Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev


Situasiya tapşırığına standart cavab 1



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə30/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   26   27   28   29   30   31   32   33   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

Situasiya tapşırığına standart cavab 1. 
1.Zəhərin mədəyə birdəfəlik yeridilməsi zamanı heyvanların 
50%-nin ölümünü törədən doza- 
orta ölüm dozası
adlanır. 
Maddənin toksikliyi- ifadə olunduğu rəqəm göstəricisi ilə tərs 
mütənasiblik təşkil edir. Ona görə, orta ölüm dozasına görə ən 
çox toksiki maddə propanid, ən az toksiki maddə isə -
solandır. 


49 
2.Kumulyasiya əmsalı–təkrar yeridilməklə eksperimental 
heyvanların 50%-də müəyyən effekt (daha çox ölüm) törədən 
summar dozanın-birdəfəlik yedilməklə həmin effekti törədən 
dozaya olan nisbətinə bərabərdir.Kumulyasiya əmsalı – nə 
qədər kiçik olarsa, bu o deməkdir ki maddə bir o qədər çox 
kumulyativ xassəyə malikdir. Buna görə də ən çox 
kumulyativ təsirə malik olan-propanid, ən az olan isə -lasso 
və solandır.
3.Toksiklik və təhlükəliliyinə görə birinci yerdə propanid
ikinci yerdə- lasso, üçüncü yerdə (ən az toksiki və təhlükəli 
olanı)- solandır. Beləliklə, gigiyenik cəhətdən istifadə 
olunmaq üçün solana üstünlük verilir. 
FƏSİL 2. 
TOKSİKOLOJİ TƏDQİQATLARA DAİR 
METODİKALAR. 
 
Peşə intoksikasiyasının profilaktikası - əmək gigiyenası 
həkiminin ən əsas və aparıcı iş istiqamətlərindən biridir. Məhz bu 
məqsədlə gigiyenistlər işçi otaqları havasında toksiki maddələrin 
miqdarına nəzarət işi aparmaqla, həmin maddələrin qeyri-
qənaətbəxş təsirlərinin aradan qaldırılması üçün tədbirlər həyata 
keçirir.
 
Toksiki maddələrin orqanizmə zərərlilik dərəcəsinin 
düzgün başa düşülməsi üçün həkim-gigiyenistin əlində toksiki 
maddələrə aid toksikoloji məlumatlar olmalıdır. Bu məlumatlar 
dərsliklərdən, rəhbərliklərdən və s. sənədlərdəki üzvi və qeyri-
üzvi birləşmələrin toksikoloji xarakteristikalarından əldə olunur. 


50 
Xalq təsərrüfatında istifadə olunan kimyəvi birləşmələrin 
sayının gün-gündən genişləməsi ilə əlaqədar olaraq sənaye 
müəssisələrində və kənd təsərrüfatında alınan və istifadə olunan 
maddələr getdikcə artmaqdadır. Həmin istehsalat proseslərində 
müxtəlif yarımməhsullar, tullantılar və b. əmələ gələn toksiki 
maddələr əlavə olunur ki, onların da təsir xarakterləri həmişə 
aydın olmur və yaxud kifayət qədər məlum deyil. 
Belə hallarda həkim-gigiyenist sərbəst şəkildə həmin 
maddələrin toksikiliyini və təhlükəliliyini qiymətləndirməyi 
bacarmalıdır. Bunun üçün eksperimental toksikoloji müayinələr 
aparmaq lazımdır. Təbii olaraq onlar xüsusi laboratoriyalarda 
aparılmalıdır. Həmçinin belə toksikoloji laboratoriyalar müasir 
GEM-in tərkibində də nəzərdə tutulur. Kimyəvi birləşmələrin 
toksikoloji cəhətdən qiymətləndirilməsi mərhələləri və sxemi 
aşağıdakı qayda üzrə (İ.V.Sanoskiyə görə) yerinə yetirilməlidir. 
İlk mərhələdə nəzəri olaraq texnoloji layihə sxemi 
ədəbiyyat 
analizinə 
əsasən 
maddənin-xammalın,
yarımfabrikatın, məhsulun və s. fiziki-kimyəvi xassələri üzrə 
onların toksikokietik parametrləri hesablama yolu ilə təyin edilir. 
Növbəti mərhələdə texnoloji sxem üzrə laborator işləmə 
yolu ilə kimyəvi maddənin toksikoloji ekspertizası aparılmaqla,
onun təxmini təhlükəsiz təsir səviyyəsi (TTTS) əsaslandırılır. Bu 
məqsədlə heyvanlar üzərində təcrübə aparmaqla, maddənin 
toksikiliyi (DL
50
və CL
50
) təyin edilir. Maddənin təsir xarakteri 
aşkar edilir, onun yerli və sensibilizəedici təsiri öyrənilir. 
Orta ölüm dozası (DL
50
) maddənin mədəyə birdəfəlik 
yeritməklə, heyvanların 50%-nin ölməsinə səbəb olan dozadır
.
Orta ölüm konsentrasiyası (CL
50
) maddənin iki saat 
müddətində inhalyasiya yolu ilə təsir etməklə, heyvanların 50%-
nin ölməsinə səbəb olan konsentrasiyasıdır

Bu mərhələnin praktiki nəticəsi: xammal və məhsulun 
qismən 
standartlaşdırılması, texnologiyanın seçilməsi,
apparatura cəhətdən tərtibatı və planlaşdırılması, istehsalat 
otaqları havasında kimyəvi maddəninTəxmini Təhlükəsiz Təsir 


51 
Səviyyəsinin( TTTS) və profilaktik tədbirlərin xarakterlərinin 
təyin edilməsi ilə başa çatır. 
Texnoloji rejimlərin yarımzavod qurğularında işlənməsi 
zamanı yeni maddələr və proseslərə aid toksikoloji pasport,
texniki şərt (TŞ), DÜST hazırlanmalıdır. Bu mərhələdə 
eksperimentin vəzifələri genişləndirilir.
Yarımkəskin təkrarı təcrübələr qoyulmaqla inhalyasiya 
yolu ilə təsir etməklə kəskin təsir həddi (LİM ac) , ümumi spesifik 
və qıcıqlandırıcı təyin edilir. Bu eksperiment şəraitində Gigiyena 
Epidemiologiya 
Mərkəzlərindəki 
(GEM) 
toksikoloji 
laboratoriyalarda yerinə yetirilə bilər. Bu mərhələdə maddənin 
tam toksikoloji qiymətləndirilməsi məqsədilə xroniki təcrübələrin 
qoyulması ilə maddənin uzaq təsirlərini qiymətləndirmək və Yol 
Verilən Konsentrasiyanın ( YVK) qiymətləndirilməsi və zavod 
istehsalına aid gigiyenik tələblərin əsaslandırılması həyata 
keçirilə bilər. Oxşar müayinələr Elmi Tədqiqat İnstitutlarının və 
Universitetlərin gigiyenik kafedralarının yaxşı təchiz edilmiş 
toksikoloji laboratoriyalarında aparıla bilər. 
Tam 
gücü 
ilə 
işləyən 
zavod 
istehsalatının 
layihələşdirilməsi mərhələsində əlavə toksikoloji müayinələr 
aparmaqla, zəhərlərin təsir mexanizmləri, zəhərlənmənin erkən 
və differensial diaqnostikası, eksperimental terapiya və b. 
məsələlər öyrənilə bilər. Bu müayinələrin köməyi ilə 
intoksikasiyanın kliniki əlamətlərinin aydınlaşdırılması, izahı və 
s. kimi məsələlərə gigiyenistlər və profpatoloqlar 
cəlb olunaraq, hərtərəfli bilik və təcrübə qazanmaqla, öyrənilən 
toksiki birləşmənin istehsalat otaqları havasındakı YVK-nın təyin 
edilməsində ən düzgün yol seçə bilərlər. 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin