Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti S. A. Gürzəliyev


Kimyəvi birləşmələrin toksikiliyinin və təhlükəsizliyinin



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə46/54
tarix20.11.2023
ölçüsü1,44 Mb.
#161937
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   54
İSTEHSALAT TOKSİKOLOGİYASI (dərs vəsaiti)

 
2.6. Kimyəvi birləşmələrin toksikiliyinin və təhlükəsizliyinin 
qiymətləndirilməsi



87 
Zərərli təsir göstərə bilən bütün kimyəvi maddələr 
toksikoloji cəhətdən qiymətləndirilməlidir. Belə maddələrin 
tamamilə əhatə olunması istehsalatın həcmindən, işçilərin 
miqdarından, maddənin toksiklik və təhlükəlilik dərəcəsindən 
asılıdır. Beləliklə, kimyəvi birləşmələrin toksiki-gigiyenik 
cəhətdən qiymətləndirilməsi xəbərdaredici sanitariya nəzarətinin 
ən vacib həlqələrindən biridir. Elmi cəhətdən əsaslandırılmış 
gigiyenik normativlər - YVK və TTTS mütləq qaydada dövlət 
səviyyəsində 
təsdiq 
olunur 
və 
sənaye 
obyektlərinin 
layihələşdirilməsi zamanı zamanı və cari sanitariya nəzarəti 
prosesində geniş istifadə olunur. YVK dövlət standartı kimi 
DÜST-ə daxil edilir.
Yol 
verilən 
konsentrasiya 
(YVK) 
– elə bir 
konsentrasiyadır ki, hər gün (istirahət günlərindən başqa) 8 
saatlıq iş günü və yaxud başqa müddətdə, həftədə 40 saatdan çox 
olmayaraq onunla əlaqədar işləyərkən bütün iş stajı ərzində 
işçilərin özlərində və onların gələcək nəsillərində belə heç bir 
xəsətlik halı və yaxud sağlamlıq vəziyyətlərində müasir müayinə 
üsulları ilə aşkar edilə bilən kənaraçıxmalar aşkar olunmur.
Kimyəvi texnologiyaların geniş totbiq olunması, bir çox 
kimyəvi birləşmələrin ümumi kütlə həcminin sürətlə artması 
insan sağlamlığına təsir göstərməklə onlar üçün təhlükə təşkil 
edir . Kimyalaşmanın mənfi təsirlərinin aradan qaldırılması 
məqsədilə profilaktik tədbirlər sistemi yaradılmışdır ki, onlar 
arasında ən başlıcası kimyəvi maddələrin və onların 
kompozisiyalarının toksikoloji cəhətdən qiymətləndirilməsidir 
ki, bu da istehsalatda tətbiq ediləcək birləşmələrin əvvəlcədən 
seçilməsini, onların istehsalat mühitlərində yol verilən 
səviyyələrinin 
məhdudlaşdırılmasını 
(gigiyenik 
reqlamentləşdirilməsini) özündə birləşdirir. 
Ölkəmizdə səhiyyənin profilaktik istiqamətinin bu yöndə 
tətbiqi kimyəvi birləşmələrin toksikilik və təhlükəlilik 
dərəcəsinin vaxtılnda qiymətləndirilməsindən ( toksikometriya ) 
ibarətdir . Bu məqsədlə iri Gigiyena və Epidemiologiya 


88 
Mərkəzlərində bütün toksikoloji eksperimental müayinələri 
aparmağa imkan verən toksikoloji laboratoriyalar yaradılmışdır . 
Toksikoloji 
laboratoriyaların 
başlıca 
vəzifəsi 
kimyəvi 
birləşmələri toksikoloji cəhətdən qiymətləndirməklə (ekspertizə) 
təxmini təhlükəsiz təsir səviyyəsinin əsaslandırılmasıdır. 
Kimyəvi birləşmələrin işçi havasi zonasında gigiyenik 
reqlamentləşdirilməsinin nəzəri və metodika məsələlərini 
gigiyena ixtisaslı ElmiTədqiqat Institutlarında, elmi istehsalat 
birliklərində təşkil olunmuş sahə laboratoriyaları yerinə yetirir . 
Toksikometriya ayrı - ayrı kimyəvi zəhərlərin miqdarca 
toksikiliyini və təhlükəsizliyini qiymətləndirməyə imkan verən 
müayinə metodlarının ümumi məsələlərini özündə birləşdirir. 
Toksikometrik müayinələr məqsədlərindən asılı olaraq müxtəlif 
cür aparılsa da, gigiyenik reglamentasiyanın metodik qaydaları ,
şəraitin nəticələrinin gigiyenik qiymətləndirilməsi vahid formada 
aparılmalıdır . Beləliklə metodik yanaşmalara əməl olunması 
həkim - gigiyenistin fəaliyyətində mütləq şərtdir . 
Kimyəvi birləşmələrin toksikometriyası özündə böyük 
həcmli müayinələri birləşdirir ki , onlardan ən vacib olanı 
öldürücü nəticənin müəyyənləşdirilməsi , kumulyativ xassənin 
miqdarca aşkar edilməsi , dəri qıcıqlandırıcı, rezorbtiv ,
sensibilizə edici təsirin , həmçinin maddələrin orqanizmə xroniki 
təsiri şəraitində uzaq effektlərin aşkar edilməsidir . 
Kimyəvi 
birləşmələrin 
alınması 
barədə 
yeni 
texnologiyaların işlənib hazırlanmasından başlayaraq , onun 
toksikoloji cəhətdən erkən öyrənilməsi ilə yanaşı vaxtında 
gigiyenik tövsiyələrin də verilməsi təhlükəsiz əmək şəraitinin 
yaradılmasında yüksək effektivliyi təmin etmiş olur . Bununla 
əlaqədar olaraq əmək gigiyenası üzrə yeni texnologiyanın 
mərhələlərinin qiymətləndirilməsində əmək gigiyenası həkiminin 
rolu və fövqəladə məsuliyyəti barədə aşağıdakı cədvəldə 2.2-də 
verilmişdir . 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin