96
böyükdür) bu o, deməkdir ki, kəskin zəhərlənmənin inkişaf etmə
ehtimalı böyükdür.
İstehsalat şəraitində inhalyasion yolla yanaşı
kimyəvi
birləşmələrin enteral yolla, dəri örtükləri vasitəsilə- perkutan
yolla daxil olması mümkündür. Praktiki planda maddənin dəri -
rezorbtiv və yerli yerli qıcıqlandırıcı
təsirinin təyin edilməsi
böyük əhəmiyyət kəsb edir. Qabaqcadan dəri-rezorbtiv təsirin
qiymətləndirilməsi xırda laborator heyvanlarında quyruğun 2/3
hissəsi müayinə olunan məhlulun içərisinə salınır və ya yaxılır.
Ekspozisiya müddəti ağ siçanlar üçün 2 saat, ağ siçovullar üçün
4 saatdır. Aplikasiya zamanı intoksiya əlamətləri olmadıqda
aplikasiyanı 10 gün müddətində davam etdirir və heyvan 3 həftə
müddətində müşahidə altında saxlanılır.
Rezorbtiv təsir aşkar
olunduqda toksikilik miqdarca təyin edilir. Bu məqsədlə xüsusi
fiksəedici cihazda fiksə olunur və əvvəlcədən qırxılmış dəri
səthinə müayinə olunan birləşmə müəyyən dozada dəriyə yaxılır.
Qarşıya qoyulan məqsəddən asılı olaraq dəri-rezorbtiv təsirin
müayinəsi zamanı DL
50
və təsir həddi təyin edilə bilər.
Aplikasiya zamanı yerli qıcıqlandırıcı təsir 2
növ heyvan
qruplarında dovşan və dəniz donuzları üzərində öyrənilir. Hər
qrupda heyvanların sayı 10-dan az olmayaraq təşkil edilir.
Aplikasiya sahəsi dovşanlar üçün 7x9 sm, dəniz donuzları üçün
5x5
sm
təşkil edir. Eksperimentdən 2 gün əvvəl heyvanın
onurğasının hər iki yan tərəflərində dəri səthi tükdən
təmizlənir.sağ tərəf applikasiya üçün, sok tərəf isə kontrol kimi
istifadə olunur.Heyvan dili ilə aplikasiya sahəsini yalamaması
üçün fiksasiya olunur.Ekspozisiya müddəti 4 saatdır.Müayinə
olunan maddə dəriyə 20 mq/sm
2
hesabı ilə yaxılır.
Əgər bu
mümkün olmadıqda, destillə suyundan və yaxud model mühitdən
immitasiya terkibli məhluldan istifadə edilir.Eksperimentdən
müayinə yeri isti su və sabunla yuyulur.
Dərinin reaksiyası bidəlik ekspozisiyadan 1 və 15 saat
sonra
simmetrik
olaraq,
müqayisəli
şəkildə
qiymətləndirilir.Dərinin funksional pozğunluğu müxtəlif dərəcəli
97
eritema, şişkinlik, çatlar, yaralar, həmşinin dəri temperaturunun
dəyişməsi və s. şəkildə xarakterizə olunur.
Maddənin dəriyə təsirinə görə qıcıqlanmanın kəskinlik
dərəcəsi on bir sinfi özündə birləşdirən təsnifata görə (məsələn,
0- təsirin olamaması, 10-maddənin 5%-li
zəif məhlulu nekroz
törədir) xarakterizə olunur.
Maddənin yerli təsiri gözün selikli qişasına, konyuktiva
kisəsinə 1 damcı maddə tökməklə qiymətləndirilir. Bərk maddə
isə 50 mq miqdarda (hissəciklərin dispersliyi 10 mkm qədərdir)
tökülməklə qiymətləndirilir. Sonra 2 həftə müddətində buynuz və
selikli qişanın şəffaflığı üzərində müşahidə aparılır. Buynuz
qişada bulanıqlığın və selikli qişanın kəskin iltihabının inkişafı
baş verir, sonradan çatvarı yaraların inkişafı və göz qapağında
iltihabın baş verməsi kimyəvi maddənin kəskin qıcıqlandırıcı
təsirə malik olduğunu göstərir.
Yarımkəskin eksperiment şəraitindəki (1 ay müddətində)
müayinələr toksiki maddələrin eksperimental heyvanların orqan
və sistemlərindəki törətdiyi ən həssas
dəyişikliklərin aşkar
edilməsinə yönəldilir. Bu xroniki eksperiment şəraitində
əsaslandırılmış konsentrasiyanın seçilməsinə imkan verir.
Dostları ilə paylaş: