənin sulu məhlulundan 
əlavə başqa maye verilmir. Qida rasionuna daxil olan süd gündə 
1 dəfə 10-15 dəqiqə müddətində verilir.
Adətən ağ sişanlar sutkada 1, 5-dən 3 ml-ə, ağ sişovullar isə 8 
ml-dən- 15 ml-ə qədər maye içirlər.
Müayinə olunan maddənin su ilə birlikdə dovşan və 
pişiklərə verilməsi çətinlik törədir, ona görə ki, bu heyvanlar 
adətən az su içirlər. Müayinə olunan maddəni heyvanın qidası ilə 
qarışdırmaqla və hər qida payı əvvəlcədən çəkilməklə verilə bilər. 
Bəzi toksiki maddələri siçuvullara az miqdar çörək və ya şəkərlə 
birlikdə vermək olar. İzləmək lazımdır ki, heyvan həmin qidanı


68 
sona qədər yesin, əgər qalıq qalarsa onu yığıb yenidən çəkərək 
heyvana vermək lazımdır.

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin